Məhkəmə qərarları › İş №2-1(102)-202/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-202/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-202/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmrlərin ləğv edilməsi, ödənilməmiş əmək haqqının və digər ödənişlərin ödənilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 0 avqust 2024-cü il tarixli, 2-1(103)-3067/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.1993-cü il tarixli və xx.xx.1993-cü il tarixli əmrlərinin ləğv edilməsi, xx.xx.1993-cü il tarixdən xx.xx.2015-ci il tarixə kimi ödənilməmiş əməkhaqqı və digər ödənişlərin hesablanaraq birdəfəlik qaydada ödənilməsi, əmək kitabçasında yaşa görə prokurorluq orqanlarından işdən azad edilməsinə dair müvafiq düzəlişin edilməsi, pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi F ilialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 31 may 2024-cü il tarixli, 2-1(112)-8389/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2-1(103)-3067/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

6. İş kassasiya instansiyası məhkəməsinə daxil olduqda n sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və şikayətin müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur. Kassasiya şikayətinin müddət ötürülməklə verildiyi iddiaçının və onun vəkilinin nəzərinə çatdırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı h allarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 31.1. İnzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslə r isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Maddə 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Al i Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

9. Bu qərardadın 7-ci bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

10. İş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı elektron imza ilə təsdiq edilməklə xx. xx.2024-cü il tarixdə AZEMİS-də iddiaçının nümayəndəsi Vəkil məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə iddiaçıya rəsmi qaydada təqdim olunmuşdur. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.

11. Bu qərardadın 7-ci bəndində istinad edilən normalara əsasən, inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. İnzi bati məhkəmə icraatı elektron qaydada aparıldıqda məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

12. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı xx.xx.2024-cü il tarixdə iddiaçını prosessual nümayəndə qismində təmsil edən Vəkil elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuşdur. Kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin axımının başlanması da məhz həmin tarixdən qəbul edilməlidir.

13. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən qanunla müəyyən olunmuş 10 günlük müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlər də təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.

14. İddiaçıya və onun vəkilinə məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onların diqqətinə çatdırılmış, bildirişdə qeyd edilən tarixədək kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim olunması və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizənin (vəsatətin) verilməsi təklif olunmuş, qeyd olunan çatışmazlığın aradan qaldırılmamasının hüquqi nəticələri izah edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə qeyd edilən çatışmazlıq aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır.

15. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2-1(103)-3067/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar