Məhkəmə qərarları › İş №2-1(102)-2023/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2023/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2023/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin müəyyən olunması meyarlarına uyğunluğun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Rea bilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi və ona xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)348/2022 nömrəli, 8 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilk dəfə 8 iyul 2003-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə “bronxial asma infeksion-allergiya mənşəli orta gedişli tez-tez boğulma tutmaları, ağ ciyərin emf., tənəffüs çatmamazlığı 2-ci dərəcə, xr.diffuziya bronxit, dəmir anemiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən ik inci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2014-cü il tarixədək uzadılmışdır. 2. 25.06.2014-cü il tarixli, xxxxxxx0001 nömrəli müayinə aktına əsasən iddiaçıya 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş, daha sonra əlillik 2015-ci il tarixində 1 il, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır

3. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0529003AAHXJ saylı göndərişi əsasında iddiaçıya cavabdeh tərəfindən “ixtisaslaşmış müayinə və müalicə davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentli yinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində xx.xx.2021-ci ildə keçirilmiş müayinə nəticəsində verilmiş imtinanın əsassız hesab edilməsi və ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o “Tibbi Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə daxil edilmiş 0529003AAHXJ nömrəli göndərişə TSERAS-n elektron məlumatına görə “Əlavə müalicəyə ehtiyacın olması barədə” xx.xx.2021-ci il tarixli qərarı qəbul edilmiş, stasionar müalicə müddəti yetərli olmadığından əlillik təyinatının aparılmasının mümkün olmadığı və tibb müəssisəsi tərəfindən müayinə və yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətin in qiymətləndiriləcəyi bildirilmişdir. Bundan sonra tibb müəssisəsinin göndərişi əsasında Sumqayıt Tibb Mərkəzi 2 nömrəli dövlət xəstəxanasında stasionar ixtisaslaşmış müalicə aldıqdan və müayinə olunduqdan sonra xx.xx.2021-ci il tarixli 3262 nömrəli Epikriz verilmişdir. Yenidən tibb müəssisəsi tərəfindən müayinə və yenidən (0531003AALG8 nömrəli) göndəriş rəsmiləşdirilsə də, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli imtina qərarı qəbul edilmişdir. İddiaçı 1.02.2020-xx.xx.2020-ci il, xx.xx.2021- xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində dövlət xəstəxanasının allerqologiya şöbəsində stasionar qaydada müalicə almış, kliniki diaqnoz J45,0 qeyd olunmuş, əsas xəstəlik bronxial astma infeksion-allergik forma ağır gedişli, kəskinləşmələrlə əsas xəstəliyin ağırlaşması (J96.1), t ənəffüs çatmamazlığı 2-ci mərhələ diaqnozu qoyulmuşdur.

6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.Məmmədov) 7 fevral 2022-ci il tarixli, 21(118)-463/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, TSEK tərəfindən İddiaçı barəsində xx.xx.2021-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtina əsassız hesab edilmiş və iddiaçıya İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Məhkəmə qeyd etmişdir ki, X2 (XBT) 21 fəsildən ibarətdir və tənəffüs sistemi xəstəlikləri Təsnifatın 10-cu fəslində öz əksini tapmışdır. Qeyd olunan Təsnifatda hər bir xəstəlik xüsusi kodla qeyd olunur. Belə ki, İddiaçı tibb müəssisəsi tərəfindən təyin edilmiş J45 kodu göstərilmiş astma xəstəliyi “Аşаğı tənəffüs yоllаrının хrоniki хəstəlikləri”nə aid edilmiş və həmin xəstəliyin:1) J 45.0-Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, 2) J45.1- Qeyri-allergik astma, 3) J45.8-Qarışıq astma, 4) J45.9-Dəqiqləşdirilməmiş astma növləri müəyyən edilmişdir. Tənəffüs orqanlarının digər xəstəliklərinə J96 kodu ilə göstərilmiş “başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı” aid edilmiş və həmin xəstəliyin 1) J96.0-Kəskin respirator çatmamazlıq, 2) J96.1-Xroniki respirator çatmamazlıq və 3) J96.9- Dəqiqləşdirilməmiş respirator çatmamazlığı növləri müəyyən edilmişdir. X1 J45 və J96 kodu altında göstərilmiş xəstəliklərin hər ikisi tənəffüs sistemi xəstəliklərinə aid edilmiş və hər iki kod altında göstərilmiş xəstəliklər bir-birindən fərqlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlill iyin qiymətləndirilməsi” Qaydasının 3.1.2-ci bəndinə əsasən “Sumqayıt Tibb Mərkəzi” X5 tərəfindən reyestrə daxil edilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunmasına baxmayaraq, əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilməli olduğu təqdirdə əsassız yerə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.3-cü bəndinə əsasən ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15A16.9,J96-J96.9) şəxsə ikinci dərəcə əlillik təyin edilir. Nəzərə alınmalıdır ki, Həmin Əsasnamənin 2.3-cu bəndinə əsasən J45 ko du altında olan xəstəliyin olması 3-cü dərəcə əlilliyin təyin edilməsi üçün əsas sayılmır.

8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2-1(105)-348/2022 nömrəli qərarına əsasən (hakimlər: H.Ç.Babayeva-sədrlik edən, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 7 fevral 2022-ci il tarixli, 2-1(118)-463/2022 nömrəli qərarı dəyişdirilmiş, cavabdehin imtinası əsassız hesab edilmiş və İddiaçı xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət T ibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli 0531003AALG8 saylı göndərişdə (Forma 88) qeyd edilən əsas diaqnoz, onun ağırlaşması, həmçinin yanaşı xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun mü əyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının diaqnozunun dəqiqləşdirilməsi üçün ona X6 X4 rəyi lazımdır. Belə ki, iddiaçının əsas diaqnozu Allergik komponentin üstünlüyü ilə müşahidə olunan asma xəstəliyidir, bu xəstəliyin müayinə edilməsi üçün ixtisaslaşmış xəstəxana sözügedən tibb müəssisəsidir. Lakin, iddiaçı müayinədən keçməkdən yayın mış və yeni forma 88 təqdim etməmişdir.

13. Məhkəmə qərarında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.3.-cü maddəsinə istinad etmiş və iddiaçıya qoyulmuş diaqnozlarıağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9)- əsas gətirərək ikinci dərəcə əlillik təyin edilməli olduğunu qeyd etmişdir. Məhkəmə forma 88-də qeyd edilmiş J45 kodunun əlillik təyin etməyə əsas verdiyini qeyd etmiş və bu kodlu xəstəliyin iddiaçıda olub-olmadığını araşdırmamışdır. Belə ki, məhkəmədə Agentliyin nümayəndəsi tərəfindən ekspertiza keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməmişdir.

14. Bundan başqa cavabdeh qeyd etmişdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, o, dövlət xəstəxanasında ixtisaslaşmış müalicə almışdır. Müayinə olaraq tibb müəssisəsindən Forma 88 cavabdehə göndərilmiş, cavabdehin tərəfindən verilən imtina əsassız olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəs inə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azər baycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə

1. Ümumi müddəalar (-) 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsin də həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. (-)

2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dər əcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 19. “İnzibati icraat haqqında” Qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibat i orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-)

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahis ələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətd ə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məh kəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, TSEK tərəfindən iddiaçıya Forma 88 0529003AAHXJ saylı göndəriş əsasında əlilliyin qiymətləndirilməsinə imtina verilmiş, imtinanın səbəbi əlavə müalicəyə ehtiyacın olması, səbəb: “aldığı müalicə yetərli deyil, ixtisaslaşmış müayinə və müalicə davam etdirilsin” qeyd edilmişdir.

28. Bundan sonra iddiaçı stasionar qaydada əlavə müalicə almış və onun barəsində yenidən Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli 0531003AALG8 saylı (Forma 88) tərtib edilmişdir.

29. TSEK-in xx.xx.2021-ci il tarixli, xxxxxxx0006 nömrəli müayinə aktına əsasən, Forma 88 0531003AALG8 saylı göndəriş əsasında əlilliyin qiy mətləndirilməsinə imtina verilmiş, imtinanın səbəbi əlavə göndərişin natamam doldurulması, səbəb: “xəstəyə ETACXİ-nin rəyi və müayinə olunması məsləhət görülür” qeyd edilmişdir.

30. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında da Spirometriya müayinəsi olduğu üçün asma xəstəliyinin müəyyən olunması mümkündür. Respublika Elmi Təhqiqat X3 da asma xəstəliyi məhz Spirometriya müayinəsi nəticəsində müəyyən edilir və həmin institutun verdiyi rəyin Sumqayıt şəhər 1 nömrəli xəstəxanası tərəfindən verilən rəydən üstünlüyü yoxdur. 31.Bunda başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasında əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertizanın keçirilməsi tibbi-sosial ekspert komissiyaların səlahiyyətinə aid edilmişdir.

32. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyət inin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

33. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

34. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir.

35. Odur ki, cavabdehin kass asiya şikayəti əsassız olduğundan rədd edilməli Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-348/2022 nömrəli 8 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-348/2022 nömrəli 8 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar