Məhkəmə qərarları › İş №2-1(102)-2025/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2025/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2025/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncamın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2024-cü il tarixli, 2-1(103)-723/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56; Yeni qaydalarla AZ 1052, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 2. 22.12.2012-ci il tarixdə tərtib edilmiş, **********17-05101-093018 reyestr nömrəli texniki pasportdan görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 98,9 kv.m-dir. Mənzil 1953-cü ildə tikilmişdir, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və mənzil 3 otaqdan ibarətdir.

3. İddiaçının müraciətinə cavab olaraq, Bakı şəhəri, Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, çoxmənzilli binada memarlıq baxımından əsaslandırılmamış hər-hansı bir konstruktiv dəyişikliklərin aparılması, binaların fasad hissəsində dəyişikliklərin edilməsi qadağan olunduğundan müraciətinizin həlli səlahiyyətlərimiz xaricindədir.

4. İddiaçının müraciətinə cavab olaraq, Bakı şəhəri, İcra Hakimiyyətinin başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mövcud tikililərin fasad hissəsində hər hansı dəyişikliyin edilməsi ərazinin ümumi görünüşünü nəzərə alınmaqla hazırlanmış müvafiq layihə sənədlərinin hazırlanması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edildiyi halda mümkün hesab edilir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 10/1639 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert rəyində qeyd edilmişdir ki, aparılmış tədqiqatla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 16 fevral 2023-cü il tarixli, mütəxəssis rəyinə əsasən, sözügedən mənzilin faktiki vəziyyətinin həmin mənzilə dair tərtib olunmuş xx.xx.2017-ci il tarixli 11/21410 invertar nömrəli texniki pasportuna uyğun olduğu, texniki pasportda göstərilən qeydiyyatdan keçmiş “8” saylı binanın konturundan kənar sahədə olduğu, qeyd olunan qapı oyuğu açılarsa digər yaşayış sahələrinin gediş-gəlişinə mane olmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdehin F-4-162 saylı 05 aprel 2022-ci il tarixli imtinaedici inzibati aktının (imtina cavabı) ləğv edilməsi və İddiaçı 09 mart 2022-ci il tarixli Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsinin küçə tərəfə çıxan pəncərə oyuğunun giriş qapısıyla əvəz olunması (yəni yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələbinə dair ərizəsinin təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müharibə veteranıdır. Yuxarıda qeyd edilən ünvanda yaşayır. İddiaçının və ailəsinin sosial vəziyyəti qənaətbəxş olmadığından mikro və ya kiçik sahi bkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədilə səlahiyyətli müvafiq icra hakimiyyəti orqanı olan Bakı Şəhəri Cavabdehə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-21-ci maddələrinə müvafiq olaraq 09 mart 2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsində göstərilən sənədləri əlavə etmişdir. Həmin ərizə əsasında iddiaçı xahiş etmişdir ki, mənzilin ofis açmaq ilə pəncərəsinin qapı ilə əvəz olunaraq qeyri-yaşayış sahəsinə keçirilməsinə dair müvafiq inzibati akt qəbul edilsin. Həmin ərizədə iddiaçı qeyd etmişdir ki, həmin yaşayış sahəsi binanın birinci mərtəbəsində yerləşir. Bundan əlavə, iddiaçının sənədləri əsasında m üəyyən edilir ki, onun yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi Mənzil Məcəlləsinin 20.2 və 20.3-cü maddəsinin tələblərini, eləcə də şəhərsalma haqqında qanunvericiliyin (Şəhərsalma və Tikinti Məcəlləsi) tələblərini pozmur. Cavabdehin (Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov tərəfindən imzalanmış) ona ünvanladığı F-4-162 saylı 05 aprel 2022-ci il tarixli imtina cavabı ilə onun ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə dair ərizəsi təmin edilməyib. Həmin imtina cavabı 04 may 2022-ci il tarixdə iddiaçıya rəsmi qaydada birbaşa (əlbəəl) təqdim edilib. Cavabdehin F-4162 saylı 05 aprel 2022-ci il tarixli imtina cavabında qeyd edilmişdir ki, “çoxmənzilli binada memarlıq baxımından əsaslandırılmamış hər hansı bir konstruktiv d əyişikliklərin aparılması, binaların fasad hissəsində dəyişiklərin edilməsi qadağan olunduğundan müraciətinizin həlli səlahiyyətimiz xaricindədir”. 01 iyun 2022-ci il tarixində cavabdehin yuxarıda göstərilən imtina cavabından cavabdehə münasibətdə şikayət instansiyası olan Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra - üçüncü şəxs) inzibati şikayətlə müraciət etmişdir. Qeyd edilən şikayəti iddiaçı onunla əsaslandırmışdır ki, onun hüquq sahibi olduğu yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün maddi hüquqi əsaslar mövcuddur. Çünki tələbi Mənzil Məcəlləsinin 20-21-ci maddələri üzrə müəyyən edilmiş meyarlara uyğundur. Bundan əlavə, nəzərə alınmalıdır ki, cavabdehin imtinası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları baxımından əsassızdır. Bakı Şəhər İcra Hakimiyyəti iddiaçıya ü nvanladığı 08 iyul 2022-ci il tarixli F-33/3-162 saylı cavabı ilə inzibati şikayəti təmin etməyib. Həmin cavab məktubu iddiaçıya 01 iyul 2022-ci il tarixində təqdim edilib. Üçüncü şəxsin cavab məktubunda qeyd edilmişdir ki, “mövcud tikililərin fasad hissəsində hər hansı dəyişikliyin edilməsi ərazinin ümumi görünüşünü nəzərə alınmaqla hazırlanmış müvafiq layihə sənədlərinin hazırlanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edildiyi halda mümkün hesab edilir.” Qeyd edilənlərə əsasən hesab edilir ki, cavabdehin F-4-162 saylı 05 aprel 2022-ci il tarixli imtina cavabı qanunsuz və əsassızdır. Buna görə də həmin imtina cavabı ləğv edilməli və iddiaçının müraciəti təmin edilməlidir.

8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsinə d air ərizə təqdim edərək, “iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

9. Cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi, yəni təyinatının dəyişdirilməsi üçün mənzil daxili yenidən planlaşdırılma və yenidənqurulma işlərinin aparılması və küçəyə çıxış qapısının açılması qaçılmazdır. İlk öncə tərtib edilmiş layihə üzrə yaşayış sahəsinin yenidənqurulması, yenidən planlaşdırılması və küçəyə giriş qapısının açılması layihəsmeta sənədlər inin nəticəsində binanın yükdaşıyan konstruktiv elementlərinin dayanıqlığa texniki və sanitar normalara uyğunluğu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə (FHN TTN DA) müvafiq rəyinin verilməsi zəruridir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim E.Ə.Əliyev) xx.xx.2023-cü il tarixli, 2-1(112)1866/2023 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, mənzil 56 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mənzili ilə qonşu olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 89, saylı evin 47 nömrəli mənzilin eyni qaydada təyinatının dəyişdirilməsi barədə Nərimanov RİH-nin xx.xx.2017-ci il tarixli, 499 saylı sərəncamın qəbul edildiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, qeyd edilən 47 nömrəli ünvanda yerləşən yaşayış sahəsinə dair cavabdeh tərəfindən mübahisəsiz qaydada qanunvericiliyin sadalanan tələblərinə uyğun olaraq zəruri hərəkətləri həyata keçirmiş və yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmişdir. Eyni zamanda iş materiallarında olan, Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh başçısının “Təbriz küçəsi 89 saylı evin 47 nömrəli mənzilinin təyinatının dəyişdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 499 nömrəli Sərəncamında ərizəyə əlavə olunmuş sənədlərin siyahısında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizl iyə Nəzarət Dövlət Agentliyinin müvafiq Rəyinin mövcud olduğu sübuta yetirilməmiş (Sərəncamda buna dair istinad yoxdur) və qeyd edilən rəy tələb edilmədən Təbriz küçəsi 89 saylı ünvanda yerləşən, sahəsi 88,05 kv.m olan 47 nömrəli mənzilin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilmişdir. Mövcud qanunvericilik yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinaya yalnız 3 halda yol verir ki həmin halların hazırkı iş üzrə mövcudluğu öz təsdiqini tapmamışdır. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalı olsa da, cavabdeh tərəfindən belə əsaslandırma a parılmamış, iddiaçı tərəfindən məhz hansı pozuntuya yol verilməsi qeyd edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, iddiaçının mülkiyyətindən olan mənzil binanın 1-ci mərtəbəsində yerləşdiyindən, texniki pasportda göstərilən qeydiyyatdan keçmiş “8” saylı binanın konturundan kənar sahədə olduğu, qeyd olunan qapı oyuğu açılsa da digər yaşayış sahələrinin gediş-gəlişinə mane olmadığından həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncamın verilməsi üçün hər hansı məhdudiyyət, habelə iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdehə təqdim etdiyindən onun tələbinin təmin edilməsindən imtina edilməsi üçün əsaslar mövcud olmamışdır.

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-186 6/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2024-cü il tarixli, 2-1(103)-723/2024 nömrəli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: P.A.Hüseynov və Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şik ayətinin dəlilləri

16. Kassasiya şikayəti iddiaya qarşı təqdim edilmiş yazılı etiraza və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə

20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri. 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sah əsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzi lin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Maddə

21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilə n sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.... 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilm ə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.... Maddə

22. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış s ahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (ta m və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kas sasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən görünür ki, ünvan 1 ünvanda beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzil xx.xx.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın təyinatının yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sərəncamın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan çoxmənzilli binada memarlıq baxımından əsaslandırılmamış hər-hansı bir konstruktiv dəyişikliklərin aparılmasının, binaların fasad hissəsində dəyişikliklərin edilməsinin qadağan olunduğun u əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir.

26. Kollegiya qeyd edir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan ünvan 1 ünvanda beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzilin bilavasitə altında yaşayış sahəsinin mövcud olmaması işin mübahisələndirilməyən halıdır.

27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 10/1639 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı ilə mənzilin faktiki vəziyyətinin həmin mənzilə dair tərtib olunmuş xx.xx.2017-ci il tarixli, 11/21410 inventar nömrəli texniki pasporta uyğun olması, texniki pasportda göstərilən, qeydiyyatdan keçmiş “8” saylı binanın konturundan kənar sahədə olması, qeyd olunan qapı oyuğu açılarsa digər yaşayış sahələrinin g ediş-gəlişinə mane olmaması müəyyən edilmişdir.

28. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya bu Məcəllə ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda yol verilir.

29. Hazırkı mübahisə ilə bağlı araşdırma zamanı qeyri-yaşayış sahəsin keçirilməsi istənilən mübahisəli mənzilin çoxmənzilli binanın birinci mərtəbəsində yerləşməsi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş sənədlərin cavabdeh inzibati orqana təqdim edilməsi müəyyən edilmişdir.

30. Kollegiya bildirir ki, yuxarıda sadalanan hal ların mövcudluğunu təkzib edən hər hansı bir dəlil cavabdeh inzibati orqan tərəfindən irəli sürülməmişdir.

31. Bununla yanaşı, qeyd olunmalıdır ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binada digər birinci mərtəbədə yerləşən mənzilin artıq qeyri-yaşayış sahələrinə keçirilmiş və fəaliyyət də göstərirlər. Məhz iddiaçının mənzilinə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın gəldiyi nəticə inzibati icraat haqqında qanunvericiliyin tələblərinə ziddir.

32. Məhkəmə kollegiyası bildirir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilməsinə, (mənzilin) qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Mənzil Məcəlləsinin nəzərdə tutulan şərtlərin ödənilməsinə, eləcə də cavabdehin iddiaçının müraciətindən imtina etməsinin əsaslarının mövcud edilməməsinə dair apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

33. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2024-cü il tarixli, 21(103)-723/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar