Məhkəmə qərarları › İş №2-1(102)-2029/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2029/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2029/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Kiçik Müəssisəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh1, X5, X7, X3) Dövlət Aktının və daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2023-cü il tarixli, 2-1(104)-461/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpağa mülkiyyət, sahiblik, istifadə hüququna dair” A00478 saylı Dövlət aktına əsasən, Cavabdeh1 başçısının xx.xx.1996-cı il tarixli 580 nömrəli sərəncamı ilə "xxxx" Kiçik Müəssisəsinə 1.0 ha torpaq sahəsi verilmişdir.

2. Torpağa mülkiyyət hüququna dair JN-373 saylı Dövlət aktına əsasən, Tovuz rayon AİK-nın xx.xx.1999-cu il tarixli 30 saylı qərarı əsasında X2, X6 və X1 0.38 ha torpaq sahəsi verilmişdir.

3. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə qarş ı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair JN-373 saylı Dövlət aktının və xx.xx.2015-ci il tarixli, ******* nömrəli çıxarışın və onun əsasında aparılmış qeydin ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-8/2019 nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır.

5. Məhkəmə hesab etmişdir ki, digər məhkəmə icraatında Cavabdeh1 Başçısının 08 noyabr 1996-cı il tarixli, 580 nömrəli sərəncamının etibarlı olub-olmaması məsələsinə baxılmaqdadır. Hazırkı iş üzrə iddiaçı "xxxx" Kiçik Müəssisəsi də Cavabdeh1 Başçısının məhz həmin sərəncamına əsasən mübahisəli torpaq sahəsinin ona məxsus olma sını iddia edir. Göründüyü kimi, tərəflərin tələbləri arasında aşkar surətdə asılılıq vardır və həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı hazırkı mübahisənin həllinə təsir edə bilər. Ona görə də həmin mübahisə həll olunana qədər hazırkı işin icraatı dayandırılmalıdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1275/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərar ilə X4 və qeyrilərinin Cavabdeh1nə qarşı iddiası təmin edilərək, Cavabdeh1 başçısının "xxxx" Kiçik Müəssisəsinə 1.0 ha torpaq sahəsi verilməsi barədə xx.xx.1996-cı il tarixli 580 nömrəli sərəncamının iddiaçılara məxsus torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

7. Gəncə İnzibati Məhkəməsi nin (hakim F.Hüseynov) 11 aprel 2023-cü il tarixli, 21(114)-01/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Dövlət aktının və daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmamışdır.

8. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçıya torpaq sahəsinin verilməsi barədə inzibati akt üçüncü şəxslərə məxsus torpaq sahəsinə aid hissədə etibarsız sayıldığından, iddiaçının üçüncü şəxslərə torpaq sahəsi verilməsi barədə həmin inzibati aktı və yaxud bununla əlaqədar digər hər hansı hüquqverici sənədi mübahisələndirmək hüququnu istisna edir.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğ v edilməsini və iddianın mümkün hesab edilərək işin Gəncə İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.Muxtarov – sədrlik edən və məruzəçi, R.Cəfərov və N.Əliyev) 30 may 2023-cü il tarixli, 2-1(104)461/2023 qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti mahiyyət etibarı ilə iddia ərizəsi və apellyasiya şikayətinə uyğun tərtib edilmişdir. İddiaçı kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60-cı maddələrinə və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə istinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, mübahisənin inzibati hüquq mübahisəsi olmasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. bənd. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə ça tmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. bənd. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

16. İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali M əhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və ə saslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

21. Nəzərə alma q lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya mahiyyəti üzrə o zaman baxıla bilər ki, digər şərtlərlə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də ödənilsin.

22. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən idd iaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

24. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etm əyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

25. Məhkəmə kollegiyasının qənaətinə görə, aşağıda qeyd olunmuş səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

26. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Tovuz rayon AİK-nın xx.xx.1999cu il tarixli 30 saylı qərarının X5, X7 və X3 barəsində olan hissəsinin ləğv olunması və həmin qərar əsasında həmin şəxslərin adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-373 saylı Dövlət aktının ləğv edilməsinə yönəlmişdir.

27. Hazırkı mübah isəyə birinci instansiya məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, digər məhkəmə icraatında Cavabdeh1 Başçısının 08 noyabr 1996-cı il tarixli, 580 nömrəli sərəncamının etibarlı olub-olmaması məsələsinə baxılmaqdadır. Hazırkı iş üzrə iddiaçı "xxxx" Kiçik Müəssisəsi də Cavabdeh1 Başçısının məhz həmin sərəncamına əsasən mübahisəli torpaq sahəsinin ona məxsus olmasını iddia edir. Göründüyü kimi, tərəflərin tələbləri arasında aşkar surətdə asılılıq vardır və həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı hazırkı mübahisənin həllinə təsir edə bilər. Ona görə də həmin mübahisə həll olunana qədər hazırkı işin icraatı dayandırılmışdır.

28. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)1275/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, iddiaçı X7 və q eyrilərinin Cavabdeh1nə qarşı iddiası təmin edilərək, Cavabdeh1 başçısının "xxxx" Kiçik Müəssisəsinə 1.0 ha torpaq sahəsi verilməsi barədə xx.xx.1996-cı il tarixli 580 nömrəli sərəncamının iddiaçılara məxsus torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi qərara alınmışdır.

29. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Cavabdeh1 başçısının "xxxx" Kiçik Müəssisəsinə torpaq sahəsi verilməsi barədə xx.xx.1996-cı il tarixli 580 nömrəli sərəncamı üçüncü şəxslərə münasibətdə etibarsız hesab edilmişdir.

30. Beləliklə də, "xxxx" Kiçik Müəssisəsinə torpaq sahəsinin verilməsi barədə inzibati akt üçüncü şəxslərə məxsus torpaq sahəsinə aid hissədə etibarsız sayıldığından, "xxxx" Kiçik Müəssisəsinin üçüncü şəxslərə torpaq sahəsi verilməsi barədə inzibati aktı və yaxud bununla əlaqədar digə r hər hansı hüquqverici sənədi mübahisələndirmək hüququ istisna edilir. Odur ki, "xxxx" Kiçik Müəssisəsinin hazırkı iddianı qaldırmaq üçün sübyektiv hüququnun olmaması və bu səbəbdən, iddianın mümkünsüzlüyü barədə aşağı instansiya məhkəməlrinin gəldiyi nəticə düzgün olmuşdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qarar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2023-cü il tarixli, 21(104)-461/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar