Məhkəmə qərarları › İş №2-1(102)-2027/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2027/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2027/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi və yaranmış fərqin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün bərpa edil məsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024cü il tarixli, 2-1(103)-987/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1992-ci ildə Füzuli rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, Füzuli rayonu uğrunda gedən döyüşlərdə travma və xəsarətlər almış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 416 nömrəli qərarı ilə ona “qəlpə yaralanmasından sonra ənsənin sol tərəfində, burun kökü nahiyəsində, sol saidin aşağı 1/3-nin iç səthində, sağ baldırın yuxarı 1/3-nin arxa-yan səthindən çapıqlar, burun sümüyünün köhnə bitişmiş sınığı, sağ baldırın yumşaq toxumalarında bir ədəd metal qəlpə” diaqnozu qoyulmuş və iddiaçının aldığı travmaların hərbi xidmət dövründə alındığı (“Travmadır, hərbi xidmət dövründə alınmışdır”) müəyyən edilmişdir.

2. İddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının əlilliyin səbəb əlaqəsi dəyişdirilmiş və “Hərbi xidmət dövrü ilə əlaqədar” olaraq müəyyən olunmuşdur. 3. 2016-cı ildə iddiaçıya “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 823 nömrəl i Fərmanına uyğun olaraq Prezident təqaüdü təyin edilmişdir. 4. 2021-ci ilin may ayında həmin təqaüdün ödənişi dayandırılmışdır.xx.xx.2021-ci il tarixdə iddiaçı Prezident təqaüdünün bərpa edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının xx.xx.2014-cü il tarixli, 416 nömrəli qərarında “Travmadır, hərbi xidmət dövründə alınmışdır” qeydinin olmasına istinadən onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4071/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının üzərinə onun xx.xx.2014-cü il tarixli, 416 nömrəli qərarında “Travmadır, hərbi xidmət dövründə alınmışdır” qey dinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydinə dəyişdirilməsi öhdəliyi qoyulmuş və sonuncu tərəfindən həmin qərara uyğun olaraq müvafiq düzəliş edilməklə xx.xx.2022-ci il tarixli, 222 nömrəli qərar qəbul olunmuşdur.

6. İddiaçıya təyin edilmiş əlilliyin səbəbi xx.xx.2023-cü il tarixdə yenidən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müəyyən edilmiş və həmin tarixdən ona 330 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. 7. 2023-cü ilin mart ayında iddiaçı Prezident təqaüdünün xx.xx.2023-ci il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən xx.xx.2023-cü il tarixinədək yaranmış fərqin hesablanaraq ödənilməsi barədə cavabdehə müraciət etmişdir.

8. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən dövr üçün təqaüdün ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını və müraciətin təmin edilməsindən imtina etdiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız sayılması, iddiaçıya ödənilən Prezident təqaüdünün xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən xx.xx.2023-cü il tarixədək yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq cavabdehin imtinasının qanunsuz və əsassız olduğunu bildirmişdir.

11. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, X1 Sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdən müəyyən edildiyindən, həmçinin xx.xx.2021-ci il tarixli müayinə etibarsız hesab edildiyindən, onun tələb etdiyi dövrlər üzrə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 07 sentyabr 2023-cü il tarixli, 2-1(112)-9920/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ödənilən Prezident təqaüdünün xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən xx.xx.2023-cü il tarixədək yaranmış fə rqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilən sənədlərdən müəyyən olunduğu kimi, iddiaçıya xx.xx.2021-ci il tarixindən “Hərbi xidmət dövrü ilə əlaqədar” olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq əlilliyi müəyyən olunduğu halda “müayinənin etibarsız hesab edilməsi” əsası ilə müvafiq təminatın iddiaçıya şamil edilməməsi cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın ümumiyyətlə həyata keçirilməməsindən xəbər verir. Belə ki, hər iki qurum (DTSERA və SÖMTF) eyni dövlət orqanının tərkibində fəaliyyət göstərdiyi və məlumatları əldə etmə imkanlarının daha operativ olaraq həyata ke çirilməsi mümkün olduğu halda, cavabdeh inzibati orqan tərəfindən müvafiq sorğular verilməmiş və bununla bağlı hər hansı inzibati araşdırma aparılmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, iddiaçının həmin tarixdə hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə səbəbəlaqəli olan ikinci dərəcə əlillik statusu mövcud olmuşdur. Beləliklə, cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş təqaüdün ödənişinin dayandırılması ilə bağlı hərəkətləri iddiaçının hüquqlarının pozulması ilə nəticələnir.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Apellyasiya instansiya məhkəməsi tərəfindən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentl iyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

16. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının 2016-cı ildən 2021-ci ilədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyi müəyyən edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra iddiaçıya dair 26 nömrəli Şəhər Poliklinikası tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında iddiaçı xx.xx.2021-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb İdarəsinin Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 416 nömrəli qərarı, tibb i sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20-ci bəndinə müvafiq olaraq “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İddiaçıya qeyd edilən göndəriş əsasında əlillik təyinatı aparılmış və TSEK-in 2021-ci il tarixli qərarı onun tərəfindən mübahisələndirilməmişdir.

17. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz üçüncü dərəcə əlilliyin təyin i barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2021-ci il tarixli qərarı tərəflərindən mübahisələndirilməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 04 aprel 2024cü il tarixli, 2-1(103)-987/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin olunmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmiş, sonradan əlilliyi n səbəbi xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” kimi dəyişdirilmişdir. İddiaçıya təyin edilmiş əlilliyin səbəbi xx.xx.2023-cü il tarixdə yenidən “Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi müəyyən olunmuş və ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək əlilliyinin səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” olmuşdur.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan X1 Sisteminin “Əlillik” altsistemində olan məlumatlara istinad edərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdən m üəyyən edildiyindən, həmçinin xx.xx.2021-ci il tarixli müayinə (səbəbli-əlaqə ilə bağlı) etibarsız hesab edildiyindən, onun ərizəsində qeyd etdiyi dövr üzrə Prezident təqaüdünün təyin edilməsindən əsaslı olaraq imtina etmişdir. Qanunvericiliyin müvafiq normalarından da görünür ki, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 Sisteminin “Əlillik” altsistemi vasitəsilə aparılır və həmin sistemdəki məlumatların doğruluğu üzrə cavabdehlik daşıyan inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Hazırkı iş üzrə iddiaçı, “Hərbi xidmət dövrü ilə əlaqədar” ona müddətsiz üçüncü dərəcə əlillik təyini barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2021-ci il tarixli qərarını mübahisələndirməmişdir. Halbuki mübahisələndirilən dövr üzrə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 823 nömrəli Fərmanına uyğun olaraq təyin edilmiş Prezident təqaüdünün dayandırılmasının və ödənilməməsinin səbəbi məhz əlilliyin səbəb əlaqəsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2021-ci il tarixli qərarı ilə dəyişdirilməsi olmuşdur.

21. Beləliklə, iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2021-ci il tarixli qərarı mübahisələndirilən müddət ərzində ləğv olunmamışdır və iddiaçının əlilliyinin səbəbi xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə kimi “Hərbi xidmət dövrü ilə əlaqədar” olmuş və bu səbəbdən əlilliyi olan şəxs kimi ha zırkı iddia tələbinin qanuni əsası olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 823 nömrəli Fərmanı çərçivəsində Prezident təqaüdü almaq hüququna malik olmamışdır. Bu səbəbdən, nə qədər ki, xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə kimi olan dövrdəki əlilliyin səbəbli-əlaqəsi mübahisələndirilməmişdir, hazırkı mərhələdə iddiaçının ona ödənilən Prezident təqaüdünün xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən xx.xx.2023-cü il tarixədək yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsaslı hesab edilə və təmin edilə bilməz.

22. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətin in dəlilləri

23. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edildiyi zaman qüvvədə olan redaksiyada) Maddə 1.0.1. əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Maddə 1.0.2. əlilliyi olan şəxs – müxtəlif maneələrl ə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən biri nə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 27. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı (iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edildiyi zaman qüvvədə olan redaksiyada) Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ö lkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: 1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. İ dərəcə əlilliyi olan şəxslərə – 400 manat; 1.2. İİ dərəcə əlilliyi olan şəxslərə – 350 manat; 1.3. İİİ dərəcə əlilliyi olan şəxslərə – 300 manat.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; 2.2. bu Fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri – daha yüksəyi verilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasi ya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə ü zrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün xx.xx.2021-ci il tarixdən bərpa edilməsinə və həmin tarixdən xx.xx.2023-cü il tarixədək yaranmış fərqin hesablanaraq ödənilməsinə nail olmaqdan ibarətdir.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün xx.xx.2021-ci il tarixdə n bərpa edilməsi və həmin tarixdən xx.xx.2023-cü il tarixədək yaranmış fərqin hesablanaraq ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Bununl a belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

38. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, xx.xx.1973-cü il təvəllüdlü iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmiş, lakin sonradan onun əlilliyinin səbəb əlaqəsi xx.xx.2021-ci il tarixdə dəyişdirilmiş və “Hərbi xidmət dövrü ilə əlaqədar” kimi müəyyən olunmuşdur. İddiaçının əlilliyinin səbəb əlaqəsi xx.xx.2023-cü il tarixdə yenidən dəyişdirilmiş və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyinin səbəb əlaqəsi xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək “Hərbi xidmət dövrü ilə əlaqədar” kimi olmuşdur.

39. Bu qərarın 25-26-cı bəndlərində istinad edilən normalara görə, əlilliyin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin səbəbini, dərəcəsini və müddətini TSEK və həmin normalarda nəzərdə tutulan müəyyən hallarda isə TSEK-in funksiyalarını həyata keçirən Agentlik müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-c ı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblər üzərindən əlillik müəyyən edilir. İstinad olunan normalara əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 40. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanının iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edildiyi zaman qüvvədə olan redaksiyasına görə, həmin təqaüd yalnız Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərə ödənilir.

41. İstinad olunan normanın təfsiri baxımından, cavabdehin iddiaçıya sözügedən Prezident təqaüdünü ödəmək öhdəliyi TSEK tərəfindən iddiaçının əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edildiyi və həmin əlilliyin təyin olunduğu müvafiq qərar əsasında yaranır. İddiaçıya münasibətdə belə qərar xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Nəzərə almaq la zımdır ki, yuxarıda istinad olunan normalara əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Cavabdeh həmin qərarın məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu baxımdan iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin olunduğu tarixdən Prezident təqaüdü təyin etməkdə və ödəməkdə cavabdeh haqlı sayılmalıdır.

42. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

43. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmi n edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 21(103)-987/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar