Məhkəmə qərarları › İş №2-1(102)-2026/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2026/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2026/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: söküntü ilə bağlı vurulmuş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 05.10.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-11/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən ümumi sahəsi 83.3 kv.m qeyri-yaşayış binası və 0.288 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur.

2. İddiaçı cavabdehə müraciət edərək Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hasarının uçurulması, darvazanın yararsız hala salınması və 380 kv.m torpaq sahəsinin zəbt edilməsi nəticəsində dəymiş zərərin ödənilməsini xahiş etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubunda iddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhk əməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Gəncə şəhəri, Kəpəz rayonu Sadıllı qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hasarının uçurulması, darvazanın yararsız hala salınması və 380 kv.m torpaq sahəsinin zəbt edilməsi nəticəsində kompensasiya tələbi kimi uçurulmuş hasara görə 9521 manat, yararsız hala salınmış darvazaya görə 1300 manat, zəbt edilmiş 380 kv.m torpaq sahəsinin hazırki real bazar qiyməti 33000 manat olmaqla, cəmi 43821 manat pulun cavabdehdən tutularaq ödənilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsində 0,288 ha torpaq sahəsi üzərində yerləşən 83,3 kv.m qeyri-yaşayış sahəsi torpaq sahəsi ilə birlikdə iddiaçının xüsusi mülkiyyətindədir. Bununla bağlı xx.xx.2010-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı vardır. 18 iyul 2014-cü il tarixdə şəhərin abadlaşdırılması işləri gedərkən onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yola baxan hissəsinin hasarları icra hakimiyyəti tərəfindən heç bir xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən sökülmüş və onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin 380 kv.m hissəsində yol salınmışdır. Uçurulma nəticəsində 2.5 metr hündürlüyündə və 130 metr uzunluğunda hasarla yanaşı, 3x3 m ölçüdə darvazanı, habelə hasarın arxasında olan satış üçün nəzərdə tutulmuş 400 kv.m İspaniya istehsalı olan kafel məhv edilərək tamamilə yararsız vəzi yyətə salınmışdır. Uçurulmuş hasarın yenidən bərpa edilməsi üçün material və əl muzdu daxil olmaqla 8500 manat, yeni darvazanın qiyməti 1500 manat, kafelin isə 1 kv.m-nin həmin dövrdə bazar qiyməti 25 manat olmuşdur. Göründüyü kimi İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 20.000 manat (8500 manat hasarın yenidən bərpası üçün, 1500 manat yeni darvazanın alınıb quraşdırılması üçün, 10.000 manat isə kafelin ümumi qiyməti olmaqla) maddi zərər dəyməklə 380 kv.m torpaq sahəsi isə zəbt edilmişdir. (xx.xx.2015-ci il tarixdə DƏDRX tərəfindən keçirilmiş müayinə baxışı zamanı təsdiqini tapmışdır). O, baş vermiş qanunsuzluğun nəticələrinin aradan qaldırılması ilə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət etsə də, müxtəlif vədlərlə aldadılmışdır. Aradan keçən 5 ildən artı q müddətdə isə onun xüsusi mülkiyyətinə vurulan ziyanın aradan qaldırılması ilə bağlı keçirdiyi mənəvi sarsıntı və iztirablara görə ona 20.000 manat mənəvi zərər dəymişdir. Danışıqların heç bir nəticə vermədiyini anlayaraq sonda məcbur olub ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə yanaşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Gəncə İnzibati Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-1(114)-425/2020 nömrəli qərardadı ilə iddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün mütəxəssisə müraciət olunmuş, mütəxəssis rəyinin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. 6. "xxxx" MMC-nin 25 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyində 130 m-lik daş hasarın tikilməsi üçün 7200 manat, bir ədəd darvazanın dəyərinin 1500 manat, 380 kv.m torpaq sahəsinin dəyərinin 34200 manat (cəmi 42970) olması qeyd olunmuşdur.

7. Cavabdehin nümayəndəsi iş üzrə verilmiş mütəxəssis rəyindəki qiymətlərin mövcud bazar qiymətlərindən dəfələrlə artıq göstərildiyindən iş üzrə obyektiv qərar verilməsi üçün mütəxəssis rəyinin verilməsinin digər mütəxəssisə həvalə edilməsini xahiş etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin 5 noyabr 2020-ci il tarixli,, 2-1(114)-425/2020 nömrəli qərardadı ilə iddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün mütəxəssisə müraciət olunmuş, mütəxəssis rəyinin verilməsi “X1 və Ekspertiza Mərkəzi” MMC-yə həvalə edilmişdir. 9. “X1 və Ekspertiza Mərkəzi” MMC–nin xx.xx.2020-ci il tarixli, 11 nömrəli mütəxəssis rəyinə əsasən sökülmüş 2.5 metr hündürlükdə, 130 metr uzunluqda h asarın bərpa edilməsi üçün (tikinti materialları və əmək haqqı nəzərə alınmaqla) təqribən 9521.0 manat, orta ölçüdə bir ədəd darvazanın bazar qiyməti 1300.0 manat, Gəncə şəhəri, Sadıllı qəsəbəsində 380.0 kv.m torpaq sahəsinin həmin ərazidə digər eyni ölçülü və eyni təyinatlı torpaq sahəsinin dəyəri ilə müqayisəli hazırki bazar qiymətlərinə uyğun dəyəri təqribən 33000.0 (otuz üç min) manat dəyərində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-41/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehdən 43.821 manatın tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının yola baxan hissəsinin hasarları həqiqətən cavabdehlərin işçilə ri tərəfindən heç bir xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən sökülmüş və onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin 380 kv.m hissəsində yol salınmışdır. İddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və xx.xx.2020-ci il tarixli, 11 nömrəli mütəxəssis rəyinə əsasən iddiaçıya cəmi 43.821 manat ziyan dəymişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-387/2021 nömrəli, 7 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tari xli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1710/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)387/2021 nömrəli 7 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə əmlakın qiymətləndirilməsi barədə ik i mütəxəssis rəyi mövcud olmuş və 16 dekabr 2020-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində ə hər hansı toplanmış materiala istinad edilməmiş, torpaq sahəsinin 1,0 sotunun qiymətinin hansı materiallar (meyarlar) əsasında müəyyən edilməsi göstərilməmiş, torpaq sahəsinin qiymətinə aid hissədə mütəxəssis rəyi əsaslandırılmamışdır ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 001-03/22 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyə əsasən, Gəncə şəhəri, Sadıllı qəsəbəsi İstehsal sexi ünvanında yerləşən qeyriyaşayış binasının 380.0 kv.m olan torpaq sahəsinin bazar dəyəri 2014-cü ildə və halhaz ırda 30.000 manat təşkil edir.

19. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2022-ci il tarixli 10/6048 nömrəli rəyinə əsasən, Gəncə şəhəri, Sadıllı qəsəbəsində 380 kv.m torpaq sahəsinin ətrafında olmuş və 2014-cü ilin iyul ayında sökülmüş, mişar daşından olan 2,50 metr hündürlükdə, 130 metr uzunluqda hasarın və orta ölçüdə 1 ədəd dəmir darvazanın bərpa edilməsi üçün aparılmalı tikinti-təmir işlərinin 2014-cü ilin iyul ayına olan bazar qiymətlərinə uyğun olaraq 8363,0 manat məbləğində olduğu müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-11/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibat i Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, cavabdehdən Gəncə şəhəri, Sadıllı qəsəbəsi İstehsal sexi ünvanında yerləşən qeyri-yaşayış binasının 380.0 kv.m olan torpaq sahəsinin bazar dəyəri olan 30000 manat və 2014-cü ilin iyul ayında sökülmüş, mişar daşından olan 2,50 metr hündürlükdə, 130 metr uzunluqda hasarın və orta ölçüdə 1 ədəd dəmir darvazanın bərpa edilməsi üçün aparılmalı tikinti-təmir işlərinin 2014-cü ilin iyul ayına olan bazar qiymətlərinə uyğun olaraq 8363,0 manat, ümumilikdə 38363 (otuz səkkiz min üç yüz altmış üç) manat tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona məxsu s torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsindən mərhum olmuşdur. İş üzrə zəruri ekspertizalar keçirilmiş və Gəncə şəhəri, Sadıllı qəsəbəsi İstehsal sexi ünvanında yerləşən qeyriyaşayış binasının 380.0 kv.m olan torpaq sahəsinin bazar dəyərinin 2014-cü ildə və hal-hazırda 30.000 manat təşkil etdiyi və Gəncə şəhəri, Sadıllı qəsəbəsində 380 kv.m torpaq sahəsinin ətrafında olmuş və 2014-cü ilin iyul ayında sökülmüş, mişar daşından olan 2,50 metr hündürlükdə, 130 metr uzunluqda hasarın və orta ölçüdə 1 ədəd dəmir darvazanın bərpa edilməsi üçün aparılmalı tikinti-təmir işlərinin 2014-cü ilin iyul ayına olan bazar qiymətlərinə uyğun olaraq 8363,0 manat məbləğində olduğu müəyyən olunmuşdur.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və i ddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr işi tam və hərtərəfli araşdırmamış, işə yalnız iddiaçının təqdim etdiyi sənədlərə və dediyi sözlərə istinadən baxaraq qərar qəbul etmişdir. Belə olan halda, cavabdeh qismində Cavabdeh cəlb edilməsi və kompensasiyanın Cavabdehndən tələb edilməsi qanunauyğun hesab edilə bilməz. Tikilinin Cavabdeh tərəfindən dağıdılması barədə heç bir mötəbər sübuta istinad edilməmiş və məhkəmə bu məsələdən yan keçmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində söküntü işlərinin aparılmasına dair heç bir qərarı olmamış və söküntü aparılmamışdır. İddiaçının təqdim etdiyi video görüntüdən də göründü yü kimi bu söküntü işlərini Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayev şəxsi maraqları üçün aparmış, dövlət qurumlarının bu məsələ hər hansı marağı olmamış və qeyd edilən işlərin aparılmasında dair büdcədən hər hansı vəsait ayrılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131. 3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şikayətlər aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, cavabdeh inzibati orqanın qanunazidd hərəkətinin nəticəsi olaraq iddiaçıya xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hasarı sökülərək bir hissəsi ümumi istifadə olunan yolun genişləndiril miş, bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. Həmçinin cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsindən mərhum olmuşdur.

30. Kassasiya şikayətinin söküntü işləri Cavabdeh Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində işləmiş Məharət Mustafayev tərəfindən şəxsi maraqları üçün aparılmasını ilə bağlı dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir

31. Belə ki, mübahisələndirilən torpaq sahəsi həmin ərazidən keçən avtomobil yolunun genişləndirilməsi üçün istifadə edildiyindən Məharət Mustafayevin həmin torpaq sahəsindən şəxsi məqsədləri üçün istifadə etməsi ağlabatan və məntiqli hesab edilmir. Həmin şəxs torpaq sahəsindən şəxsi məqsədləri üçün istifadə etməmiş və söküntü işləri aparılarkən cavabdeh in zibati orqanı təmsil etmişdir.

32. Göründüyü kimi, iddiaçının obyektinin məhz cavabdeh tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir.

33. Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.

34. İddiaçıya vurulan zərərin məbləğinə gəldikdə, məhkəmə k ollegiyası nəzərə alır ki, zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən ekspertizalar təyin edilmiş və alınmış ekspert rəyləri ilə iddiaçıya məxsus qeyri-yaşayış binasının 380.0 kv.m olan torpaq sahəsinin bazar dəyərinin 2014-cü ildə və hal-hazırda 30.000 manat təşkil etdiyi və Gəncə şəhəri, Sadıllı qəsəbəsində 380 kv.m torpaq sahəsinin ətrafında olmuş və 2014-cü ilin iyul ayında sökülmüş, mişar daşından olan 2,50 metr hündürlükdə, 130 metr uzunluqda hasarın və orta ölçüdə 1 ədəd dəmir darvazanın bərpa edilməsi üçün aparılmalı tikinti-təmir işlərinin 2014-cü ilin iyul ayına olan bazar qiymətlərinə uyğun olaraq 8363,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Həmin rəydəki məlumatların mötəbərliyini aradan qaldıran və ya onları şübhə altına alan hər hansı hal müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi həmin rəyə istinad etməkdə haqlı olmuşdur.

35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin olunmur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-11/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar