Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-202/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-202/2020 Bakı şəhəri xx xxxx 2020-ci il 17.03.2020 Açar sözlər: hərbi qulluqçuların güzəştli xidmət illərinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 nümayəndəsi xxx in və vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 rəisi xxx3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 21(103)-2148/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və Maliyyə Plan İdarəsinə qarşı (bundan sonra mətndə cavabdehlər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1993-cü il tarixdən xx xxxx 1997-ci il tarixədək olan hərbi xidmət dövrünü imtiyazlı 1 günü 3 gün hesablanmasının və bunun təqaüdə çıxdığı müddətdən hesablanması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin xx xxxx 1993-cü il tarixdən xx xxx 1994-cü il tarixədək hissəsi 1 aya 3 ay, xx xxx 1994-cü il t arixdən xx xxxx 1997-ci il tarixədək hissəsi isə 1 aya 2 ay hesablanmaqla ümumi xidmət illərinin yenidən hesablanması və buna dair məlumat vərəqəsi tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi öhdəlyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxx 1993-cü il tarixdən xx xxxx 1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində, rayon rayonunda yerləşən saylı hərbi hissədə döyüş bölgəsində olmuş, xx xxx 2002-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Mühafizə İdarəsində polis nəfəri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 681 saylı qərarında və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxx 1993-cü il tarixli, 191 saylı əmrinə əsasən göstərilən hərbi xidmət dövrü pensiya təminatı zamanı güzəştlə 1 ay hərbi xidmət müddətinin 3 ay hərbi xidmət kimi hesablanması nəzərdə tutulmuşdur. Müharibə veteranı olmaqla xx xxxx 2018-ci il tarixdə öz xahişi ilə Daxili İşlər Nazirliyindən təqaüdə çıxmış, lakin onun təqaüdü düzgün hesablanmamışdır. Bununla bağlı cavabdehə bir sıra müraciətlər ünvanlasa da, müharibə veteranı vəsiqəsinin mövcud olmasına baxmayaraq, ondan həqiqətən döyüş bölgəsində xidmət etməsi barədə arayışın təqdim olunması tələb edilmiş, nəticədə imtiyazlı hesablama düzgün olmayaraq yalnız atəşkəs vaxtına qədər aparılmışdır. C avabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1386/2019 saylı (hakim Şəhla Süleymanova): xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Cavabdeh2 cavabdehlər sırasından çıxarılmış və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş; xx xxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh2 üçüncü şəxs sırasından çıxarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)1386/2019 saylı qərarı ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının xidmət illərini hesablayarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il tarixli, 631 nömrəli qərarını iddiaçıya münasibətdə tətbiq etməmiş, id diaçının imtiyazlı hesablama ilə 20 ildən artıq xidmət illərini nəzərə almamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2148/2019 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və əlavə olaraq bildirmişdir ki, iddiaçının xx xxxx 1993-cü il tarixdən xx xxxx 1997-ci il tarixədək xidmət etdiyi dövr müddətli həqiqi hərbi xidmət dövrünə aid olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 631 saylı qərarının təsir dairəsinə düşməməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlili əsassız olmuşdur. Qanunvericiliklə müddətli həqiqi hərbi xidmət dövrü ali təhsili olanlar üçün 1 il, digər bütün əsgər, matros və çavuşlar üçün 1 il 6 ay olaraq müəyyən edilmişdir. İddiaçı isə,xx xxxx 1993-cü il tarixdən xx xxxx 1997-ci il tarixədək 4 il müddətində həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üç ün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 631 saylı qərarının 2-ci, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1, 2, 4, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 4-cü bəndləri, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 38.1-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 631 saylı qərarına əsasən, 1 ay hərbi xidmət müddətinin 3 ay hərbi xidmət kimi hesablanması yalnız müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına şamil edildiyindən, iddiaçı isə xx xxxx 1993-cü il tarixdən xx xxxx 1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olduğundan, apellyasiya məhkəməsinin qərarın iddiaçıya münasibətdə tətbiq olunmasına dair gəldiyi nəticə düzgün olmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddələsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. xx xxxx 1975-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş iddiaçı xx xxx 2002-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək Bakı şəhəri Yasamal ra yonu Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası DİN BMİ-nin xx xxxx 2018-ci il tarixli, 982 ş/h-038-18 saylı əmri ilə 135-ci maddəsinin 1-ci bəndinə əsasən, xx xxxx 2018-ci il tarixdən daxili işlər orqanlarından xaric edilmiş və ona xx xxxx 2018-ci il tarixində Daxili İşlər Nazirlyinin əməkdaşı kimi pensiya təyin edilmişdir. İddiaçı döyüş günləri və imtiyazlı xidmət illəri daxil olmaqla ümumi xidmət illərinin yenidən hesablanmaqla (xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər hissəsi 1 aya 3 ay, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər hissəsi 1 aya 2 ay hesablanmaqla) buna dair yenilənmiş məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fond unun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli, 038-41227A-3218 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçının arxiv şəxsi işində daxili işlər orqanlarında xidmət etdiyi müddət ərzində döyüşlərdə iştirakı və imtiyazlı günlər barədə heç bir qeydiyyat olmadığından, lakin təqdim edilən arayışlara əsasən yenidən hesablanaraq müəyyən edilmişdir ki, təqvimi hesablama ilə 20 il 01 ay 02 gün təşkilı edir, imtiyazlı hesablama ilə 21 il 08 ay 09 gün təşkil etməsi ilə bağlı pensiya təyini üçün xidmət müddəti haqqında hesablama tərtib edilərək DİN-nin Maliyyə Plan İdarəsinə göndərilmişdir. XXX saylı vəsiqə, iddiaçıya məxsus NZ № ******* saylı hərbi biletin surətinə və Azərba ycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş SB/443 saylı, xx xxxx 2018-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçı xx xxxx 1993-cü il tarixdən xx xxxx 1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi xidmətdə olmuş, xx xxxx 1993-cü il tarixdən xx xxx 1994-cü il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda rayon bölgəsində gedən döyüşlərdə iştirak etmiş, xx xxx 1994-cü il tarixdən xx xxxx 1997-ci il tarixədək döyüş bölgəsində yerləşən hərbi hissədə xidmət etmişdir, müharibə veteranıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin nəticəsinə görə, qanunvericiliklə müddətli həqiqi hərbi xidmət dövrü ali təhsili olanlar üçün 1 il, digər büt ün əsgər, matros və çavuşlar üçün 1 il 6 ay olaraq müəyyən edilmişdir. İddiaçı isə 4 il müddətində həqiqi hərbi xidmət qulluqçusu olduğundan, onun xidmət etdiyi illər güzəştli hesabla hesablanmalıdır. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, 1 ay hərbi xidmət müddətinin 3 ay hərbi xidmət kimi hesablanması yalnız müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına şamil edildiyindən, iddiaçı isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olduğundan, apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının hərbi xidməti bitirdiyi xx xxxx 1997-ci il tarixinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslər ə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 631 saylı, xx xxxxxx 1992-ci il tarixli qərarında müəyyən edilmişdir ki,«Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır: - 2-ci bəndinə əsasən, zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara və daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) x idmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri. Müddəanın məzmununa görə müddətindən artıq xidmətdə qalan hərbi qulluqçuların Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi dövrlər onların xidməti bir ayı üç ay sayılmaqla pensiyanın təyin edilməsi zamanı nəzərə alınmalıdır. Qeyd edilmiş güzəştin tətbiqi üçün hansı şəxslərin müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara aid edildiyi müəyyn olunmalıdır. Bu məsələsini həll edərkən apellyasiya məhkəməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 4-ci maddəsinə istinad etmişdir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Azərb aycan Respublikasının Qanunu ilə xx xxxxxxx 1997-ci il tarixində qəbul edilmiş və iddiaçının istinad etdiyi hala münasibətdə tətbiq edilə bilməz, çünki həmin hal xx xxxx 1993-cü il tarixdən xx xxxx 1997-ci il tarixi əhatə edən dövrə aid olduğu üçün hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmamışdır. İddiaçının iddialı olduğu müddətə münasibətdə qüvvədə olmuş “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən edilmişdir: - 5-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti. Bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar müddətl i həqiqi hərbi xidmətdə, Qanunla müəyyən edilmiş müddətdən artıq həqiqi hərbi xidmət keçənlər isə müddətdən artıq həqiqi hərbi xidmətdə hesab olunurlar; - 15-ci maddəsinə əsasən, dinc dövrdə hərbi xidmətin müddətlər hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: a) müddətli xidmət hərbi qulluqçuları üçün:qalan bütün əsgərlər, çavuşlar—1 il 6 ay; b) müddətdən artıq xidmət hərbi qulluqçuları üçün: müddətli xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar—3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 3 və ya 5 il, yaxud daha az müddətə uzadıla bilər; - 17-ci maddəsinə əsasən, dinc dövrdə və müharibə dövründə hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Dinc dövrdə və müharibə dövrün də ali zabitləri, dinc dövrdə müddətli xidmət hərbi qulluqçularını həqiqi hərbi xidmətdən Azərbaycan Respublikasının Prezidenti buraxır. Sadalanmış maddələrin tələbləri belə izah edilir ki, həqiqi hərbi xidmət müddətli və müddətindən artıq hissələrə bölünür ki, dinc dövrdə onların müddəti müxtəlif qaydada müəyyən edilmiş, habelə müddətindən artıq həqiqi hərbi xidmətə müddətli xidmətdən daxil olması nəzərdə tutulmuşdur. Müharibə dövründə isə müddətli həqiqi hərbi xidmətə çağırılmış şəxslər ehtiyata və ya istifayə buraxılanadək həmin xidmətdə olduğu kimi hesab edilirlər. Göstərilmiş maddələrin tələblərini işin hallarına tətbiq edərkən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx xxxx 1993-cü il tarixdən xx xxxx 1997-ci il tarixə qədər müddətli həqiqi hərbi xidmətdə olduğu Azərbaycan Respu blikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin verdiyi arayışla öz təsdiqini tapmışdır. Bu hissədə məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlillə razılaşdığını qeyd edir. Lakin həmin illərin iddiaçının xidmət illərinə güzəştli şərtlərlə daxil edilməsi zamana görə qüvvədə olmuş aşağıdakı qanunvericilikdə müəyyən edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun: - 68-ci maddəsinə əsasən, pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti — üçqat ölçüdə. M addənin məzmunundan göründüyü kimi, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət üçqat ölçüdə hesablanmalıdır. Bu müddəanın tələbləri yalnız müddətli xidmət hərbi qulluqçulara aid edilmişdir. Belə ki, zamana görə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar; - 2-ci maddəsinə əsasən, müddətli xid mət hərbi qulluqçularının və onların ailə üzvlərinin pensiya təminatı qaydası «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir; - 16-cı maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu maddələrin tələblərindən isə bəlli olur ki, müddətindən artıq xidmət hərbi qulluqçularına pensiya təyin edilməsinin hüquqi əsasları həmin Qanunla tənzimlənmişdir və xidmət illərinin hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmişdir. Müddətli xidmət hərbi qulluqçularınınpensiya təminatı qaydası isə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Q anununda nəzərdə tutulmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının tələbinə münasibətdə yuxarıda qeyd edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 631 saylı, xx xxxxxx 1992-ci il tarixli qərarı tətbiq oluna bilməzdi, çünki o, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində həqiqi hərbi xidmətə cağırılmış və həmin dövrdə müddətli həqiqi xidmətdə olmuşdur. İddiaçının xx xxxx 1993-cü il tarixdən xx xxxx 1997-ci il tarixə qədər müddətli həqiqi xidmətdə olduğu nəzərə alındıqda, onun qazanılmış pensiya hüququna bu müddətin üçqat ölçüdə hesablanması «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İPM-nin 96.7-ci maddəsinin tələblərinə əsasən, yuxarıda göstərilən maddi hüququn düzgün tətbiq edilməməsi səbəbindən apellyasiya instansiya məhkəməsinin qərarı ləğv oluna bilməz. Çünki həmin maddəyə əsasən, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı, əsasən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyil dir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 rəisi xxx3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2148/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli i
Məhkəmə qərarları › İş №2-1(102)-202/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-202/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver