Məhkəmə qərarları › İş №2-1(102)-2029/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2029/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2029/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı3 və İddiaçı2 Mehdi qızının cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünlüyü; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı3 (digər iddiaçının nümayəndəsi), İddiaçıların vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı3 və İddiaçı2 Mehdi qızının cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X3) “qərarın ləğv edilməsi” tələbi nə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-237/2020 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçılar xx xxxxxx 2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Siyəzən rayon Beşdam Bələdiyyəsinin xx xxxxxx 2000-ci il tarixli, 01 saylı qərarı əsasında verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN 06xx xxx 30508018 saylı dövlət aktının və müvafiq çıxarışın ləğv edilməsini xahiş etmişlər.

2. İddiaçılar xx xxxxxx 2018-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhk əməyə müraciət edərək Siyəzən rayon Beşdam Bələdiyyəsinin xx xxxxxx 2000-ci il tarixli, 01 saylı qərarın ləğv edilməsini xahiş etmişlər.

3. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, xx xxxxx 2017-ci il tarixində Siyəzən rayonu, Beşdam kəndində kadastr və yerquruluşu layihə tədqiqat mərkəzinin 2 saylı layihə tədqiqat idarəsinin mühəndisləri, Beşdam bələdiyyə sədri və mülkiyyətçi tərəfindən qərəzli olaraq saxta aktlar tərtib edilmişdir. Belə ki, guya X2 məxsus 0.03 ha. torpaq sahəsinin koordinatlarını naturada torpaq üzərində dəqiqləşdirilərkən, iddiaçılar tərəfindən inşa edilmiş tikililərin 52.24 kv.m hissəsinin, X2 məxsus 0.03 ha. torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bundan sonra torpağın yerləşdiyi koordinatlar saxtalaşdırılmışdır.

4. Sumqayıt İnzibati-İqtisa di Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(85)273/2019 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(85)-273/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

6. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişlər.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2-1(105)-501/2019 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilərək iş təkrar araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-384/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. Məhkəmə qeyd e tmişdir ki, iddiaçıların Siyəzən Rayon Beşdam Bələdiyyəsinin xx xxxxxx 2000-ci il tarixli, 01 nömrəli qərarından onların Siyəzən Rayon Məhkəməsinə müraciət etdikləri gündən, yəni xx xxxxxx 2018-ci il tarixindən etibarən məlumatlı olmuşlar və həmin qərarın ləğvi ilə əlaqədar 4 ay keçdikdən sonra, yəni xx xxxxxx 2018-ci il tarixində məhkəməyə müraciət etmişlər. Bununla da, iddiaçılar sözügedən qərarın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşlər.

10. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-237/2020 nömrəli qərardadı il ə Sumqayıt İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Siyəzən Rayon Məhkəməsinə xx xxxxxx 2018-ci il tarixində verilmiş iddia ərizəsi üzrə məhkəmə prosesi hələ xx xxxxxxx 2018-ci ilə qədər davam etmişdir. Məhkəmənin düzgün istiqamətdə getmədiyini görən iddiaçılar iddi anı xx xxxxxxx 2018-ci il tarixində geri götürmüş və bununla əlaqədar həmin tarixdə də məhkəmə işin baxılmamış saxlanılması barədə qərar qəbul etmişdir. Bundan cəmi 07 gün sonra iddiaçılar Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Göründüyü kimi, iddiaçılar iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişlər. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı3 və iddiaçıların vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Üçüncü şəxsin səhhəti ilə bağlı, onun nümayəndəsinin isə səfərbərlik üzrə çağırılması səbəbi ilə məhkəmə iclasında iştirakının mümkün olmadığı na dair X4 tərəfindən ərizə verilmiş, lakin üçüncü şəxsin özünün məhkəmə iclasında şəxsən iştirakını mümkünsüz edən sənəd ərizəyə əlavə olunmamışdır. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. İPM: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

21. Yuxarıda qeyd olunan İPM-in 38.1-ci maddəsinin tələbinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddia həmin aktın təqdim (elan) olunduğu andan 30 gün müddətində qaldırıla bilər.

22. İş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçılar xx.xx.2018-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinə “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hissəvi etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Siyəzən rayon Beşdam Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş JN-0660 saylı dövlət aktında olan koordinatları mübahisələndirmişlər. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(059)-505/2018 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

23. Bundan sonra, iddiaçılar xx xxxxxx 2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Siyəzən rayon Beşdam Bələdiyyəsinin xx xxxxxx 2000-ci il tarixli, 01 saylı qərarı n ləğv edilməsini deyil, onun əsasında verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN 06xx xxx 30508018 saylı dövlət aktının və müvafiq çıxarışın ləğv edilməsini xahiş etmişlər. Onlar yalnız xx xxxxxx 2018-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək Siyəzən rayon Beşdam Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 01 nömrəli qərarının ləğvini mübahisələndirmişlər.

24. Göründüyü kimi, iddiaçılar Siyəzən rayon Beşdam Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 01 nömrəli qərarından ən azından Siyəzən Rayon Məhkəməsinə müraciət etdikləri gündən, yəni xx.xx.2018-ci il tarixdən məlumatlı olmuşlar və həmin qərarın ləğvi ilə əlaqədar ərizəni isə 4 ay keçdikdən sonra, yəni xx.xx.2018-ci il tarixdə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə təqdim etmişlər.

25. İddianın mümkünsüzlüyünə dair apellyasiya in stansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-237/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov K.N.Bədəlov X.S.Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar