Məhkəmə qərarları › İş №2-1(102)-2018/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2018/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2018/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik səbəbinin dəyişdirilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-463/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 322 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ saidin orta 1/3-in yumşaq toxumalarının odlu silahla dəlib keçən güllə yarası. Sağ orta sinirin posttravmatik nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” göstərilmişdir.

2. İddiaçı barəsində verilən xx.xx.2021-ci il tarixli 2766003AADXB saylı tibbi göndərişdə - Əsas diaqnoz və ağ ırlaşma: “S59.7 Saidin çoxsaylı travmaları, sağ saidin orta 1/3-nin odlu silahla dəlib-keçən güllə yaralanmasının davamlı qalıq əlamətləri. Sağ orta sinirin posttravmatik nevriti, hərəki funksiyanın pozulması, əzələ kontrakturası, sağ said sümüyünün ön tərəfinin qövsvari deformasiyası, sağ əlin İİİ və İV barmaqlarının bitişmiş kontrakturası. R26 Hərəkətin və yerişin pozulmaları sağ ətrafın hərəkət funksiyasının pozğunluğu. M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları sağ said sümüyünün içəri pn tərəfinin qövsvari deformasiyası. S52. Said sümüklərinin sınığı, sağ əlin İİİ və İV barmaqlarının bükücü kontrakturası. S54.1. Orta sinirin said səviyyəsində travması, sağ orta sinirin posttravmatik nevriti. Hərəki funksiyanın pozulması ilə. Yanaşı xəstəliklər: G20. Parkinson xəstəliyi və s.” qeyd olunmuşdur.

3. İddiaçı əlillik vəziyyətinə tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli, 2766003AADXB saylı göndərişi əsasında baxılmış və cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9 bəndinə müvafiq olaraq “ümumi xəstəlik” səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

4. Cavabdehin xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı nitqi qırıq –qırıq, fasiləli monoton, ünsiyyətə ləng daxil olmuş, dərketmə və analiz qabiliyyətinin enikliyi, emosional-labillik, ətraflarda yüngül dərəcəli tremor, Romberqdə dayanıqsızlıq, sağ saiddə dəri çapıqları qeyd olunmuşdur. Yuxarı ətrafların hərəkətləri sərbəst, ətraflarda iflic, parez aşkar edilməmişdir. Anamnezə əsasən 2019-cu ildə kəskin beyin qan dövranı pozğunluğu keçirmiş, uyğun olaraq Bakı Kliniki Tibb Mərkəzin xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixli Epikrizləri təqdim edilmişdir. Həmin epikrizlərdə əsas diaqnoz “Dissirkulyator ensefalopatiya. Hipertoniya xəstəliyi, İİİ mərhələ. Vertebro-bazilyar hövzədə xroniki qan dövranı çatışmazlığı” kimi qeyd olunmuşdur. Təqdim edilmiş hərbi qərarda baş travması qeyd olunmadığından hazırkı sağlamlıq vəziyyətinin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq olunmuş “əlilliyi n müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2021-ci il tarixli Ümumi səbəbdən ikinci dərəcə 5 il müddətinə əllilik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi və həmin əlilliyə görə pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-1994-cü illərdə Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə iştirak etmişdir. Döyüşlər zamanı xx.xx.1994-cü ildə bir neçə yerdən güllə yarası-xəsarəti almışdır. xx.xx.1994cü ildə Ordu sıralarından tərxis olunmuşdur. xx.xx.2014-cü il tarixdə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik təyin olunmuşdur. Həmin tarixdən də əlillik müavinətı almış, 1998-ci ildə isə müharibə veteranı xüsusi statusu verilmişdir. Bakı şəhər 5 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş Forma 88 arayış əsasında 16 iyul 2021-ci il tarixdə Tibbi Sosial Ekspertiza Komissiyasının dövri, hərbi tibbi yoxlanış və müayinəsində olmuşdur. Sonda barəsində ikinci dərəcə əlillik təyin edilsə də əlilliyinin səbəbi ümumi xəstəlik kimi qeyd edilmişdir. Əvvəlki müayinə aktlarında əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diaqnozu isə saidin çoxsaylı travmaları, sağ saidin orta 1/3-nin odlu silahla dəlib keçən güllə yaralanmasının qalıq əlamətləri, orta sinirin said səviyyədə travması və nevriti, hərəkəti funksiyasının pozulması, sağ said sümüyünün deformasiyası kimi qeyd olunmuşdur. Sonuncu müraciəti əsasında xx.xx.2022-ci il tarixdə yenidən müayinədən keçmiş və diaqnozunun hərbi travma olmasına baxmayaraq ona verilən əlilliyin səbəbi ümumi xəstəlik kimi göstərilmiş və xx.xx.2022-ci il tarixli qərarla əvvəlki xx.xx.2022-ci il tarixli qiymətləndirmə qərarı qüvvədə saxlanılmış, əlliliyin səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınması kimi qeyd olunmasından imtina edilmişdir. Cavabdehin qeyd edilən əsasları nəzərə almadan əlilik təyin etməsi qanunsuz və əsassızdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4139/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının göndərişdə qeyd olunan əsas diaqnozu və onun ağırlaşmaları ekspert rəyi ilə öz təsdiqini tapsa da, bu diaqnozun hərbi səbəb əlaqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilsə də, həmin diaqnoz ikinci dərəcə əlillik təyinatına imk an vermədiyindən, başqa sözlə göstərilən diaqnozlar üzrə xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur.

9. İddiaçıya ikinci dərəcə əlillik onun göndərişində yanaşı xəstəlik kimi qeyd edilmiş “G20. Parkinson xəstəliyi” üzrə, adıçəkilən Əsasnamənin 2.2.9-cu bəndinə əsasən təyin edilmişdir. Həmin diaqnozun isə hərbi səbəb əlaqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilməmişdir. Belə ki, həmin qərarda baş travması qeyd olunmamışdır. Beləliklə də, cavabdeh tərəfindən haqlı olaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-463/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, A.Oruczadə və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möv qeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan bu diaqnoz və xəstəliklər üzrə araşdırma aparmamış, ekspert qarşısında göndərişdəki xəstəliklərlə bağlı əlilliyin səbəbinin müəyyən edilməsi istiqamətində suallar qoymamış, yalnız Hərbi Həkim Komissiyasının qərarındakı diaqnoz üzrə sual ünvanlamış, ekspert isə suallardan kənara çıxa bilmədiyindən həmin suallar üzrə məhdud cavablar vermişdir. Halbuki, məhkəmə tərəfindən tibbi göndərişdə qeyd olunan bütün diaqnoz və xəstəliklər üz rə suallar ekspertiza təyin qərarına yerləşdirilməli, onların yaranma səbəbləri, hərbi həkim komissiyasının qərarındakı xəstəliklərlə əlaqəsinin olub-olmaması, onlardan törənib-törəməməsi, döyüşlərdə iştirak və orada alınan xəsarətlərlə əlaqədar olub-olmaması müəyyən edilməli, bundan sonra qeyd olunan diaqnozlar üzrə hüquqi analiz aparılmalı idi, dəyərləndirilmə aparılmamış, iş üzrə əhəmiyyətli hallar araşdırılmamış, maddi hüquq normalarının tətbiqində yanlışlığa yol verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntula rı olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. 1.0.17. Əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” i lə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş nata mam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qəra rı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fund amental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlillik səbəbinin dəyişdirilməsi bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qi ymətləndirməsi ilə də razılaşır.

25. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-463/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar