Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2019/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Holcim (Azərbaycan)” ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: İddianın mümkünsüzlüyü, mübahisənın mülki xarakterli olması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı pul tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1941/2021 nömrəli 03 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayət inə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulan ziyana görə “Holcim (Azərbaycan)” ASC-dən 1.200.000 (bir milyon iki yüz min) manat pulun onun xeyrinə tutularaq verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, Abşeron rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış 387 saylı 29.12.2005-ci il tarixli Torpaq İcarə müqaviləsi və müvafiq hüquqi sənədlər əsasında hazırda Bakı şəhəri Qaradağ rayon ərazisində yerləşən 7 (yeddi) hektar "Sahə" adlanan ərazi iddiaçıya uzun müddətə icarəyə verilmişdir. İddiaçı istifadəsində və ixtiyarında olan sahədə daş karxanası (yer-mədən) fəaliyyəti göstərərək istehsalatla məşğuldur. Həmin sahədə "xxxx" (Azərbaycan) ASC iddiaçının razılığı və məlumatı olmadan fiziki partlayış keçirərək qazıntı işləri aparmışdır. Nəticədə, həmin sahədə torpaq və yer-daş örtüyü tam yararsız hala gəlmişdir. İddiaçı ona məxsus ərazinin istehsal üçün yararsız hala düşməsinin səbəblərini müəyyən etmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, hər iki nazirliyin keçirdiyi yoxlama və müayinə nəticəsində müəyyən edilmişdir ki, "xxxx" (Azərbaycan) ASC-nin bu ərazidən xammal götürmək məqsədi ilə apardığı partlayış işləri nəticəsində həmin ərazi yarasız hala düşmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)184/18 nömrəli iş üzrə 10.07.2018-ci il tarixli qərarı ilə iddiaçının Holcim (Azərbaycan) ASC-yə qarşı iddia tələbləri təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin "Yerin təkinin istismarına razılıq verilməsi haqqında" 03 a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamı Qaradağ rayonunun inzibati ərazisində yerləşən "Şahqaya" əhəng daşı yatağında tam istismar olunmamış ərazidə yerin təkindən səmərəli istifadə olunması məqsədi ilə "X2 və X1 Quarry" Tam Ortaqlı müəssisəsinin istifadəsində olan 6,24 ha torpaq sahəsinin istismarının davam etdirilməsinə verilmiş razılıq ləğv edilmişdir. Qeyd edir ki, "X2 və X1 Quarry" Tam Ortaqlı müəssisəsi Holcim (Azərbaycan) ASC-nin tərkib müəssisəsidir. 2-1(81)-184/18 saylı iş üzrə məhkəmə ekspertizası təyin olunub və 20.06.2018-ci tarixli 9207 nömrəli ekspertiza rəyinə əsasən, iddiaçıya məxsus 6,24 hektar torpaq sahəsi Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti tər əfindən "X2 və X1 Quarry" Tam Ortaqlı müəssisəsinə ayrılmış 14,6 hektar torpaq sahəsinin cizgisi ilə üstüstə düşür. Cavabdeh ona məxsus ərazidən xammal çıxarılması məqsədi üçün istifadə etmişdir. Cavabdehin qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində ilkin hesablamalara görə iddiaçıya 1.200.000 (bir milyon iki yüz min) manat dəyərində maddi ziyan vurulmuşdur. İddiaçı cavabdehə rəsmi qaydada pretenziya ilə müraciət edərək ona vurduğu 1.200.000 (bir milyon iki yüz min) manat miqdarında ziyanın ödənilməsini tələb etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. Bakı İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2-1(112)-6816/2021 saylı qərardadı ilə (hakim: G.A.Sevdimalıyeva) iddia mümkün sayılmamışdı r.
4. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə mülki mübahisə olduğundan, bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.
5. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1941/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: A.S.Hüseynov və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2-1(112)-6816/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiya mə hkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
9. Kassasiya şikayətində qeyd edilir ki, cavabdeh tərəf hazırki iddianın mülki xarakterli iddia olmasını qəbul edir. Lakin iş aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə aid olduğundan iş həmin məhkəməyə göndərilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanun u: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkəts izliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya şikayəti mümkün hesab edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
16. Hazırki işin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
17. İPM-in 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
18. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hü quqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
19. Hazırkı iddia tələbinin mümkün sayılması üçün əsas şərt, iddia olunan zərərin inzibati orqan tərəfindən vurulmasıdır. Lakin hazırki işdə bu şərt ödənilmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, inzibati orqan Azərbaycan Respublikasının mü vafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı), onun yerli strukturu və digər qurumu, yaxud bələdiyyə deyil, o, AR Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5-ci bölməsində nəzərdə tutulan qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs də deyil.
21. Bu səbəbdən də hazırkı iddia mülki xarakterli olduğundan ona inzibati mübahisə kimi inzibati məhkəmədə baxıla bilm əz.
22. Cavabdeh apelyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də qeyd etmişdir ki, iş, aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə aid olduğundan həmin məhkəməyə göndərilməlidir.
23. Bununla bağlı qeyd olunmalıdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
24. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
25. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən hüquq normaları pozulmadığından qərardadın ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1941/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.