Məhkəmə qərarları › İş №2-1(102)-2022/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2022/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2022/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Şəki Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Şəki Bələdiyyəsinin (VÖEN: **********) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X11) “çıxarışın lə ğv olunması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 avqust 2022-ci il tarixli, 2-1(107)227/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X16 filialının verdiyi 15 fevral 2017-ci il tarixli, 261 saylı arxiv çıxarışına əsasən, Nuxa rayon Kirov adına kolxozun 1 mart 1963-cü il tarixli 4 saylı iclasının qərarı ilə 21-ci rayon Zəhmətkeşlər küçəsi 3 saylı evdə yaşayan X4 Zaqatala küçəsindəki boş torpaq sahəsində ev tikmək üçün torpaq sahəsi verilmişdir.

2. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0416 ha torpaq sahəsi üzərində X1 tam mülkiyyət hüququ Dövlət reyestrində qeydiyyata alınmışdır. 3. 27 iyun 2017-ci il tarixdə tərtib edilmiş 7099 inventar nömrəli texniki pasporta əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən, 0.07 ha torpaq sahəsi ilə bağlı X6 adına texniki pasport tərtib edilmiş, fərdi yaşayış evinin tikildiyi il - 1963-cü il qeyd edilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 19 may 2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir.

5. Cavabdeh 2 fevral 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 19 may 2017-ci il tari xli, ********** nömrəli qeydiyyat Nuxa rayon Qışlaq kənd Kirov adına Kolxozun 1 mart 1963-cü il tarixli, 4 saylı qərarı əsasında aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlaklar üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci maddəsinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının qərarı əsas olduğundan qeydiyyat aparılarkən qanunvericiliyin tələbləri pozulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 8 fevr al 2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan qızının adına işlənmiş 19 may 2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(116)-883/2022 nömrəli qərardadı ilə (hakim X8) iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ləğvini tələb etdiyi Çıxarış - Şirinova (Hüseynova, Səmədova) Mahizər Soltan qızının adına 7099 inventar nömrəli texniki pasport və Nuxa rayon Qışlaq kənd Kirov adına Kolxozun 1 mart 1963-cü il tarixli, 4 saylı qərarı əsasında qeydə alınmışdır. Azərbaycan Respublik asının Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlaklar üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda kolxoz üzvlərinin ümumi yığıncağının qərarı və 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport müvafiq qeydiyyatın aparılması üçün zəruri olan sənədlər olaraq qeyd edilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində iddiaçının hər hansı subyektiv yoxdur. İddiaçının həmin çıxarışı mübahisələndirməsi üçün subyektiv hüququ ancaq o halda ola bilərdi ki, onun mübahisələndirdiyi çıxarışda qeyd edilmiş torpaq sahəsinə aidiyyətini təsdiq edən sübutlar olsun.

9. İddiaçı həmin qərardaddan apellyasiya ş ikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 avqust 2022-ci il tarixli, 2-1(107)-227/2022 nömrəli qərardadı ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X15) Şəki İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin və mülahizənin dəlilləri

13. Kassasiya şikayətində və mülahizədə qeyd edilmişdir ki, 1965-ci il Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən Kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında, onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Bundan əlavə, kolxozçu həyəti üzvlərinin, kolxozun ictimai təsərrüfatında iştirak etməklə əldə edib, həyətin mülkiyyətinə verdikləri əmək gəlirləri və ya həyətin mülkiyyətinə verdikləri sair əmlak, habelə ümumi vəsait hesabına əldə edilmiş ev məişət və şəxsi istehlak şeyləri kolxozçu həyətinə məxsusdur. Həmin Məcəllənin 124-cü maddəsinə əsasən həyətin əmək qabiliyyətli üzvü üç il müddətində öz əməyi və vəsaitləri ilə həyətin təsərrüfatının birgə aparılmasında fasiləsiz olaraq iştirak etmədikdə, kolxozçu həyətinin əmlakindakı paya olan hüququnu itirir. Həyətin üzvü müddətli hərbi xidmətə çağırılmaq, məktəbdə oxumaq və ya xəstəlik nəticəsində təsərrüfatın işində iştirak etmədikdə, bu qayda tətbiq edilmir. İş üzrə toplanmış sənəd və proses iştirakçılarının izahatlarından görünür ki, mərhum X3 ona ayrılmış torpaq sahəsinə olan hüququ qanuna əsasən itirmişdir. Cavabdeh isə araşdırma aparmadan şəxsin itirilmiş hüququnu dövlət reyestrində qeydə alaraq, itirilmiş hüquq üzrə onun subyektiv hüququ olmayan torpaq sahəsinə üzərində itirilmiş hüquq üzrə mülkiyyət hüquq əldə etmişdir. Habelə, vərəsəlik hüquq münasibətinin tənzimlənməsi və hü ququn realizə olunması ilə bağlı sübut mövcud deyildir. Belə ki, məhkəmə özü müəyyən etmişdir ki, torpaq sahəsinə münasibətdə vərəsəlik hüquq münasibəti mövcud olmasa da (torpaq sahəsi üzərində şəxsin mülkiyyət hüququ yoxdur) 1965-ci ilin qanununa əsasən vərəsə onu qəbul etməlidir. Məhkəmə Xənimət Bədəlovadan keçmiş mirasdan bəhs edərkən hazırkı hüquqi münasibətə həmin şəxsin hansı əsasla aid olmasını əsaslandırmamışdır. Hər iki məhkəmə hesab etmişdir ki, iddiaçının subyektiv hüququ yoxdur. Lakin, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati, yaxud normativ aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi şəxsə qarşı tələb etmək imkanıdır.

14. İddiaçının subyektiv hüququ həm qanunla, habe lə məhkəmə aktlarında da öz əksini tapır. Belə ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli, 1MK-5197/2006 saylı qətnaməsinə əsasən torpaq bələdiyyə torpağı olması faktı məhkəmə tərəfindən müəyyən edilmiş və torpaq sahəsinin özgəninkiləşdirilməsi öhdəliyi iddiaçının üzərinə qoyulmuşdur. Həmin qətnamə ləğv edilərkən yaşayış evinin 785,6 kv metr həyətyanı torpaq sahəsinin dəyərinin normativ qiymətlərə uyğun ödənilməklə X2 xüsusi mülkiyyətinə verilməsi Şəki bələdiyyəsinə tapşırılması iddiasının rədd edilməsi olmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Cavabdeh və üçüncü şəxslər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qəra rının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, hab elə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya ş ikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğunda n, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

23. İddiaçı öz tələbinin və şikayətinin əsası kimi 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 119-cu (Maddə

119. Kolxozçu həyətinin mülkiyyəti — 1997-ci il 25 aprel tarixli qanunla çıxarılmışdır) və 124-cü (Maddə

124. Kolxozçu həyəti əmlakındakı paya olan hüququn itirilməsi — 1997-ci il 25 aprel tarixli qanunla çıxarılmışdır) maddələrinə istinadla hesab edir ki, Nuxa rayon Qışlaq kəndi Kirov adına kolxozun 1 mart 1963-cü il tarixli 4 saylı qərarı ilə 21-ci rayon Zəhmətkeşlər küçəsi 3 saylı evdə yaşayan X4 21-ci rayon Zaqatala küçəsindəki boş sahədə ayrılmış torpaq sahəsinə və onun üzərində inşa edilmiş evə X7 hüququnu itirmişdir.

24. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, istinad edilən normaların hazırkı mübahisəyə tətbiqi üçün iddiaçı vaxtilə X4 ayrılmış torpaq sahəsinin kolxozçu həyətinə daxil etdiyini, həmin torpaq sahəsindəki evin kolxozçu həyəti üzvlərinin ümumi vəsaiti hesabına inşa edildiyini və həmin evin də kolxozçu həyətinə daxil edildiyini sübut etməlidir (1964-cü il Mülki Məcəlləsinin 119-cu maddəsi). Eyni ilə, iddiaçı Səmədova (Hüseynova) Mahizər Soltan qızının həmin torpaq sahəsinə və inşa etdiyi evə (həmin əmlakların kolxozçu həyətinə daxil edildiyi təsdiq olunduğu halda) hüququna istinad olunan əsasla xitam verildiyini və bunun faktiki əsaslarını sübut etməlidir. İddiaçı bunları həm də təkcə qanun normalarına deyil, həmin normalarda göst ərilən dispozisiya şərtlərinin baş verdiklərini təsdiq edən sübutlara əsaslanmaqla etməlidir.

25. Nəhayət, iddiaçı sübut etməlidir ki, iddia etdiyi torpaq sahəsi, - iddia tələbində qeyd etdiyi kimi – “vərəsələrdən heç birinin mirası qəbul etməməsi” səbəbi ilə vərəsəlik hüququ üzrə dövlətə keçmiş və sonradan “Torpaq islahatı haqqında” Qanunun və torpaq münasibətlərini tənzimləyən digər qanunvericilik aktlarının müddəalarına uyğun olaraq onun mülkiyyətinə verilmişdir.

26. İddiaçı qeyd edir ki, Azərbaycan SSR-nın 21 aprel 1978-ci il tarixdə qəbul edilmiş Əsas Qanunda (Konstitusiyasında) mülkiyyətin, o cümlədən torpaq mülkiyyətinin “xüsusi mülkiyyət hüququ” kimi forma göstərilməmiş vahid mülkiyyət fotması olan “dövlət mülkiyyəti hüququ” göstərilmişdir. Habelə 1965-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllədə dövlət mülkiyyət hüququnu tanıyaraq yalnız torpaq üzərində vətəndaşlara istifadə hüququ tanınmışdır. 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş və 27 noyabr 1995-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasına “xüsusi mülkiyyət hüququ” ifadəsi salındıqdan sonra torpaq üzərində xüsusi mülkiyyət hüququ formalaşdırılmış və respublikada aqrar islahatlar aparılmışdır.

27. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, 1991-ci il Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən, “Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir.”. İddia olunan torpaq sahəsinin X3 qanuni istifadəsində olduğu və bu ə şya hüququnun hüquq varisliyi qaydasında onun vərəsələrinə keçdiyi mübahisələndirilməli deyil.

28. İddiaçının iddia olunan torpaq sahəsinə subyektiv hüququnun yaranmadığına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 avqust 2022-ci il tarixli, 2-1(107)-227/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar