Məhkəmə qərarları › İş №2-1(102)-203/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-203/2019

15.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-203/2019 15.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə Şəki Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-414/2018 saylı iş üzrə 17 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15 yanvar 2019-cu il tari xdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-880/2018 saylı, 29 may 2018-ci il tarixli qərarı (hakim – K.H.Vəliyev) ilə iddia təmin edilərək Cavabdeh üzərinə İddiaçı 04.05.1990-cı il tarixdən 14.07.2004-cü il tarixədək Yevlax Təmir-Tikinti İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-414/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – M.M.Hüseynov, hakimlər – R.Ə.Əliyev və İ.H.Şükürov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-880/2018 saylı, 29 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən sa xlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları tam və hərtərəfli aydınlaşdırmamışdır. Yevlax rayon Təmir-Tikinti İdarəsində iddiaçının 5-ci dərəcəli rəngsaz işləməsi qeyd olunan idarənin müvafiq sənədləri arxivə təqdim edilmədiyi üçün aydınlaşdırıla bilməmişdir. Bu baxımdan da məhkəmə işə birtərəfli yanaşmış, qərar qəbul edərkən digər mötəbər halları nəzərə almamışdır. Şəxsin işləməsi qeyd edildiyi kimi, müəssisənin aidiyyatı sənədlərində əks olunur. Bu sənədlərlə əmək kitabçası üzləşdirilir. Bundan sonra əmək kitabçasındakı qeydlərin həqiqiliyi müəyyən edilir. Bu baxımdan da şəxsin işlədiyi müəssisənin müvafiq sənədləri naməlum səbəblərdən arxivə təhvil verilmədiyindən, əmək kitabçasındakı məlumatların həqiqiliyini yoxlamaq mümkün deyildir. Məhkəmə də qeyd edilən halları araşdırmadan əsassız qənaətə gələrək qaldırılan tələbi təmin etmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyl əri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi yanında Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 aprel 2018-ci il tarixli, 46/997 saylı məktubda göstərilmişdir ki, onun 04.05.1990-cı il tarixdən 14.07.2004-cü il tarixədək Yevlax Təmir-Tikinti İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi İdarənin arxiv sənədləri saxlanılmadığı üçün mümkün deyildir. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, o, 04.05.1990-cı il tarixdən 14.07.2004-cü il tarixədək Yevlax Təmir-Tikinti İdarəsində işləmişdir. Bundan başqa, iş materiallarında olan Dövlət Arxivinin Yevlax Filialı tərəfindən verilmiş 12 aprel 2018-ci il tarixli, 176 saylı arxiv arayışında isə göstərilmişdir ki, Yevlax Təmir-Tikinti İdarəsinin əmr kitabları, əmək haqqı sənədləri mühafizə olunmaq üçün Yevlax Dövlət Arxivinə verilmədiyindən iddiaçının həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, müəssisənin sənədlərinin arxivə təhvil verilməməsinə və ya hər hansı səbəbdən həmin sənədlərin arxivdə tapılmamasına, bununla əlaqədar müvafiq inzibati orqanın (cavabdehin) qarşılıqlı yoxlama apara bilməməsinə görə həmin müəssisənin keçmiş işçisi (iddiaçı) məsuliyyət daşımır və o, belə vəziyyətin yaranmasının ziyanını çəkməməlidir. Qanunla iddiaçıdan əmək stajının təsdiqi üçün əmək kitabçasını təqdim etməsi tələb olunur ki, o da həmin öhdəliyini yerinə yetirmişdir. Müvafiq inzibati orqan əmək kitabçasındakı məlumatların mötəbərliyini yoxlamaq istəyirsə, lakin bunu mümkünsüz edən səbəblər mövcuddursa, həmin səbəbləri aradan qaldırmaq vəzifəsi iddiaçının üzərinə qoyula bilməz. C avabdehin bununla bağlı əsas etirazı ondan ibarətdir ki, iddiaçının işlədiyi müəssisənin müvafiq sənədləri naməlum səbəblərdən arxivə təhvil verilmədiyindən, əmək kitabçasındakı məlumatların həqiqiliyini yoxlamaq mümkün deyildir. Bu səbəblərdən onun işlədiyi dövr sığorta stajına daxil edilə bilməz və iddiaçının pensiya hüququnun müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı olaraq apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Az ərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 04.05.1990-cı il tarixdən 14.07.2004-cü il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən bildirilmiş iddiaçının işlədiyi müəssisənin müvafiq sənədlərinin naməlum səbəblərdən arxivə təhvil verilmədiyindən, əmək kitabçasındakı məlumatların həqiqiliyini yoxlamağın mümkün olmaması məsələsinə münasibətdə isə kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, bu hal iddiaçının təqsiri ilə bağlı deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bu zaman kollegiya xüsusilə nəzərə alır ki, bununla bağlı arxiv materialları tələb edilməklə mümkün bütün zəruri araşdırmalar aparılmış, eləcə də cavabdeh tərəfindən Yevlax Təmir-Tikinti İdarəsinin hüquqi şəxs kimi özünün mövcudluğu məsələsi mübahisələndirilməmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda gös tərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-414/2018 saylı iş üzrə 17 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar