Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2021/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə verilən pensiyanın yenidən hesablanması zamanı keçmiş dövr üçün alınmamış pensiya məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil Əliağa qızının və cavabdehin v əkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1217/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1942-ci ildə Bakı şəhərində doğulmuşdur və Bakı şəhərində yaşayır.
2. Ona xx xxxxxxxx 2012-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı mərhum hayat yoldaşı Akif Qasımovun sonuncu xidmət keçdiyi vəzifə üzrə xx.xx.2019-cu il tarixli məlumat vərəqəsini DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim etməklə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddiaçının pensiyasını yenidən hesablamış, yaranan fərqi xx.xx.2016-cı ildən etibarən ötən dövrün aylarına bölməklə ödəməyə başlamışdır.
3. İddiaçı yaranan pensiya fərqinin xx.xx.2016-cı ildən etibarən ödənilməsi ilə razılaşmamış, xx.xx.2019-cu ildə ərizə ilə cavabdehə müraciət edərək, həmin fərqin 20122016-cı illər üzrə olan dövr üçün yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən müraciətin təmin olunması mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2019-cu il 30 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxx 2019-cu il tarixli MN-11873 saylı yeni məlumat vərəqəsi əsasında ailə başçısını itirməsinə görə ona təyin edilən pensiyanın yenidən hesablanaraq 2012-2016-cı illər üzrə ödənilməsinin DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X2 uzun illər ərzində dövlətə xidmət etmiş hərbiçi olmuşdur. Ona xx xxxxxxxx 2012-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pesiyası təyin edilmişdir. Lakin məlum olmuşdur ki, ona düşən pensiya düzgün hesablanmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfndən ona təqdim edilən xx xxxxx 2019-cu il tarixli MN-11873 saylı yeni məlumat vərəqəsini pensiyanın yenidən hesablanması üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim etmişdir. Cavabdeh ona cavab olaraq qeyd etmişdir ki, məlumat vərəqəsi əsasında pensiya yalnız son üç il üçün yenidən hesablanacaq və hissə-hissə mövcud pensiyaya əlavə olunacaq. Göründüyü kimi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi pensiyanın düzgün hesablanmaması faktını etiraf etmiş, lakin ona düşən pensiyanın xx xxxxxxxx 2012-ci il tarixindən etibarən hesablanması və bütöv şəkildə ona ödənilməsindən imtina etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-239/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, İddiaçı ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxx 2019-cu il tarixli MN-11873 saylı yeni məlumat vərəqəsi əsasında 2012-2016-cı illər, yəni xx.xx.2012ci ildən xx.xx.2016-cı ilədək olan dövr üzrə yenidən hesablanaraq, ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Yuxarı instansiyası məhkəmələrindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1217/2020 nömrəli qərarı ilə (hakimlər H.Həmidov ( sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-239/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilməmişdir. Apelyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə əsaslandırmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinə görə, i ddiaçıya xx.xx.2012-ci il tarixili ərizəsinə əsasən 01,09.2012-ci ildən etibarən ömürlük 383,60 manat pensiya təyin edilmişdir. İddiaçının hazırki tələbi pensiya təyin edilməsi ilə yox, məhz 2012-ci ildə səhv hesablanan pensiyanın ödənilməsi ilə bağlıdır. Lakin apelyasiya məhkəməsi iddiaçının pensiya hüququnun yaranması tarixinə diqqət yetirməmiş, habelə pensiyanın 2012-ci ildən etibarən səhv hesablanmasının iddiaçının səhvi nəticəsində baş vermədiyini əsas götürməmişdir. Məhkəmə qərar çıxararkən düzgün normaya istinad etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazlar
12. Kassasiya şikayətinə qarşı etirazlar daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi.
14. Ca vabdehin vəkili kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.5. Təminat xərcliyi - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Maddə 1.0.15. Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Maddə 14.1.2. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam tə minatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qa nunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” Bənd 0.3. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Bənd 0.4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaç ılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş ha llarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Belə ki, işin hallarından göründüyü kimi i ddiaçının əri Akif Qasımov vəfat etmiş və iddiaçıya xx xxxxxxxx 2012-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli yeni məlumat vərəqəsini DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim etməklə pensiyanın xx xxxxxxxx 2012-ci il tarixdən yenidən hesablanmasını xahiş etmişdir. İnzibati orqan iddiaçının pensiyasını yenidən hesablamış, lakin yaranan fərqi 2012-ci ildən deyil, xx.xx.2016-cı ildən etibarən ötən dövrün aylarına bölməklə ödəməyə başlamışdır.
21. İddiaçı inzibati orqanın hərəkətini, ona yenidən hesablanmış pensiyanın 2012-ci ildən xx.xx.2016-cı ilədək ödənilməməsinə aid hissədə mübahisələndirir.
22. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi “Əmək pensiyaları” haqqında qanunun 32.3-cü maddəsinin xx.xx.2017- ci il tarixədək qüvvədə olmuş redaksiyasına istinad etmişdir. Həmin redaksiyada deyilirdi ki, ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.
23. Həmin normaya xx xxxx 2017-ci il tarixli 543-VDQ saylı qanunla dəyişiklik edilmiş, maddənin mətnindən “ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yarandığı gündən” sözləri çaxarılmışdır. Bu dəyişiklikdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənlməsi Qanunun 32.1-1-ci maddəsi ilə tənzimlənir.
24. Buna görə də hazırki iddianın düzgün həlli üçün inzibati orqanın hərəkətlərinə, “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32-ci maddəsinin müddəaları işığında qiymət verilməlidir.
25. Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir.
26. Bu normanın əvvəlki redaksiyasında deyilirdi ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.
27. Qan unvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir.
28. Bu halda 32.1-1-ci maddəsinin qüvvəsinin Azərbaycan Respublikası Kons titusiyasının 149-cu müddəsinin Vİİ hissəsinin tələbləri baxımından geriyə şamil edilməsinin yol verilənliyi araşdırılmalıdır.
29. Bu məsələ «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 03/2020-ci tarixli qərarında həllini tapmışdır.
30. Həmin qərarda ifadə olunmuş hüquqi mövqelər ondan ibarət olmuşdur ki, sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn teztez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün pozitiv hüquqda birbaşa tənzimlənməməsinə baxmayaraq, əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqet mə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir.
31. Qazanılmış hüquq - yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur.
32. İlk növbədə 2017-ci il 01 iyul tarixdən etibarən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyişikliyin mahiyyəti təhlil olunmalı, daha sonra həmin dəyişikliyin şəxslərin qazanılmış hüquqlarına müdaxilə təşkil edib-etmədiyinə, eləcə də yeni tənzimləmənin geriyə şamil edilməsinin yolverilənliyinə qiymət verilməlidir.
33. Ümumən qəbul edilməlidir ki, sosial təminat hüquq sahəsində geniş mülahizə sərbəstliyinə malik olduğu səlahiyyətlərdən çıxış etməklə dövlət mövcud qanunvericiliyi yeni retrospektiv (geriyə qüvvəsi) müddəalar vasitəsi ilə tənzimləmək hüququna malikdir. Əmək pensiyası hüququnun yaranma əsaslarının və şərtlərinin düzəlişi və ya yenidən tənzimlənməsi ilə müşayiət olunan belə retrospektiv tətbiq yalnız aidiyyəti şəxslərə hər hansı qaydada mənfi təsir göstərdiyi üçün özü-özlüy ündə qazanılmış hüquqların pozuntusu kimi qəbul edilə bilməz. Pozuntu yalnız o zaman olacaqdır ki, retrospektiv tətbiqin yol verilən hədləri və şərtləri aşılmış, onlara riayət edilməmiş olsun.
34. Yeni normativ tənzimləmələrin məqsədi və hədəfləri ilə bağlı qeyd edilməlidir ki, 2017-ci il iyulun 1-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş çoxsaylı əlavə və dəyişikliklər ölkəmizdə pensiya təminatı sistemində həyata keçirilmiş köklü islahatların mühüm mərhələsi və vacib tərkib hissəsi olmuşdur.
35. Pensiya təminatı sistemindəki islahatların əsas məqsədlərindən birini pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması və xərclərin proqnozlaşdırıla bilən olmasını təmin etmək təşkil etmişdir. Bu məqsədlərə nail olman ı təmin etmək üçün seçilmiş vasitələrdən biri də keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə üç illik müddət məhdudiyyətinin gətirilməsi olmuşdur. Yuxarıda şərh olunan hallar nəzərə alındığında kollegiya hesab edir ki, keçmiş dövr üçün alınmamış pensiyalara tətbiq edilən üç illik müddət məhdudiyyəti ilə bağlı yeni tənzimləmələr ictimai maraqları təmin etməyə yönəlmiş legitim məqsədlərə xidmət etmişdir.
36. Yeni tənzimləmələr əmək pensiyaçılarının hüquqlarına hansı dərəcədə təsir etmişdir və bu təsiri minimuma endirmək üçün hansısa tədbirlər, keçid müddəaları nəzərdə tutulmuş və həyata keçirilmişdirmi? İlk növbədə qeyd edilməlidir ki, sözügedən tənzimləmələr şəxsləri əmək pensiyalarından ümumiyyətlə məhrum etməmiş, yalnız keçmiş dövrlə bağlı alacaqları məbləğləri üç illə məhdudlaşdırmışdır. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilməmişlər, əvvəlki üç ili almaq hüquqları saxlanılmışdır. Xüsusilə qeyd edilməlidir ki, yeni tənzimləmələri gətirən qanunun özündə birbaşa keçid normaları nəzərdə tutulmasa da, qanunda onun qəbul edildiyi tarixdən daha sonrakı tarixdə qüvvəyə minəcəyi ilə bağlı xüsusi norma olmuşdur. Beləliklə, qanunun müzakirəsi, qəbul edilməsi, dərc edilməsi və qüvvəyə mindiyi tarixlər nəzərə alındığında faktiki olaraq yeni qaydalar dərhal həyata keçirilməmiş, müəyyən keçid dövrü gözlənildikdən sonra tətbiq edilməyə başlanılmışdır.
37. Belə ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixdə qəbul edilmiş, 2017-ci il may ayının 03-də mətbuatda dərc edilmiş, 2017-ci il 01 iyul ta rixdən etibarən isə qüvvəyə minmişdir. Bu qaydada faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, kollegiya hesab edir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur.
38. Kollegiya həmçinin hesab etmişdir ki, yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır.
39. Beləliklə, qeyd edilənlərin məcmusuna qiymət verməklə kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyri-mütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasın dakı ədalətli balansı təmin edir.
40. Keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.
41. Ali Məhkəmənin İnzibati Kollegiyası xx xxxxxxx 2020-ci il tarixli 03/2020-ci tarixli qərarında o nəticəyə gəlmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
42. Göründüyü kimi, inzibati orqan iddiaçıya yenidən hesablanmış pensiya məbləği üzrə fərqin 2012-ci ildən deyil, müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödəməkdə haqlı olmuş, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini düzgün tətbiq etmişdir.
43. Apelyasiya məhkəməsinin gəldiyi nəticə də yuxarıda qeyd olunan hüquqi mövqelərə və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə tam uyğundur. Apelyasiya instansiy ası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1217/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.