Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2023/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pens iyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-1343/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuşdur və Bakı şəhərində yaşayır.
2. İddiaçıya məxsus hərbi biletində və əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək xxxx Elektrik yarımstansiyaları və şəbəkəsi xidmətinin təsərrüfat briqadasında suvaqçı, xx.xx.1983-xx.xx.1983-cü illərdə tikinti trestində dülgər, betonçu, xx.xx.1983-xx.xx.1985-ci illərdə, xx.xx.19 85-xx.xx.1985-ci illərdə, xx.xx.1985xx.xx.1985-ci illərdə tikinti müəssisələrində betonçu, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək xxxxndə Yol və tunel qurğuları xidmətində yalnız gecə vaxtı suvaqçı, xx.xx.1989-cu il tarixdən hal-hazıradək “xxxx” QSC-nin Tunel qurğuları xidmətində suvaqçı, elektrik çilingəri, tunel fəhləsi peşələrində çalışmışdır.
3. İddiaçı xx.xx.2019-cu ildə ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, onun İdarəyə təqdim etdiyi Azərbaycan Respublikası “xxxx” QSC-nin xx xxxxxxx 2019-cu il tarixli, A/480 nömrəli arayışında qeyd olunan xx.xx.1979-xx.xx.2 014-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi suvaqçı, elektrik çilingəri və tunel fəhləsi peşələri, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid deyildir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2019-cu il 19 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2019-cu il tarixdən qərar icra olunana qədər ödəniləcək əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xah iş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-1343/2020 nömrəli qərarı ilə (hakimlər V.Ağayev (sədrlik edən və məruzəçi), Ü.Mayılov və X.Cəmilova) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2019 saylı, xx xxxx 2020-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinə görə, “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pe nsiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün onun x xxxxxx 2006-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. b. Kasasiya şikayətinə qarşı etirazlar
13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikası nın vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iy ulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan ver dikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
30. Əmək pensiyasını təyin edən orqan 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 18. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun: Ma ddə 13. “b” bəndi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayış ı təqdim olunur.
20. İnzibati icraat haqqında qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfind ən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun.
26. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.
27. İddiaçının xx.xx.2019-cu il tarixdə 57 yaşa çatması və xx.xx.2006-cı il tarixə qədər ümumi stajının 25 ildən çox olduğu işin mübahisəsiz halıdır.
28. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini onunla izah edir ki, xx.xx.1979-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi suvaqçı, elektrik çilingəri və tunel fəhləsi peşələri Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtl ərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sının nəqliyyat hissəsinin (21) “metropolitenlər” bəndində (21.5) nəzərdə tutulmamışdır.
29. İşə baxmış məhkəmələr isə cavabdehin imtinasını əsassız hesab edərək, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək xxxx Elektrik yarımstansiyaları və şəbəkəsi xidmətinin təsərrüfat briqadasında işlədiyi suvaqçı, xx.xx.1985-ci il tarixdən – xx.xx.1989-cu il tarixədək Yol və tunel qurğuları xidmətində işlədiyi suvaqçı, xx.xx.1989-cu il tarixdən – xx.xx.2014-cü il tarixədək “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Tunel qurğuları xidmətində işlədiyi suvaqçı, elektrik çilingəri, tunel fəhləsi peşələrini Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq ed ilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci bəndində nəzərdə tutulmuş peşələrə uyğunlaşdırmışdır. Bu cür uyğunlaşdırma düzgündür.
30. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, iddiaçının xx.xx.1979xx.xx.1981-ci illərdə xxxx Elektrik yarımstansiyaları və şəbəkəsi xidmətinin təsərrüfat briqadasında işlədiyi suvaqçı, xx.xx.1985-xx.xx.1989-cu illərdə işlədiyi yol və tunel qurğuları xidmətində suvaqçı, xx.xx.1989-xx.xx.2014-cü illərdə işlədiyi suvaqçı, elektrik çilingəri peşələrinin Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21. 5-ci bəndində nəzərdə tutulmuş peşələrə uyğun olması barədə iddiaçının iş yerindən verilmiş arayışa da uyğundur.
31. Bu qərarın 19-cu bəndində qeyd olunduğu kimi “Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
32. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Baxılan iş üzrə bu cür arayışlar təqdim olunmuşdur.
33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının metropolitendə işlədiyi xx.xx.1985-xx.xx.2006-cı illərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 1 nömrəli və 2 nömrəli Siyahılarla tənzimlənirdi. 25. 2 nömrəli Siyahının «2901000
1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrı yeraltı işlər» bölümündə 2290100a-19931 kodla avadanlıqların təmiri üzrə və növbətçi çilingərlər peşəsi, 2290100a-19729 kodla suvaqçılar peşəsi əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aid edilmişdir. İddiaçının metropolitendə xx.xx.1985-xx.xx.2001-ci illərdə işlədiyi suvaqçı (yalnız gecə vaxtı) və xx.xx.2001-xx.xx.2006-cı illərdə işlədiyi elektrik çilingəri peşələri 2 nömrəli siyahının 2290100a-19931 və 2290100a-19729 kod altında nəzərdə tutulmuş peşələrlə eynilik təşkil edir.
26. Beləliklə, iddiaçının 2 nömrəli Siyahı üzrə xx.xx.2006-cı il tarixədək həmin peşələrdə işlədiyi müddət 12 il 6 aydan çoxdur.
27. Göründüyü kimi iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün həmin normada nəzərdə tutulan dispozisiya şərtləri mövcuddur və apelyasiya məhkəməsi də məhz bu əsasla iddianın təmin olunmasını qanuni hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarını tam müəyyən etmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 1(103)-1343/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. 2-