Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2022/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qarşı iş üzrə QƏRAR Açar sözlər: (qaçqın statusu verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusu verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1492/2020 nömrəli iş üzrə 25.08.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 14 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Amir Jan X1 Respublikasının vətəndaşı olaraq 29.07.1970-ci il tarixdə anadan olmuşdur. İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin İQ-288/1 saylı 25.12.2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının 27.09.2019-cu il tarixli vəsatətini təmin edərək qaçqın statusu verilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 31 avqust 2019-cu ildə Azərbaycana gəlib. 27.09.2019-cu ildə ərizəçi sığınacaq vəsatəti ilə m üraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi bildirib ki, başqa şəxsin arvadı ilə cinsi münasibətdə olduğu üçün həmin şəxsin əri və digərləri tərəfindən təqib edilməkdən qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. 25.12.2019-cu ildə DMX İQ-288/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyil. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 54 saylı 20.02.2020-ci il tarixli qərarla inzibati şikayət rədd edilib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin 09.07.2020-cu il tarixli,2-1(112)-3916/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərardadı ilə id dianın “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-288/1 saylı 25.12.2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 09.07.2020-cu il tarixli,2-1(112)-3916/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianınrədd edilməsiqərara alınmışdır. Birinci instansiya məhkəməsi“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 13.11.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 13-cü bəndinə əsaslanaraq iddiaçı tərəfindən ona qaçqın statusunun v erilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyinə dair nəticəyə gəlmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 25.08.2020-ci il tarixli, 2-1(103)-1492/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə birinci instansiya məhkəməsinin 09.07.2020-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi məhkəməsi“Qaçqınlar ın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 13.11.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3, 7 və 13-cü bəndlərinə əsaslanaraq İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığına dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalması nı təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Ərizəçi başqasının arvadı ilə cinsi münasibətdə olduğuna görə təqib edilə biləcəyini iddia edir. İctimaiyyətə açıq olan məlumatlara əsasən sosial normalarını pozan qadın və kişilər yaxın ailə üzvləri tərəfindən ciddi cəzalara məruz qalır. Ərizəçinin izahatları MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. Bunun əsasında MÖM-yə uyğun olaraq iddiaçının etnik / dini mənsubiyyətinə (həzara olması) və müəyyən sosial qrupa mənsubiyyətinə (spirtli içki satışı ilə məşğul olması) görə təqib ediləcəyinə dair əsaslı qorxusu təsdiq edilir. Ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Əfqanıstan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Həzaralar adekvat müdafiə ilə təmin edilmirlər. Əfqanıstana dair mənşə ölkəsi məlumatlarına əsasən, qeyri-dövlət nümayəndələri tərəfindən təhdid olunana zaman dövlət vətəndaşlarına effektiv müdafiə təmin edə bilmir. Nəticə etibarilə, cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) / baxımdan qanuni deyil və əsassızdır (iş materiallarının əsasında təkzib edilir). Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2-1(103)-1492/2020 nömrəliqərarının ləğv edilməsi, cavabdehin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında 25.12.2019-cu il tarixli İQ-288/1 saylı qərarının və cavab dehin şikayət instansiyasının inzibati şikayətin təmin edilməməsi haqqında 20.02.2020-ci il tarixli 53 saylı qərarı ləğv edilməsi, yeni qərarın qəbul edilərək cavabdehin üzərinə iddiaçının qaçqın statusunun verilməsinə dair 25.09.2019-cu il tarixli vəsatəti təmin edərək iddiaçıya qaçqın statusu verilməsinə dair qərarın qəbul etmək öhdəliyinin qoyulmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili R.Rəçidov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası m əhkəməsinin 25.08.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 25.08.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə sa xlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamal ıdır. İddiaçı kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Ərizəçi başqasının arvadı ilə cinsi münasibətdə olduğuna görə təqib edilə biləcəyini iddia edir. İctimaiyyətə açıq olan məlumatlara əsasən sosial normalarını pozan qadın və kişilər yaxın ailə üzvləri tərəfin dən ciddi cəzalara məruz qalır. Ərizəçinin izahatları MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. Bunun əsasında MÖM-yə uyğun olaraq iddiaçının etnik / dini mənsubiyyətinə (həzara olması) və müəyyən sosial qrupa mənsubiyyətinə (spirtli içki satışı ilə məşğul olması) görə təqib ediləcəyinə dair əsaslı qorxusu təsdiq edilir. Ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Əfqanıstan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Həzaralar adekvat müdafiə ilə təmin edilmirlər. Əfqanıstana dair mənşə ölkəsi məlumatlarına əsasən, qeyri-dövlət nümayəndələri tərəfindən təhdid olunana zaman dövlət vətəndaşlarına effektiv müdafiə təmin edə bilmir. Nəticə etibarilə, cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) / baxımdan qanuni deyil və əsassızdır (iş materiallarının əsasında təkzib edilir). Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivə sində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-288/1 saylı 25.12.2019-cu il tarixli qərarına əsasən Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-288/1 saylı 25.12.2019-cu il tarixli qərarından inzibati qaydada şikayət vermi ş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında 54 saylı 20.02.2020-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündə n oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan i mtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərsin. İddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərək İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ona qaçqın statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 25.08.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbayca n Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.08.2020-ci il tarixli, 21(103)-1492/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2022/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2022/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver