Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-202/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşayış yeri üzrə qeydiyyata alınma). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1976-cı il, FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Nüsrətov Şirvan İsmayıl oğlu) “qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2-1(103)-2289/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarından üçüncü şəxs Nüsrətov Şirvan İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən, o, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 733947 saylı nikah haqqında şəhadətnaməyə əsasən, X3 ilə xx.xx.1976-cı ildə nikaha daxil olmuşdur.
2. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 179932 saylı 05 may 2021-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
3. AA seriyalı ******* saylı şəxsi yyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1937-ci ildə Lənkəran şəhərində doğulmuş Nüsrətov Şirvan İsmayıl oğlu (iddiaçının qaynatası) ünvan 3 ünvanında qeydiyyatdadır.
4. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli 2(008)5326/2021 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdehlər Nüsrətov Şirvan İsmayıl oğlu, X4 və X2 qarşı “yaşayış evinə köçürülmə və cavabdehlərin çıxarılması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11225/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edildiyi hissədə ləğv edilərək, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2196/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı mərhum əri ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Seyid Şuşinski küçəsi, ev 3Q ünvanına istifadə hüququnun olduğuna istinad edərək onun həmin evə qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 1 may 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, onun yuxarıda göstərilən ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi və ya Azərbaycan Respublikasının qanunvericiliyin də nəzərdə tutulan başqa sənədlər) RPİ-nin X1 təqdim olunması vacibdir. Lakin yuxarıda göstərilən sənədlər Sabunçu RPİ-nin X1 təqdim olunmadığından, onun göstərilən ünvana qeydiyyata alınması imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Seyid Şuşinski küçəsi, ev 3Q ünvanı üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia ərizəsi işin hallarına uyğun tərtib edilmiş, iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 10-cu maddəsinə, Mülki Məcəllənin 148.2, 152.1-ci maddə lərinə istinad edilmişdir.
8. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq məhkəməyə daxil olmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 6 sentyabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Seyid Şuşinski küçəsi, 3Q saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 31 avqust 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 31 mart 2022-ci il və 1 aprel 2022-ci il tarixli sorğulara cavab məktublarının məzmunundan görünür ki, ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-1260/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ilə iddiа rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi iddiaçının qeydiyyata düşmək istədiyi ünvan 8 ünvana dair hüquqmüəyyənedici sənədlərin olmamasına, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə uyğun hesab edilməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.
13. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/ M.N.Tağızadə və A.P.Oruczadə) 2-1(103)-2289/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia təmin edilərək, iddiaçının ünvan 3, 3Q saylı evə (məhkəmə qətnaməsi ilə köçürüldüyü evə) qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilmişdir.
15. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qeydiyyatı ünvan 9 ünvanında yerləşən 51 saylı mənzilə olsa da, onun qüvvədə olan məhkəmə qətnaməsi ilə hazırda qeydiyyata alınmasını tələb etdi yi ünvan 10 ünvanına köçürülməsi qət edilmişdir. Həmin evdə (özbaşına tikilidə) iddiaçının qaynatası olan iş üzrə üçüncü şəxs də yaşayır, lakin sonuncunun da həmin ünvana qeydiyyatı yoxdur. Buna görə də, iddiaçı sözügedən ünvana qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Cavabdeh inzibati orqan isə iddiaçını sözügedən evə qeydiyyata almaqdan imtina edərkən buna əsas kimi həmin yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim edilməməsinə istinad edir. Halbuki, iddiaçının həmin ünvanda yerləşən evə (özbaşına tikiliyə) köçürülməsi barədə qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda, cavabdeh inzibati orqan iddiaçının qeydiyyatının aparılmasından yalnız həmin yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim edilməməsi əsası ilə imtina edə bilməzdi, başqa sözlə desək, cavabdehin göstərdiyi dəlil hazırki vəziyyətdə yeganə imtina əsası kimi çıxış edə bilməzdi.
16. Üçüncü şəxs Nüsrətov Şirvan İsmayıl oğlu apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi qərarında qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Məhkəmə tərəfindən işlə bağlı olmayan maddi hüquq norma sına istinad edilmişdir. İşdə olan sənədlərdən aydın görünür ki, İddiaçı iddianın predmeti olan evə heç bir rəsmi sənədi olmamaqla, evə sahiblik hüququ yoxdur və hal-hazırda ünvan 11 ünvanda qeydiyyatdadır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Məhkəmə bu işdə iddia ilə bağlı olmayan maddi hüquq normasına istinad etmişdir. İddianın predmeti olan ev iddiaçının sahibliyində deyil. Həmçinin, bu istinad edilən hüquq normasının evə qeydiyyata alınma ilə heç bir əlaqəsi yoxdur. Bakı Apellyasiya Məhkəməsi qeyd edilən hüquq normasına istinad etməklə də maddi hüquq normasını pozmuşdur və iddia tələbi ilə bağlı hüquqi baza yaratmaq məqsədi ilə qərarda bu normaya istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci mad dəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:.... 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə
8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə;......
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələ blərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla belə, üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Bu qərarın 19-cu bəndində istinad olunan normalarda şəxsin qeydiyyata alınması üçün tələb olunan sənədlərin dairəsi və qeydiyyatdan imtinanın əsasları təsbit edilmişdir. Həmin normalara görə, şəxs yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alı nması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, orderi, icarə və ya kirayə müqaviləsini, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini aidiyyəti icra hakimiyyəti orqanına təqdim etməlidir. Həmin normalarda nəzərdə tutulmuş müvafiq sənədlər təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.
28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı qeydiyyatı ünvan 9 ünvanında yerləşən 51 saylı mənzilə olsa da, onun qüvvədə olan məhkəmə qətnaməsi ilə hazırda qeydiyyata alınmasını tələb etdiyi ünvan 10 ünvanına köçürülməsi qət edilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sözüg edən ünvana qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Cavabdeh inzibati orqan iddiaçını sözügedən evə qeydiyyata almaqdan imtina edərkən əsas kimi həmin yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim edilməməsinə istinad etmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin ünvanda yerləşən evə (özbaşına tikiliyə) köçürülməsi barədə qüvvədə olan məhkəmə qətnaməsinin mövcud olmasını nəzərə alsaq, cavabdeh inzibati orqanın iddiaçının qeydiyyatının aparılmasından yalnız həmin yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim edilməməsi əsası ilə imtina etməsi əsassızdır, başqa sözlə desək, cavabdehin göstərdiyi dəlil hazırki vəziyyətdə yeganə imtina əsası kimi çıxış edə bilməzdi.
31. Qeyd etmək lazımdır ki, hazırki işdə iddiaçı qeydiyyata alınmasını tələb etdiyi ünva nla bağlı həmin evə köçürülməsinə dair qüvvədə olan məhkəmə qətnaməsini təqdim etmişdir və bu sənəd də onun müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların tələbləri baxımından və qeyd edilən səbəblərdən, ünvan 10 ünvanında yerləşən evə qeydiyyata alınmasını tələb etməkdə iddiaçının haqlı olması barədə apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə əsaslı və qanunauyğundur.
33. Odur ki, iddiaçının həmin evə pasport qeydiyyatına alınmasından cavabdehin imtinası əsassız olmuşdur. Kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Üçüncü şəxs N üsrətov Şirvan İsmayıl oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2289/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.