Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2025/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin X2 Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiaçının tələbi təmin olunduğu və iş məhkəmədən kənar qaydada həll olunduğu üçün iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin X2 Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(104)-257/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və iş üzrə icraata xitam verilməsinə dair vəsatətə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2366/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı ilə (hаkim F.C.Hüseynov) iddia təmin edilmiş, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996- cı il tarixədək “Elşad” X1 firmasında, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur.
2. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-257/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və Ə.İ. Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2366/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
4. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh daha sonra Ali Məhkəməyə vəsatət təqdim edərək İPM-in 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş və İddiaçı hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yasa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh vəsatətə iddiaçıya əmək pensiyasının təyin edilməsinə dair 31 may 2023-cu il tarixli qərarı əlavə etmişdir.
6. İddiaçı cavabdeh tərəfindən verilmiş vəsatətlə bağlı məhkəməyə ünvanladığı teleqramda cavabdeh orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasına dair işin məhkəmədənkənar qaydada həll olunduğuna görə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQ UQ
7. İnzibati Prosessual Məcəllə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqa nın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası mü bahisəyə dair iş üzrə materialları, cavabdehin vəsatətini və ona qoşulmuş sənədləri, eləcə də iddiaçının məhkəməyə ünvanladığı teleqramı nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.
9. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddiaçının bununla bağlı tələbini təmin etmiş, apellyasiya məhkəməsi isə həmin qərarı ləğv etsə də, iş üzrə qəbul etdiyi qərarda iddia tələbini qismən təmin edərək iddiaçıya yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdən ona pensiyanın təyin olunması barədə yekun nəticəyə gəlmişdir.
10. Cavabdeh kassasiya şikayəti versə də, daha sonra iddiaçının t ələbini təmin edən ona əmək pensiyasının təyin edilməsi haqqında 31 may 2023-cu il tarixli qərar qəbul etmişdir.
11. İddiaçı həmin vəsatətlə bağlı məhkəməyə ünvanladığı teleqramda göstərmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasına dair iş məhkəmədənkənar qaydada həll olunmuş, ona əmək pensiyası təyin edilmişdir, odur ki, işin icraatına xitam verilməsinə etiraz etmir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 67-ci maddəsinin yuxarıda istinad olunan normalarının məzmununa görə, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
13. Cavabdehin təqdim etdiyi və mübahisəyə dair iş materiallarına əlavə olunmuş sənədlərdən iddiaçıya əmək pensiyanın təyin edildiyi və ödənilməyə başlanıldığı görünür. İddiaçı özü də həmin vəsatətlə bağlı məhkəməyə ünvanladığı teleqramda bu halı təsdiq etmiş, dolayısıyla da iş üzrə hər hansı mübahisəsinin qalmadığını bildirmişdir.
14. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş və iddiaçının tələbinin təmin olunduğu, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı və yuxarıda istinad olunan normalara əsasən iş üzrə icraata xitam verilməlidir.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şə xsin Sosial Ödənişlərin X2 Filialı tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin.