Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2024/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) 11.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü; FİN: xxxxxxx) Cavabdehnə (üçüncü şəxs X4) qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli, 2-1(104)-312/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Məhkəmənin elektron informasiya sistemindən əldə edilmiş məlumata əsasən, Tovuz şəhəri, 20 Yanvar küçəsində yerləşən 38 nömrəli ev tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışa əsasən, X1 şəhəri, 20 Yanvar küçəsi, ev 38 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
3. Qanuni qüvvəyə minmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1111/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçının X3 qarşı onun Tovuz şəhəri, 20 Yanvar küçəsində yerləşən 38 nömrəli evə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiası üzrə məhkəmə araşdırması zamanı X2 mübahisəli evə hər hansı istifadə hüququnun olması müəyyən edilməmiş və mövcud olmayan hüququn itirilmiş hesab edilə bilməməsi əsas gətirilərək iddiaçının iddiası təmin edilməmişdir.
4. İddiaçı, X2 ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, X1 şəhəri, 20 Yanvar küçəsi, ev 38 ünvanından qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci ins tansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X2 ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Qeyd olunan evdə X4 qeydiyyatdadır. Həmin şəxsin iddiaçıya məxsus evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
8. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 adi cəlbetmə qaydasınd a iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
9. Cavabdeh və üçüncü şəxs tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Hüseynov) 16 yanvar 2023-cü il tarixli, 21(114)-398/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxsin ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad edərək hesab etmişdir ki, iddiaçının ona məxsus evdə formal qeydiyyatda olan üçüncü şəxsin həmin ünvandan qeydiyyatdan çıxarılması barədə iddia tələbi əsaslıdır.
12. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərova) 02 may 2023-cü il tarixli, 2-1(104)-312/2023 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Tovuz şəhəri, 20 Yanvar küçəsi, 38 nömrəli ev hal-hazırda xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Üçüncü şəxs faktiki olaraq həmin ünvanda yaşamır. Belə olan halda, digər şəxsin iddiaçıya məxsus evdə qeydiyyatda olması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səb əb olur. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi kimi həmin əmlak barəsində mülki mübahisənin olması onun qeydiyyatı ilə bağlı məsələyə inzibati icraat qaydasında baxılmasına maneə yaratmır. Üçüncü şəxsin iddiaçıya məxsus evdə qeydiyyatda olması iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bundan başqa, həmin şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatda qalması məsələn iddiaçının əlavə kommunal xərclər ödəməsinə səbəb olur. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini onun təmin edilməsi üçün əsaslı hesab etmir.
15. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin də lilləri
16. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçının mülkiyyət hüququ hazırda mübahisəlidir. Onun qeyd olunan ünvan 3 ünvanda yerləşən evi üçüncü şəxsin atası ilə birgə əldə edilib, atası vəfat edib, hazırda atasının miras əmlakının vərəsələr arasında bölüşdürülməsi üzrə məhkəmələrdə icraat davam edir. Tovuz rayon məhkəməsinin 2(062)-669/2023 saylı icraatında bununla bağlı mübahisə vardır.
17. Üçüncü şəxs müvəqqəti olaraq ünvan 4 ünvanda yaşayır, çünki iş yeri Bakı şəhəridir, rəsmi qeydiyyatı isə Tovuz şəhərindədir.
18. Məhkəmə bu hallara qiymət verməyərək ciddi pozuntuya yol vermişdir.
19. Məhkəmə nəyə görə üçüncü şəxsin Tovuzdakı evdən istifadə etmədiyini və əgər Bakıda işləyirsə, deməli həmin şəhərdə müvəqqəti qeydiyyatda olma ehtimalını qiymətləndirə bilməmişdi r.
20. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2003-cü il tarixli Qərarı)
21. Şikayət əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 10-cu maddəsinin 3-cü abzasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək üçüncü şəxsin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... Maddə
29. Mülkiyyət hüququ... İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır..... Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifad ədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.... Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslə r, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.... Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər ü çün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.... Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sa həsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına mə lumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsini n qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn i şin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxsin ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına yönəlmişdir.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələlər i təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, Tovuz şəhəri, 20 Yanvar küçəsi, 38 nömrəli ev tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Üçüncü şəxs formal olaraq iddiaçının mülkiyyətində olan həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olsa da, həmin evdə yaşamır. Həmçinin üçüncü şəxsin sözüg edən evə hər hansı istifadə hüququnun olmadığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. 38. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
39. Sözügedən ev barəsində tərəflər arasında mülki mübahisən in olmasına dair üçüncü şəxsin kassasiya şikayətinin təkrar edən dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin əmlak barəsində mülki mübahisənin olması üçüncü şəxsin qeydiyyatı ilə bağlı məsələyə inzibati icraat qaydasında baxılmasına maneə yaratmır.
40. Üçüncü şəxsin sözügedən evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Na zirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.
42. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, üçüncü şəxsin kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli, 21(104)-312/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.