Məhkəmə qərarları › İş №2-1(102)-2020/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2020/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2020/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qeyri-yaşayış sahəsinə hüququn qeydə alınması üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidməti y anında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-966/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1.Səbail rayon Bələdiyyəsinin 1307 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə İddiaçı adına xxx küçəsində yolun sağ kənarında yerləşən 500 kv.metr torpaq sahəsi alqı-satqı qaydasında sənədləşdirilmiş, Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında iddiaçı ilə Səbail bələdiyyəsi arasında alqı-satqı aktının tərtib edilməsi qərara alınmışdır. 2. xx.xx.20 05-ci ildə Bakı şəhəri İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının həmin torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsi barədə texniki pasport tərtib edilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası X3 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.

3. Cavabdeh **********99 saylı, xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, qeyri-yaşayış binasının tikintisinə icazə sərəncamı və müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihəsi təqdim edilməmiş, təqdim edilmiş istismara qəbul aktı tam razılaşdırılmamışdır. Torpaq sahəsini n təsdiq edilmiş yerləşmə sxemi və keçmiş DTXK tərəfindən təsdiq edilmiş torpaqların alqısatqı aktı təqdim edilməmişdir. Həmçinin, qeyd olunan qeyri-yaşayış sahəsinə texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 4.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, xxx küçəsində yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail bələdiyyəsinin 1307 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı ilə ona Bakı şəhəri, xxx küçəsində yerləşən 500 kv.m torpaq sahəsi ayrılmış və orada qeyri-yaşayış sahəsi tikilmişdir. Həmin sahə xx.xx.2004-cü il tarixdə istismara qəbul edilmiş və Bakı şəhəri İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixli texniki pasport verilmişdir. Qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə ərizə ilə müraciət etsə də, müraciəti təmin edilməmişdir.

6. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, qeyri-yaşayış binasının tikintisinə icazə sərəncamı və müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihəsi təqdim edilməmiş, təqdim edilmiş istismara qəbul aktı tam razıl aşdırılmamışdır. Həmçinin, torpaq sahəsinin təsdiq edilmiş yerləşmə sxemi və keçmiş DTXK tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqı aktı təqdim edilməmişdir. Bundan başqa, xx.xx.2019cu il tarixdə mütəxəssislər tərəfindən əmlakın texniki vəziyyətinə baxış keçirilən zaman mövcud tikilinin bir hissəsinin fərdi yaşayış evi, bir hissəsinin isə qeyri-yaşayış sahəsi olduğu müəyyən edilmişdir. Odur ki, iddia tələbi təmin edilə bilməz. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)3389/2019 nömrəli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, xxx küçəsində yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsi ca vabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını məhdudlaşdırmışdır.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-966/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: Ü.A.Mayılov və M.N.Tağızadə) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3389/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, xxx küçəsində yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından və iddiaçı cavabdeh inzibati orqana müraciət edərkən qanunda göstərilmiş əsaslardan heç birini təqdim etmədiyindən iddia əsassızdır.

12. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı hesab edir ki, apelyasiya m əhkəməsi tərəfindən təqdim edilmiş sübutlar araşdırılmadan və həmin sübutlara heç bir hüquqi qiymət verilmədən, bunların hüquqi səbəbləri göstərilmədən, yalnız iddiaçının şifahi ifadələri üzrə ehtimala əsaslanmaqla qərar qəbul edilmiş, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradılmamış, sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmamışdır. Maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qanunlar düzgün tətbiq edilməmiş və iş üzrə mühüm əhəmiyyəti olan bütün hallar aydınlaşdırılmamış, məhkəmə yalnız cavabdehin mənafelərini düşünərək tərəflərin məhkəmə qarşısında bərabərlik prinsiplərini təmin etməmişdir.

14. Daha sonra qeyd edilir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 1307 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, xxx küçəsində 500 kv.m.-də n ibarət torpaq sahəsi bağlanılmış alqı-satqı müqaviləsi üzrə iddiaçının adına sənədləşdirilmiş, həmin sahədə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmiş və tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı da təqdim edilmişdir. Həmin sahəyə Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə tərtib edilmiş texniki pasport verilmişdir.

15. İddiaçının hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi bələdiyyənin qərarına əsasən onun qanuni istifadəsinə verilmiş, orada inşa etdiyi tikili texniki pasportdakı parametrlər üzrə məlumatlandırma icraatına aid olan tikili olsa da, ötən 15 il müddətində həmin sahədən qanuna uyğun istifadə etmiş, hər hansı şəxs və ya dövlət orqanları tərəfindən həmin tikilinin qanuniliyi və torpaqdan istifadə edilməsi mübahisələndirilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmə diyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 20. “Daşınmaz ə mlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar.. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.1 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin re yestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.4 Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu günd ən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı v erilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiya sı məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

27. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə, müvafiq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, ona imtina cavabı verildiyindən məhkəmədə iddia qaldırmışdır.

28. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsassız hesab edərək iddianı təmin etməmiş, iddiaçı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq həmin qərardan kassasiya şikayəti vermişdir.

29. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ni əsaslı hesab edərək qeyd edir ki, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin işdən görünür ki, sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə istinad edilən Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyil və iddiaçı cavabdeh inzibati orqana müraciət edərkən belə əsaslardan heç birini təqdim etməmişdir.

30. İddiaçı hazırkı məzmunda iddiasının təmin olunması üçün qeyri-yaşayış binasının tikintisinə dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, müvafiq icra hakimiyyəti orqanının ti kilinin inşa edilməsinə icazə barədə qərarını, qeyri-yaşayış sahəsinin istismara qəbul aktını təqdim etməli olduğu halda bunu etməmişdir. İddiaçının təqdim etdiyi istismara qəbul aktı tam razılaşdırılmadığından və natamam olduğu üçün apelyasiya instnsiyası məhkəməsi tərəfindən haqlı olaraq qanuni sənəd kimi qiymətləndirilməmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmiş, iddianın təmin edilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, iddiaçı tərəfindən kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təm in oluna və apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz.

32. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-966/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar