Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2021/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1952-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şə rtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyaya əlavənin hesablanması və keçmiş dövr üçün yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2-1(103)-1333/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək, mərhum əri X1 əvvəllər hesablanmış əmək pensiyasına dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin yenidən hesablanaraq dövlət qulluqçusu təqaüdünün əlavələrlə və artımlarla birlikdə birdəfəlik ödənilməsini və əmək pensiyasının artırılaraq bundan sonra hər ay artımlar nəzərə alınmaqla ödənilməsinin tə min olunmasını xahiş etmişdir.
2. Cavabdeh 21 oktyabr 2020-cu il tarixli, **********3 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının pensiyanın yenidən hesablanması haqqında ərizəsinə baxılmış və müraciətin təmin olunmasından imtina edilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, mərhum həyat yoldaşının sonuncu xidmət etdiyi orqan tərəfindən 01 oktyabr 1998-ci il tarixındə hərbi qulluqçunun ailə üzvü kimi ona ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 01 yanvar 2007-cl il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən hərbi q ulluqçunun ailə üzvü kimi ona ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-cı maddəsinin 2017-ci il 01 iyul tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmaqla, müvafiq təminat xərclıyının (1.565,20 manat) 80 faizı – 1.252,16 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 01 İyul 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 24.281,01 manat fərq məbləği cari ilin oktyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (622,59 manat) iddiaçının pensiyasının (1.252,16 manat) üzərinə əlavə olunmaqla (1.252,16+622,59=1.874,75 manat) müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun mərhum əri X1 xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ona əmək pensiyası üzrə əsk ik ödənilmiş 24.248,01 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əri X2 uzun illər Milli Təhlükəsizlik Nazirliyində müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Sonuncu iş yeri kimi 1994-cü ildən Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şəhər şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. Həmin vəzifədə xidmət etdiyi dövrdə 19 sentyabr 1999-cu ildə rəhmətə getmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq, 2003-cü ildən ərinə təyin edilməli olan pensiya məbləğini almağa başlamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona 500 manat məbləği ndə pensiya təyin edilmişdir. Lakin ona pensiya təyin olunarkən ərinin dövlət qulluğunda çalışmağı, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması nəzərə alınmamışdır. Halbuki, hal- hazırda həmin vəzifədə qulluq edən dövlət qulluqçuları 3000 manatdan çox məvacib alırlar. Bundan başqa, 1999-cu ildən hal-hazıradək mərhum əri X1 işlədiyi vəzifə üzrə qulluq keçən dövlət qulluqçularının maaşlarında dəfələrlə artımlar olmuşdur. Əmək haqqından başqa əlavə ödəmələr və digər ödənişləri vardır. Lakin ona verilən pensiyada artımlar hesablanmamış və ödənilməmişdir. 1999-cu ildən bu günə qədər dövlət qulluğunun xüsusi növündə qulluq edən dövlət qulluqçularının vəzifə maaşlarında dəfələrlə artım olmuşdur. Lakin həmin artımlar onun pensiyasına əlavə edilməmişdir. Ona görə də ərinin dövlət qulluğu vəzifə sində çalışmağı, vəzifə maaşına əlavənin edilməsi nəzərə alınmaqla, təyin edilmiş pensiya yenidən hesablanmalı, əvvəl hesablanmış pensiyaya əlavələr edilməli, pensiya məbləği yenidən hesablanaraq ona ödənilməlidir. Bununla bağlı o, xx.xx.2020, xx.xx.2020, və xx.xx.2020-ci il tarixli ərizələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən heç bir cavab verilməmişdir. Müraciəti cavabdeh tərəfindən 21 oktyabr 2020-ci il tarixli məktubla cavablandırılmışdır. Hesab edir ki, cavabdeh tərəfindən pensiyanın yalnız son 3 ilə görə əlavə və artımlar olmaqla artırılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik deyil, hissə-hissə ödənilməsi əsassızdır. Pensiyanın bu formada hesablanması və ödənişin birdəfəlik deyil, hissə-hissə ödənilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-c u maddəsinin tələblərinə ziddir.
5. Cavabdeh məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Bu səbəbdən, iddiaçıya aid “məlumat vərəqi” İdarəyə göndərilərək ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin 80 faizi məbləğində əmək pensiyası yenidən hesablanaraq xx.xx.2017-ci il tarixdən hissə ilə pensiya məbləğinin üzərində ödənilməsi davam etdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsasən, “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2-1(112)-3537/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya ailə başçısının itirməyə görə vəfat etmiş hərbi qulluqçu olan həyat yoldaşının aldığı təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilmiş, Qanunda aparılmış dəyişikliyə uyğun olaraq 01 iyul 2017-ci il tarixindən həmin məbləğ təminat xərcliyinin 80 faiz miqdarına çatdırılmaqla onun pensiyası yenidən hesablnamışdır. Cavabdeh öz səlahiyyətləri çərçivəsində iddiaçıya pensiya təyin edərkən qanunun tələblərinə riayət etmişdir. İddiaçının hazırda xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət üçün mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarına çatdırılmaqla pensiyanın ödənilməmiş hissəsinin ödə nilməsini tələb edir ki, iddianın bu hissədə təmin olunması mümkün deyildir. Bunun əsasını isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi təşkil edir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2372/2021 nömrəli qərarı ilə (hakimlər: H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və C.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2-1(112)-3537/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(103)-237/2022 nömrəli qərarı ilə (hakimlər: Z.Quliyev - sədrlik edən və məruzəçi, R.Nəbizadə və S.Kərimov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 21(103)-2372/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. İşə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, bu cür kateqoriyadan (növdən) olan inzibati mübahisələr üzrə qanuni, əsaslı və obyektiv məhkəmə qərarı qəbul edilməsi üçün ilk öncə, iddiaçının pensiya işi tələb edilməklə, onun tam və hərtərəfli olaraq araşdırılması şərtdir. Eyni zamanda, iş üzrə mümkün və mühüm ola biləcək əlavə məlumatın əldə edilməsi məqsədi ilə iddiaçının mərhum ərinin işlədiyi təşkilata da sorğu göndərilməsi zəruridir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 21(103)-1333/2021 nömrəli qərarı ilə (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, V.Baxışova və A.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2-1(112)-3537/2021 nömrəli qərarı dəyişdirilmədən sa xlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2-1(103)-1333/2021 nömrəli qə rarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə
14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə;... Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr... 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əmə liyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.... Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və mü raciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-c ü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.
9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, iddiaçının şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndiri ldiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona a id müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Qeyd olunmalıdır ki, Ali Məhkəmə tərəfindən İPM-in 96.11-ci maddəsinə görə məcburi xarakter daşıyan göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, qanuni qərar qə bul edilmişdir.
27. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçıya ailə başçısını itirdiyinə görə əmək pensiyası xx.xx.1998-ci ildə təyin edilmiş və mərhum X1 (iddiaçının əri) ölümü ilə əlaqədar olaraq siyahıdan çıxarıldığı günə (xx.xx.1998-ci il) təminat xərcliyi – vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə 80% əlavədən və ərzaq payı əvəzinə verilən pul kompensasiyasından ibarət olmuşdur (vəzifə maaşı-383,00 manat, rütbə maaşı-64,00 manat, xidmət illərinə görə əlavə - 357,60 (80%) manat, ərzaq payı əvəzinə kompensasiya 24,75 manat, cəmi 829,35 manat). Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək, mərhum əri X1 əvvəllər hesablanmış əmək pensiyasına dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin yenidən hesablanaraq dövlət qulluqçusu təqaüdünün əlavələr və artımlarla birlikdə birdəfəlik ödənilməsini və əmək pensiyasının artırılaraq bundan sonra hər ay artımlar nəzərə alınmaqla ödənilməsini xahiş etmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərara əsasən, iddiaçının ailə başçısını itirməyə görə pensiyasının məbləği 547,82 manatdan 1252,16 manata (təminat xərcliyi 1565,20 manat * 80%=1252,16) artırılmış, keçən dövr üzrə ödənilməli olan 24281,01 manat fərq məbləği cari ilin oktyabr ayından etibarən (xx.xx.2017-xx.xx.2020) ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə hər ay 622,59 manat 1252,16 manat pensiyasının üzərinə əlavə olunmaqla, 1874,75 manat (1252,16+622,59=1874,75) müəyyən edilmişdir.
28. Hazırkı halda iddia çının tələbi mərhum əri X1 xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ona əmək pensiyası üzrə əskik ödənilmiş 24.248,01 manat fərq məbləğinin birdəfəlik ödənilməsidir.
29. Məhkəmə kollegiyası iddiaçının tələbləri ilə bağlı aşağıdakıları qeyd edir.
30. İlk növbədə, cavabdeh iddiaçının müraciəti əsasında onun pensiyasını yenidən hesablamış və yenidən hesablama “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsin ə əsasən aparılmışdır. İddiaçı iddia ərizəsində yenidən hesablamanın düzgün aparılmadığına istinad etsə də, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, yenidən hesablama “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 80%-i məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.
31. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki “yenidən hesablama zamanı maaşlarda illər üzrə olan artımlar, əmək haqqından başqa əlavə ödəmələr və digər ödənişlər nəzərə alınmamışdır”.
32. Əgər iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsindən savayı, pensiyanın düzgün hesablanmadığını iddia edirsə və bu za man maaş artımının, o cümlədən müəyyən əlavələrin nəzərə alınmadığına istinad edirsə, o, mərhum ərinin işlədiyi orqana yeni təminat xərcliyinin verilməsi ilə bağlı müraciət etməlidir. Belə ki, təminat xərcliyi hərbi qulluqçuların qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi (o cümlədən yenidən hesablanması) üçün təqdim edilir.
33. Məhkəmə kollegiyası iddiaçının “birdəfəlik ödəmə” ilə bağlı dəlilləri və tələbi ilə bağlı isə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək, aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Odur ki, iddia tələbi həmin hissədə də əsassızdır.
34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 21(103)-1333/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.