Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2027/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, gəlirin əldə edilməsi ilə bağlı xərclər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı2 MMC-nin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 21(104)-186/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Neft məhsullarının daşınması barədə” xx.xx.2016-cı il tarixli, 01 nömrəli xidmət müqaviləsinə əsasən iddiaçı (sifarişçi) ilə icraçı X3 (VÖEN: **********) arasında neft məhsullarının Bakı şəhərindən daşınması ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, hər bir reys üçün sifarişçi icraçıya 700 manat xidmət haqqı ödəyir. 2. 01.01.2019-cu il tarixli, 06/286 nömrəli və xx.xx.2019-cu il tarixli, 06/068 nömrəli alqı-satqı müqavilələrinə əsasən, "xxxx" QSC (satıcı) ilə iddiaçı (alıcı) arasında neft məhsullarının alqı-satqısı ilə bağlı müqavilələr bağlanmışdır. Müq avilələrin 3.1-ci bəndinə əsasən, alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir Neft Terminalı Bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır.
3. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana 2019-cu il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir.
4. Cavabdeh tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli məktubla iddiaçıdan xx.xx.2021-ci il tarixdə təqdim olunmuş bəyannamədə ümumilikdə 115732,80 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olu nmuşdur.
5. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********521600 nömrəli qərarı ilə iddiaçıya 2019-cu il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində 28193,19 manat əlavə vergi hesablanmış və hesablamanın əsası kimi təsdiqedici sənədlərin təqdim edilməməsi göstərilmişdir.
6. Sonradan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********109500 nömrəli qərarı ilə iddiaçıya 2019-cu il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 mart 2021-ci il tarixli, ********* *521600 nömrəli qərarla müəyyən edilmiş məbləğə münasibətdə 1776,43 manat azaldılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********521600 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərar qəbul edilənədək 30 iş günü müddəti bitmiş, bununla da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbi pozulmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən tələb olunan bütün təsdiqedici sənədlər vergi orqanına təqdim edilmişdir. Belə ki, iddiaçı neft məhsullarının alınması üçün "xxxx" QSC ilə m üqavilə bağlamış və müqavilə şərtlərinə əsasən neft məhsullarının daşınması iddiaçı tərəfindən həyata keçirilməlidir. Ona görə də iddiaçı neft məhsulları daşıyan maşınlarla müqavilə bağlamış və daşınmış mallara görə daşınma haqlarını özü ödəmişdir. Lakin vergi orqanı qərar qəbul edən zaman daşınma xərclərini nəzərə almamışdır.
9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, mübahisələndirilən qərar vergi qanunvericiliyində əks olunmuş müddətlər daxilində qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmiş və bununla da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 iş günlük müddət xx.xx.2021-ci il tarixdən başlamışdır. 29-cu iş günündə, yəni xx.xx.2 021-ci il tarixdə isə **********521600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli **********521600 nömrəli qərar Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş müddət daxilində qəbul edilmişdir. Əlavə olaraq etirazda, neft məhsullarının daşınması üçün çəkilmiş xərclərin nəzərə alınmaması ilə bağlı qeyd olunmuşdur ki, ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi, eləcə də təchizat tari fləri daxil edilmişdir. Təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi qərarın 2.5-ci bəndində əks olunmuşdur. Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir. “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, məhsullarının qiymətləri tənzimlənən təsərrüfat subyektləri qiymətlərin tənzimlənməsinə dair qərarları yerinə yetirməyə borcludur. Göstərilənlərə əsasən, neft məhsullarının topdansatış qiymətində h əmin məhsulların daşınaraq çatdırılması ilə bağlı xərclər də nəzərdə tutulduğundan, həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır.
10. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinə 2019-cu il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsində yaranmış uyğunsuzluqlara dair, yəni xərci təsdiqləyən sənədlərin təqdim edilməsi təklif olunmuş və iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə X1 (VÖEN: **********) adına qeyd olunan 12 ədəd mədaxil qəbzi (xx.xx.2019-cu il tarixli; xx.xx.2019-cu il tarixli; xx.xx.2019-cu il tarixli; xx.xx.2019-cu il tarixli; xx.xx.2019-cu il tarixli; xx.xx.2019-cu il tarixli; xx.xx.2019-cu il tarixli; xx.xx.2019-cu il tarixli; xx.xx.2019-cu il tarixli) təqdim edilmişdir.
11. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin sorğusuna cavab olaraq cavabdehin təqdim etdiyi xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublara əsasən müəyyən edilmişdir ki, X1 xx.xx.2019-cu il tarixli, **********678500 nömrəli “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi” əsasında fəaliyyəti dayandırılmış, vergi ödəyicisi tərəfindən 2019-cu ilin 3-cü və 4-cü rübləri üzrə vergi orqanına vergi bəyannamələri təqdim edilməmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin (hakim Aygül İsgəndərova) 09 dekabr 2021-ci il tarixli, 2-1(114)-1098/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmə mişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşıma xərcləri mənfəət vergisi bəyannaməsində xərc kimi əks etdirilə bilər və bunun əksi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Bununla yanaşı, iddiaçının məhkəməyə və inzibati orqana təqdim etdiyi xərc sənədlərinin qanunamüvafiq olması zəruridir. Təqdim olunmuş vergi bəyannaməsində iddiaçının xərcləri qeyd edilsə də, iddiaçı həmin xərcləri qanunvericilikdə nəzərdə tutulan sənədlə, yəni qanunvericiliklə qaydası müəyyən edilmiş elektron-qaimə fakturalarla rəsmiləşdirməmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən mədaxil qəbzləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş nümunəvi formaya uyğun olsa da, həmin sənədlərin həqiqəti əks etdirməsi, iddiaçının vergi bəyannaməsi üzrə qeyd etdiyi nəqliyyat xərclərini təsdiq etməsi sübuta yetirilməmişdir. Xidmət müqaviləsi üzrə həm iddiaçı, həm də göstərilən xidmətə görə ödəniş edilən icraçı vergi ödəyiciləri olduğundan və xidmətlərin yerinə yetirilməsinə görə sənədləşmələr də məhz elektron qaimə-faktura əsasında aparılmalı olduğundan, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən mədaxil qəbzlərində göstərilən məbləğlər həmin qəbzlərin verildiyi şəxsin (X1) vergi bəyannamələrində öz əksini tapmadığından, eyni zamanda, 2019-cu ilin aprel-dekabr aylarında verilən mədaxil qəbzləri vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı dövrə təsadüf etdiyindən, həmin mədaxil qəbzlərini n iddiaçının xərclərini təsdiq edən sənəd kimi qəbul edilməsi istisna olunur.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Əlizamin Abdullayev) 17 may 2022-ci il tarixli, 2-1(104)-196/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 mart 2021-ci il tarixli, **********521600 nömrəli qərarı ləğv edilmişdir.
16. Apellyasiy a instansiyası məhkəməsi cavabdehin daşıma xərclərinin əlavə xərc olaraq vergi bəyannaməsinə əlavə edilməsinin qanunsuz olmasına dair birinci instansiya məhkəməsinin qərarında qeyd edilən dəlilləri ilə bağlı eyni hüquqi mövqedən çıxış etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçının aldığı neft məhsullarının daşınması X3 tərəfindən həyata keçirilmiş və müvafiq xərclər iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən daşıma xərclərinin çəkilməsi təqdim edilmiş mədaxil qəbzləri ilə öz təsdiqini tapmışdır. Həmin mədaxil qəbzləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş nümunəvi formaya uyğun olmuşdur. Bun dan əlavə, iddiaçının çəkdiyi nəqliyyat (daşınma) xərcləri Vergi Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulan gəlirdən çıxılmayan xərclərin siyahısında nəzərdə tutulmamışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Kəmaləddin Bədəlov /sədrlik edən və məruzəçi/, Nigar Rəsulbəyova və İlqar Hüseynov) 18 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1704/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişd ir.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, neft məhsullarının daşıma xərclərinin nəzərə alınması halında həmin xərclərin sənədləşdirilməsinin qanunauyğunluğu ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən, iddiaçı tərəfindən nəqliyyat xərcləri ilə bağlı təqdim edilmiş mədaxil qəbzlərinə istinad etmiş və həmin mədaxil qəbzlərini xərci təsdiq edən sənəd hesab etmişdir. Lakin iddiaçının neft məhsullarının daşınması ilə bağlı müqavilə bağladığı şəxsin (X1) də vergi ödəyicisi olduğu, bu səbəbdən göstərilən xidmətlərə görə elektron qaimə-faktura təqdim edilməli olması halları nəzərə alınmamışdır. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının neft məhsullarının daşınması ilə bağlı müqavilə bağladığı X1 fəaliyyəti onun xx.xx.2019-cu il tarixli, **********678500 nömrəli “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi” əsasında dayandırılmışdır. X1 təqdim etdiyi 12 mədaxil qəbzindən 9-u fəaliyyət dayandırıldıqdan sonrakı dövrə təsdadüf edir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hala da qiymət vermədən iş üzrə yekun qərar qəbul etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. İş üzrə təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək qeyd edilmişdir ki, məhkəmə icraatı zamanı mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********521600 nömrəli qərarın cavabdeh vergi orqanı tərəfindən ləğv edilərək hesabat dövrü və tədiyyə növü dəyiş mədən, hesablanmış vergi məbləğinə xırda düzəliş edilməklə yeni qərar qəbul edildiyi məlum olmuşdur. Nəticədə cavabdehin qeyri-qanuni hərəkəti ilə bağlı olaraq iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli, **********109500 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
22. Cavabdeh dəqiqləşdirilmiş iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, **********109500 nömrəli qərarın ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixl i, **********109500 nömrəli qərar xx.xx.2022-ci il tarixdə göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 19:42:39-da qəbul edilmişdir. Beləliklə, iş üzrə İddiaçı2 MMC İnternet Vergi İdarəsində ona aid olan elektron kabinetinə göndərilmiş qərarı qəbul etmişdir, yəni həmin qərarın təqdim olunma tarixi xx.xx.2022-ci il tarixi olmuşdur. İddiaçı tərəfindən həmin qərardan yuxarı vergi orqanına şikayət verilməmişdir. Həmin Məcəllənin 70.2-1.3-cü maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 28.2-ci maddəsinə əsasən, elektron sənədin alanın gös tərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Mübahisələndirmə haqqında iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddəti ilə bağlıdır. Odur ki cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********109500 nömrəli qərarının ləğv edilməsinə dair iddianın mümkün sayılmaması xahiş edilir.
23. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Afiq Hüseynzadə /sədrlik edən və məruzəçi/, Loğman Süleymanov və Ədil Məmmədov) 14 aprel 2023-cü il tarixli, 2-1(104)-186/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə yeni qərar çıxarılmış, iddiaçının cavabdehə qarşı xx.xx.2022-ci il tarixli, **********109500 nömrəli qərarın ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, **********109500 nömrəli qərarın ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsi və bununla əlaqədar olaraq iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı tələb üzrə iddianın qeyri-mümkün sayılması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, **********109500 nömrəli qərar işə məhkəmədə baxıldığı dövrdə iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə verilməsi ilə əlaqədar qəbul edilmişdir ki, həmin qərarla iddiaçının vergi borcunda ciddi azalma baş verməyərək, iddiaçının vergi borcu xx.xx.2021ci il tarixli, **********521600 nömrəli qərara münasibətdə 1776,43 manat azaldılmışdır. xx.xx.2022-ci il tarixli, **********109500 nömrəli qərar əsas hissədə, mahiyyət etibarı ilə xx.xx.2021-ci il tarixli, **********521600 nömrəli qərarla eyni olmuşdur ki, iddiaçının xx.xx.2021-ci il tarixli, **********521600 nömrəli qərarı mübahisələndirməsi dolayısı ilə xx.xx.2022-ci il tarixli, **********109500 nömrəli qərarı da mübahisələndirməsi anlamına gəlmişdir. Bu səbəbdən də cavabdehin xx.xx.2022-ci il tarixli, **********109500 nömrəli qərarının ləğv edilməsi barədə iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir ki, bununla da məhkəmə kollegiyası iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş müddətin ötürülməməsi qənaətinə gəlməklə, hazırkı iddia tələbi mümkün iddia hesab olunmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi iddianın mahiyyətinə münasibətdə qeyd etmişdir ki, iddiaçı "xxxx" QSC-dən aldığı neft məhsullarını X3 ilə bağladığı xx.xx.2016-cı il tarixli müqavilə üzrə daşındığını və daşınma xərcinin X2 ödənildiyini iddia etməklə bu barədə mədaxil qəbzlərini məhkəməyə təqdim etmişdir ki, həmin qəbzlərin xərc sənədi kimi qəbul edilməsi mümkün olmamışdır. Qanunvericiliyin tələbinə əsasən, vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura verilməsi nəzərdə tutulsa da, hazırkı iş üzrə neft məhsullarının daşınması ilə bağlı elektron qaiməfaktura təqdim edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, X3 tərəfindən vergi orqanına 2019-cu il üzrə gəlir ver gisi bəyannaməsi təqdim edilməmiş, təqdim edilmiş 2019-cu ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrində isə hər hansı dövriyyə (gəlir) məbləği bəyan edilməmişdir. Digər tərəfdən, X1 xx.xx.2019-cu il tarixli, **********678500 nömrəli “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi” əsasında fəaliyyəti dayandırılmış, vergi ödəyicisi tərəfindən 2019-cu ilin 3-cü və 4-cü rübləri üzrə vergi orqanına vergi bəyannamələri təqdim edilməmişdir. Beləliklə, xidmət müqaviləsi üzrə həm iddiaçı, həm də göstərilən xidmətə görə ödəniş edilən icraçı vergi ödəyiciləri olduğundan və xidmətlərin yerinə yetirilməsinə görə sənədləşmələr də məhz elektron qaimə-faktura əsasında aparılmalı olduğundan, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən mədaxil qəbzlərində göstərilən məbl əğlər həmin qəbzlərin verildiyi şəxsin vergi bəyannamələrində öz əksini tapmadığından, eyni zamanda, 2019-cu ilin apreldekabr aylarında verilən mədaxil qəbzləri vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı dövrə təsadüf etdiyindən, həmin mədaxil qəbzlərinin iddiaçının xərclərini təsdiq edən sənəd kimi qəbul edilməsi istisna olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olmuşdur.
26. Birinci instansiya məhkəməsində mübahisələndirilən inzibati aktın rekvizitləri ilə hazırda mübahisələndirilən inzibati aktın rekvizitləri fərqli olduğundan, o cümlədən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınaraq, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, lakin iddia tələbi əsa ssız hesab olduğundan iddianın rədd edilməsi barədə qərar çıxarılmalıdır.
27. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
28. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı "xxxx" QSC-dən aldığı neft məhsullarını X3 ilə bağladığı xx.xx.2016-cı il tarixli müqavilə üzrə daşındığını və daşınma xərcinin X2 ödənildiyini iddia etməklə bu barədə mədaxil qəbzlərini məhkəməyə təqdim etmişdir ki, həmin qəbzlər yuxarıda sadalanan mədaxil qəbzlərindən ibarət olmaqla, xərc sənədi kimi qəbul edilməsi mümkün olmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, ki, iddiaçı 2019-cu ildə gəlir və xərclərini hesablama metodu ilə aparmışdır. Vergi Məcəlləsinin136.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Yuxarıda əksini tapmış maddənin mətnin dən və iş materiallarına əlavə olunmuş sənədlərdən də görünür ki, daşıma xərcini gəlirdən çıxmaq (xərc kimi tanınması) üçün iddiaçı tərəfindən maliyyə öhdəlikləri qəbul edilmiş (maddə 136.1.1.), maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilmiş (maddə 136.1.2) və müqavilə öhdəlikləri yerinə yetirilməklə müvafiq məbləğ ödənilmişdir (maddə 136.1.3). Bu səbəbdən daşıma xərclərinin nəzərə alınmaması üçün hər hansı şərt mövcud deyil. Eyni zamanda, xərc sənədi həm də daşımanı həyata keçirmiş şəxslə iddiaçı arasında bağlanılmış müqavilədir. Həmçinin daşımanı həyata keçirən X2 ödənilən vəsaitin xərc kimi tanınmasını həmin şəxsin vergi orqanına bəyannamə təqdim etməsı ilə şərtləndirmək vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Eləcə də, Vergi Məcəlləsinin 221.4.5-ci maddəsinə əsasən, avt omobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişikl ik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notar iusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral ver gi yoxlaması keçirilə bilməz. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Maddə 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Maddə 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
5. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elekt ron qaimə-faktura təqdim edilir.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələb i göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzi bati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, məhkəmə mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, qərar ləğv edilməli, iddia təmin olunmalıdır.
36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddia tələbinin təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd edilməsini zəruri sayır.
37. İddiaçı yanacaqdoldurma fəaliyyəti ilə məşğuldur. Mübahisənin mahiyyəti "xxxx" QSC-dən alınan yanacağın daşınmasına çəkilən xərclərlə bağlıdır. Belə ki, Tarif Şurasının xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərarının 2.5-ci bəndinə görə, təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı xərclər də daxildir. Cavabdeh bu səbəbdən iddiaçının ayrıca daşıma ilə bağlı xərclərini nəzərə almamışdır.
38. Lakin "xxxx" QSC ilə bağlanılmış yanacağın alqı-satqı müqavilələrində belə daşımaların həyata keçirilməsi məhz iddiaçının öz üzərinə qoyulmuşdur (cild İ, v. 29, 47).
39. Bundan başqa, Tarif Şurasının yuxarıda göstərilən qərarı təcrübədə problemlər yaratdığına görə, Tarif Şurasının xx.xx.2022-ci il tarixli, 4 nömrəli Qərarının 5-ci bəndi ilə topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daş ınması və saxlanması ilə bağlı xərclər daxil edilmişdir. Halbuki, əvvəlki Qərarla pərakəndə satış yerlərinə qədər daşınma ilə bağlı bütün xərclər tariflə müəyyən olunan qiymətləri də ehtiva edirdi. Yeni qərarın bu problemin həll olunması məqsədilə qəbul edildiyi hazırkı mübahisənin həlli zamanı nəzərə alınmalıdır.
40. İş üzrə birinci kassasiya baxışı zamanı neft məhsullarının qeyd olunan formada iddiaçının çəkdiyi xərclər hesabına daşınmasının qanunauyğun olduğu qəbul edilmiş, lakin çəkilən xərclərin rəsmiləşdirilməsinin vergi qanunvericiliyinə uyğun olub-olmadığının yoxlanılması məqsədilə iş apellyasiya məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı iddianın təmin olunmaması qərara alınmışdır.
41. Lakin birinci kassasiya baxışı zamanı məhkəmə elektron qaimə-fakturaya fokus lanmış, həmin sənədlərin olub-olmaması ilə bağlı araşdırma aparılmasını zəruri saymışdır. Halbuki, e-qaimə faktura xərc sənədi, həm də yeganə xərc sənədi qismində Vergi Məcəlləsinin hər hansı bir normasında əksini tapmamışdır.
42. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsini kassa deyil, hesablama metodu ilə təqdim etmişdir. Hesablama metodunun mahiyyəti baxımından, xərclərin çəkilməsi öhdəliyinin yarandığı vaxt nəzərə alınmalıdır. Yəni iddiaçı fiziki şəxslərlə daşıma müqavilələri bağlamış və neft məhsullarının daşınmasına görə xərclərin çəkilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Malları daşıyan şəxsin elektron qaimə-fakturanı təqdim etməməsi özlüyündə pozuntu hesab olunsa da, hazırkı mübahisəyə münasibətdə iddiaçının xərclərinin tanınmasını və qəbu l olunmasını istisna etmir. Vergi Məcəlləsinin 136.1ci maddəsinə görə, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.
43. İş materiallarına əlavə edilmiş (bax: cild İ, i.v. 56, 59) daşımanı həyata keçirən fərdi sahibkar X3 (VÖEN: **********) ilə bağlanmış neft məhsullarının daşın ması müqavilələrində sifarişçinin (hazırkı iş üzrə iddiaçının) ödəməni həyata keçirməsi hər hansı şərtlə əhatə olunmamış, həmçinin öhdəliklərin məbləği dəqiq müəyyən olunmuşdur. Bu baxımdan, iddiaçı hesablama metodu tətbiq etdiyi və müqavilə üzrə ödəmə öhdəliyi daşıdığı üçün, həmin məbləğin ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin məbləği xərclərdə əks etdirməsi qanunauyğun hesab olunmalıdır.
44. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı barəsində cavabdehin xx.xx.2018-ci il tarixli qərarı əsasında səyyar vergi yoxlaması (bax: cild İ, i.v. 194-207) keçirilmiş və 20162017-ci illərin mənfəət vergisi həmin yoxlama ilə əhatə olunmuşdur. İddiaçı haqlı olaraq bildirmişdir ki, həmin illərdə də eyni qaydada fəaliyyət göstərmiş (daşımanı həyata keçirən şəxslə müqavilə 2016-cı ildə bağlanmışdır) və cavabdeh tərəfindən qeyd olunan qaydada daşıma xərclərinin çəkilməsinə hər hansı etiraz bildirilməmiş və qəbul edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş bərabər yanaşma prinsipinin tələbinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bu zaman həmçinin istinad olunan Qanunun 13-cü maddəsinin etimad hüququnun qorunması ilə bağlı tələbi də nəzərə alınmalıdır. Belə ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni prakt ika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
45. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir.
46. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının kassasiya şikayəti əsaslı sayılmalı, şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia təmin olunmalıdır.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(104)-186/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********109500 nömrəli qərarı ləğv edilir. Qərar qətidir.