Məhkəmə qərarları › İş №2-1(102)-2025/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2025/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2025/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2, nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azər baycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına daxil edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1286/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 100/068ş saylı əmrlə xx.xx.2013-cü il tarixindən Gömrük Mühafizə Xidmətinin X3 Dəstəsinin kiçik mühafizəçisi vəzifəsinə təyin edilmiş, 100/054ş saylı, xx.xx.2015-ci il tarixli əmrə əsasən həmin tarixdən Xidmətin Baş Gömrük Mühafizə Dəstəsinin əməliyyat şöbəsinin mühafizəçisi vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixli, 100/170ş nömrəli əmrlə həmin tarixdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ümumi şöbəsinin böyük inspektoru vəzifəsinə keçirilmiş, 100/613ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixindən Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi Pirallahı postunun böyük inspektoru vəzifəsinə keçirilmiş, 100/1184ş saylı xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən Komitənin sərəncamına götürülmüş, 100/1186ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən həmin tarixdən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Hövsan postunun inspektoru vəzifəsinə təyin edilmiş, 1000/173ş saylı xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən İdarənin Beynəlxalq dəniz ticarəti zamanı dəniz postunun inspektoru vəzifəsinə keçirilmiş, 1000/804ş nömrəli xx.xx.2019-cu il tarixli əmrə əsasən xx.xx.2019-cu il tarixindən Komitənin sərəncamına götürülmüş, 1000/1289ş saylı xx.xx.2019-cu il tarixli əmrlə həmin tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xidmətinə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 12 noyabr tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmrinin ləğv olunması, onun Dövlət Gömrük Komitəsinin Enerji Resurslar ı və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynalxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə və ya həmin vakant vəzifəyə uyğun işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2013-cü il tarixindən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə xidmətdə olduğu dövrdə ona intizam tənbeh tədbiri tətbiq edilməmişdir. xx xxxx 2019-cu il tarixdə sərəncama verilmiş, buna səbəb kimi isə müəyyən müddət sonra başqa bir vəzifəyə keçiriləcəyi bildirilmişdir. Sərəncamda olduğu müddət ərzində ona heç bir iş təklif olunmamış, əksinə 3 ayın tamamında Dövlət Gömrük Komitəsinin sədri tərəfindən xidmətə xitam verilməs i barədə xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmr imzalanmışdır. Həmin əmrə əsasən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə) uyğun olaraq işdən azad olunduğu qeyd olunmuşdur. Halbuki, sərəncama verildiyi gündən işdən azad olunanadək gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməyi mümkün olduğu halda, ona bu barədə nə təklif verilmiş, nə də o həmin təklifdən imtina etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-525/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir.

5. Birin ci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Beləliklə, göstərilənlərdən məlum olur ki, iddiaçı tərəf mübahisələndirilən əmrin qanunsuzluğunu əsas o arqumentlə əsaslandırır ki, iddiaçının Komitənin sərəncamında olduğu müddətdə vakant vəzifəyə keçirilməsi mümkün olduğu halda, o, müvafiq vəzifəyə təyin edilməmişdir. Bu halla bağlı yuxarıda qeyd edilmiş qanunvericilik normalarının tələblərinə əsasən məhkəmənin mövqeyi belədir ki, şəxsin sərəncama çıxarılması o anlama gəlir ki, o, sərəncamda olduğu müddət ərzində (hazırkı mübahisəyə münasibətdə 3 ayadək) hər hansı konkret vəzifə tutmur və dövlət orqanında qulluq keçən vəzifəli şəxs sərəncamda olduğu müddətdə müvafiq vəzifəyə təyin edilməyə bilər”.

6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməs ini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1286/2020 nömrəli qərardadı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin qərarını ləğv edərək, məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin mübahisəli inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılarkən məhkəmə, buna birbaşa zərurət olduğu halda, cavabdehdən xx.xx.2019-cu il tari xli əmrin əsasları ilə bağlı heç bir konkret sübut tələb etməmiş, özü bu sübutları əldə etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. Halbuki, İPMin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

9. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələb inin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 10.1. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının iddiasındakı ilk tələbi “əmrin ləğv edilməsi” ilə bağlıdır və mübahisələndirilən inzibati aktın qanuniliyi Bakı İnzibatı Məhkəməsi tərəfindən formal-hüquqi baxımdan yoxlanılarkən həmin aktda “İnzibati icraat haqqında” Qanunun 58-ci (inzibati akta dair ümumi tələblər) və 61-ci (inzibati aktın əsaslandırılması) maddələrinin icraatla bağlı tələblərinə əməl olunduğu, qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarının tələblərinə Dövlət Gömrük Ko mitəsi tərəfindən riayət edildiyi müəyyən olunmuşdur. 10.2. İş materiallarında öz əksini tapan və Komitə tərəfindən məhkəməyə sübut qismində təqdim olunan sənədlərdən, həmçinin eyni məzmunlu sorğular əsasında dəfələrlə təqdim edilmiş digər sənəd və məlumatlardan da göründüyü kimi Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəmə orqanları qarşısında mübahisəıəndirilən inzibati aktı qəbul edilməsi ilə bağlı mübahisəyə gəldikdə isə, Dövlət Gömrük Komitəsi tərəfindən qanunvericiliyin istinad edil diyi normalar hüquqi və əsaslıdır ona görə ki, gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasım əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, Azərbaycar Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 10.3. Bakı Apelyasiya Məhkəməsinin öz qərarında qeyd olunan norma üzərində hüquqi təhlil apararaq haqlı olaraq göstərir ki, istinad olunan bəndin dispozisiya şərtlərinə əməl olunması üçün vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir, o hallarda ki, ya bu əsasla xitam v erilmə vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı ya da vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. 10.4. Lakin məhkəmə sözügedən normanın dispozisiya şərtlərindən ikincisinə iş üzrə əməl olunmadığını, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmamasının işin mübahisəsiz halı kimi qiymətləndirir. 10.5. Halbuki qeyd olunan məsələ işin mübahisəsiz halı deyil, əksinə vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olmuşdur, çünki qeyd olunan struktur bölmə üzrə vakant vəzifə olmamışdır. Vakant vəzifə olmadığı təqdirdə vəzifəli şəxsə hər hansı bir vəzifə təklif etmək necə mümkün ola bilərdi ki? Bu səbəbdən də Bakı Apelyasiya Məhkəməsinin işin bu hissəsi üzrə gəldiyi nəticə əsassızdır. b. Kassasiya şikayətinə qarşı etiraz

11. İddiaçının və vəkilinin kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

13. İddiaçı və onun vəkili şikayətin rədd edilməsini xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə Maddə

1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Maddə

50. G ömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Maddə

120. Bənd

3. Təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə, gömrük orqanının vəzifəli şəxsi nin xidmətinə xitam verilə bilər.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gös tərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 16. “İnzibati icraat haqqında” qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Kassasiya şikayətində apelyasiya məh kəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyinə görə hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, işin hallarına əsasən məhkəmə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən işin mahiyyəti üzrə həllinə aid məsələlərlə bağlıdır. Lakin apelyasiya instansiyası məhkəməsinin qərarı, daha çox birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaların a riayət olunmaması ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya instansiyası tərəfindən apelyasiya şikayətinə baxılarkən prosessual hüquq normalarına riayət edilib edilmədiyini araşdıracaqdır.

21. İddia tələbinin həllində məhkəmələrin istinad etməli maddi hüquq norması “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndidir.

22. Apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normanın işığında təhlil edərək göstərmişdir ki, həmin normanın mənasına görə gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə bu normaya əsasən xitam verilməsi üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır:

1. Vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2 bu əsasla xitam verilmə vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı;

3. Digər halda isə vəzifəli şəxs ona təklif olunan vəzifəyə keçirilməkdən imtina etmiş olmalıdır.

22. İddiaçıya hər hansı alternativ vəzifənin təklif olunmaması işin mübahisəsiz halıdır. Bu halda birinci instansiya məhkəməsinin araşdırması iddiaçının gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasının qanuniliyinin yoxlanılması ilə bağlı olmalı idi.

23. Lakin birinci instansiya məhkəməsi sözügedən amrin əsasları ilə bağlı cavabdehdən heç bir konkret sübut tələb etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir.

24. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır. Həqiqətən də birinci inst ansiya məhkəməsinin araşdırması İPM-nin 12 və 57-ci maddələrinin tələblərinə cavab vermir.

25. Birinci instansiya məhkəməsinin yarımçıq araşdırmasını tamamlamaqdan apelyasiya instansiyası məhkəməsinin imtina edib, işi birinci instansiya məhkəməsinə qaytarmasına məhkəmə kollegiyası İPM-nin 82-ci müddəsinin tələbləri baxımından qiymət verərək hesab edir ki, bu məsələdə də məhkəmə haqlı olmuşdur.

26. Belə ki, İPM-nin 87.7-ci maddəsi inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, apelyasiya instansiyası məhkəməsinin, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərmək səlahiyyəti vardır.

27. İşə baxmış brinci instansiya məhkəməsinin, iddianın hüquqi əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərini araşdırmadığı açıq-aydın olduğu hallarda, İPM-nin 87.7-ci maddəsinin şərtləri mövcud olur və hazırki işdə də bu vəziyyət müəyyən edilir.

28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1286/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar