Məhkəmə qərarları › İş №2-1(102)-2019/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2019/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2019/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi xidmət və təhsil illərinin sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçının hərbi xidmət və təhsil illərinin sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2022-ci il tarixli 21(103)-2334/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 8 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyası pensiya təyin edilmiş, pensiyanın məbləği 609 manat müəyyən edilmişdir.

2. İddiaçı pensiya məbləği ilə razılaşmayaraq hərbi xidmət və təhsil illərinin sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir.

3. Cavabdehin 24 fevral 2021-ci il tarix li bidirişinə əsasən o, axşam şöbəsində təhsil aldığından təhsil illərinin sığorta stajına daxil edilməsi mümkün deyil. Qeyd edilənləri nəzərə alaraq aylıq pensiyanın məbləğinin dəyişdirilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanaraq artımla birlikdə təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial ilə əvəz olunmasını, iddia tələbinin “iddiaçının hərbi xidmət və təhsil illərinin sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 25 sentyabr 1974-cü il tarixdən 10 yanvar 2019-cu il tarixədək müxtəlif təşkilatlarda işləmiş, 5 aprel 2019-cuil tarixdən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətində baş direktor vəzifəsinə təyin edilmişdir. Onun 8 yanvar 2021-ci il tarixdə yaşa görə əmək pensiyasını almaq hüququ yaranmış və ona DSMF tərəfindən SMS vasitəsilə 609 manat pensiya təyin edilmişdir. Lakin iddiaçı pensiya məbləği ilə razılaşmayaraq pensiya məbləğinin yenidən hesablanaraq artırılması üçün ərizə ilə müraciət etmişdir. Ərizəyə əlavə olaraq hərbi xidmət dövrünü təsdiq edən hərbi biletin təsdiqlənmiş surətini və əyani şöbədə təhsil aldığını təsdiq edən arxiv arayışını əlavə etmiş, lakin DSMF tərəfindən göndərilən 24 fevral 2021-ci il tarixli SMS bidirişdə göstərilmişdir ki, o, axşam şöbəsində təhsil aldığından təhsil illərinin sığorta stajına daxil edilməsi mümkün deyil. Qeyd olunanları nəzərə alaraq aylıq pensiya məbləği dəyişmir. Lakin iddiaçının təqdim etdiyi Bakı Dövlət Neft və Sənaye Universitetinin 01-429 nömrəli 27 yanvar 2021-ci il tarixli arxiv arayışına əsasən o, 1979-cu ildə energetika fakültəsinin əyani şöbəsinin 1-ci kursuna daxil olmuş, yalnız 4-cü kursdan 5-ci kursa axşam şöbəyə köçürülmüşdür. 1986-cı ildə göstərilən ixtisas üzrə axşam şöbəsini bitirmişdir. İddiaçının hərbi xidmətdə olduğu dövr yenidən nəzərə alınmamışdır. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, İddiaçı 65 yaşının tamam olduğu 8 yanvar 2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyinatı aparılmışdır. İddiaçıya pensiya təyinatı onun 2006-cı il 1 yanvar tarixdən əvvəlki dövr üzrə olan ümumi iş stajı 25 il tamamlanmadığından, 2006-cı il 1 yanvar tarixdən 2018-ci il 1 iyul tarixədək olan dövr üzrə əmək fəaliyyəti ilə məşğul olub məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirdiyindən və fərdi hesabının sığorta hissəsində 71.103 manat pensiya kapitalı toplandığından, iddiaçıya güzəşt edilərək avtomatlaşdırılmış qaydada aparılmışdır. Belə ki, qanunvericiliyin tələbinə müvafiq olaraq əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının hərbi xidmət illəri və 2006-cı ilin 1 yanvar tarixədək mövcud olan ümumi iş stajı 25 ilə tamamlanmadığından, ona avtomatlaşdırılmış qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılması mümkün deyildir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli 30 oktyabr 1998-ci il tarixdə tərtib edilmiş əmək kitabçasına əsasən onun 1 yanvar 2006-cı il tarixədək olan ümumi iş stajı 20 il 4 gün təşkil edir. Qanunvericiliyin tələbini nəzərə alaraq iddiaçının təhsilini axşam növbəsində başa vurduğundan, həmin illər ümumi iş stajına daxil edilə bilməz. Eyni zamanda, iddiaçının təqdim etdiyi hərbi biletə əsasən onun hərbi xidmət müddəti 2 il 1 ay 25 gün təşkil edir. Belə ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək hərbi ximdət müddəti də daxil edilməklə ümumi iş stajı 22 il 1 ay 29 gün təşkil edir. Belə olan halda iddiaçıya pensiya təyinatı haqlı olaraq 626 manat məbləğində aparılmışdır və iddiaçının pensiyanın yenidən hesablanmasına dair iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(112)-810/2022 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, iddiaçıya onun dekabr 1978-ci ildən dekabr 1982-ci ilədək Azərbaycan Neft Kimya İnstitutunda əyani təhsil aldığı və 1 noyabr 1976-cı il tarixdən 26 noyabr 1978-ci il tarixədək hərbi xidmət keçdiyi dövrlər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyas ının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı 1976 – 1978-ci illərdə hərbi xidmətdə olması hərbi biletində, dekabr 1978-ci ildən dekabr 1982-ci ilədək ali təhsil müəssisəsində əyani təhsil alması (sonda 1986-cı ildə təhsilini bitirməklə) ona məxsus diplomda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 18 yanvar 2022ci il tarixli arayışında, ayrı-ayrı təşkilatlarda işləməsi əmək kitabçasında öz təsdiqini tapır. Həmin sənədlərdə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən əmək kitabçası, hərbi bilet və müvafiq arayış mötəbər hesab olunur. İddiaçının 1978-ci ilin dekabr ayından 1982-ci ilin dekabr ayınadək (4 il 19 gün) Azərbaycan Neft Kimya İnstitutunda əyani təhsil aldığı, 1 noyabr 1976-cı il tarixdən 26 noyabr 1978-ci il tarixədək (2 il 25 gün) hərbi xidmət keçdiyi, habelə 1974-cü ildən 2018-ci ilin dekabr ayınadək (müəyyən fasilələrlə də olsa) ayrı-ayrı təşkilatlarda işlədiyi dövrlər sosial sığorta stajı daxil edilməlidir və bu dövrlərin məcmusu 25 ildən artıq sığorta stajı təşkil edir. Bu isə, ona 65 yaşı tamam olduğu vaxtdan 25 ildən artıq sığorta stajı olan şəxs kimi yaşa görə əmək pensiyası hüququnun olması qənaəti yaradır. Belə olan halda, iddiaçıya 8 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının onun hərbi xidmət və əyani təhsil aldığı dövrlər sığorta stajı kimi nəzərə alınmaqla yenidən hesablanmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərk əzi Filialının imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2022-ci il tarixli 21(103)-2334/2022 nömrəli qərarı ilə (hakimlər A.Hüseynov – sədrlik edən və məruzəçi, M.Tağızadə və V.Baxışova) birinci instansiya məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiya m əhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasıya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilir ki, işi araşdırarkən hər iki instansiya məhkəməsi tərəfindən mübahisyə baxılması zamanı prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmişdir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan da göründüyü kimi cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanuni əsaslar olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayə tinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gö stərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olara q yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azə rbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı 1976 – 1978-ci illərdə hərbi xidmət keçmiş, 1978-ci ilin dekabrndan 1982-ci ilin dekabr ayınadək ali təhsil müəssisəsində (hazırlıq kursu da daxil olmaqla) əyani təhsil almış, həmçinin 25 sentyabr 1974-cü ildən əmək fəaliyyətinə başlamaqla, hərbi xidmət və əyan təhsil müddəti də daxil olmaqla, 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq əmək (çığorta) stajına malik olmuşdur.

23. Buna görə də, iddiaçı onun 1 yanvar 2006-cı il tarixədək topladığı sığorta stajının 25 ildən artıq olduğuna istinadla əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 21(103)-2334/2022 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar