Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2019/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gömrük ödənişləri üzrə hesablanan artıq məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respubl ikası Maliyyə Nazirliyi) “artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə rəy tərtib edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-342/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC tərəfindən Macarıstan Respublikasının “SANAPLUS KFT.” şirkətindən idxal etdiyi, mənşə ölkəsi Macarıstan Respublikası olan 7 paketdə 187 qutuda 33660 ədəd “VİTA C/15/** PT *** mg Vit C+Cink” markalı “VİTAMİN C” adlı bioloji fəallığa malik qida əlavəsi olan malların gömrük rəsmiləşdirilməsi üçün **********2210 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir (tarix xx.xx.2020).
2. Təqdim ed ilmiş həmin gömrük bəyannaməsində qeyd olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, invoys dəyəri 18513,00 Avro, gömrük dəyəri 172721,70 manat, statistik dəyəri 101601 ABŞ dolları göstərilib. Bəyannamədə malların gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq “1 6 - ehtiyat üsul” seçildiyi qeyd olunub. Gömrük orqanı tərəfindən İddiaçı MMC-nə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 600 manat, idxal gömrük rüsumu 25908,26 manat, əlavə dəyər vergisi 35861,39 manat, elektron gömrük xidmət haqqı 60 manat və elektron gömrük xidməti üzrə əlavə dəyər vergisi 10,80 manat hesablanmışdır. İddiaçı MMC tərəfindən həmin məbləğ ödənilmişdir.
3. İddiaçı cavabdeh orqana müraciət edərək əlavə ödənilmiş gömrük ödənişlərinin ona geri qaytarılmasını xahiş etmiş, cavabdeh tərəfindən isə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə (bundan sonra cavabdeh və ya İdarə yazılacaq) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz sayılması, artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə rəy tərtib edilməsi, artıq ödənilmiş gömrük ödənişlərinin əlavə xərclərlə birlikdə geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 49.023,69 manat ödənişlərinin İddiaç ı MMC-yə geri qaytarılması barədə rəy tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və artıq ödənilmiş 49.023,69 manat pul vəsaitlərinin İddiaçı MMC-yə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Macarıstanda fəaliyyət göstərən “SANAPLUS” KFT şirkəti ilə bağlanmış xx.xx.2020-ci il tarixli 01 saylı alğı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən adıçəkilən şirkətdən ümumi dəyəri 18.513 AVRO təşkil edən 33.660 ədəd “Vit. C 900 mg” qida əlavəsi satın alınmışdır. Adıçəkilən qida əlavəsinin dəyəri iddiaçı tərəfindən iki dəfəyə qarşı tərəfə tam olaraq ödənilmişdir. İddiaçının gətirdiyi qida əlavəsi xx.xx.2020-ci il tarixində ölkə ərazisinə daxil olmuşdur. Cavabdeh adıçəkilən mala görə cəmi 62.440,45 manat məbləğind ə pul vəsaitinin ödənilməsini tələb etmiş və bildirilmişdir ki, həmin vəsaitin daxilində ƏDV və gömrük rəsmiləşdirilməsinə aid olan məbləğlər öz əksini tapır. Araşdırma zamanı məlum olmuşdur ki, tərtib edilmiş gömrük bəyannaməsində gömrük əməkdaşı tərəfindən malın gömrük dəyəri olaraq 172.721,70 manat, statistik dəyər olaraq isə 101.601,00 manat qeyd edilmişdir. İddiaçı tərəfindən buna etiraz edilərək tərəflər arasında bağlanmış müqavilə üzrə və rəsmi ödənişlər əsasında malın dəyərinin 18.513 AVRO olması, həmçinin bu qida əlavəsinin dünya bazarında topdan satış qiymətinin məlum olması bildirilsə də, buna heç bir diqqət yetirilməmiş, hesablanmış 62.440,45 manat məbləğində vəsaiti iddiaçı ödəmədiyi təqdirdə, malın yük maşınlarından boşaldılmasının qadağan edilməsi və yük maşınlarının buraxıl mayacağını bildirmişlər. Gətirilmiş qida əlavəsinin istehsal müddəti ilə son istifadə müddəti arasında olan fərq iki il olduğundan və malın qısa müddət ərzində satılması nəzərdə tutulduğundan, məcburiyyət qarşısında qalaraq iddiaçı ondan tələb olunan pul vəsaitlərinin ödənilməsini təmin etmişdir. Bu yaxınlarda aparılan araşdırmalar və məsləhətlər nəticəsində iddiaçıya məlum olmuşdur ki, ondan gətirilən mala görə 62.440,45 manat məbləğində pul vəsait alınmamalı idi. Qeyd olunan vəsaitlərin ödənilməsi nəticəsində İdarə iddiaçının hüquqlarını pozaraq, ondan qanunla müəyyən edilmiş məbləğlərdən qat-qat artıq ƏDV və gömrük rüsumlarını almaqla, şirkətin maddi vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə pretenziya məktubu ilə İdarəyə və Az ərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (bundan sonra Komitə yazılacaq) müraciət etmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə ümumi dəyəri 18.513 AVRO təşkil edən mala görə, gömrük bəyannaməsində cavabdehin əməkdaşları tərəfindən gömrük və statistik dəyərləri qrafasına əsassız olaraq yazılmış məbləğlərə dəyişiklik edilməsi, tərəflər arasında bağlanmış müqavilədə malın qeyd olunmuş və iddiaçı tərəfindən bank vasitəsi ilə ödənilmiş dəyərinə uyğun olaraq gömrük bəyannaməsinə düzəlişlərin edilməsi, həmin malın müqavilə dəyərinə uyğun olaraq gömrük rüsumları və ƏDV-nin təkrar hesablanması və təkrar hesablamalara uyğun olaraq, yeni hesablanmış məbləğlərin iddiaçı tərəfindən ödənilmiş 62.440,45 manat məbləğindən çıxılması, yerdə qalan vəsaitin iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Onun müraciətinə Komitə xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, İddiaçı MMC-nin ünvanına Macarıstan Respublikasının “SANAPLUS” KFT şirkətindən idxal olunan və xx.xx.2020-ci il tarixli gömrük bəyamnaməsi ilə bəyan edilən Macarıstan mənşəli “Vit.C 900 mg” adlı bioloji fəallığa malik qida əlavəsi yükünün rəsmirəşdirilməsi həyata keçirilərkən «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi rəhbər tutularaq gömrük dəyəri müəyyən olunmuşdur. Cavabdehin bu imtinası qanunsuz və əsassızdır.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, İdarədə aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Macarıstan Respublikasının “SANAPLUS KFT.” şirkətindən idxal etdiyi mənşə ölkəsi Macarıst an Respublikası olan 7 paketdə 187 qutuda 33660 ədəd “VİTA C/15/** PT *** mg Vit C+Cink” markalı “VİTAMİN C” adlı bioloji fəallığa malik qida əlavəsi olan mallarının gömrük rəsmiləşdirilməsi üçün **********2210 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş həmin gömrük bəyannaməsinin 33-cü qrafasında “VİTAMİN C” adlı bioloji fəallığa malik qida əlavəsi olan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 18513 Avro, 45-ci qrafasında gömrük dəyəri 172721,70 manat, 46-cı qrafasında statistik dəyəri 101601 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 ehtiyat üsul seçilərək İddiaçı MMC tərəfindən bəyan olunmuşdur. Qeyd olunanlara əsasən mallara gömrük nəzarəti gömrük orqanla rının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 600 manat, idxal gömrük rüsumu 25908,26 manat, əlavə dəyər vergisi 35861,39 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 60 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 10,80 manat, cəmi 62440,45 manat hesablanaraq İddiaçı MMC tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2020-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı MMC öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində tə sdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan **********2210 sorğu nömrəli gömrük bəyannaməsini malları sərbəst dövriyyəyə buraxıldıqdan sonra şübhə altına almış, gətirdiyi malları gömrük rəsmiləşdirilməsindən keçirilib sərbəst dövriyəyə buraxıldıqdan 3 ay 10 gün sonra, xx.xx.2021-ci il tarixdə Komitəyə və İdarəyə pretenziya məktubu ilə müraciət edərək, gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda ittiham etmişdir. Pretenziya məktubu Komitə tərəfindən əsaslı olmadığı üçün təmin edilməmişdir. Malın gömrük dəyərinin müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Xarici iqtisadi fəaliyyət aparıldığı təqdirdə, o cümlədən malların idxalı zamanı onların gömrük dəyərinin müəyyən edilməsi zəruridir, çünki həmin gömrük dəyərinə uyğun olaraq mallar bəyan edilməli və gömrük ödənişləri ödənilməlidir. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların gömrük dəyərinin müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Lakin iddiaçı bununla bağlı gömrük orqanına müraciət etməmiş və vaxtında bu hüququndan istifadə etməmişdir. İddiaçı MMC idxal edilmiş mallarının gömrük dəyərini **********2210 sorğu nömrəli gömrük bəyannaməsində göstərmiş, gömrük orqanı da həmin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmişdir. İddiaçı MMC **********2210 sorğu nömrəli gömr ük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və malları xx.xx.2020-ci il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır. Həmin gömrük bəyannaməsi ilə İddiaçı MMC tərəfindən idxal edilən malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Göründüyü kimi İddiaçı MMC-nin elektron formada təsdiqləyərək təqdim etdiyi **********221 0 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün İddiaçı MMC-nin təsdiqlədiyi **********2210 sorğu nömrəli gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür.
8. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-1181/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı öz iradəsi ilə gömrük bəyannaməsinin düzgünlüyünü təsdiq etmiş, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etmiş, gömrük orqanı da öz növbəsində gömrük bəyannaməsini təsdiqləmişdir. Qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi idxal edilmiş malın gömr ük rəsmiləşdirilməsi zamanı bəyan edənin təqdim etdiyi gömrük bəyannaməsinə əsasən hesablamalar həyata keçirilir. Həmin bəyannamədə malın gömrük dəyəri bəyan edən tərəfindən göstərilir. Malın gömrük dəyərinin müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Lakin iddiaçı bununla bağlı gömrük orqanına müraciət etməmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-342/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarı (ilə hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022ci il tarixli, 2-1(112)-1181/2022 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq, iddia qismən təmin edilmiş, cavabdehin üzərinə artıq ödənilmiş 48.460,82 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə geri qaytarılması barədə rəyin tərtib edilməsi və artıq ödənilmiş 48.460,82 manat pul vəsaitlərinin İddiaçı MMC-yə geri qaytarılması öhdəliyinin qoyulması qərara alınmışdır.
12. Apelyasiya instansiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən gömrük dəyəri 172.721,70 manat, statistik dəyərinin isə 101.601 manat olması əsas götürülərək iddiaçıdan 62440,45 manat gömrük rüsumu tələb edilmişdir. Halbuki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsi nin əsas üsulu kimi qida əlavəsi olan mallarının sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etmişdir. Lakin cavabdeh orqan bəyannamədə 101601 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir.
13. Məhkəmə araşdırması zamanı cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciət olunması, bundan başqa qida əlavəsi olan malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizasının keçirilməsi müəyyən edilməmişdir. Qida əlavəsi olan malların daxili bazarda satış qiymətlərinə uyğun olaraq dəyərin çıxılması üsulundan istifadə edərək gömrük dəyəri müəyyən edilmişdir. Belə ki, dəyərləndirilən malın çıxılmış dəyərini müəyyən edərkən, bu mallarla eyni və ya tə qribən eyni vaxtda idxal olunmuş eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti müqayisə üçün əsas kimi götürülmüşdür.
14. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən idxal rüsumuna görə 20.316,32 manat, əlavə dəyər vergisinə görə isə 28.144,5 manat iddiaçıdan artıq gömrük rüsumu alınmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı e tiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Maddə 4.1. Gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməli yyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 19. “Gömrük tarifi haqqında” Qanun Maddə
7. Gömrük dəyərinin müəyyən edilməsi 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Maddə
8. Malın gömrük dəyərinin bəyan edilməsi 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir.... Maddə
10. Bəyannaməçinin hüquq və vəzifələri 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.... Maddə
11. Gömrük orqanının hüquq və vəzifələri 11.1. Gömrük orqanının gömrük dəyərləndiril məsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Maddə
12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları Maddə 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Maddə 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrü k dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Maddə
13. Malların sövdələşmə qiyməti üsulu 13.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: 13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); 13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə b ilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; 13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; 13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; 13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Maddə
16. Çıxılmış dəyər 16.1. Malların gömrük dəyərini bu Qanunun 13–15-ci maddələrində göstərilən qay dada müəyyənləşdirmək mümkün olmadıqda, gömrük ərazisinə idxal edilən malların gömrük dəyəri çıxılmış (deduktiv) dəyər üsulu ilə müəyyənləşdirilir. Bəyannaməçinin seçimi əsasında bu Qanunun 16-cı və 17-ci maddələri istənilən ardıcıllıqla tətbiq edilir. 16.2. Dəyərləndirilən malın çıxılmış dəyərini müəyyən edərkən, bu mallarla eyni və ya təqribən eyni vaxtda idxal olunmuş və ən böyük həcmdə, idxal olunduğu vəziyyətdə və əlaqəli olmayan şəxsə satılmış eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti müqayisə üçün əsas kimi götürülür və həmin qiymətdən aşağıdakı məbləğlər çıxılır:...
20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 saylı qərarına əsasən təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydaları Bənd 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır:... 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə;... Bənd
4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Bənd 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Bənd 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Bənd 6.2. Gömrük ödənişlərinin q aytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 21. “İnzibati icraat haqqında” Qanun Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
22. İnzibati Prosessual Məcəllə Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Hazırkı mübahisə iddiaçı tərəfindən Macarıstan Respublikasının “SANAPLUS KFT.” şirkətindən 18513 AVRO pula aldığı və Gürcüstan Respublikası üzərindən Azərbaycan Respublikasına gətirilmiş “VİTA C/15/** PT *** mg Vit C+Cink” markalı “VİTAMİN C” adlı bioloji fəallığa malik qida əlavəsi olan malların gömrük rəsmiləşdirilməsi üzrə gömrük ödənişlərinin hesablanmalı və artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlıdır. 32. “Gömrük tarifi haqqında” Qanunun tələbinə görə malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) siste mi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir. Həmin Qanuna əsasən, gömrük dəyərinin müəyyən edilməsi üçün dəqiq üsullar müəyyən edilib. Bu üsullar ardıcıllığa əsaslanmaqla aşağıdakılardan ibarətdir: malların sövdələşmə qiyməti; eyni malların sövdələşmə qiyməti; eynicinsli malların sövdələşmə qiyməti; dəyərin çıxılması üsulu; dəyərin toplanması üsulu; ehtiyat üsulu (Qanunun 12.1-ci maddəsi).
33. Nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normalara görə gömrük sərhədindən keçirilən bütün mallar onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olun muş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Gömrük bəyannaməsini və gömrük orqanlarının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir.
34. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması cavabdehin məsuliyyət sferasına aiddir. Bu baxımdan yuxarıda qeyd olunan normalarda təsbit edilmiş malların gömrük dəyərinin müəyyən edilməsi üsulunun seçilməsi və tətbiqi, gömrük ödənişlərinin hesablanması cavabdehin vəzifə səlahiyyətidir. Cavabdeh gömrük dəyərinin müəyyən edilməsi üçün seçdiyi konkret üsulu və hesabladığı gömrük ödənişlərini əsaslandırmağa və bu barədə qanuni qərar qəbul etməyə borcludur. Bu qanunçuluq prinsipindən və cavabdehin fəaliyyətinin qanuna tabe olmasından irəli gəlir.
35. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, bəhs olunan malların gömrük rəsmiləşdirilməsinə xx.xx.2020-ci il tarixdə başlanmış, iddiaçı tərəfindən verilmiş bəyannamə həmin gün deklaranta qaytarılmışdır. Bəyannamənin qaytarılmasına səbəb kimi “31-ci qrafa tam doldurulsun, 6124 kod altında analitik rəy skan olunsun” qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə bəyannamə r əsmiləşdirilmək üçün göndərilmiş, icraçı təyin olunmuş və xx.xx.2020-ci ildə yük buraxılmışdır (Gömrük bəyannaməsi üzrə elektron çıxarış – səh. 190).
36. Komitə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Komitə tərəfindən aparılmış təhlillər nəticəsində bir çox hallarda ölkə ərazisində idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində satış qiymətlərinin idxal qiymətləri ilə kəskin fə rqlənməsi müəyyən edilmişdir. Qeyd olunan hal riskli hal kimi qiymtələndirilmiş və aşkar olunmuş risklərin minimallaşdırılması üçün həmin malların gömrük qiymtələndirilməsi zamanı “Gömrük tarifi haqqında” Qanunun 16-cı maddəsinin tələbləri əsas götürülmüşdür.
37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya gömrük dəyərinin müəyyən edilməsi zamanı tətbiq edilən üsul, dəyərin çıxılması üsuludur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda idxal olunmuş və ən böyük həcmdə, idxal olunduğu vəziyyətdə və əlaqəli olmayan şəxsə satılmış eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti müqayisə üçün əsas kimi götürülür və həmin qiymətdən aşağıdakı məbləğlər çıxılır: idxal edilmiş eyni sinif və ya növ malların gömrük ərazisində satışı ilə əlaqədar ödənilən və ya ödənilməli olan komissiya haqları və ya həmin malların satışı ilə əlaqədar gəlir götürmək və ümumi xərcləri ödəmək üçün adətən edilən əlavələr; gömrük ərazisində daşınma, yüklənmə, boşaldılma işlərinə və sığortaya adətən sərf olunan xərclər; malların idxalı və satışı ilə əlaqədar gömrük ərazisində ödənilməli olan gömrük rüsumlarının, vergilərin və digər ödənişlərin məbləği.
38. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunduğu kimi gömrük dəyərinin müəyyən edilməsinin üsulları dəqiq müəyyən edilmişdir (“Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi).
39. Həmçinin bu üsulların tətbiqi zamanı müəyyən olunmuş ardısıllığıa dəqiq riayət olunması əsas qayda kimi müəyyən edilərək həmin Qanunun 12.2-ci maddəsində deyilir ki, mallar ın sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
40. Lakin iddiaçıya münasibətdə malların gömrük dəyəri müəyyən edilərkən bu ardıcıllığa riayət olunmamış, ardıcıllıq sırasına görə dördüncü üsul (dəyərin çıxılması üsulu) seçilmiş, bu üsuldan əvvəl gələn üsullarla (malların sövdələşmə qiyməti (12.1.1.), eyni malların sövdələşmə qiyməti (12.1.2.) və eynicinsli malların sövdələşmə qiyməti (12.1.3.)) gömrük dəyərini müəyyən etməyin mümkün olmadığı əsaslandırılmamışdır.
41. Halbuki, iddiaçı gömrük dəyərinin müəy yən edilməsinin əsas üsulu kimi qida əlavəsi olan mallarının sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etmişdir. Lakin cavabdeh orqan bəyannamədə 101601 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir. Deklarantın özünə əlverişli olan və qanunla şərtsiz ixtiyarı tanındığı “malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi” kimi əsas dəyərləndirmə üsulundan istifadə etməyib, əlverişsiz olan “dəyərin çıxılması” üsulundan istifadə etməsinin motivi müəyyən deyil.
42. İnzibati orqan xx.xx.2021-ci il tarixli məktubda “aparılmış təhlillər nəticəsində bir çox hallarda ölkə ərazisində idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində satış qiymətlərinin idxal qiymətləri ilə kəskin fərqlənməsi müəyyən edilmişdir. Qeyd olunan hal riskli hal kimi qiymətləndirilmiş və aşkar olunmuş risklərin minimallaşdırılması üçün həmin malların gömrük qiymtələndirilməsi zamanı “Gömrük tarifi haqqında” Qanunun 16-cı maddəsinin tələbləri əsas götürülmüşdür” deməsinə baxmayaraq, qida əlavəsi olan malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir.
43. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, gömrük siyasətinin reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını, xüsusilə də şəxs üçün əlverişsiz qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın qəbul etdiyi qərarın əsaslarını v ə istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
44. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 59.1.5-ci və 62-ci maddələrinin tələbinə görə, inzibati orqan qəbul etdiyi qərar haqqında maraqlı şəxsə rəsmi məlumat verməyə, həmçinin qərarında həmin qərara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi orqan və ya məhkəmə haqqında məlumat verməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərə findən qeyd edilən tələblərə tam əməl olunmamışdır.
45. Bundan başqa, nəzərə alınmalıdır ki, inzibati orqan yuxarıda istinad olunan normada təsbit edildiyi kimi, malların gömrük dəyərinin müəyyən edilməsi üsulu ilə bağlı seçim imkanlarına malik olduğu hallarda, “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinin tələblərinə əməl etməyə borcludur. Bu mənada fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna, o cümlədən iqtisadi maraqlarına hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır
46. Göründüyü kimi iddiaçıya münasibətdə “Gömrük tarifi haqqında” Qanunun 12.2ci maddəsinin imperativ xarakterli tələbi pozulmuşdur və apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 21(103)-342/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.