Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2026/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluğuna xitam verilməsi barədə əmrin ləğvi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1961, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mü dafiə Fondu) qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-290/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 29 iyul 2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsə çevrildiyi üçün işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində məsləhətçi vəzifəsindən azad edilərək yeni qurumda müvafiq işlə təmin olunmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iy ul 2020-ci il tarixli **********6 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin pensiya sektorunun məsləhətçisi vəzifəsində çalışan İddiaçı 29 iyul 2020-ci il tarixindən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş, onunla təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması qərara alınmışdır.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin 14 avqust 2020-ci il tarixli, **********6 nömrəli əmrinə əsasən İddiaçı 17 avqust 2020-ci il tarixindən 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon xidmət nümayəndəliyində ştatdankənar işçi vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin əmrə əsasən tərtib olunmuş əmək müqaviləsini imzalamaqdan imtina etmişdir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 şəxsinin 20 noyabr 2020-ci il tarixli, **********8 nömrəli əmrinə əsasən Fondun struktur bölmələrində çalışan adları siyahıda qeyd olunan bir sıra işçilər (o cümlədən İddiaçı) müddətli əmək müqavilələrinin müddəti qurtardığına görə tutduqları vəzifədən azad edilmiş və onlarla bağlanmış 2020-ci il 14 avqust tarixli əmək müqavilələrinə 2020-ci il 20 noyabr tarixdən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş işdən çıxarılması barədə əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin ********** nömrəli xx.xx.2020-ci il tarixli əmrinə əsasən xx.xx.2020-ci il tarixdən 2000-dən çox dövlət qulluğunda olan işçilərin, o cümlədən də İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxma barədə əmr verilərkən bir çox qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 912 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanının 7.5-ci hissəsinə əsasən Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti publik hüquqi şəxsə çevrilmişdir. Həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən qeyd olunan təşkilatlarda işləyən işçiləri, bu Fərmanın 1.4-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunması ilə bağlı tədbirlər görülməsi ilə əlaqədar Fərman qəbul etmişdir. Nazirlik Fərmandan irəli gələn öhdəliyi yerinə yetirməyərək işçiləri aldadaraq ərizələri almış və işdən azad olunmuş 2000-dən çox işçilərin sırasında iddiaçını da qeyd etmişdir. Halbuki, Əmək Məcəlləsinin 63.1-ci maddəsinə görə müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Nazirlik işçilərin müvafiq işlə təmin olunması ilə əlaqədar verdiyi Fərmana diqqətsiz yanaşmış, müddətsiz əmək müqavilələrinə xitam verilmiş işçilərlə razılaşmadan 600 manat aylıq əmək haqqı göstərilməklə əmək müqavilələri hazırlanmışdır. Həmin müqavilələrin müddəti xx.xx.2020-ci il tarixədək olmaqla, işçilər ştat cədvəlində göstərilməmişdir. Ştat cədvəlində göstərilmədən hansı hesabdan işçilərə əmək haqqı verilməsi də müəmmalıdır. Nazirin xx.xx.2020-ci il tarixində verdiyi ********** nömrəli əmrinədək fondun və yerli şöbələrdə işləyən işçilərin vəzifələri dövlət qulluğuna aid edilmişdir. Fondun idarə heyətinin sədri Himalay Məmişovun məktubu şöbəyə daxil o lmuşdur. Həmin məktubda 23-24 iyul 2020-ci il tarixlərdə işçilərin (baş işçilər istisna olmaqla) yoxlanılması bildirilmişdir, həmin qiymətləndirmə şöbədə fondun işçilərinə əvvəlcədən hazırlayıb gətirdikləri suallar əsasında keçirilmiş və işçilər tərəfindən doldurulmuş vərəqələr DSMF-yə aparılaraq orada cavablar qiymətləndirilmişdir. Bu da qiymətləndirmənin ədalətli olmasına şübhə yaradır. Həmin qiymətləndirmə xx.xx.2020-ci il tarixədək dövlət qulluğunda olan işçilər üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə zidd keçirilmişdir. Həmin Qanunun 30.1.1-ci maddəsində göstərilir: “İnzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir”. İddiaçı keçirilən qiymətləndirmədə 30-31 iyul 2020ci il tarixlərdə xə stə olduğuna görə bülletendə olduğu üçün iştirak etməmişdir. Lakin DSMF onu “C” variantına əsasən qiymətləndirmişdir. “0” balı toplamasını iddiaçı internetdən bilmişdir. Bu da DSMF-nin növbəti qanuna zidd hərəkətidir. DSMF bütün bu qanun pozuntularına ona görə yol vermişdir ki, işdən azad etdikləri işçilərə işdən çıxma müavinəti verilməsin. Əmək Məcəlləsinin 63.3-cü maddəsi tətbiq olunmaqla işdən azad edilən işçilərin hüquqları pozulmuşdur. Prezidentin 9121 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar verilmiş xx.xx.2020-ci il tarixli Fərmanında göstərilən tələblərə Nazirlik və DSMF tərəfindən əməl olunmamış, işdən çıxarılan işçilər sosial müdafiəsiz qalmış, gərgin karantin müddətində taleyin ümidinə buraxılmışlar. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən o nun işdən çıxma əmrini və Dövlət Sosial Müdafiə X4 şəxsdən isə onunla birtərəfli qaydada bağlanmış əmək müqaviləsinin surətini ala bilmir. Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nazirlik 1 ay müddətinə gözləməli olduğu halda həmin müddəti gözləmədən, ərizəni düzgün qiymətləndirməyərək onu işdən azad etmişdir.
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ərizə ilə müraciət edərək öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və onun dövlət qulluğuna 29 iyul 2020-ci il tarixdən **********6 nömrəli əmrlə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən dövlət orqanı rəhbərin in dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. İşəgötürən göstərilən normada qeyd edilən hüququndan istifadə etməmiş və ərizə qeydə alınan gün İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə X4 şəxs yaradılmışdır. Azərbaycan R espublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir: “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzər ə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Qeyd edilən tapşırığın icrası ilə bağlı həm Nazirlik tərəfindən, həm də Dövlət Sosial Müdafiə Fondu tərəfindən yeni yaradılmış qurumlarda işə qəbul olunmaqla bağlı İddiaçı öz arzusu ilə əmək müqaviləsinə xitam verilməsi və yeni yaradılmış müvafiq qurumda işlə təmin olunması ilə bağlı ərizə yazmışdır. Ərizəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli **********6 nömrəli əmri ilə Fondun Xaçmaz rayon xidmət nümayəndəliyində işlə təmin edilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-264/2021 nömrəli, 15 aprel 2021cu il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz iradə ifadəsi olaraq tutduğu vəzifədən azad edilməsi və yeni yaradılacaq qurumda işə qəbul edilməsi barədə ərizə yazmış və onun ərizəsi təmin edi lərək o, tutduğu vəzifədən azad edilərək DSMF-nin Xaçmaz rayon xidməti nümayəndəliyində işlə təmin edilmişdir. Cavabdeh tərəfindən iddiaçının dövlət qulluğuna qanunauyğun şəkildə xitam verilmişdir. Onun dövlət qulluğuna xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsas yoxdur.
10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)401/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və R.Ə.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-264/2021 nömrəli, 15 aprel 2021-cu il tarixli qəra rı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)73/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)401/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şika yət qalan hissədə təmin edilməmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli əmrində qeyd edilmişdir ki, ““Dövlət qulluğu haqqında” Qanunun 33.1.1ci maddəsinə əsasən əmr edirəm:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinin işçiləri 2020-ci il 29 iyul tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilsinlər və müvafiq olaraq onlarla bağlanmış əmək müqavilələrinə xitam verilsin...”
16. Göründüyü kimi, mübahisələndirilən əmr “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) qəbul edilmişdir. İşçinin öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi üçün əsas isə həmin işçinin işdən çıxmaq barədə iradəsini ifadə etdiyi müraciətidir. Bu məzmunda əmr yalnız o halda qəbul edilə bilər ki, işçi işdən azad edilməsi barədə ərizə ilə inzibati orqana müraciət etmiş olsun.
17. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı müvafiq ərizəni xx.xx.2020-ci il tarixində təqdim etmiş, cavabdeh isə xx.xx.2020ci il tarixində mübahisələndirilən əmri qəbul etmişdir. Beləliklə, cavabdeh inzibati orqan iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmri qəbul etdiyi tarixdə (xx.xx.2020-ci il) iddiaçının işdən azad edilməsi barədə xahişi olmamışdır.
18. Odur ki, iddiaçının işdən azad edilməsi barədə xahişi olmadan cavabdeh tərəfindən onun əmək müqaviləsinin “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) ləğv edilməsinin qanuniliyinə məhkəmə tərəfindən qiymət verilməlidir.
19. Bundan başqa, məhkəmə tərəfindən iddiaçının ərizəsinin məzmununa da düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, yuxarıda qeyd olunanlardan məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən iddiaçının işdən azad edilməsi üçün məhz həmin məzmunda müraciəti olmalı idi.
20. İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiə nazirinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin məzmunu isə belə olmuşdur ki, “Dövlət Sosial Müdafiə X4 şəxs olduğu üçün, məni 2-ci dərəcə dövlət qulluğundan azad edib, yeni qurumda müvafiq işlə təmin etməyinizi xahiş edirəm”.
21. Göründüyü kimi, sözügedən ərizə işdən ümumiyyətlə azad edilmə barədə y ox, yaradılacaq yeni qurumda müvafiq vəzifəyə keçirilmə barədə ərizədir. Yəni, iddiaçı öz iradə ifadəsini həmin ərizədə işdən azad edilmə kimi yox, başqa vəzifəyə keçirilmə kimi göstərmişdir. Məhkəmə zamanı da iddiaçının iradə ifadəsinin işdən azad edilmə yox, başqa vəzifəyə keçirilmə olduğu nəzərə alınmalı və məhkəmə tərəfindən cavabdehin hərəkətlərinin qanuni olub-olmamasına buna uyğun qiymət verilməli idi. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)290/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, İ.K.Dəmirov və Z.İ.Məmmədov) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismin də inzibati məhkəmə icraatına cəlb edilmişdir.
23. İş üzrə təkrar apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli ərizə təqdim edərək cavabdehin onun işdən azad olunması barədə **********6 saylı, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, Dövlət Sosial Müdafiə X4 Şəxsin yerli şöbəsində müvafiq vəzifəyə keçirilməklə işsiz qaldığı müddətin əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)290/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, İ.K.Dəmirov və Z.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-264/2021 nömrəli, 15 aprel 2021-cu il tarixli qəra rı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli əmri İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair hissədə ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsində müvafiq vəzifəyə təyin olunması və işləmədiyi dövrlər üçün əmək haqqının ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının tutduğu vəzifədən azad olunmasını nəzərdə tutan və onun üçün əlverişsiz inzibati akt olan xx.xx.2020-ci il tarixli əmr qəbul edilərkən həmin əmrin qəbul edilməsi üçün əsas kimi göstərilən iddiaçının ərizəsinin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin əmrin qanunsuz olması barədə iddiaçının dəlilləri əsaslıdır. Belə ki, işçinin öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi üçün əsas həmin işçinin işdən çıxmaq barədə iradəsini ifadə etdiyi müraciətidir. Cavabdeh tərəfindən bu məzmunda əmr yalnız o halda qəbul edilə bilərdi ki, işçi işdən azad edilməsi barədə ərizə ilə inzibati orqana müraciət etmiş olsun.
26. Cavabdehin etirazının iddiaçının işdən azad olunma haqqında bildirişinə istinad etməklə onun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi barədə dəlilinə gəldikdə isə bu hal mübahisələndirilən əmrin qəbul edilməsi zamanı iddiaçının ərizəsinin mövcudluğuna dəlalət etmir, çünki elə əmr in özündə də iddiaçının xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi nəzərdə tutulmuşdur.
27. İddiaçının iddia tələbinin müvafiq vəzifəyə təyin olunma və işləmədiyi müddətdə əmək haqqının ödənilməsini tələbini də əsaslı hesab edən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin etirazının müvafiq dəlilləri həmin tələblərin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli əmr yuxarıda qeyd edilən səbəblərdən qanunsuz inzibati akt olmaqla həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırdığından cavabdeh inzibati orqan Azərbaycan Respublikası Prezidentinin yuxarıda istinad olunan 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanın 7.5-ci bəndinin tələbləri baxımından özünün s truktur qurumu olmuş və artıq fəaliyyət göstərməyən Dövlət Sosial Müdafiə Fondunda işləmiş iddiaçını yeni yaradılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə X4 şəxsində müvafiq vəzifəyə təyin olunması ilə bağlı vəzifə daşıyır.
28. Bundan əlavə, iddiaçı qanunsuz əmr nəticəsində tutduğu vəzifədən azad edilənədək dövlət qulluğunda işləməklə dövlət məvacibi aldığından onun işləmədiyi dövrlərə görə əmək haqqı tələbi də Konstitusiyanın 35-ci maddəsində nəzərdə tutulan öz işinə görə haqq almaq hüququnun təminatı kimi təmin olunmalıdır.
29. Cavabdehin etirazının iddiaçının yeni yaranmış qurumda öz arzusu ilə işlə təmin edilməsi, lakin ali təhsili olmama səbəbi ilə həmin işlə razılaşmaması barədə dəlillərinə gəld ikdə isə yuxarıda qeyd edildiyi kimi, hazırkı iş üzrə üçüncü şəxsin xx.xx.2020-ci il tarixli, **********6 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixindən 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon xidmət nümayəndəliyində ştatdankənar işçi vəzifəsinə təyin edilsə də, iddiaçı həmin əmrə əsasən tərtib edilmiş müqaviləni imzalamaqdan imtina etmişdir. Bu səbəbdən qeyd edilən əmrə baxmayaraq tərəflər arasında əmək münasibətləri yaranmamışdır. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçı qeyd edilən əmək müqaviləsini imzalamasa da, digər əsaslarla işdən azad olunmasına səbəb yaratmamaq üçün 3 ay ərzində işlədiyini və müvafiq əmək haqqı aldığını bildirmişdir. Bununla belə, üçüncü şəxsin xx.xx.2020-ci il tarixli əmri ilə iddia çı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtardığına görə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir ki, bu halın özü də 35 ildən artıq müvafiq vəzifədə dövlət qulluğunda işləyən iddiaçının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanın 7.5-ci bəndinin tələbləri baxımından yeni yaradılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə X4 şəxsində müvafiq vəzifəyə təyin olunması kimi qiymətləndirilə bilməz.
30. Cavabdeh və üçüncü şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-290/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarından kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişd irlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri 31. “Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi’' tələbi “iddianın dəyişdirilməsi” hesab olunduğundan apellyasiya instansiyası məhkəməsi icraatında yeni iddia tələbinin irəli sürülməsi yolverilməzdir. Belə olduqda, məhkəmə İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərinə uyğun hərəkət etməli idi.
32. İddiaçının irəli sürdüyü “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və yeni yaranmış Dövlət Sosial Müdafiə X4 şəxsində müvafiq vəzifəyə təyin olunması” tələbi iddianın predmetini dəyişdirdiyi üçün məhkəmə cavabdehin etirazını nəzərə almalı, onun bu mövqeyi ilə razılaşıb-razılaşmadığını, yəni iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsini əsaslandıran qərardad qəbul etməli idi.
33. Yeni yaranmış publik hüquqi şəxslərin əməkdaşlarına münasibətdə cavabdeh işəgötürən olmadığından apellyasiya instansiyası məhkəməsi yeni iddia tələbini qəbul etməklə cavabdehin tərəf kimi prosessual vəziyyətini ağırlaşdırmış, iddia tələbindən kənara çıxmaqla yanaşı cavabdehin üzərinə səlahiyyətli olmadığı məsələni həll etməyi öhdəlik kimi qoymuşdur.
34. İddiaçının ərizəsinin məzmunundan göründüyü kimi birinci hissədə iddiaçı dövlət qulluğundan azad olunma ilə bağlı iradəsini ifadə etmiş, ikinci hissədə isə yeni yaranan qurumda işlə təmin edilməsini xahiş etmişdir. 35. “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 4.5.6-cı bəndinə əsasən Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərara qəbu l etmək səlahiyyəti X3 verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görülməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır.
36. Göründüyü kimi yeni yaranmış publik hüquqi şəxslərin əməkdaşlarına münasibətdə cavabdeh işəgötürən olmadığından iddiaçının əmək müqaviləsinə xitam verilmədən yeni yaranmış qurumlarda işə götürmək nə hüquqi, nə də ki texniki olaraq mümkün deyildir. Bu baxımdan həmin ərizə əsasında iddiaçının cavabdeh tərəfindən dövlət qulluğuna xitam verilmiş və Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli **********6 nömrəli əmri ilə Xaçmaz rayon xidmət nümayəndəliyində işlə təmin olunmuşdur. Əmrin surətindən aydın şəkildə görünür ki, bu əmrə daxil edilən siyahıdakı işçilərlə Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq tərəflərin razılığı ilə 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Dövlət Sosial Müdafiə Fondunun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələr təyin edilməsi əmr edilmişdir. Lakin iddiaçı təyin edildiyi vəzifə ilə razılaşmamış və faktiki olaraq işə çıxmamışdır.
37. İddiaçı ərizə ilə işəgötürənə müraciət edərək onu öz arzusu ilə tutduğu və zifədən azad etməyi xahiş etmişdir. Bu halda işəgötürən, yəni cavabdeh “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsində qeyd edilən hüququndan istifadə etməmiş və ərizədə qeyd edilən gün iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra iddiaçı cavabdehə müraciət edərək onun ərizəsinin əsassız sayılmasını xahiş etmişdir.
38. Lakin Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tut ulmuş müvafiq normalar onlara tətbiq edilir.
39. Qeyd edilən məsələ dövlət qulluqçularının hüquqi münasibətlərini tənzimləyən normativ hüquqi aktda (“Dövlət qulluğu haqqında” Qanun) tənzimlədiyindən iddiaçı tərəfindən Əmək Məcəlləsinə 69.1-ci maddəsində nəzərdə tutulan 1 aylıq xəbərdarlıq müddəti ərzində öz ərizəsini geri götürmək hüququnun olduğuna istinad edilə bilməzdi.
40. İddiaçının yazdığı ərizənin məzmunu ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı ərizə ilə rəsmi elektron ünvanından cavabdehə müraciət etmiş və onu dövlət qulluğundan azad edib yeni yaranmış publik hüquqi şəxsdə işlə təmin edilməsini xahiş etmişdir. Əmrin qəbul edilmə tarixi xx.xx.2020-ci il tarixi olsa da, əmrin 1-ci hissəsində göründüyü kimi siyahıda əlavə olunmuş işçilərin əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
41. İddiaçının işdən azad olunma bildirişindən göründüyü kimi onun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Həmçinin qeyd edildiyi kimi iddiaçı əvvəlcədən elektron qaydada müraciət etmiş, yalnız ərizənin qeydiyyat tarixi xx.xx.2020-ci il tarixdə olmuşdur.
42. İddiaçı dövlət qulluqçusu olduğu üçün şikayətdə istinad olunan Əmək Məcəlləsinin 79.1-ci maddəsi ona münasibətdə şamil oluna bilməz. Belə ki, maddə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunduğu halları tənzimləyir. Lakin iddiaçı öz ərizəsinə əsasən 29 iyul 2020-ci il tarixində vəzifəsindən azad olunmuşdur. b) üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri
43. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni yaranmış publik hüquqi şəxs olan Dövlət So sial Müdafiə Fonduna münasibətdə işəgötürən deyildir. Nazirlik tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Fond işçiləri müstəqil qaydada işə qəbul edir və işdən azad edir. Belə olan halda məhkəmə iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda müvafiq vəzifəyə təyin olunması öhdəliyinin Nazirliyin üzərinə qoyulması barədə qərar qəbul etməklə maddi hüquq normalarını pozmuşdur.
44. Bundan başqa, iddiaçı öz iradə ifadəsi olaraq tutduğu vəzifədən azad edilməsi və yeni yaradılacaq qurumda işə qəbul edilməsi barədə ərizə yazmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli **********6 nömrəli əmrinə əsasən iddiaçıya 17 avqust 2020-ci il tarixindən DSMF-nin Xaçmaz rayon xidməti nümayəndəliyində 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə müvafiq vəzifəyə təyin edilmişdir. İddiaçı yazılı əmək müqaviləsini imzalamaqdan imtina etsə də, 17 avqust 2020-ci il tarixindən 20 noyabr 2020-ci il tarixinədək Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon xidmət nümayəndəliyində işləmiş, əmək müqaviləsinin bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş, iddiaçı sözügedən dövrlər ərzində əmək müqaviləsi ilə müəyyən olunmuş miqdarda əməkhaqqı almış, adına məcburi dövlət sosial sığorta haqları ödənilmişdir (bu halları iddiaç ı özü də etiraf edir).
45. İş üzrə təkrar apellyasiya baxışı zamanı iddiaçı xx.xx.2022-ci il tarixli ərizə təqdim edərək iddia tələbinin həcmini artırsa da, məhkəmə prosessual hüquq normasını pozaraq həmin ərizəyə iddianın dəqiqləşdirilməsi kimi qiymət vermişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
46. İddiaçı cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə qarşı etiraz ərizələri təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-290/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 47. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;... Maddə
34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
48. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları...
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;... 49. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati ak t qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır....
50. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibə tləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. 1.4. Nazirlik fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur....5.5. Nazir: 5.5.6. Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; 5.5.6-1. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. 51. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Az ərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram: 1.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın:... 1.2. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu;... 52. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir s ıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram: 1. “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
5. Müəyyən edilsin ki: 5.1. bu Fərmanın 1-3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X1, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir;
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 7.2.3. bu Fərmanın 1 -ci və 2-ci hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişlər bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla) təsdiq etsin; 7.5. Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxsl ərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;... “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” 1.1. Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 1.2. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərir....
53. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlar a yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahis ə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya insta nsiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
54. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
55. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
57. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Mə hkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
58. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
59. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
60. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 61. “İnzibati icraat haqqınd a” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 62. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Bilavasitə dövlət qulluğuna aid münasibətləri tənzimləyən “Dövlət qulluğu haqqında” Qanunun istinad edilən 33.1.1-ci maddəsi dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsini nəz ərdə tutur ki, bu da dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilməsi ilə bağlı aşkar iradəsinin xitamdan əvvəl inzibati orqana məlum olduğu halda mümkündür.
63. Hazırkı iş üzrə isə müəyyən olunmuşdur ki, iddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi barədə mübahisələndirilən 27 iyul 2020-ci il tarixli əmr iddiaçının müvafiq 29 iyul 2020-ci il tarixli ərizəsindən iki gün əvvəl qəbul edilmiş, eyni zamanda, həmin ərizədə iddiaçı öz iradə ifadəsi olaraq tutduğu vəzifədən azad edilməsi və yeni yaradılacaq qurumda işlə təmin olunmasını göstərmişdir. Nəzərə almaq lazımdır ki, işçinin öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi üçün əsas həmin işçinin işdən çıxmaq barədə iradəsini ifadə etdiyi müraciətidir. Cavabdeh tərəfindən bu məzmunda əmr yalnız o halda qəbul edilə bilərdi ki, işçi məhz işdən azad edilmə barədə ərizə ilə müraciət etmiş olsun. İddiaçı isə ərizəsində öz iradəsini işdən azad edilmə kimi yox, başqa vəzifəyə keçirilmə kimi ifadə etmişdir. Onun belə bir ərizə yazması isə işlədiyi qurumun ləğv edilərək yeni qurumun yaradılması ilə bağlı olmuşdur. Beləliklə, cavabdeh iddiaçının iradə ifadəsini düzgün qiymətləndirməmiş, onun ərizə yazmasına səbəb olan halları nəzərə almamışdır.
64. Yeni yaranmış publik hüquqi şəxslərin əməkdaşlarına münasibətdə cavabdehin işəgötürən olmadığına dair dəlillə bağlı olaraq isə kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmr yuxarıda qeyd edilən səbəblərdən qanunsuz olduğundan cavabdeh inzibati orqan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinin tələbləri baxımından özünün tabeliyində olan Dövlət Sosial Müdafiə X4 şəxsində müvafiq vəzifəyə təyin etmə ilə bağlı vəzifə daşıyır.
65. Kollegiya həmçinin apellyasiya məhkəməsi tərəfindən mübahisəyə baxılması ilə bağlı iddiaçının fərdi halları ilə bağlı qeyd edilənlərin (apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir olunmuş halların) nəzərə alınmasını da əsaslı və ədalətli hesab edir.
66. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuş, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlan ılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-290/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.