Məhkəmə qərarları › İş №2-1(102)-2019/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2019/2024

08.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2019/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidmət illərinin yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “xidmət illərinin yenidən hesablanması və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-507/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş k assasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1977-ci ildə Xüsusi bioloji cihazlar konstruktor bürosunda 18 nömrəli şöbəyə laborant vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci ildə təhsili ilə bağlı işdən azad edilmişdir. Daha sonra xx.xx.1983-cü il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına həkim-bakterioloq vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə Səhiyyə Nazirliyinin xx.xx.1984-cü il tarixli 181-k nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdə Respublika Sanitariya Epidemioloji Stansiyasına işə qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə rəhbərlik arasındakı razılaşmaya əsasən köçürmə yolu ilə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə işə qəbul edildiyi üçün işdən azad edilmişdir. İddiaçı xx.xx.1987-ci il tarixdə müəssisənin rəhbərlikarası razılaşmasına əsasən köçürmə yolu ilə Dövlət Təhlükəsizlik Komitəsinə həkim-epidemioloq qəbul edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli, 239-12 nömrəli qanununa əsasən AR Dövlət Təhlükəsizlik Komitəsi AR Milli Təhlükəsizlik Nazirliyinə çevrilmişdir. İddiaçı xx.xx.1993-cü il tarixdə AR ƏQM-in 36-cı maddəsinin 3-cü bəndinə (hərbi xidmətə qəbul olunması ilə əlaqədar) müvafiq olaraq işdən azad edilmiş, həmin tarixdən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçı xidmət illərinin yenidən hesablanması ilə bağlı cavabdeh orqana müraciət etmişdir.

3. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, İddiaçı təhlükəsizlik orqanlarına hərbi xidmətə qəbulla bağlı təqdim etdiyi ərizə onun şəxsi arzusu əsasında hərbi xidmətə qəbul olunduğunu müəyyən edir. İddiaçı yüksək ixtisaslı mütəxəssislər sırasından DTX tərəfindən seçilməsi və əmək stajının sonrakı hərbi xidmət illərinə hesablanması barədə onun şəxsi işində hər hansı məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun yüksək ixtisaslı mütəxəssis kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinə hərbi xidmətə qəbul olunana qədərki əmək stajının xidmət illərinə yenidən hesablanması və xidmət illərinin hesablanması vərəqinin Azərbaycan Respubli kasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun yüksək ixtisaslı mütəxəssis kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinə hərbi xidmətə qəbul olunana qədərki xx.xx.1983-cü və xx.xx.1993-cü illərdəki əmək stajının xidmət illərinə yenidən hesablanması və xidmət illərinin hesablanması vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

6. İdd ia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, xx.xx.1987-ci ildən xx.xx.1993-cü il tarixədək isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin Hərbi-Tibb Xidmətində ixtisaslı, mülki həkim mütəxəssis kimi işləmişdir. xx.xx.1993-cü ilin dekabr ayında, iddiaçı yüksək ixtisaslı həkim mütəxəssislər sırasından seçilərək, Milli Təhlükəsizlik Nazirliyinə baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmətə qəbul olunmuş və Hərbi-Tibb İdarəsinə təyinat almışdır. 22 il qüsursuz xidmətdən sonra xx.xx.2015-cı il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (yaşa görə) əsasən ehtiyata buraxılmış və xidmət illərinə görə pensiya ilə təmin olunmuşdur. Lakin iddiaçı hərbi xidmətə qəbul olunana qədər olan əmək stajı pensiya təyinatı zamanı nəzərə alınmamış, bu da təyin olunmuş pensiya məbləğinin düzgün formalaşmasına ciddi təsir göstərmişdir.

7. Cavabdeh tərəfindən iddiaya verilən etirazda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1993-cü ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə başlamış, təhlükəsizlik orqanlarında bir sıra vəzifələrdə xidmətini davam etdirmiş və keçmiş MTN-in xx.xx.2015-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən onun xidmət illəri 21 il 04 ay 04 gün, ali təhsil: 02 il 06 ay 00 gün, güzəştli 03 il 04 ay 06 gün olmaqla, cəmi 27 il 02 ay 10 gün hesablanmışdır. İddiaçı təhlükəsizl ik orqanlarında həqiqi hərbi xidmətə qədərki dövrdə keçmiş MTNdə həkim-epidemioloq vəzifəsində mülki işçi kimi çalışmışdır. Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması 2004-cü il 29 iyun tarixli 711- İİQ nömrəli “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 avqust tarixli 126 nömrəli Qərarı ilə “Zabit heyətinə mənsub şəxslərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası”na edilmiş dəyişikliklərlə həmin məsələ ilə bağlı müddəalar öz əksini tapmışdır. İddiaçı təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə qədərki dövrdə keçmiş MTN-də həkim-epidemioloq vəzifəsində mülki işçi təyin olunarkən və xidməti vəzifələrinin davamı olaraq eyni strukturda həqiqi hərbi xidmətə qəbul edilərkən qanunvericiliyin müddəaları mövcud olmadığından həmin müddətdə onun yüksək ixtisaslı mütəxəssislər sırasından seçilməsi barəsində qərar qəbul edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2134/2023 nömrəli, 9 iyun 2023-cü il tarixli qərarı ilə (hakim S.Sal ahova) iddia rədd edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunması kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kadr strukturları tərəfindən tərtib edilən və rəhbəri tərəfindən təsdiq edilən rəy əsasında həyata keçirilir. Yəni kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində olan ehtiyac nəzərə alınmaqla zərurət yaranan ixtisas və həmin ixtisasa uyğun gələn yüksək ixtisaslı mütəxəssislə bağlı kadr strukturları müvafiq rəy tərtib edir, təsdiq edilmək üçün rəhbərliyə təqdim edir. Rəhbərlik tərəfindən həmin rəy təsdiq edildiyi təqdirdə şəxs yüksək ixtisaslı mütəxəssis kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində xidmətə qəbul edilir və onun əmək kitabçasında xidmətə qəbul edilənədək olan əmək stajı iki günü bir gün hesablanmaqla şəxsin xidmət müddətinə daxil edilir. İşdən görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdə Respublika Sanepidemstansiya və Dövlət Təhlükəsizlik Xidmətinin (КГБ) rəhbərlikləri arasında olan razılığa əsasən köçürmə yolu ilə Dövlət Təhlükəsizlik Xidmətinə həkim-epidemioloq qəbul edilsə də, onun yüksək ixtisaslı mütəxəssis kimi qəbul edilməsi barədə rəy mövcud olmamış, nə həmin dövrdə, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarı qəbul edildikdən sonra əvvəlki iş dövrü onun xidmət illərinə daxil edilməmiş, ona həmin xidmət illərinə görə əlavə ödənilməmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-507/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: Vəkil1 - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şi kayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyasının istinad etdiyi NK-nın müvafiq; qaydalarının birinci bəndinə əsasən Bu Qayda yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədər ki əmək stajına pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanmasını tənzimləyir. Qaydaların üçüncü bəndinə əsasən hərbi qulluqçunun əmək stajının pensiya təyin edilməsi və əlavə faizin ödənilməsi üçün xidmət illərinə daxil edilməsi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kadr strukturları tərəfindən tərtib olunaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri tərəfindən təsdiq edil ən rəy əsasında həyata keçirilir. Rəy iki nüsxədə hazırlanır - birinci nüsxə kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin maliyyə orqanına təqdim olunur, ikinci nüsxə isə kadr strukturu tərəfindən hərbi qulluqçunun şəxsi işinə tikilir. Qeyd olunanlardan da göründüyü kimi müvafiq qaydaya əsasən rəy şəxsin yüksək ixtisaslı mütəxəssis seçilməsi barədə deyil bu mütəxəssisə əlavə ödənişlərin olunmasına görə verilir. Nəzərə alsaq ki, bu qayda NK-nin 2005-ci il 1 iyul tarixli, 124 Saylı qərarı ilə təsdiqlənmişdir. İddiaçıya yüksək ixtisaslı mütəxəssis kimi əlavə ödənişlərin verilməsinə dair rəyin müddəti Baxımından mümkün deyil. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezid entinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanı: Bənd. 1.12. Qanunun 20.8-ci maddəsində nəzərdə tutulmuş yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədər ki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarı ilə “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olun ana qədər ki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydaları”: Bənd

1. Bu Qayda yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanmasını tənzimləyir. Bənd

2. Əməkdaşların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı iki günü bir gün hesablanmaqla pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə daxil edilir. Bənd

3. Hərbi qulluqçunun əmək stajının pensiya təyin edilməsi və əlavə faizin ödənilməs i üçün xidmət illərinə daxil edilməsi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kadr strukturları tərəfindən tərtib olunaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri tərəfindən təsdiq edilən rəy əsasında həyata keçirilir. Rəy iki nüsxədə hazırlanır - birinci nüsxə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin maliyyə orqanına təqdim olunur, ikinci nüsxə isə kadr strukturu tərəfindən hərbi qulluqçunun şəxsi işinə tikilir. Bənd

4. Əmək stajı və onun ayrı-ayrı müddətləri müəyyən edilmiş qaydada doldurulmuş əmək kitabçası (və ya rəsmi arayışlar) əsasında müəyyənləşdirilir.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qis mən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” i şi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla belə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Hazırkı iş üzrə iddiaçının hüququ marağı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə hərbi xidmətə qəbul edilənədək işlədiyi dövrün, yəni xx.xx.1983-xx.xx.1993-cü illərdəki əmək staj ının xidmət illərinə daxil edilməsi ilə bağlıdır.

25. Bununla bağlı qeyd edilməlidir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən, yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablana bilər.

26. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 17-ci bəndində istinad olunan normaların məzmunundan aydın olur ki, şəxsin yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və ə ks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunması kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kadr strukturları tərəfindən tərtib edilən və rəhbəri tərəfindən təsdiq edilən rəy əsasında həyata keçirilir. Yəni kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində olan ehtiyac nəzərə alınmaqla zərurət yaranan ixtisas və həmin ixtisasa uyğun gələn yüksək ixtisaslı mütəxəssislə bağlı kadr strukturları müvafiq rəy tərtib edir, təsdiq edilmək üçün rəhbərliyə təqdim edir. Rəhbərlik tərəfindən həmin rəy təsdiq edildiyi təqdirdə şəxs yüksək ixtisaslı mütəxəssis kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində xidmətə qəbul edilir və onun əmək kitabçasında xidmətə qəbul edilənədək olan əmək stajı iki günü bir gün hesablanmaqla şəxsin xidmət müddətinə daxil edilir. 2

7. Beləliklə, işin tədqiq olunan sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, iddiaçı xx.xx.1987-ci il tarixdə Respublika Sanepidemstansiya və Dövlət Təhlükəsizlik Xidmətinin (КГБ) rəhbərlikləri arasında olan razılığa əsasən köçürmə yolu ilə Dövlət Təhlükəsizlik Xidmətinə həkim-epidemioloq qəbul edilsə də, onun yüksək ixtisaslı mütəxəssis kimi qəbul edilməsi barədə rəy mövcud olmamış, nə həmin dövrdə, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarı qəbul edildikdən sonra əvvəlki iş dövrü onun xidmət illərinə daxil edilməmiş, ona həmin xidmət illərinə görə əlavə ödənilməmişdir.

28. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, iddiaçının cavabdeh tərəfin dən yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunması işin tədqiq edilən halları ilə müəyyən edilmədiyindən iddianın təmini üçün əsas mövcud deyildir, bu səbəbdən cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

29. Nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 2- 1(103)-507/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar