Məhkəmə qərarları › İş №2-1(102)-2019/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2019/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2019/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ayrı-ayrı xidmət illərinin müvafiq olaraq bir günün iki gün və bir günün üç gün hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X8, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X9, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bu ndan sonra cavabdeh) qarşı “xidmət illərinin düzgün hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(10N)-7N6/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli, 02NN saylı əmrindən çıxarışa əsasən Tibb xidməti leytenantı olan iddiaçının N illik müddətə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması qərara alınmışdır.

2. N.06.1996-cı il tarixli xidmət dəftərcəsinə əsasən iddiaçı 08..1987-ci ildən 10.1987-ci ilə kimi N saylı hərbi hissədə kursant, 10.1987-ci ildən xx.xx.1989-cu ilə kimi N saylı hərbi hissədə operator, xx.xx.1996-cı ildən xx.xx.2007-ci ilə kimi Müdafiə Nazirliyi MMTE Ərazi Məhkəmə Tibbi Laboratoriyasının rəisi, 7.5.2007-ci ildən xx.xx.N1-ci ilə kimi regional məhkəmə tibbi laboratoriyasının rəisi, xx.xx.N1-ci ildən xx.xx.N2-ci ilə kimi regional məhkəmə tibbi ekspertiza laboratoriyasının rəisi, xx.xx.N2-ci ildən xx.xx.NN-cü ilə kimi Füzuli regional məhkəmə tibbi ekspertiza bölməsinin rəisi, xx.xx.NN-cü ildən xx.xx.N8-ci ilə kimi komisyon və təkrar ekspertiza bölməsinin rəisi məhkəmə tibbi eksperti və xx.xx.N7-ci il tarixdən həqiqi hərbi xidmətdə saxlanılmış və xx.xx.N8-ci ildən xx.xx.N9cu ilə kimi müalicə profilaktika şöbəsinin baş zabiti olmuşdur.

3. Müdafiə Nazirliyi Məhkəmə X12 üzrə xx.xx.2009-cu il tarixli, 8N nömrəli əmrdən çıxarışa əsasən T/X mayoru olan iddiaçının N saylı hərbi hissə başqa əraziyə köçürüldüyü üçün, ərzaq təminatından çıxarılması və xx.xx.2009-cu il tarixdən etibarən N saylı hərbi hissədə ərzaq təminatına qoyulması qərara alınmışdır.

4. N saylı Hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli, 254 saylı əmrindən çıxarışa əsasən Tərtər-Qarabağ regional MTL-nin rəisi tibb xidməti mayoru olan iddiaçının x xxxxxxxx 2009-cu il tarixdən etibarən N saylı hərbi hissədə ərzaq təminatına qoyulması qərara alınmışdır.

5. Müdafiə Nazirliyi Məhkəmə X6 rəisinin xx.xx.N0-cu il tarixli, 29 saylı əmrindən çıxarışa əsasən Tərtər-Qarabağ Regional MTL-nin rəisi tibb xidməti mayoru iddiaçının xx xxxxx N0-cu il tarixdən dəyişdirilməsi, xx.xx.N0-cu il tarixdən N saylı hərbi hissədən bütün təminatlardan çıxarılması və xx.xx.N0-cu il tarixdən N saylı hərbi h issədə bütün təminatlara qoyulması qərara alınmışdır.

6. N saylı hərbi hissə komandirinin xx.xx.N0-cu il tarixli 10N saylı əmrindən çıxarışa əsasən Müdafiə Nazirliyinin Məhkəmə X6 rəisinin x xxxxx N0-cu i tarixli 29 nömrəli əmri ilə Füzuli Regional Məhkəmə Tibbi Laboratoriyasının rəisi vəzifəsinə təyin olunmuş tibb xidməti mayoru iddiaçının xx xxxxx N0-cu il tarixdən qazan təminatına qoyulması qərara alınmışdır.

7. N saylı hərbi hissə komandirinin xx.xx.NN-cü il tarixli 264 saylı əmrindən çıxarışa əsasən N saylı hərbi hissənin qazan təminatında olan Füzuli Regional Məhkəmə Tibbi laboratoriyasının rəisi tibb xidməti mayoru iddiaçının xx xxxxxxxx NN-cü il tarixdən qazan təminatından çıxarılması və ərzaq attestatı ilə təmin edilməsi qərara alınmışdır.

8. Azərbaycan Respublikası Müdafiə Nazirl iyi N saylı hərbi hissənin xx.xx.N7-ci il tarixli məktubuna əsasən tibb xidməti polkovnik-leytenantı iddiaçı Müdafiə nazirinin xx.xx.1996-cı il 02NN saylı əmrinə əsasən 1996-cı ilin fevral ayından N nömrəli hərbi hissənin qazan təminatında durmuş və 2009-cu ilin avqust ayının 29-dan qazan təminatından çıxarılmışdır.

9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə X6 xx.xx.N8-ci il tarixli, 1N5 saylı arayışına əsasən iddiaçı 1996-cı ildən N0-cu ilə qədər Tərtər Regional Məhkəmə Tibbi ekspertiza bölməsinin rəisi vəzifəsində, N0-cu ildən NN-cü ilə qədər Füzuli regional Məhkəmə tibbi Ekspertiza bölməsinin rəisi vəzifəsində hərbi xidmət etdiyi, TərtərQarabağ regional Məhkəmə Tibbi Ekspertiza bölməsi 1996-cı ildə N nömrəli hərbi hissənin bazasında, Füzuli regional Məhkəmə Tibbi ekspert iza bölməsi isə 1996-cı ildə N nömrəli hərbi hissənin bazasında yaradıldığı, göstərilən xidmət müddəti ərzində 2009-cu ilə qədər N nömrəli hərbi hissədə, 2009-N0-cu il tarixdə N nömrəli hərbi hissədə təminata qoyulmuş, N0-NN-cü il tarixlərdə isə Füzuli regional məhkəmə tibbi ekspertiza bölməsinin rəisi vəzifəsində xidmət müddəti ərzində N nömrəli hərbi hissədə təminata qoyulmuşdur. Tibb xidməti polkovnik-leytenant iddiaçı N nömrəli, N nömrəli və N nömrəli hərbi hissənin zabitləri kimi xidmət müddəti ərzində müvafiq olaraq əvvəl üç qat, daha sonra isə iki qaz əmək haqqı alaraq, öz xidməti vəzifəsini döyüş şəraitində yerinə yetirdiyi, N6-cı ilin yanvar ayından etibarən Tərtər və Füzuli regional məhkəmə tibbi ekspertiza bölməsinin zabitlərinin əmək haqqı bir qat yarım hesabı ilə verilmişdir.

10. İddiaçı xidmət illərinin hesablanması üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.N9-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının xidmət illərinin hesablanmasına yenidən baxılmış və məlum olmuşdur ki, hesablanmada heç bir səhvə yol verilməmişdir. İddiaçının xidmət illəri təqvimlə 25 il 02 ay 28 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət 04 il 06 ay 0N gün, ümumi xidmət illəri isə 29 il 09 ay N gün təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı x xxxxxx N9-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək xidmətinin 1( bir) günün N (üç) gün kimi və xx.xx.2004-cü ildən sentyabr NN-cü ilədək xidmətinin N (bir) günün 2 (iki) gün hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Ordusunda zabit kimi 2N ildən artıq qüsursuz hərbi xidmət keçərək, N9-cu ilin may ayında, polkovnik-leytenant rütbəsində olmuş, müharibə veteranıdır. 1987-1989-cu illər ərzində Sovet Ordusu sıralarında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüş bölgəsində, döyüş şəraitində yerləşən N saylı hərbi hissədə, xx.xx.1996-cı il tarixdən - aprel N0-cu il tarixədək döyüş bölgə lərində Tərtər-Qarabağ regional Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi, aprel N0-cu il tarixdən NN-cü ilin sentyabr ayına qədər döyüş bölgələrində Füzuli Regional Məhkəmə-Tibbi Ekspertiza bölməsinin rəisi, NN-cü ilin sentyabr ayından N8-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 Komisyon və Təkrar Ekspertiza Bölməsinin rəisi, N8-ci ilin fevral ayından N9-cu ilin may ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Baş İdarəsinin Müalicə və Profilaktika Bölməsinin baş zabiti vəzifəsində xidmətdə olmuşdur. Tərtər-Qarabağ regional Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi vəzifəsində xidmətdə olarkən, rəisi olduğu laboratoriya döyüş bölgəsində, döyüş şəraitində yerləşən N nömrəli hərbi hissənin tibb məntəqəsi ndə yerləşməklə müvafiq əmrlə həmin hərbi hissədə ərzaq təminatında olmaqla, orada xidmət keçən həkimlərlə eyni şəraitdə xidmət edərək onlar kimi ikiqat aylıq məvacib almışdır. xx.xx.2009-cu il tarixdən N0-cu ilin aprel ayınadək N nömrəli hərbi hissədə ərzaq təminatında olmuşdur. N0-cu ilin aprel ayında Füzuli Regional Məhkəmə Tibbi Ekspertiza bölməsinin rəisi vəzifəsində xidmətdə olarkən, rəisi olduğu bölmə döyüş bölgəsində, döyüş şəraitində yerləşən N nömrəli hərbi hissədə yerləşməklə müvafiq əmrlə həmin hərbi hissədə ərzaq təminatında olmaqla, orada xüsusi xidmət edən həkimlərlə eyni şəraitdə xidmət edərək, onlar kimi ikiqat aylıq məvacib almışdır. Belə ki, xx.xx.1997-ci ilə qədər Bakı şəhərində dislokasiya olunan hərbi hissələrdə xidmət illəri N (bir) gün 2 (gün) olmuşdur. İddiaçının xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək döyüş bölgəsində, döyüş şəraitində yerləşən N saylı hərbi hissədə xidməti N (bir) gün N (üç) gün, xx.xx.1996-cı ildən xx.xx.2004-cü il tarixədək xidməti N (bir) gün N (üç) gün və xx.xx.2004-cü ildən sentyabr NN-cü ilədək N (bir) günü 2 (iki) gün olmuşdur. Buna baxmayaraq iddiaçının döyüş bölgələrindəki 17 il güzəştli xidmət illəri cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Bu da onun və himayəsində olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla onları yaşamaq üçün vacib olan təminatından məhrum edir, bütün digər kateqoriyalı şəxslərlə qeyri bərabər vəziyyətə salır. İddiaçı xidmət dövrləri ərzində dəfələrlə şəxsi işi ilə tanış olarkən, şəxsi işində də xidmət illərinin üçqat və ikiqat hesablanması barədə qeydlər olmuş və bu qeydlər möhürlə t əsdiq edilmişdir. Şəxsi işi Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən mütəmadi olaraq yoxlanılmış, xidmət illərinə görə heç bir irad tutulmamışdır. Lakin ordu sıralarından tərxis olunarkən xidmət illəri cəbhə bölgəsində onunla eyni şəraitdə və eyni hərbi hissədə xidmət edən zabitlər kimi deyil, xidmət illəri günəgün, güzəştsiz hesablanmış və bu da pensiya təminatının həddindən artıq aşağı olmasına səbəb olmuşdur. İddiaçı kimi cəbhə bölgəsində məhkəmə tibb eksperti kimi xidmətdə olan zabit yoldaşı ondan əvvəl tərxis olunarkən onun xidmət illəri iddiaçıdan fərqli olaraq güzəştli hesablanmışdır. Tərxis ərəfəsində cəbhə bölgəsində xidmətdə olduğu barədə əmrlər, arayışlar və digər sənədlər şəxsi işinə əlavə olunmuşdur.

13. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazını onunla əsaslandırmışd ır ki, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1989cu il tarixədək SSRİ Silahlı Qüvvələrində N il 10 ay 21 gün müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 0N ay 26 gün, habelə xx.xx.1996-cı il tarixdən xx.xx.N9-cu il tarixədək 2N il 0N ay, cəmi 2N il 06 ay 26 gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri: təqvimlə - 25 il 05 ay 2N gün, ali təhsil dövrünün xidmət illərinə əlavə olunmalı olan müddəti - 02 il 0N ay 08 gün, güzəştli qaydada xidmət illərinə əlavə olan müddət - 02 il N il 26 gün, ümumi xidmət illəri isə 29 il 10 ay 14 gün təşkil edir. İddiaçının xx.xx.1996-cil tarixdən xx.xx.NN-cü il tarixədək xidmətdə olduğu, yəni xx.xx.19 96-cı tarixdən xx.xx.N0-cu il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X4-Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyasının rəisi vəzifəsində xidmətdə olduğu dövrdə xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək Tərtər rayonunda yerləşmiş N nömrəli hərbi hissənin qazan (ərzaq) təminatında, xx.xx.2009-cu il tarixdən xx.xx.N0-cu il tarixədək isə Ağdam rayonunun Sarıcalı kəndində yerləşmiş N nömrəli hərbi hissənin qazan təminatında, habelə xx.xx.N0-cu il tarixdən xx.xx.NN-cü il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X5 regional məhkəmə-tibbi laboratoriyasının rəisi, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ərazi regional məhkəmə-tibbi laboratoriyasının rəisi və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsinin rə isi vəzifələrində xidmətdə olduğu dövrdə xx.xx.N0-cu il tarixdən xx.xx.NN-cü il tarixədək Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşmiş N nömrəli hərbi hissənin qazan təminatında olduğu müddətlər güzəştli qaydada (bir gün üç gün kimi, bir gün iki gün kimi) sayılmır. Belə ki, iddiaçı 70N, N və N nömrəli hərbi hissələrdə xidmət etməmiş, həmin hərbi hissələrə ezam edilməmiş, yalnız ərzaq təminatında olmuşdur. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Na zirlər Kabinetinin 6N1 nömrəli xx xxxxxx 199N-cü il tarixli Qərarı əsasında Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq “Döyüş şəraitində olan hərbi hissə və bölmələrin tərkibinin müəyyənləşdirilməsi haqqında” verilmiş əmrlərdə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrdə xidmət edən, habelə bu hərbi hissələrə xidməti tapşırıqla ezam edilmiş hərbi qulluqçuların xidməti illərinin güzəştli qaydada hesablanması qərara alınmışdır. Bundan başqa bu əmrlərdə Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X4Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X5 regional məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ərazi regional məhkəmə-tibbi laboratoriyası və Müd afiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsi “döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan” hərbi hissələrin siyahısında qeyd edilməmişdir. Bu siyahılara qeyd olunan bölmələr yalnız xx.xx.N6-cı il tarixdən sonra əlavə edilmiş və həmin bölmələrdə xidmətin bir gününün bir günyarım kimi sayılması qərara alınmışdir. İddiaçının xidmətdə olduğu laboratoriyalar (bölmələr) döyüş şəraitində olmadığından (döyüşən hərbi hissə hesab edilmədiyindən), habelə iddiaçının 70N, N və N nömrəli hərbi hissələrdə xidmətdə deyil, ezamiyyətdə deyil, yalnız ərzaq təminatında olması səbəbindən, onun həmin hərbi hissələrdə ərzaq təminatında olduğu müddətlərin güzəştli qaydada, yəni bir günü uç gün kimi və bir günü iki gün kimi sayılmasını məqsədə uyğun hesab edilmir. 14. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(82)-N1N4/N9 saylı iş) x xxxxxx N9-cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi və xx.xx.2004-cü ildən sentyabr NN-cü ilədək xidmətinin N (bir) gün 2 (iki) gün hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X4- Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X5 regional məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ərazi regional məhkəmə-tibbi laboratoriyası və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsində xidmət etmişdir. Qeyd edilən laboratoriyalar müdafiə nazirinin müvafiq əmrlərində “döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan” hərbi hissələrin siyahısında qeyd edilməsə də, həmin laboratoriyalar işin tədqiqatına görə faktiki olaraq döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələr kimi fəaliyyət göstərmiş və bununla əlaqədar olaraq b irinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, inzibati orqan iddiaçının xidməti illərini iddiaçının arzusuna əsasən hesablamamaqla onun qanunla qorunan hüquqlarını pozmuşdur.

16. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

17. İşə apelyasiya instansiyası məhkəməsində baxılarkən, məhkəməyə təqdim olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, ehtiyatda olan tibb xidməti polkovnikleytenantı iddiaçı həqiqətən xx.xx.1996-cı il tarixdən - aprel N0-cu il tarixədək TərtərQarabağ regional Məhkəmə-Tibbi Ekspertiza bölməsinin rəisi, aprel N0-cu il tarixdən NNcü ilin sentyabr ayına qədər isə Füzuli regional Məhkəmə-Tibbi Ekspertiza bölməsinin rəisi vəzifəsində ön cəbhə bölgəsində, 70N və N nömrəli hərbi hissələrin bazasında ərzaq təminatında olmaqla hərbi xidmət keçmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN saxlanılan “zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçulara pul təminatının ödənilməsi üzrə” 1N saylı forma paylama cədvəllərinə əsasən oğluna xx.xx.1998-ci ilədək N (üç) üçqat, xx.xx.1998-ci ildən sonra 2 (iki) ikiqat pul təminatı ödənilmişdir. 18. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X14-məruzəçi, X10 və X11, 21(10N)-7N6/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməm iş, birinci instansiya məhkəməsinin x xxxxxx N9-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

19. Cavabdeh qərarın surətini xx xxxxxx 2020-ci il tarixdə almış, x xxxxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün qaytarılmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

20. Kasasiya şikayəti iddiaya qarşı verilmiş etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, "Döyüş şəraitində olan hərbi hissə və bölmələrdə, müəssisə və təşkilatlarda həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara pul təminatının ödənilməsi və xidmət illərinin hesablanması haqqında" Azərbaycan Respublikası Müdafiə nazirinin N21 nömrəli 5.12.N5-ci ii tarixli əmrinin 1-ci bəndinə əsasən "Birinci əməliyyat eşelonu birliklərinin idarəetmə orqanları, müdafiə əməliyyatı planına uyğun olaraq, birinci eşelonda müdafiə olunan birləşmələr, habelə onların müdafiə zolağında döyüş tapşırıqlarını yerinə yetirən bölmələr - döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə və bölmə hesab edilmişdir.

21. Bu hərbi hissə və bölmələrin, habelə onlara xidməti ezamiyyətə göndərilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularının həmin dövr üçün ödənilməli olan vəzifə maaşları, hərbi rütbəyə görə maaşları və xidmət illərinə görə faiz əlavəsi 2 qat, xidmət müddətinin 1 günü 2 gün kimi hesablanması qərara alınmışdır. Bu əmrin 2-ci bəndinə əsasən "birinci əməliyyat eşelonu birliklərinin müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış birləşmə, hissə və bölmələr (müəssisə və təşkilatlar) - döyüş şəraitində döyüş əməliyyatlarında İştirak etməyə hazır hərbi hissə və bölmələr hesab edilmişdirlər.

22. Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X4-Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə- X5 regional məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ərazi regional məhkəmə-tibbi laboratoriyası və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsi yarandıqları (fəaliyyətə başladıqları) gündən bügünədək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilməmişdirlər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin deyil, yalnız Azərbaycan Respublikası Müdafiə nazirin in “Azərbaycan Ordusunun döyüş şəraitində olan hərbi hissə və bölmələrinin tərkibinin müəyyənləşdirilməsi haqqında” N2N nömrəli xx.xx.N5-ci il tarixli, N29 nömrəli xx.xx.N6-cı il tarixli, N04 nömrəli xx.xx.N7-ci il tarixli, N21 nömrəli xx.xx.N8-ci il tarixli və N50 nömrəli xx.xx.N9-cu il tarixli əmrlərinə əsasən Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Gəncə, Tərtər, Füzuli regional məhkəmə-tibbi ekspertiza bölmələri x xxxxxx N6-cı il tarixdən bügünədək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyə hazır bölmələr hesab edilmişdirlər. Bu bölmələrdə x xxxxxx N6-cı İl tarixdən etibarən xidmət müddətinin 1 günü 1,5 gün kimi sayılır.

24. Məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməməsi, mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi, qeyd edilən n ormativ hüquqi aktların tələblərinin tətbiq edilməməsi isə maddi hüquq normaların pozulması kimi qiymətləndirilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

27. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 28. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 2.0.2. Hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tər əfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 29. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

4. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Maddə. 9. 1-ci bənd. Vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. 30. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il 6N1 saylı qərarı: 2-ci bənd. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti. 31. x xxxx 2005-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 695) ilə 2-ci bəndin “a” yarımbəndin birinci və ikinci abzaslar çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; 22 x xx xx 2005-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 695) ilə 2-ci bəndin “b” yarımbəndinin ikinci, üçüncü və dördüncü abzasları müvafiq olaraq üçüncü, dördüncü və beşinci abzaslar hesab edilsin; “b” və “v” yarımbəndləri “a” və “b” yarımbəndləri hesab edilmişdir. x xxxx 2005-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 695) ilə 2-ci bəndin üçüncü abzas “b” yarımbəndinin ikinci abzası hesab edilsin və bu abzasda “Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda” sözləri “döyüş şəraitində” sözləri ilə əvəz edilmişdir. xx xxx 2007-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 544) ilə 2-ci bəndinin “a” yarımbəndinin ikinci abzasında “yaralar, kontuziya” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilmişdir. xx xxxxxxxx 2008-ci il tarixli 2NN nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 879) ilə 2-ci bəndinin “a)” yarımbəndinin ikinci abzasından “şikəstlik” sözü çıxarılmışdır. x xxx 1997-ci il tarixli NN nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2-ci bəndin “b” yarımbəndində göstərilən “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti” abzası çıxarılmışdır.

32. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1N1.N-cü və 1N2.N-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstər ilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və y a ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

33. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.

36. Cavabdehin şikayətinin dəlilinə görə iddiaçı hərbi qulluqçu kimi ayrı-ayrı hərbi hissələrin yalnız ərzaq təminatında olmuş, xidmət etdiyi məhkəmə-tibbi ekspertiza bölməsi yarandığı gündən hazırkı vaxta qədər döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və iştirak etməyə hazır olan bölmə hesab edilməmişdir. Odur ki, ona faiz əlavə 1,5 qat, xidmət müddətinin 1 günü 1,5 gün kimi hesablanmışdır.

37. İddia tələbi iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək xidmətinin bir günün üç gün kimi, xx.xx.2004-cü ildən sentyabr NN-cü ilədək xidmətinin bir gününün iki gün hesablanması barədəd ir.

38. İddiaçı xx.xx.1996-cı ildən xx.xx.2007-ci ilə kimi Müdafiə Nazirliyi MMTE Ərazi Məhkəmə Tibbi Laboratoriyasının rəisi, xx.xx.2007-ci ildən xx.xx.N1-ci ilə kimi regional məhkəmə tibbi laboratoriyasının rəisi, xx.xx.N1-ci ildən xx.xx.N2-ci ilə kimi regional məhkəmə tibbi ekspertiza laboratoriyasının rəisi, xx.xx.N2-ci ildən xx.xx.NN-cü ilə kimi Füzuli regional məhkəmə tibbi ekspertiza bölməsinin rəisi vəzifəsində işləmişdir.

39. Cavabdehin məlumatlarına görə iddiaçı xx.xx.1996-cı tarixdən xx.xx.N0-cu il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X4-Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyasının rəisi vəzifəsində xidmətdə olduğu dövrdə: xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək Tərtər rayonunda yerləşmiş N nömrəli hərbi hissənin qazan (ərzaq) təminatında, xx.xx.2009-cu i l tarixdən xx.xx.N0-cu il tarixədək Ağdam rayonunun Sarıcalı kəndində yerləşmiş N nömrəli hərbi hissənin qazan təminatında; xx.xx.N0-cu il tarixdən xx.xx.NN-cü il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X5 regional məhkəmə-tibbi laboratoriyasının rəisi, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ərazi regional məhkəmə-tibbi laboratoriyasının rəisi və Müdafiə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X2 Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsinin rəisi vəzifələrində xidmətdə olduğu dövrdə xx.xx.N0-cu il tarixdən xx.xx.NN-cü il tarixədək Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşmiş N nömrəli hərbi hissənin qazan təminatında olmuşdur.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il 6N1 saylı qərarının 2-ci bəndinin hazırda qüvvədə olan b) yarımbən dinə görə pensiya hüququna malik hərbi qulluqçuya pensiya təyin olunarkən xidmətin bir ayının iki ay sayılması üçün döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti nəzərə alınır.

41. Əvvəlki normaya görə isə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılırdı.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il 6N1 saylı qərarına uyğun olaraq cavabdeh tərəfindən mütəmadi olaraq “Döyüş şəraitində olan hərbi hissə və bölmələrin tərkibinin müəyyənləşdirilməsi haqqında” verilmiş əmrlərdə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatların da iştirak etməyə hazır olan hərbi hissələrdə xidmət edən, habelə bu hərbi hissələrə xidməti tapşırıqla ezam edilmiş hərbi qulluqçuların xidmət illəri güzəştli qaydada hesablanmışdır.

43. Cavabdehə görə onun əmrlərində iddiaçının xidmət etdiyi laboratoriya və bölmə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrin siyahısında qeyd edilməmişdir.

44. İşdə olan əmrlərin bəzisində iddiaçının döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrin ərzaq təminatına qoyulması və çıxarılması hərbi hissə rəhbərliyinin əmri, bəzisində isə Müdafiə Nazirliyi Məhkəmə X6 rəisinin əmri ilə həyata keçirilmişdir.

45. Apelyasiya instansiyası məhkəməsi iddiaçının xidmət etdiyi regional məhkəmə tibbi laboratoriyasının və regional məhkəmə tibbi ekspertiza bölməsinin ərzaq təminatında olduğu döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrin tabeliyində, həmin hərbi hissələrin şəxsi heyətinin siyahısında olub-olmamasını, regional məhkəmə tibbi laboratoriyasının və regional məhkəmə tibbi ekspertiza bölməsinin səlahiyyətinin yalnız iddiaçının ərzaq təminatında olduğu hərbi hissəyə, yoxsa döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olmayan hərbi hissələrə də xidmət etməsi, regional məhkəmə tibbi laboratoriyasının və regional məhkəmə tibbi ekspertiza bölməsinin hansı quruma tabe olması, iddiaçının hansı qurum (hərbi hissə, hərbi vəzif əli şəxs) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrin ərzaq təminatına qoyulması araşdırılmamış, araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməmişdir.

46. Odur ki, xx xxxxxx 1996-cı ildən xx xxxxxxxx 2004-cü ilədək xidmət illərinin bir gününün üç gün kimi hesablanması hissəsində kasasiya şikayətinin dəlilləri təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, bu hissədə iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il 6N1 saylı qərarının 2-ci bəndinin hazırda qüvvədə olan b) yarımbəndinə görə pensiya hüququna malik hərbi qulluqçuya pensiya təyin ol unarkən xidmətin bir ayının iki ay sayılması üçün döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti nəzərə alınır.

48. Qərara görə hərbi qulluqçunun döyüş əməliyyatlarında aldığı xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti xidmətin bir ayının iki ay sayılması üçün əsasdır.

49. İddiaçının xidmətinin bir ayının iki ay sayılması üçün döyüş əməliyyatlarında xəsarət alması, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olması işdə olan hər hansı sübutla təsdiq edilmir.

50. İddiaçı özü də döyüş əməliyyatlarında xəsarət almasını, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda müalicə olun masını bildirməmişdir.

51. Odur ki, iddia tələbinin hərbi xidmət dövrünün bir ayının iki ay sayılması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmadığından, bu hissədə qərar ləğv edilməli, iddia rədd edilməlidir.

52. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(10N)-7N6/2020 saylı, xx xxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş iddiaçının xidmət illərinin bir gününün üç gün kimi hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. İddiaçının xidmət illərinin bir gününün iki gün kimi hesablanması ba rədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar