Məhkəmə qərarları › İş №2-1(102)-2026/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2026/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2026/2020 13.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin pensiya hüququ 2017-ci il 01 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabd ehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiya tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1449/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2-ci qrup müharibə əlilidir. İddiaçıya xx.xx.2017-ci il tarixindən əlilliyə görə pensiya təyin edilmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)-1558/2018 saylı, xx.xx.2018ci il tarixli qərarı ilə iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.2008-ci il tarixdən xx.xx.201 4-cü il tarixədək olan müddət üçün hesablanaraq birdəfəlik qaydada ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edilmişdir.

3. İddiaçı əmək pensiyasının xx.xx.2007-ci il tarixindən yenidən hesablanması məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32-1-1-ci maddəsinə əsasən ötən dövr üzrə ödənilməmiş pensiya məbləği ən çoxu üç il müddəti üçün müəyyən edilmiş, həmçinin sözügedən məhkəmə qərarında da pensiya məbləğinin xx.xx.2008-ci il tarixindən hesablanması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan müddət üçün hesablanaraq birdəfəlik qaydada ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbini belə əsaslandırmışdır ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinə əsasən pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2869/2020 saylı qərarı ilə (hakim – Ş.A.Həsənova) i ddia tələbinin təmin edilməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hərbi qulluqçu olaraq xx.xx.1994-cü ildə hərbi xidmətdən tərxis olunmuş, ona xx.xx.1995-ci ildə 2-ci qrup Qarabağ əlili kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ artıq 1995-ci ildə yaranmışdır. Lakin cavabdeh tərəfindən iddiaçı hərbi qulluqçu kimi xx.xx.2017-ci il tarixində müraciət etdiyi üçün xx.xx.2017-ci il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi iddiaçıya şamil edilmiş və son 3 il üçün pensiya məbləği hesablanıb xx.xx.2018-ci il tarixindən ödənilməsi qərara alınmışdır. Halbuki, həmin müddəanın iddiaçıya tətbiq edilməsi qanunsuzdur.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, Bakı İn zibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2869/2020 saylı qərarının ləğv edilməsi, iddiaçının tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1449/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2869/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanununda dəyişikliklərin, Qanunun 32.1-1 maddəsində nəzərdə tutulmuş “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi” müddəasının iddiaçıya tətbiq edilməsini əsassız və qanuna zidd hesab etməklə doğru nəticəyə gəlmişdir.

11. Məhkəmə qərarı tərəflərə göndərilsə də, iş materiallarında tərəflərin həmin qərarı rəsmi qaydada almalarını təsdiq edən sənəd yoxdur.

12. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1449/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Odur ki, cavabdehin imtinası əsaslı və qanuni olmuş, apelyasiya instansiyası məhkəməsi isə göstərilən normaları işin hallarına düzgün tətbiq etməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. e) Məhk əmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

19. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünk i, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır.

20. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanun un qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1.3-cü maddəsinə görə Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir.

22. Həmin Məcəllənin 98-1.4-cü maddəsinə görə Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.

23. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsas ən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1449/2020 nömrəli qərarı ilə gəldiyi nət icə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

27. Hazırkı qərarın 22-ci bəndində göstərilən normanın tələbinə görə məhkəmə kollegiyası hazırkı mübahisəni Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadında əks olunan hüquqi mövqeyə uyğun olaraq qiymətləndirməlidir.

28. Hazırkı qərarın 18-ci bəndində göstərilən Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət et miş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

29. Hazırkı iş üzrə iddiaçı da xx.xx.2007-ci ildən xx.xx.2008-ci il tarixinədək olan müddət üçün ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının hesablanaraq birdəfəlik qaydada ödənilməsini xahiş etsə də, belə xahişlə xx.xx.2017-ci il tarixində, yəni qərardadda nəzərdə tutulan tarixdən sonra inzibati orqana müraciət etmişdir.

30. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməlidir. Odur ki, iddiaçının tələbi əsassız olduğundan təmin oluna bilməz.

31. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Mübahisə ilə bağlı iş üzrə a raşdırmanın davam etdirilməsi zəruri olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur.

32. Odur ki, Ali Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1449/2020 nömrəli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

33. Qeyd edilənlərə və İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1449/2020 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar