Məhkəmə qərarları › İş №2-1(102)-2028/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2028/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2028/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamının ləğv edilməsi və mənzil növbəsinin dayandırıldığı tarixdən bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğvi və mənzil növbəsinin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-358/2024 saylı qərarından iddiaçı tərə findən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1973-1999-cu illə ərzində zabit kimi hərbi xidmətdə olmuş və Müdafiə Nazirliyinin 0768 saylı xx.xx.1999-cu il tarixli əmri ilə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır.

2. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 56 №-li Sərəncamı ilə iddiaçı yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, oğlu) güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir.

3. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 525 №-li sərəncamına əsasən iddiaçının həyat yoldaşının mülkiyyətində daşınmaz əmlak mövcud olduğundan iddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatd a olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, 525 nömrəli sərəncamının ləğv edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının yaşayış yeri üzrə 3 (üç) nəfər ailə tərkibi ilə hərbi xidmət dövründə Vətən uğrunda döyüşmüş hərbi qulluqçuların siyahısında güzəştli mənzil uçotuna götürülməsi və mənzil uçot siyahısına daxil edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 525 №-li sərəncamının ləğv edilməsi və mənzil növbəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində qəbul edilmiş sərəncam ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən inzibati icraat düzgün aparılmamış, həmin sərəncam ehtiyatda olan hərbi qulluqçunun sosial təminat hüquqlarının pozulmasına yönəlmişdir. cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı etirazı təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, Yasamal RİH tərəfindən İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun ailə üzv lərinin adına əmlak olub-olmaması barədə rəsmi arayış gətirilməsi dəfələrlə tələb olunsa da o, bunu təqdim etməkdən imtina etmişdir.

8. Bundan sonra, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə iddiaçının və ailə üzvlərinin adına əmlak olub-olmaması barədə sorğu göndərilmiş və sorğuya cavab olaraq müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı X2 adına Xaçmaz rayonu, Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 5 nömrəli fərdi yaşayış evi mövcuddur və qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin xüsusi mülkiyyətdə olması barədə çıxarış verilmişdir.

9. Beləliklə, hərbi qulluq haqqında qanunvericilik nə yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olmasını, nə də həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləyir. Bu hallar Azərbaycan Respublikası nın mənzil qanunvericiliyi ilə tənzimlənir.

10. Belə olduğu halda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsini əldə etmişlər, yaşayış sahəsinə ehtiyacı olmayan vətəndaşlar uçotdan çıxarılır. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun yaşayış sahələrinə ehtiyacı olan şəxslər dairəsinə aid olmalıdır.

11. Bu kateqoriyaya aid olan və uçota alınan şəxs yaşayış sahəsi əldə etdikdə, o, uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır. İddiaçı ailə üzvü, yəni həyat yoldaşı X1 rayonu, Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 5 nömr əli fərdi yaşayış evi əldə etdiyindən və həmin yaşayış evi xüsusi mülkiyyətdə olduğundan Cavabdeh başçısının 525 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə Cavabdeh başçısının 56 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ləğv edilmiş və İddiaçı ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotu siyahısından çıxarılmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5102/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 525 №-li sərəncamı ləğv edilmiş, iddiaçının mənzil növbəsinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır.

14. Hazırkı işdə iddiaçının mənzil uçotundan çıxarılmazdan öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçının mənzil uçotuna daxil edilməsinin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

15. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 6 7.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

16. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının mənzil uçotundan çıxarılması haqqında qərar qəbul etsə də, həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmışdır ki, nəticə etibarı ilə iddiaçının etimad göstərdiyi inzibati aktı (mənzil uçotuna götürülməsi barədə) ləğv edərək, onu mənzil uçot siyahıs ından çıxarmışdır.

17. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən inzibati icraat düzgün aparılmamış, iddiaçının etimad göstərdiyi əlverişli inzibati akt onun dinləmə hüququ təmin olunmadığından, ləğv edilmiş, bununla da iddiaçı mənzil uçot siyahısından çıxarılmışdır.

18. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mənzil növbəsindən çıxarılması əsassız olduğundan, mübahisə predmetini təşkil edən sərəncam ləğv edilməsi, iddiaçının mənzil növbəsi dayandırıldığı tarixdən bərpa edilməlidir.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-358/2024 nömrəli qə rarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5102/2023 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Xaçmaz şəhəri, Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 5 nömrəli fərdi yaşayış evinə və 0.0609 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) X2 adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

22. Göründüyü kimi, iddiaçı xx.xx. 2013-cü ildə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürüldüyü və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edildiyi zaman onun həyat yoldaşının adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə fərdi yaşayış evi və torpaq sahəsi qeydiyyatda olmuşdur. Lakin bu barədə iddiaçı tərəfindən cavabdehə məlumat verilməmişdir və müvafiq sənədlər təqdim edilməmişdir.

23. Göründüyü kimi, mübahisəli sərəncamın qəbul edilməsinə əsas olan məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması müəyyən edilmişdir və işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının barəsində qəbul edilmiş Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 56 nömrəli Sərəncamı iddiaçı barəsində əlverişli inzibati akt olsa da, bu akt qanunsuz olmuş və həmin aktın ləğv e dilməsi zamanı “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsində göstərilən hallar mövcud olmamışdır.

24. Bundan başqa, işin istinad olunan hallarına əsasən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən halın mövcudluğu və qəbul edilmiş inzibati akt nəticəsində hər ay kirayə xərclərinin ödənilməsi, bununla da dövlət marağına ziyan vurulması nəzərə alınaraq hazırkı halda iddiaçının etimadı qanunla qorunmur və buna görə də iddia tələbi əsassızdır.

25. Mübahisələndirilən inzibati aktın cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun icraatın aparılması qaydalarının pozulması nəticəsində qəbul edilməsi ilə bağlı iddiaçının mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə kollegiyası hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz.

26. İddiaçı qərardan kassas iya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

27. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq xidmət hərbi qulluqçularını yerli icra başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikası Silahlı sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçu lar isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.

28. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri gününün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

29. Göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

30. Belə olan halda, cavabdeh orqanın sözügedən sərəncamı “Hərbi qulluqçuları statusu haqqında "Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə ziddir və cavabdeh orqanın bu qanunsuz hərəkətləri iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş mənzil hüquqlarının ciddi pozulması ilə nəticələn mişdir.

31. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri gününün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

32. Göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Lakin, Bakı Apellyasiya Məhkəməsi Azərba ycan Respublikası Mənzil Məcəlləsinin 51ci maddəsinə istinad etmişdir. Bu hal iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş mənzil hüquqlarının pozulmasına səbəb olmuşdur.

33. İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldığı vaxtdan, yəni xx.xx.2013-cü il tarixdən yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Lakin, iddiaçı yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürüldüyü tarixədək, yəni xx.xx.2012-ci il tarixdə həyat yoldaşı X2 valideynləri vəfat etdiyindən ünvan 2 ünvanında yerləşən 5 nömrəli ev vərəsəlik qaydasında iddiaçının həyat yoldaşının mülkiyyətinə keçmişdir. Həmin mənzil iddiaçının həyat yoldaşının adına vərəsəlik qaydasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından iddiaçının sözügedən daşınmaz əmlaka hər hansı mülkiyyət hüququ yoxdur. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Mənzil Məcəlləsi: Maddə

50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar;... Maddə

51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşları n uçota alınması... 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər....

36. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiy yətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə inzibati məhkəmə icraatının iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdi r. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

42. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmasının “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməsi, bununla da apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsassız istinad etməsi barədə şikayətin dəlilinə gəldikdə, məhk əmə kollegiyası həmin dəlili əsaslı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, iddiaçının şikayətində istinad etdiyi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.

43. Normanın məzmunundan göründüyü kimi ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların həmin normada nəzərdə tutulmuş hüquqlarının təmin olunması “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” həyata keçirilə bilər. Burada, söhbət ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil hüquqlarından getdiyindən, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin müddəalarına əsaslanmaqda haqlı olmuşdur.

44. Şikayətin digər dəlilinə görə, iddiaçı yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürüldüyü tarixədək, yəni xx.xx.2012-ci il tarixdə həyat yoldaşı X2 valideynləri vəfat etdiyindən ünvan 2 ünvanında yerləşən 5 nömrəli ev vərəsəlik qaydasında iddiaçının həyat yoldaşının mülkiyyətinə keçmişdir. Həmin mənzil iddiaçının həyat yoldaşının adına vərəsəlik qaydasında daşınmaz əmlakın dövlət reyestrində q eydiyyata alındığından iddiaçının sözügedən daşınmaz əmlaka hər hansı mülkiyyət hüququ yoxdur.

45. Məhkəmə kollegiyası şikayətin bu dəlilini də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, iddiaçının həmin əmlaka hər hansı əşya hüququnun olmadığı hazırkı halda əhəmiyyət kəsb etmir. Çünki sözügedən evin mülkiyyətçisi iddiaçının ailə üzvü olduğundan, iddiaçı “vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları”nı müəyyən edən Mənzil Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulmuş “yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar”ın dairəsinə aid edilmir.

46. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yox dur.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-358/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar