Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-203/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona vurulmuş maddi ziyanın əvəzi olaraq 20.000 manat, mənəvi ziyan olara q 15.000 manat pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(107)262/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1995-ci ildə doğulmuşdur və Mingəçevir şəhərində yaşayır.
2. İddiaçı xx xxxxx 2013-cü ildə hərbi xidmətə çağırılmış, hərbi xidmət dövründə xəstələnmişdir. İddiaçıya aid xx.xx.2014-cü il tarixdə tərtib olunmuş xəstəlik haqqında şəhadətnamədə iddiaçıya “Sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində, KB(-)mənfi” diaqnozu müəyyən edilmiş, səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmiş, eyni zamanda “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmiş və bu əsasla (xidmətə yararsız olduğu üçün) hərbi xidmətdən tərxis edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, ona maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsini xahiş etmiş, lakin cavabdeh onun müraciətinə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 04 dekabr tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 20.000 manat, mənəvi ziyan olaraq 15.000 manat pulun alınıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulımasını xahiş etmişd ir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayonundan məcburi köçkün kimi ailəsi ilə Mingəçevir şəhərində məskunlaşmışdır. xx xxxxx 2013-cü ildə hərbi xidmətə yararlı hesab edilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. xx xxxxxx 2014-cü ildən xx xxxxxx 2014-cü ilədək N saylı hərbi hissədə, xx xxxxxx 2014-cü ildən xx xxx 2014-cü ilədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. Hərbi Həkim Komissiyasının rəyi əsasında xx xxx 2014-cü il tarixdə şəhadətləndirilərək «sağ ciyərin yuxarı payının infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində KB mənfi» diaqnozu müəyyən edilmiş, «hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır» q ərarı qəbul edilərək, tərxis olunmuşdur. Hazırki müddətə qədər müalicələr alsa da səhhətini bərpa edə bilməmişdir. Ağır xəstəliyi ilə əlaqədar hazırki müddətə qədər müraciət edə bilməmişdir. Bu müddət ərzində Müdafiə Nazirliyindən heç kəs onunla maraqlanmamışdır. Sağlamlığını bərpa edə bilməsə də mütəmadi müalicələr almaq məcburiyyətindədir. Hərbi xidmətdə olarkən düzgün tibbi yardım almadığından xəstələnmişdir. Halbuki, sağlamlığının qorunmasına məsuliyyət daşıyan orqan Müdafiə Nazirliyi olmuşdur. Xəstələnməsi səbəbindən mənəvi əziyyət çəkmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı maddi və mənəvi zərərin vurulmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquq unu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının mənəvi zərərlə bağlı beş ildən sonra məhkəməyə müraciət etməsi artıq iddianın əsassız olduğunu sübut edir. Çünki mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı). Yuxarıda qeyd olunmuş şərhdə qərara alınmışdır ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnı z real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-392/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə (hakim İ.Cabbarov) iddianın təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 2014-cü ildən xx xxxxxx 2014-cü ilədək N saylı hərbi hissədə, xx xxxxxx 2014-cü ildən xx xxx 2014-cü ilədək N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur və onun düzgün müalicə olunmamasına dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı ümumiyyətlə ona tələbində qeyd etdiyi 20.000 manat maddi zərərin dəyməsinə dair heç bir sübut təqdim etməmişdir. İddiaçı ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh orqanın onun hərbi xidmətdə olarkən düzgün tibbi yardım almaması nəticəsində yaran dığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 21(107)-262/2020 nömrəli qərarı ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və E.Hüseynov) Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçıya ünvanl adığı xx xxxxxxxx 2019-ci il tarixli məktubundan göstərmişdir ki, “Sizin xəstəlik almanız ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlandırdığınız xx xxxxxxxx 2019-cu il tarixli ərizəniz aidiyyəti üzrə Dövlətət Sığorta Şirkətinə daxil olmuşdur. Ərizənizə cavab olaraq bildiririk ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli qanununa dəyişikliklər edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli Qanununun 5-ci maddəsinin “d” bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kantuziya) aldıqda sığorta ödənişi verilir. Ərizənizdən məlum olduğu kimi Siz xx xxx 2014-cü il tarixdə xəstəlik ilə əlaqədar hərbi xidmətdən tərxis olunmuşunuz ki, bu da “Hərbi qullu qçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır”.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ MƏHKƏMƏ a. Kassasiya şikayətinin dəlilləri 12.1. Kassasiya şikayətində iddia ərizəsində göstərilən işin faktik halları təkrarlanmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsində hərbi qulluq vəzifələrinin icrası zamanı sağlamlığa vurulmuş zərərin ödənilməsi göstərilmişdir. Onun iddiasının maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117, 1118 və 1119-cu maddələri təşkil etsə də, məhkəmə qərarında buna münasibə t bildirilməmişdir. Mülki Məcəllənin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. O da məhz hərbi qulluq vəzifələrinin icrası zamanı xəstələnmişdir və Hərbi Həkim Komissiyasının rəyi əsasında xx xxx 2014-cü il tarixdə şəhadətləndirilərək “sağ ciyərin yuxarı payının infıltrativ vərəmi, sorulma və bərkimə mərhələsində KB mənfi” diaqnozu ilə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qə bul edilərək tərxis olunmuşdur. Bildirir ki, Mülki Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. b. Kassasiya şikayətinə qarşı etirazlar
13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Hərbi qulluqçuların statusu haqqında” qanun Maddə
13. Sağlamlığın mühafizəsi və sağlaml ığa vurulmuş zərərin ödənilməsi hüququ
1. Hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər.
7. Hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır. Maddə
27. Hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələri ni yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Madd ə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 17. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri gö stərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə apelyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
22. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunmaması barədə qərar çıxaran birinci instansiya məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqelərlə razılaşmaqla qərarında “İnzibati icraat haqqında” Qanunun 89.1, 89.2-ci maddələrinə, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1-ci maddələrinə istinad etmiş və göstərmişdir ki, Azərbaycan R espublikası Konsitutsiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Nəzərə alınmalıdır ki, məhkəmənin istinad etdiyi hüquq normaları hərbi qulluqçuya dəymiş zərərin ödənilməsi üzrə mübahisədə istinad olunmalı əlavə normalardır. Hazırki mübahisə iddiaçının hərbi xidmət dövründə yaranmış münasibətlərdən irəli gəldiyinə görə, bu mübahisə, həmin vaxt onların qarşılıqlı münasibətlərini və statuslarını tənzimləyən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun əlaqəli müddəaları əsasında həll olunmalıdır. Bu baxımdan iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması “Hərbi qulluqçuların statusu haqqında” qanunun 13-cü maddəsninin 7-ci bəndidir. Həmin normada deyilir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır. Hərbi xidmət münasibətlərindən yaranan mübahisələrin həlli zamanı unudulmamalıdır ki, bu münasibətlər özünün spesifikliyi ilə digər münasibətlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Hərbi xidmət dövründə qulluğun fasiləsiz və davamlı olması baxımından hərbi qulluqçuların hüquqları və vəzifələri müəyyən edilmişdir. Hərbi qulluqçu sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malikdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanu nun 13-cü maddəsindəki “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ” ifadəsi məhkəmədən mübahisəyə baxarkən əlaqəli normaların seçilməsini tələb edir. İddiaçı iddia ərizəsində və sonradan apelyasiya şikayətində bu cür norma kimi Mülki Məcəllənin 1117-ci maddəsinə istinad olunmasını xahiş etmişdir. “Müqavilə öhdəliklərinin və ya digər vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” adlanan həmin normada göstərilir ki, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü n əzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Lakin işə baxmış məhkəmələr həmin normanın dispozisiya şərtləri əsasında işin hallarına qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Mülki Məcəllənin 1118-ci maddəsində sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi həcmi və xarakterinə dair müddəalar əksini tapmışdır. 1118.1-ci maddəsinin tələbinə görə, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Mülki Məcəllənin 1118.2-ci maddəsinə əsasən, itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qa zanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər (Mülki Məcəllənin 1118.3-cü maddəsi).
23. Məhkəmələr iddianı rədd edərkən, eyni zamanda iddiaçının N saylı hərbi hissədə stasionar müalicə zamanı düzgün müalicə olunmadığına dair heç bir sübut təqdim edilmədiyinə əsaslanmışdır. Lakin irəli sürülmüş ziyan tələbinin əsasını təkcə düzgün olmayan müalicədən gələn nəticə təşkil etmir. Yəni iddiaçının düzgün müalicə olunmadığı sübuta yetməsə belə, iddianın düzgün həlli üçün “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsinin dispozisiya şərtlərinin mövcud olub-olmaması araşdırılmalıdır.
28. Məhkəmə kollegiyası yuxarıda göstər ilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 21(107)-262/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.