Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2020/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: layihədə və istismara qəbul aktında nəzərdə tutulmamış sahə üzrə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsindən imtina; Mənzil Məcəlləsinin 122-ci maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan iba rət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2-1(103)-1587/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 672 nömrəli sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət komissiyasının xx.xx.2008-ci il tarixli aktına əsas ən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, X.Şuşinski küçəsi 12, Q.Quliyev küçəsi 21, İ.Qasımov küçəsi 16 və S.Rüstəm küçəsi 61 saylı ünvanlarda 4 ədəd 17 mərtəbəli, 1 girişli yaşayış binası (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) (+texmərtəbə ilə) istismara qəbul edilmişdir.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2017-ci il tarixdə, 1117- MM40044 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cəmiyyətin fəaliyyət ərazisi ünvan 1, Xan Şuşinski küçəsi, ev 12, Qulu Quliyev küçəsi, ev 21, Süleyman Rüstəm küçəsi, ev 61-dir. Fəaliyyətinin predmeti və məqsədi daşınmaz əmalk kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ond an istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. 3. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 9 aprel 2020-ci il tarixli, 028/19 nömrəli qarşılıqlı razılıq müqaviləsinə əsasən "xxxx" MMMC öz balansında olan ünvan 1 ünvanında yerləşən binanın axırıncı, yəni 19-cu mərtəbəsindəki 156,87 kv.m. yaşayış, 47,97 kv.m. yardımçı və 534,25 kv.m. açıq terras sahəsini gələcəkdə öz adına rəsmiləşdirilməsi (özəlləşdirilməsi) məqsədi ilə iddiaçının istifadəsinə təhvil verməyi, iddiaçı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada həmin binanın ümumi sahəsi 862,05 kv.m. olan açıq terras və dam örtüyünü ən son texnologiya üsulu ilə izolyasiya işlərinin görülməsini öz üzərinə götürür. 4. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 40/20 nömrəli maliyyə arayışına əsasən iddiaçı 9 aprel 2020-ci il tarixdə imzalanmış 028/19 saylı qarşılıqlı razılıq müqaviləsinə əsasən üzərinə götürdüyü bütün öhdəlikləri tam olaraq yerinə yetirmişdir və cəmiyyətin ona qarşı heç bir iddiası yoxdur.
5. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək 9 aprel 2020ci il tarixli, 28/19 saylı qarşılıqlı razılıq müqaviləsinə əsasən açıq terassa sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsində köməklik göstərilməsini xahiş etmişdir.
6. Cavabdehin imtina məktubunun surəti iş materiallarına əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci i nstansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kv.m. yaşayış, 47,97 kv.m. yardımçı sahə üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İşin hallarına istinad edən iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kv.m. yaşayış, 47,97 kv.m. yardımçı və 534,25 kv.m. açıq terras sahəsi qanuni olaraq onun mülkiyyət inə keçmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 672 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda 17 (+texmərtəbə) mərtəbəli, 1 girişli (1-ci mərtəbələri qeyri-yaşayış sahəsi) olduğu göstərilmişdir. İddiaçının mülkiyyət hüququnun tanınmasına dair müraciət edilən 19-cu mərtəbə ilə bağlı aparılan araşdırma zamanı həmin mərtəbənin texniki mərtəbənin (hal-hazırda yaşayış təyinatlı) üstündə inşa edildiyi müəyyən edilmişdir. Belə ki, qeyd olunan mərtəbə binanın istismara qəbul aktında öz əksini tapmadığından, ərizənin icrası mümkün olmamışdır. Əlavə o laraq o da qeyd edilir ki, sözügedən binanın istismara qəbul aktında tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi göstərilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş mənzilə dair sənədlər isə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mənzillə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin aparılan araşdırma zamanı, İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı müəyyən edilmişdir. Bu səbəblərə görə ərizənin icrası tərəflərindən mümkün olmamış və bununla bağlı vətəndaşa **********79 saylı, xx.xx.2021-ci il tarixli cav ab məktubu ünvanlanmışdır.
10. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(112)-5328/2022 nömrəli qərarı (hakim Ş.A.Həsənova) ilə iddia təmin edilmiş, "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kv.m. yaşayış, 47,97 kv.m. yardımçı sahə üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Bundan əlavə iddiaçı tərəfindən mübahisəli daşınmaz əmlakla bağlı öhdəliyi tam olaraq icra edilmişdir. Belə olan halda iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əmlak üzərində mülkiyyət hüququ əldə etmişdir. Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan əmlakın yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MTK) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikinti yə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2-1(103)-1587/2023 nömrəli qərarı (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və K.H.Əkbərov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(112)-5328/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1 və 122.2-ci maddəsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nəzərdə tutulmuş hüquqlarına çoxmənzilli binanın texniki mərtəbəsinin (terrasa) yaşayış sahəsi kimi özgəninkiləşdirilməsinə dair hər hansı əqd bağlamaq səlahiyyəti daxil deyildir.
15. Bundan əlavə, binanın xx.xx.2008-ci il tarixli istismara qəbul aktına əsasən bina 17 mərtəbəli, 1 girişli yaşayış binası (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) (+texmərtəbə ilə) kimi istismara qəbul edilmişdir. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə iddiaçı arasında razılaşma əsasında iddiaçıya özgəninkiləşdirildiyi iddia edilən sahə yaşayış təyinatlı olmayan binanın 19-cu mərtəbəsindəki sahədir. Daşınmaz əmlakın qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutul an sənədlər təqdim edilməmişdir.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq göstərir ki, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 122.1-ci və 122.2-ci maddələrinə istinad edərək iddianı rədd etməsi əsassız olmuşdur. Belə ki, MMMC ona məxsus olan əmlakı satmaq, əqdlər bağlamaq və Cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətləri etmək hüququna malikdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən Cəmiyyətə müvafiq işlər görülmüş və bu işlərin qarşılığı olar aq Cəmiyyətin bir başa və bilavasitə idarəetməsində olan çoxmənzilli binanın 19-cu mərtəbəsindəki yaşayış və köməkçi sahə əvəzləşdirmə yolu ilə iddiaçıya verilmişdir. Məhkəmənin Cəmiyyətin belə bir əqd bağlamaq səlahiyyətinin olmaması hissəsində gəldiyi nəticə əsassızdır.
18. Karat MTK tərəfindən inşa edilmiş və hazırda mübahisə predmeti olan çoxmənzilli binanın istismara qəbul edilməsi işin mübahisələndirilməyən halıdır. Həmin istismara qəbul aktına nəzər yetirdikdə adıçəkilən çoxmənzilli binanın 17 mərtəbəsinin yaşayış sahəsi, 1 mərtəbənin qeyri-yaşayış sahəsi, digər mərtəbənin isə texniki mərtəbə olması öz əksini tapmışdır. İddiaçı hesab edir ki, mübahisəli sahə 19-cu mərtəbədə yerləşsə də, həmin mərtəbənin istismara qəbul aktında öz əksini tapmasına baxmayaraq məhkəmə kollegiyası nədən sə həmin halı düzgün təfsir etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
122. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqları 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə v ə ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyə tə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. 122.2. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: 122.2.1. çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; 122.2.2. qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; 122.2.3. torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binan ın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; 122.2.4. qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; 122.2.5. əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək.... 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin ve rilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müə yyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (t am və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hü quqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı i stinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
31. Kassasiya şikayətinin dəlillərinə əsasən mübahisələndirilən binanın istismara qəbul aktında çoxmənzilli binanın 17 mərtəbəsinin yaşayış sahəsi, 1 mərtəbənin qeyriyaşayış sahəsi, digər mərtəbə nin isə texniki mərtəbə olması öz əksini tapmış, lakin məhkəmə kollegiyası həmin halı düzgün təfsir etməmişdir.
32. Həm iddiaçı, həm də cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 672 nömrəli sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət komissiyasının xx.xx.2008-ci il tarixli istismara qəbul aktında qeyd edilmişdir ki, 17 mərtəbəli, 1 girişli yaşayış binası (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) (+texmərtəbə ilə) istismara qəbul edilmişdir.
33. Yəni burada iddiaçının kassasiya şikayətində qeyd etdiyi kimi 17 mərtəbə yaşayış sahəsi, 1 mərtəbə qeyri-yaşayış sahəsi və bir mərtəbə texniki mərtəbə kimi göstərilməmişdir. İstismara qəbul aktında yazılanlardan açıq aşkar görünü r ki, bina 17 mərtəbəlidir və bunun 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsidir, eləcə də, əlavə texniki mərtəbəyə malikdir. Yəni bina texniki mərtəbə ilə birlikdə 18 mərtəbə şəklində istismara qəbul edilsə də, hazırkı iş üzrə iddiaçının mülkiyyət hüquqlarının tanınmasını tələb etdiyi sahə 19-cu mərtəbədə yerləşir. 34. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə iddiaçı arasında ünvan 1 ünvanında yerləşən binanın axırıncı, yəni 19-cu mərtəbəsindəki yaşayış, yardımçı və açıq terras sahələri ilə bağlı müqavilənin bağlanmasına baxmayaraq sözügedən binanın 19-cu mərtəbəsinin istismara qəbul aktında qeyd edilməməsi onu deməyə əsas verir ki, həmin sahənin istismara qəbul edilmiş daşınmaz əmlak sahəsi kimi qeydə alınmasına dair əsaslar mövcud deyil.
35. Kassasiya şikayətinin dəlillərini əs assız, cavabdeh inzibati orqanın imtinasını isə qanuna uyğun hesab edən məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan hüquqmüəyyənedici sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir.
36. İddiaçı tərəfindən mübahisələndirilən yaşayış, yardımçı və açıq terras sahələri ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslar mövcud olmamışdır. Belə olan halda, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını məhdudlaşdırmamışdır.
37. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən hazırkı qərarın 20, 21 və 22(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normaları pozulmadığından iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 21(103)-1587/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.