Məhkəmə qərarları › İş №2-1(102)-202/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-202/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-202/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamenti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yataqxananın sökülməsinə görə kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamenti) qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2-1(103)-1207/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Təmir-Tikinti İdarəsi tərəfindən 29 mart 2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzilinə dair iddiaçının adına 18 saylı order verilmişdir.

2. İddiaçı, arvadı X4 və oğlu X5 ünvan 1 ünvanında qeydiyyatdadırlar və MİS-in məlumatına görə həmin ünvanda yaşamışlar.

3. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(010)5411/2018 nömrəli qətnaməsi ilə Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin olunaraq, cavabdeh X1 və ailə üzvlərinin (əri, oğlu) təhlükəsizliyinin təm in edilməsi məqsədi ilə 35000 manat maddi yardım əvəzində onların üzərinə ünvan 3 ünvanında yerləşən yaşadıqları yataqxana binasındakı otaqlarını boşaltmaq öhdəliyi qoyulmuşdur.

4. İddiaçı, bu qərarın 3-cü bəndində göstərilən qətnaməyə istinad etməklə ünvan 3 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə 35000 manat kompensasiya ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 21 iyun 2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, həmin yataqxana binasında 44 saylı mənzil olmamışdır və Suraxanı rayon Məhkəməsinin 12 oktyabr 2018- ci il tarixli, 2(010)5411/2018 saylı qətnaməsində qeyd olunan 44 saylı mənzil Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 8 saylı binada yerləşməklə, üç nəfər ailə tərkibi ilə X2 məxsusdur. Bakı şəhər Mənzil-Kommunal T əsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan ünvan 3 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31 iyul 2017ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən iddiaçının həmin dövrdə sözügedən yataqxanada faktiki yaşamadığı müəyyən edildiyindən ona birdəfəlik 35000 manat maddi yardım ödənilməsi məqsədəmüvafiq hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki istifadəsində olmuş ünv an 4 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə 35000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən iki girişdən ibarət 4 mərtəbəli yataqxana Bakı Dəniz Balıq Limanı İdarəsinə məxsus olmuşdur. İddiaçı uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləmiş, yaşayış sahəsinə ehtiyacı olduğu üçün ərizə ilə rəhbərliyə müraciət etmiş, müraciəti əsasında 2000-ci ilin oktyabr ayında mənzillə təmin olunmuşdur. 29 mart 2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın faktiki yaşadığı 44 saylı mənzilinə dair iddiaçının adına 18 saylı order verilmiş, istifadə hüququ tanınmışdır. 2000-ci ilin oktyabr ayından 2019-cu ilin avqust ayına qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, İİ qrup əlildir. 2016-cı ilin oktyabr ayında sakinlərin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTİ-yə X6 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 5 ünvanında yerləşən yataqxanaya baxış keçirilərkən yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişinin bağlandığı, yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının düşməsi nəticəsində binaya giriş və çıxışın yararsız hala düşməsi müəyyən edilərək binanın qəzalı vəziyyətdə olmasına dair 21 okty abr 2016-cı il tarixli rəy tərtib edilmişdir. İddiaçı cavabdehə kompensasiya ödənilməsinə dair dəfələrlə şifahi və yazılı şəkildə müraciət etməsinə baxmayaraq, mənzilin dəyərinin bazar qiymətinə uyğun olaraq ödənilməsi tələbinə dair rəsmi müraciətinə bu günədək cavab verilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona qəzalı vəziyyətində olduğu müəyyən edilmiş binada yerləşən 1 otaqlı mənzilinə görə digər sakinlərə ödənilmiş məbləğdə (35000 manat) kompensasiya - birdəfəlik maddi yardım ödənilməli, ya da yaşayış sahəsi verilməlidir.

7. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X6 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 7 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş v ə 21 oktyabr 2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin istifadə üçün yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də, onların arasında bu iş üzrə iddiaçının yaşaması müəyyən edilməmişdir. Komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən süni olaraq mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2017-ci il tarixli 7-430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin 23 oktyabr 2017-ci il tarixli 07/03-317-5172 saylı məktubu ilə razılaşdırılmış və BŞİH başçısının 491 nömrəli 25 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı rayon İcra Hakimiyyətinə deyil, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 26 avqust 2021-ci il tarixli 21(112)-1703/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının kompensasiya tələb etdiyi ünvan 4 ünvanında yerləşən binanın 44 saylı mənzilinə d air heç bir hüququ qeydiyyata alınmamışdır. Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan həmin yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən iddiaçının həmin dövrdə sözügedən yataqxanada faktiki yaşamadığı müəyyən edildiyindən ona birdəfəlik 35000 manat maddi yardım ödənilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdehin etirazına görə, ümumiyyətlə, binanın 44 saylı mənzili mövcud olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş siyahı nın kserosurəti heç bir vəzifəli şəxs tərəfindən imza edilmədiyindən və möhürlə təsdiq edilmədiyindən sübut kimi qəbul edilmə bilməz. İddiaçı tərəfindən, ümumiyyətlə, iddia etdiyi mənzilin ona məxsus olması barədə hər-hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Belə ki, onun iddia etdiyi kimi Bakı Dəniz Balıq Limanının 1 saylı TTİ-də iş yerindən verilmiş order kserosurətdir, iddiaçı özü isə məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, həmin idarədə işləməmiş, Penitensiar Xidmətdə hərbi qulluqda olub ehtiyata buraxılmışdır. İddia ərizəsində guya uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləməsi barədə göstərilənlər həqiqətə uyğun deyil, həmin yataqxanadakı mənzili satın almış və satan adam ona həmin orderin surətini vermiş, orderin əsli olmamışdır. Od ur ki, iddiaçının mənzilə dair hüququnun olmasını təsdiq edən sənəd kimi verdiyi orderin kserosurəti məhkəmədə həmin sənədin mövcudluğuna şübhə yaradır və mötəbər sübut hesab oluna bilməz.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) 28 iyun 2022-ci il tarixli 21(103)-799/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-1703/2021 nömrəli qərarı ləğv edilməklə iddianın təmin olunması barədə yeni qərar qəbul edilmiş, id diaçının yaşadığı ünvan 4 ünvanında yerləşən binanın 44 saylı mənzilinə görə ona 35.000 manat kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı və iş materialları ilə müəyyən edildiyi kimi, 1 saylı TəmirTikinti İdarəsi ilə İddiaçı arasında Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi ünvanında yerləşən yataqxanaya dair “Yataqxanada yaşayan sakinlərin mənzil və kommunal xidmətlərin ödənilməsi hüquq və vəzifələri haqqında” müddətsiz müqavilə bağlanmış, 1 saylı Təmir-Tikinti İdarəsi tərəfindən 29 mart 2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzilinə dair iddiaçının adına 18 saylı order verilmişdir. Həmçinin, iş materiallar ı ilə müəyyən olunur ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 5 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətə düşmüş yataqxanada qeydiyyatda olmaqla yaşamış və həmin yataqxana binasının mövcud texniki vəziyyətinin qəzalı olması ilə əlaqədar yataqxana binasındakı otaqların boşaltması barədə ona xəbərdarlıq edilmişdir. Həmçinin, Suraxanı RİHB-nın Sərəncamı ilə yaradılmış Komissiya tərəfindən tərtib edilmiş siyahıdan görünür ki, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən 4 mərtəbəli yataqxana binasında 97 mənzil mövcud olmuşdur. Belə olan halda, 44 saylı mənzilin mövcud olmaması inandırıcı olmamaqla təsdiqini tapmır.

13. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya ins tansiya məhkəməsində birinci icraat

14. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə /məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) 30 noyabr 2022-ci il tarixli 2-1(102)-1876/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-799/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxanada 44 nömrəli mənzildə yaşadığını bildirib, yataqxananın qəzalı vəziyyətdə olmasına görə sökülməsi ilə bağlı ona kompensasiya ödənilməli olması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı yataqxanada qeydiyyatda olmasına, iş yeri ilə bağlanmış müqaviləyə, iş yerindən verilmiş orderə istinad edərək cavabdehin ona kompensasiya ödənilməli olmasını bildirmişdir. Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzilinə dair iddiaçının əmlak hüquqlarının mövcudluğunu təsdiq edən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Həmçinin, sözügedən mənzilə dair iddiaçının adına 1 nömrəli Təmir-Tikinti İdarəsi tərəfindən verilmiş 18 saylı orderin 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə cavab verməsi istiqamətində də apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamışdır. Yataqxanada mənzil sahəsi iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Lakin işdə olan sənədlərdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının adına olan order və müqavilədə adı qeyd edilən 1 nömrəli Təmir-Tikinti İdarəsinə müəyyən sorğular göndərilmiş, lakin həmin sorğulara cavab alınmamış, iddiaçının istinad etdiyi yataqxanadakı mənzilin həqiqətən iş yeri tərəfindən verilməsi sonadək araşdırılmamış, order və müqavilənin həmin vaxt qanunvericiliyin tələbinə uyğun verilməsi yoxlanılmamışdır. Eyni zamanda, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın 44 saylı mənzilinə dair iddiaçının adına verilmiş orderi və müqaviləni imzalayan müəssisənin həqiqətən iddiaçı nın iş yeri olması və həmin müəssisə tərəfindən həqiqətən iddiaçıya adıçəkilən sənədlərin verilməsi barədə də obyektiv araşdırılma həyata keçirilməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında mənzili başqa şəxsdən aldığını, həmin idarədə işləmədiyini bildirmiş (səh.107), apelyasiya məhkəməsi iddiaçının izahatı ilə bağlı araşdırma aparmamışdır. 11 saylı MKİS-nin 593 nömrəli xx.xx.2017-ci il tarixli arayışından görünür ki, iddiaçı Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxanada aşağıdakı ailə tərkibi ilə yaşayır: arvadı-X4; oğlu-X5. Həmçinin, 11 saylı MKİS tərəfindən tərtib edilmiş Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeçiliyində olan Hövsan qəsəbəsində yerləşən 11 saylı Mənzil Kommunal İstismar sahəsinin xidmət dairəsində ki R.Abdullayev küçəsi 24 saylı binadakı otaqlar və yaşayan sakinlər haqqında Siyahıdan görünür ki, iddiaçı qeyd olunan ünvanın 44 saylı mənzilində ailə tərkibi ilə birlikdə yaşayır və siyahıda 36-cı sırada göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin və MİS-in təqdim etdiyi məlumatlar arasında olan ziddiyyəti aradan qaldırmamış, yataqxanada həqiqətən 44 nömrəli mənzil olması, iddiaçının həqiqətən 44 nömrəli mənzilin sakini olması, iddiaçıya bildirişin göndərilməsi, adının hansı əsasla siyahıya salınması, eləcə də, 44 saylı mənzildə qeydiyyatda olub-olmaması, həmin mənzildə əmlak hüququna (mənzildən istifadə hüququna) malik olması ətraflı araşdırılmamış, bununla bağlı cavabdehə, MİS-ə, orderi və müqaviləni imzalayan idarəyə sorğular edib cavablar almamışdır. İşdə yataqxana ya aid eskiz layihəsində 44 saylı mənzilin olmadığı göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən mənzilin neçə mərtəbədən və neçə yaşayış otağından ibarət olması, otaqların nömrələri barədə məlumatlar, o cümlədən yataqxanada 44 nömrəli mənzilin mövcud olması yoxlanılmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 28 iyul 2023-cü il tarixli 21(103)-1207/2023 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2-1(112)-1703/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının adına xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli X7 ərazisi, 221 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçıya qeyd olunan order verilərkən artıq onun mülkiyyətində fərdi yaşayış evi olmuşdur. Yataqxanada işçilər üçün otaqlar isə yaşayış sahəsinə ehtiyacı olan şəxslərə verilir.

18. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

19. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının mübahisəli mənzildə yaşamasını təsdiq edən kifayət qədər mötəbər sübut təqdim edilmişdir. Həmin mənzil əvvəllər mətbəx olmuş olsa belə, bu iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bundan başqa, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli X7 ərazisində yerləşən 221 nömrəli fərdi yaşayış evi iddiaçının qardaşına məxsusdur, o, həmin evdə yaşamamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 28.5. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hak imiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Maddə 84.0. Aşağıdakı hallarda vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar: 84.0.1. yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda;... 84.0.3. yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə.... Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir:... 91.1.2. yataqxanalarda yaşayış sahələri.... Maddə 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur.

22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş) Ma ddə

28. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə

45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə

46. İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə

106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə

107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakı ları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə

108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmal ıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmə k üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənil məlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜ MKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılm ası təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı mənzillə bağlı kompensasiya ödənilməsindən ibarətdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 21-24-cü bəndlərində sadalanan qanunvericilik normalarının tələbləri baxımından, iddiaçıya kompensasiya verilməsindən imtina edilməsi barədə cavabdeh inzibati orqanın hərəkəti qanuni və əsaslı olmuşdur.

33. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından və iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının yaşamaq üçün ona verildiyi və yaşadığını iddia etdiyi ünvan 5 ünvanında yerləşən yataqxana binasında ümumiyyətlə 44 saylı mənzil mövcud olmamışdır. Belə ki, 44 saylı otaq yaşayış otağı deyil, yataqxana binasının mətbəxi olmuş və orada ümumiyyətlə yaşayış olmamışdır.

34. Bundan əlavə, iddiaçının 2019-cu ilin avqust ayrına qədər həmin ünvanda yaşaması ilə bağlı dəlili həqiqəti əks etdirmir. Belə ki, bina 2018-ci ildə sökülmüşdür. Belə olan halda, iddiaçı sökülmüş binada yaşaya bilməzdi.

35. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, həmin yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən təkrar baxış zamanı da, iddiaçının orada yaşaması müəyyən edilməmişdir. Habelə, iddiaçıya qeyd olunan order verilərkən artıq onun mülkiyyətində fərdi yaşayış evi olmuşdur ki, bu da məhz həmin dövrdə iddiaçının mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslər kateqoriyasına aid olmadığın ı sübut edir.

36. Sonda məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin “fərdi yaşayış evinin qardaşına məxsus olması və onun həmin evdə yaşamaması” dəlilinə münasibətdə qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla müəyyən olunmuşdur ki, iddiaçının adına xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli X7 ərazisi, 221 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq o nəticəyə gəlmişdir ki, iddiaçıya qeyd olunan order verilərkən artıq onun mülkiyyətində fərdi yaşayış evi olmuşdur. Nəzərə alsa q ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrini aparan və bu reyestrin düzgünlüyünə məsuliyyət daşıyan orqandır, həmin orqanın təqdim etdiyi məlumat mötəbər sübut kimi qəbul edilməlidir. Qeyd edilməlidir ki, iddiaçı həmin fərdi yaşayış evinin ona məxsus olmadığını bildirsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd edilən məlumatı təkzib edən və ya şübhə altına almağa əsas verən hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan kassasiya dəlili əsassızdır.

37. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq po zuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 21(103)-1207/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar