Məhkəmə qərarları › İş №2-1(102)-2021/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2021/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2021/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1490/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Pensiya işində olan sənədlərə görə: DSMF-nin Səbail şöbəsində açılmış 220028 pensiyaçının uçot vərəqindən görünür ki, iddiaçıya 576 №-li qərarla xx.xx.1994-cü ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirli yi tərəfindən iddiaçıya dair təqdim olunmuş MN-09976 nömrəli məlumat vərəqəsindən görünür ki, iddiaçı “Hərbi xidmət haqqında” AR Qanununun 18-ci maddəsinin “v” bəndi ( xəstəliyə görə) xx.xx.1994-cü il tarixdə tərxis olunmuş, təminat xərcliyi 439 manatdır.

3. Cavabdehin xx.xx.2018-ci il tarixli 18/637 №-li “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarına əsasən iddiaçıya Müdafiə Nazirliyi tərəfindən təqdim olunan məlumat vərəqinə əsasən xx.xx.2018-ci tarixindən təminat xərcliyinin (439,00 manat) 55 faizi241,45 manat ömürlük hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

4. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 12 fevral 2018ci il tarixli MN-09976 nömrəli məlumat vərəqəsinə əsasən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ qrup əlilliyə görə xx.xx.2018-ci tarixindən təminat xərcliyinin (439,00 manat) 55 faizi-241,45 manat əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7- ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 3455,28 manat fərq məbləği cari ilin iyun ayından həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə əsasən hissə-hissə pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018ci il tarixdən aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 1994-cü ildə 3-cü dərəcəli, 2000-ci ildə isə ömürlük (müddətsiz) əlillik qrupu təyin edilmişdir. 1994-cü ildən xx.xx.2018ci ilədək o, əlilliyə görə əmək pensiyası almışdır. 2018-ci ildə idd iaçı cavabdehə ərizə ilə müraciət edərək ona hərbi qulluqçu kimi əlilliyə görə pensiyasının təyin olunmasını xahiş etmiş və bu müraciətinə əsasən ona xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi aylıq pul təminatının 55%-i miqdarında əmək pensiyası təyin edilmiş, hazırda da bu pensiyanı alır. Lakin ona hərbi qulluqçu əmək pensiyası təyin olunarkən xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda aldığı hərbi qulluqçu kimi əmək pensiyasının arasında olan fərq yalnız əvvəlki 3 il üçün xx.xx.02015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün ödənilmişdir. Hesab edir ki, xx.xx.2018-ci il tarixədək aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərq xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün də hesab lanaraq ona ödənilməlidir. Bununla əlaqədar iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ərizəsi cavabsız və nəticəsiz qalmışdır. İddiaçı bu səbəbdən narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək xx.xx.2006- cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün pensiyanın yenidən hesablanmasını tələb etmişdir. Lakin qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çox üç il müddət üçün hesablanması nəzərdə tutulduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablana raq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcb uri dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

8. İddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Beləliklə, İddiaçı xx.xx.2018-ci il tarixdə Fondun Xüsusi şərtlərlə üzrə Mərkəzi Filialına müraciət edərək hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş MN-09976 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 12 fevral 2018-ci il təqdim olunmuş müvafiq məlumat vərəqəsinə əsasən Fondun Xüsusi Şərtlərlə X1 Filialı tərəfindən Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. 9. iddiaçının əmək pensiyasının keçmiş üç il müddət üçün -hesablanmış ümumilikdə 3455,28 manat fərq məbləği 2020-ci ilin iyun ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə (hər ay 95, 98 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla hazırda iddiaçıya təminat xərcliyinin (591,00 manat) 55 faizi - 325,05 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Əlavə olaraq 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 32,51 manat maddi yardım ödənilir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər q üvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13684/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.C.Qarayeva) iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdən aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət edərək hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş MN-09976 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliy ə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış və hissə-hissə ödənilir.

12. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ 1994-cü il tarixdə yarandığından, hazırkı mübahisə cavabdehin şikayətdə iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1490/20 23 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən və məruzəçi, C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının müraciəti mahiyyətinə görə bilavasitə əmək pensiya hüququnun reallaşdırılmasının tərkib hissəsi olduğundan və iddiaçının sosial-təminat hüququna təminat verən dövlətin səlahiyyətli orqanına edildiyindən, iddiaçı 1 iyul 2017-ci il tarixdən sonra, yəni 2018-ci ilin əvvəlində inzibati orqana müraciət etdiyindən və nəhayət iddiaçının 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəbi belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hal kimi qiymətləndirilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddiaçıya münasibətdə Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyada tətbiq olunmalıdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçıya 1994-cü ildən 111 qrup əlilliyə görə əmək pensiyası, 2000-ci ildən isə əlillik qrupu ömürlük (müddətsiz), sonradan xx.xx.2018-ci il tarixdən, hərbi qulluqçu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün, yəni xx.xx.2015-ci İldən xx.xx.2018-ci il tarixədək ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2006-cı il tarixdən 01.03.201 3-ci il tarixədək olan müddət üçün pensiya fərqinin ona ödənilməsini xahiş edir.

18. Lakin, apellyasiya məhkəməsi mübahisəyə münasibətdə 01 iyul 2017-ci İl tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun müddəalarını tətbiq edərək, qərarın ləğv edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə qeyd edilən qanunun normalarım əsas tutaraq hesab etmişdir ki, iddiaçı 1 iyul 2017-ci il tarixdən sonra, yəni 2018-ci ilin əvvəlində pensiya fərqinin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyindən və iddiaçının 2017-ci il 1 iyul tarixinədək aidiyyəti üzrə inzibati orqanlara müraciət etməməsinin səbəbi belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hal kimi qiymətləndirməsi üçün əsaslar müəyyən edilmədiyindən iddiaçıya münasibətdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyada tətbiq olunmalıdır.

19. Halbuki, iddiaçının pensiya hüququ 1904-cü il tarixdən yarandığından, hazırkı mübahisə qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun müddəaları əsasında həll edilməlidir.

20. Həmçinin, apellyasiya instansiya məhkəməsi analoji iş üzrə AR Konstitusiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına ve qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarındakı mövqeyini nəzərə almamışdır.

21. Həmin qərarda məhkəmə göstərir ki, “göründüyü kimi, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən ərizəçiy ə 17 may 2012-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup müddətsiz əlilliyin təyin edilməsini, ərizənin, məlumat vərəqinin və cavab məktubunun zaman baxımından ardıcıl olmayan səkildə verilməsini nəzərə almamış, Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd edilmiş qərardadına əsasən isə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad etməklə əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında hər hansı fərqləndirmə aparmadan, iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir.

22. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, “Əmək pe nsiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə 2021-ci il 23 sentyabr tarixli Qərar)." b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübah isə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13684/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2018-ci il tarixdən aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.20 06-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

29. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 21(112)-13684/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1490/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 13684/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

31. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi yuxarıda göstərilmiş nəticəni əsaslandırmaq məqsədi ilə öz qərarında göstərmişdir ki, “Apellyasiya baxışı zamanı iddiaçı məhkəmə Kollegiyasının sualına cavab olaraq bildirmişdir ki, ona hərbi qulluqçu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə 2018-ci ilin əvvəlində müraciət etmişdir. Bununla bağlı nə cavabdehə, nə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və başqa inzibati orqana müraciət etməmişdir. İddiaçı cavabdehə 2018-ci ilin əvvəlindən müraciət etməsinin səbəbini isə qanunun tələblərini bilmədiyi ilə əlaqələndirmişdir.”

32. Həmçinin apellyasiya məhkəməsi qərarında yazmışdır ki, “iddiaçının hazırkı tələblə bağlı 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanla ra müraciət etməməsinin səbəbi belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hal kimi qiymətləndirilə bilməz.”

33. Buna görə də məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı 1 iyul 2017-ci il tarixdən sonra, yəni 2018-ci ilin əvvəlində inzibati orqana müraciət etdiyindən iddiaçıya münasibətdə Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyada tətbiq olunmalıdır.

34. Eyni zamanda apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, ““Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.”

35. Beləliklə apellyasiya məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçı 1 iyul 2017-ci il tarixdən sonra, yəni 2018-ci ilin əvvəlində inzibati orqana müraciət etdiyindən və nəhayət iddiaç ının 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəbi belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hal kimi qiymətləndirilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddiaçıya münasibətdə Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyada tətbiq olunmalıdır.

36. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətindəki dəlilləri əsaslı olmaqla, apellyasiya məhkəməsinin yuxarıda göstərilmiş hüquqi mövqeyi yanlışdır.

37. Belə ki, iş materiallarından göründüyü kimi DSMF-nin Səbail şöbəsində açılmış 220028 pensiyaçının uçot vərəqinə əsasən, iddiaçıya 576 №-li qərarla xx.xx.1994-cü ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

38. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçı ilə bağlı təqdim olunmuş MN-09976 nömrəli məlumat vərəqəsindən görünür ki, iddiaçı “Hərbi xidmət haqqında” AR Qanununun 18-ci maddəsinin “v” bəndi (xəstəliyə görə) xx.xx.1994-cü il tarixdə tərxis olunmuş, təminat xərcliyi 439 manatdır.

39. Beləliklə iddiaçının pensiya almaq hüququ 1994-cü ildə yaranmışdır.

40. Həmçinin cavabdehin xx.xx.2018-ci il tarixli, 18/637 №-li “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarına əsasən iddiaçıya Müdafiə Nazirliyi tərəfindən təqdim olunan məlumat vərəqinə əsasən xx.xx.2018-ci tarixindən təminat xərcliyinin (439,00 ma nat) 55 faizi241,45 manat ömürlük hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

41. Eyni zamanda Cavabdehin xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 12 fevral 2018-ci il tarixli, MN-09976 nömrəli məlumat vərəqəsinə əsasən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ qrup əlilliyə görə xx.xx.2018-ci tarixindən təminat xərcliyinin (439,00 manat) 55 faizi-241,45 manat əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq h üququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 3455,28 manat fərq məbləği cari ilin iyun ayından həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə əsasən hissə-hissə pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür.

42. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. 43. “Əmək pensiyaları haqqında" Qanunda deyilir ki, Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyi n edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). 44. "Hərbi qulluqçuların, pensiya təminatı haqqında" Qanunda göstərilir ki, Maddə

49. Keçmiş müddət üçün pensiyaların ödənməsi Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.

45. İş m ateriallarından göründüyü kimi, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət edərək hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş MN-09976 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış və hissə-hissə ödənilir.

46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ 1994-cü il tarixdə yarandığından, hazırkı mübahisə cavabdehin şikayətdə iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir.

47. Həmin Qanunun 49-cu maddəsinə görə, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.

48. Belə ki, iddiaçıya 1994-ci il tarixdən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MN-09976 nömrəli məlumat vərəqəsi əsasında cavabdehin xx.xx.2018-ci il tarixli qərarına əsasən hərbi qulluqçu kimi İİİ dərəcəli əli lliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış və hissə-hissə ödənilir, lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün ödənilməsindən imtina edilmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normanın müddəaları baxımından, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır.

50. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 2 2-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.”

51. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati o rqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir.

52. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.12-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir.”

53. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2-1(103)-1490/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən aldığı əmək pensiyası ilə hazırda hərbi qulluqçu kimi aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar