Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-203/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icazənin geri alınması barədə sərəncamın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “icazənin geri alınması barədə sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1948/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin müstəntiqinin 2 iyun 2020-ci il tarixli qərarı ilə “Mercedes-Benz” markalı **-BF-***/**-ZD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 243.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur.
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli sərəncamı ilə BYD kitabçasından istifadə etməklə X4nda iştirak etmək üçün İddiaçı (unikal BYD kodu AZE/075/142) verilmiş icazə geri alınmışdır.
3. Sərəncamda qeyd olunmuşdur ki, Dövlət Gömrük Komitəsinin 17 yanvar 2019-cu il tarixli 1000/012 nömrəli sərəncamı ilə verilmiş 0114 nömrəli icazə əsasında BYD kitabçasından istifadə etməklə X4nda iştirak etmək hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı İddiaçı (unikal BYD kodu AZE/075/142) tərəfindən tərtib olunmuş “001551” nömrəli əmtəə-nəqliyyat qaiməsi (CMR) və “02” nömrəli invoysla İran İslam Respublikasından (“Fors Trading LLC” şirkətinə) “yemiş” yükü aparmaq məqsədilə 31 may 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postu vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etd iyi “Mersedes-Benz” markalı **BF-***/**-ZD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “Astara” gömrük postunda həyata keçirilmiş gömrük yoxlaması zamanı 526 bağlamadan ümumilikdə 523 kq 700 qram narkotik vasitə heroin aşkarlanaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli qaydada keçirilmə cəhdinin qarşısı gömrük orqanları tərəfindən alınmışdır.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2021-ci il tarixli 1(099)-270/2021 saylı hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, X1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-671/2022 saylı iş üzrə 06 sentyabr 2022ci il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2021-ci il tarixli 1(099)-270/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «icazənin geri alınması barədə sərəncamın ləğv edilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin BYD (X4) kitabçasından istif adə etməklə X4na buraxılması haqqında 17 yanvar 2019-cu il tarixli 0114 nömrəli icazə ilə fiziki şəxs İddiaçı X4na icazə verilmişdir. 2020-ci ilin iyul ayının sonlarında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) İddiaçı hər hansı bir sənəd təqdim olunmadan, qeyri-rəsmi şəkildə bildirilmişdir ki, ona verilmiş icazə geri alınmışdır. İddiaçı vəkili 7 avqust 2020-ci il tarixli 434/2020 saylı vəkil sorğusu ilə Dövlət Gömrük Komitəsinə müraciət edərək, həmin icazənin geri alınması barədə sərəncamın surətinin təqdim olunmasını xahiş etmişdir. Həmin sorğuya cavab olaraq 22 avqust 2020-ci il tarixli 1000-130/1xx-xx/015239 nömrəli məktubla Komitədən iddiaçının vəkilinə bildirilmişdir ki, “BYD kitabçasından istifadə etməklə X4nda iştirak etmək üçün Dövlət Gömrük Komitəs inin 17 yanvar 2019-cu il tarixli 1000/10 nömrəli Sərəncamı ilə verilmiş 0114 nömrəli icazəyə malik fiziki şəxs İddiaçı (unikal BYD kodu AZE/075/142) tərəfindən tərtib olunmuş “001551” nömrəli əmtəə nəqliyyat qaiməsinə əsasən (CMR) həyata keçirilən daşıma zamanı gömrük yoxlaması nəticəsində 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində 523 kq 700 qram heroin aşkar olunmuşdur. Bu səbəbdən, BYD Kitabçası tətbiq edilməklə X4 haqqında Gömrük Konvensiyasının (BYD Konvensiyası, 1975) 9-cu əlavəsinin 2-ci hissəsinin 1-ci maddəsinin d) bəndinin tələblərini ciddi şəkildə pozduğuna görə Konvensiyanın 6-cı maddəsinin 4-cü bəndinə uyğun olaraq və Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının BYD (X4) kitabças ı tətbiq edilməklə daşıyıcıların X4na buraxılması qaydaları haqqında» Əsasnamənin müddəalarının tələbləri nəzərə alınaraq, sözügedən fiziki şəxsə verilmiş 0114 nömrəli icazə Komitənin 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli Sərəncamı ilə geri alınmışdır. Bununla əlaqədar, BYD Konvensiyasının 38-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, qeyd olunan fiziki şəxsin icazənin geri alınması barədə məlumatlandırılması üçün Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasında BYD proseduruna əməl olunmaqla malların gömrük nəzarəti altında daşınması zamanı milli zəmanət birliyi funksiyalarını yerinə yetirən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına (ABADA) 11 iyul 2020-ci il tarixli, 1000-130/0xx-xx/012527 nömrəli rəsmi məktub ünvanlanmışdır. Hesab edir ki, göstərilən əs asla icazənin ləğv edilməsi tamamilə qanunsuzdur.
8. Əvvəla, ona görə qanunsuzdur ki, avtomobildən aşkar edilmiş narkotik vasitəyə görə açılmış cinayət işinə İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunmamışdır. Bununla bağlı Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin böyük müstəntiqinin icraatında olan ********* nömrəli cinayət işi üzrə nəqliyyat vasitəsinin sürücüsü (X3) Azərbaycan Respublikasının CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tarixli, 4(004)-365/2020 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı y oxdur. Yekunda məhkəmə bəraət hökmü də çıxara bilər və müəyyən oluna bilər ki, nə daşıyıcının, nə də sürücünün heç bir təqsiri yoxdur. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan icazənin geri alınması tamamilə qanunsuzdur. Cavabdehin etirazları:
9. İddiaçı iddia ərizəsində qaldırdığı məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə ünvanlanmış müraciətinə aidiyyəti üzrə baxılmış və müvafiq cavab verilmişdir. Belə ki, Dövlət Gömrük Komitəsinin 17 yanvar 2019-cu il tarixli 1000/012 nömrəli sərəncamı ilə verilmiş 0114 nömrəli icazə əsasında X4 (BYD) kitabçasından istifadə etməklə X4nda iştirak etmək hüququ əldə etmiş Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (daşıyıcı, VÖEN: 7********) verilmiş icazə «BYD kitabçasından istifadə etməklə X4 haqqında Gömrük Konvensiyası (BYD Konvensiyas ı, 1975)»nın 6-cı maddəsinin 4-cü sənədinə və Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında BYD (X4) kitabçası tətbiq edilməklə, daşıyıcıların X4na buraxılması qaydaları haqqında» Əsasnamənin 4.3-cü bəndinə əsasən Komitə sədrinin 2020-ci il 8 iyul tarixli, 1000/140 nömrəli sərəncamı ilə geri alınmışdır, ona görə ki, hazırkı mübahisə üzrə iddiaçı qismində iştirak edən İddiaçı tərəfindən tərtib olunmuş əmtəənəqliyyat qaiməsi CMR və invoysla İran İslam Respublikasından Ukrayna Respublikasında “yemiş” yükü aparmaq məqsədilə 31 may 2020-ci il tarixdə CƏBGİ-nin “Astara” Gömrük Postu vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuş yük nəqliyyat vasitəsinə aparılmış gömrük yoxlaması zamanı 523 k q 700 qr heroin aşkarlanmışdır.
10. Qeyd olunan Konvensiyanın və Əsasnamənin müddəalarına əsasən icazə verilmiş şəxs (hüquqi və ya fiziki) göstərilmiş tələblərə riayət etmədikdə, eləcə də vergi və gömrük qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda verilmiş icazə geri alınır. Göstərilən tələbdən də aydın görünür ki, icazənin alınması üçün gömrük qanunvericiliyinin pozulması faktının olması kifayətdir.
11. Eyni zamanda, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.5-ci maddəsinə əsasən daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxsdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-358/2022 nömrəli, 18 yanvar 2022-c i il qərarı ilə (hakim R.T.Kərimli) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 8 iyul 2020-ci il tarixli, 1000/140 nömrəli sərəncamı ləğv edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X4 həyata keçirilən nəqliyyat vasitəsində belə halın aşkar olunması daşıyıcının vergi və gömrük qanunvericiliyinin tələblərinin birmənalı pozması kimi qiymətləndirilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq nəqliyyat vasitəsini idarə edən sürücü (Allahverdi Məmmədov) barəsində məhkəmə tərəfindən AR CPM-in 42.1.4-cü maddəsinə müvafiq olaraq (təqsirliyi sübuta yetirilmədiyindən) bəraət hökmü çıxarılmışdır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya i nstansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1948/2022 nömrəli, xx.xx.2022-ci il tarixli (hakimlər A.P.Oruczadə- sədrlik edən və məruzəçi, X.A.Cəmilova və X.Ə.Sarıyev) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
18. Şikayətin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.
19. Bundan başqa, şikayə tdə qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin, “BYD kitabçasından istifadə etməklə X4 haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası, 1975)”nın, eləcə də Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında BYD (X4) kitabçası tətbiq edilməklə daşıyıcıların X4na buraxılması qaydaları haqqında Əsasnamə”nin tələblərinin pozulduğunu, müvafiq icazənin alınmasına əsas və səbəb olmuş halları nəzərə almamışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 1.0.5. Daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları göm rük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxsdir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”: 2.1.3. Daşıyıcı – daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar. 2.1.8. Sürücü – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxsdir. Qaydaların müddəalarında sürücünün yükün daxilində olan məhsulları yoxlamaq sürücünün nəzarət sahəsinə aid deyildir.
23. Azərbaycan Resp ublikası Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında BYD (X4) kitabçası tətbiq edilməklə daşıyıcıların X4na buraxılması qaydaları haqqında» Əsasnamə: 1.1. Əsasnamə BYD kitabçası tətbiq edilməklə X4 haqqında Gömrük Konvensiyasına (1975-ci il BYD Konvensiyası) əsasən hazırlanmışdır. 3.4. Hüquqi və fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinə BYD kitabçası təqdim edilməklə gömrük möhürləri və plombları altında yük daşımalarına yararlı olmaları barədə gömrük orqanları tərəfindən şəhadətnamə verildikdən sonra X4na buraxıla bilər. 3.5. Dövlət Gömrük Komitəsi daxil olmuş sənədlərə on beş gün müddətində baxır və imtina üçün əsaslar olmadığı təqdirdə təminat birliyindən daxil olmuş müraciətdə qeyd edilən fiziki və hüquqi şə xslərin X4nda iştirakına Əsasnamənin 1 nömrəli Əlavəsində göstərilən formada icazə verilir. 4.3. İcazə verilmiş şəxs (hüquqi və ya fiziki) Əsasnamədə göstərilmiş tələblərə riayət etmədikdə, eləcə də vergi və gömrük qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda verilmiş icazə geri alınır.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhk əməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlilləri ni təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Cavabdeh iddiaçıya BYD kitabçası tətbiq edilməklə X4na iştirakına dair verilmiş icazənin geri alınması barədə 8 iyul 2020-ci il tarixli, 1000/140 nömrəli sərəncam qəbul etmiş və sərəncamın qəbulunu daşıyıcı kimi İddiaçı verilmiş həmin icazə üzrə X4nı həyata keçirən nəqliyyat vasitəsində gömrük nəzarəti zamanı narkotik maddə aşkar olunması ilə əsaslandırmışdır.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə raz ılaşaraq qeyd edir ki, İddiaçı X4 həyata keçirilən nəqliyyat vasitəsində aşkar edilmiş narkotik vasitəyə görə açılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmamış, nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikasının CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X2 AR CPM-in 42.1.4-cü maddəsinə əsasən (təqsirliyi sübuta yetirilmədiyindən) bəraət verilmişdir.
31. Cavabdehin şikayətdə qeyd etdiyi dəlilə gəldikdə, cavabdeh hesab edir ki, Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında BYD (X4) kitabçası tətbiq edilməklə daşıyıcıların X4na buraxılması qaydaları haqqında Əsasnamə”nin tələbinə görə, icazənin geri alınması üçün gömrük qanunvericiliyinin p ozulması faktının olması kifayətdir. Lakin cavabdeh iddiaçı tərəfindən həmin qanunvericiliyin məhz hansı müddəasının tələbinin pozulduğunu, bu pozuntunun (əgər belə pozuntu olmuşsa) baş verməsində iddiaçının təqsirli olduğunu və pozuntunun yuxarıda qeyd olunan nəticə ilə səbəbli əlaqədə olduğunu əsaslandırmamışdır.
32. İPM-in 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
33. Hazırkı işdə cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsi təmin olunması üçün əsaslar yoxdur.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1948/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.