Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-203/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər X15, X16, X20 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: sərəncamın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər X15, X16, X20 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “Bakı ş əhəri Əzizbəyov rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin X8 adına Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında xx.xx.2000-ci il tarixli, 948 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-2149/2024 nömrəli qərarından üçüncü şəxs X16 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əzizbəyov (indiki Xəzər) rayonu X17 İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 18 nömrəli qərarı ilə X4 (iddiaçının əri) Mərdəkan qəsəbəsində (indiki ünvan ünvan 1953 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Bakı şəhəri Əz izbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 948 nömrəli sərəncamına əsasən X11 Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün 500 kv.m torpaq sahəsi ayrılmışdır.
3. Eyni zamanda, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 948 nömrəli sərəncamına əsasən X5 Zirə qəsəbəsində 316 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
4. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli 48 nömrəli sərəncamına əsasən Şağan qəsəbəsi, 3-00/58 saylı torpaq sahəsində vətəndaş X9 tikdiyi 2 mərtəbəli 3 yaşayış otağı sahəsi - 42.7 kv.m, köməkçi sahə - 89.1 kv.m, açıq eyvan - 24.8 kv.m, cəmi torpaq sahəsi - 455.0 kv.m-dən ibarət olan yaşayış evinin qeydiyyata alınması qərara alınmışdır.
5. X9 ünvan 2 ünvanında yerləşən fər di yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. X15 mülkiyyətində olan fərdi yaşayış evini xx.xx.2016-cı il tarixdə X12 bağışlanmış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Əzizbəyov Rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin X8 adına Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında xx.xx.2000-ci il tarixli, 948 nömrəli sərəncamının ləğv olunmasını xahiş etmişdir.
8. İddia çı tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov rayon (indiki Xəzər rayonu) X17 İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 18 nömrəli Qərarı ilə iddiaçının əri mərhum X4 Mərdəkan qəsəbəsində (indiki ünvan ünvan 3953 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Ailə tərkibi 3 nəfərdən ibarət olmaqla, fərdi yaşayış evinin tikintisi 118.3 kv.m ümumi sahədə 66 kv.m yaşayış sahəsində həyata keçirilməlidir. Əri ilə birlikdə qeyd olunan sahədə fərdi yaşayış evi tikib, bu günə kimi həmin yaşayış sahəsində yaşamaqda davam edirlər. X1 30 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərinin vəfatından sonra miras əmlakın vərəsəlik qaydasında onun adına keçirilməsi məqsədi ilə Bakı şəhəri 9 saylı Notariat ofisində vərəsəlik işi açılmış, istifadəsində və fa ktiki sahibliyində olan 3/953 saylı sahədə yerləşən torpaq sahəsinə və torpaq sahəsində yerləşən tikiliyə (fərdi yaşayış evinə) dair müvafiq çıxarışın verilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarına müraciət edərkən məlum olmuşdur ki, faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə (fərdi yaşayış evinə) dair qanunsuz şəkildə əmlak qeydiyyatı aparılaraq X9 adına daşınmaz əmlaka dair çıxarış verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin əmlak bağışlama qaydasında X12 ötürülmüşdür. Sənədlərdən məlum olmuşdur ki, X9 adına Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 48 nömrəli sərəncamı saxtalaşdırılmış, qanunsuz və heç bir hüquqi qüvvəyə malik olmayan sərəncam mövcud olmuş, onun faktiki sahibliyində və istifadəsində olan torpaq sahə si və fərdi yaşayış evi həmin saxta sərəncam əsasında ilkin qeydiyyata alınaraq, sonradan X10 adına keçirilmişdir. Hansı ki, bu əməliyyatdan sonra bağışlama qaydasında notariat əməliyyatı aparılmışdır.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsi nin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. ‘’Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Bu səbəbdən də, Cavabdeh 2000-ci və 2015-ci illərə aid sənədləri (sərəncamlar və ona aid digər sənədlər) Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən xx.xx.2000-ci il tarixli, 948 nömrəli və xx.xx.2015-ci il tarixli, 48 nömrəli sərəncamların hansı əsaslarla verildiyini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1157/2023 nömrəli qərardadı ilə X15, X16 zəruri cəlbetmə qaydasında, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi isə adi cəlbetmə qaydasında, xx.xx.2023-cü il tarixli 2-1(112)-1157/2023 nömrəli qərardadı ilə X20 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
11. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.2000-ci il tarixli, 948 nömrəli və 48 nömrəli sərəncamı xx.xx.2015-ci il tarixli deyil, xx.xx.2015-ci il tarixli olmaqla, Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamlarda İddiaçı barəsində heç bir məlumat yoxdur.
12. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir, Əzizbəyov RİH-in (indiki xəzər RİH) arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 13/713 nömrəli qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 30 yanvar 2024-cü il tarixli 21(112)-1568/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin X8 adına Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında xx.xx.2000-ci il tarixli, 948 nömrəli sərəncamı ləğv edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Əzizbəyov rayon (indiki Xəzər rayonu) X17 İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 18 nömrəli Qərarı ilə iddiaçının əri mərhum X2 adına Mərdəkan qəsəbəsin də (indiki ünvan ünvan 1953 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi X2 və ailə üzvlərinin, o cümlədən hazırkı iddiaçının istifadəsinə verildikdən sonra, onların istifadəsində olduğu halda cavabdeh icra hakimiyyətinin mübahisələndirilən sərəncamı əsasında həmin torpaq sahəsi üçüncü şəxs X11 ayrılmış, onun mübahisəli torpaq sahəsi üzərində hüququ, cavabdeh tərəfindən məhz hazırkı iddia tələbinin predmeti olan sərəncam əsasında dövlət qeydiyyatına alınmış və bu barədə, ona müvafiq çıxarış verilmiş, sonradan bu hüquq digər üçüncü şəxslərə ötürülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Əzizb əyov İHnin (indiki Xəzər) arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli 948 nömrəli sərəncamı mövcuddur. Lakin həmin sərəncamda X15 barədə heç bir məlumat olmadığı qeyd edilmişdir. Həmçinin, məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000ci il tarixli, 948 nömrəli digər bir sərəncamı ilə “vətəndaş X3 adına Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi” ayrılmışdır. Belə ki, qeyd edilən sərəncamın arxiv nüsxəsi Dövlət arxivindən təqdim edildiyi halda, mübahisə predmeti olan eyni tarixli və eyni nömrəli sərəncamın arxiv nüsxəsi müəyyən olunmamışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, verilmiş sorğulara cav ab olaraq təqdim edilmiş sənədlərdən də müəyyən edilir ki, “vətəndaş X11 Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair” Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 nömrəli sərəncamının arxiv sənədinin mövcud olduğu öz təsdiqini tapmamışdır. Göründüyü kimi, eyni tarixlərdə və eyni nömrələrlə iki fərqli məsələni tənzimləyən inzibati akt mövcuddur. Hansı ki, mövcud qanunvericilikdə sərəncamlara və ya istənilən hüquqi sənədə nömrə və tarixin verilməsinin əsas məqsədi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq onun təkrarlanmasının və hüquqi qarışıqlığın (xaotik vəziyyətin) qarşısının alınmasından ibarətdir.
15. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, fərdi yaşayış evinin tikintisi ilə bağlı verilmiş sonrakı 2015-ci il sərəncamda istinad edilən (Əzizbəyov r ayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 13/713 nömrəli qərarı) inzibati akt da mövcud deyil və digər inzibati akt olan 948 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncam isə arxiv nüsxəsi olmaqla, başqa vətəndaşa torpaq sahəsinin ayrılmasını tənzimləyir. Belə ki, iş materialları və işin araşdırılmış halları ilə X9 adına Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 nömrəli və xx.xx.2015-ci il tarixli 48 nömrəli sərəncamlarının hansı əsasla verildiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, mübahisə predmeti olan “vətəndaş X11 Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair” Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 nömrəli sərəncamının həqiqiliyinə ciddi şübhələr var. Məhkəmə mübahisə predmeti olan sərəncamın həqiqiliyinin şübhəli olmas ına dair əlavə olaraq bildirmişdir ki, Cavabdeh başçısının “Şağan qəsəbəsi 3-00/58saylı torpaq sahəsində vətəndaş X9 tikdiyi fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması haqqında” xx.xx.2015-ci il tarixli, 48 nömrəli sərəncamında X11 Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 13/713 nömrəli qərarı ilə torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, 3-cü şəxsə torpaq sahəsinin ayrıldığını müəyyən edən inzibati akt isə xx.xx.2000-ci il tarixli, 948 nömrəli sərəncamdır. Məhkəmə həmçinin, 3-cü şəxs aid olan X9 tikdirdiyi fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması haqqında” Cavabdeh başçısının 48 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına münasibət bildirilməsini zəruri hesab etmişdir. Belə ki, qeyd edilən Sərəncamın ar xiv nüsxəsi olmamaqla yanaşı, Dövlət Arxivinin Bakı filialında mövcud olan 48 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncam “Türkan qəsəbəsində vətəndaş X7 torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə”dir. Göründüyü kimi, eyni ildə, yəni 2015-ci ildə eyni nömrə ilə (48 saylı) iki fərqli məsələni tənzimləyən inzibati akt mövcuddur. Qeyd edildiyi kimi, 3-cü şəxs barədə verilmiş sonrakı sərəncamın da göstərilən əsaslardan irəli gələrək həqiqiliyinə dair ciddi şübhələr mövcuddur.
16. Həmçinin, həmin inzibati aktla bağlı məhkəmə qeyd etmişdir ki, müvafiq sərəncam heç bir hüquqi əhəmiyyəti olmayan sənəddir. Belə ki, həmin inzibati aktda yaşayış evinin və torpaq sahəsinin qeydiyyata alınması göstərilmişdir. Göstərilən inzibati akt isə mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən tikililərin qeydiyyat alınması üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, hüquqların qeydiyyatının əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununla müəyyən olunmuşdur. Qeyd edilən inzibati akt (48 nömrəli, xx.xx.2015-ci il tarixli) isə həmin Qanunun 8-ci maddəsində göstərilmiş hüquqi əsas kimi müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmaqla mübahisələndirilən inzibati akt (X15 barəsində Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 948 nömrəli Sərəncamı) və həmin aktda əks olunmuş məlumatlar mötəbər hesab olunmamalı və qəbul edilməməlidir. İş materiallarında həmin inzibati aktın əsaslı olaraq “şübhədən kənar” olmasını sübut edən hər hansı məlumat (sənəd) mövcud deyildir. Belə ki, işdə yetərli mötəbər sübutlar mövcud olmadığından üçüncü şəxsə torpaq sahəsinin ayrılması barədə icra hakimiyyətinin mübahisələndirilən sərəncamı mötəbər sənəd qismində qəbul edilə bilməz.
17. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçının ərinə torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (indiki Xəzər) rayonu X17 İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 18 nömrəli Qərarı qüvvədədir, yəni ləğv edilməmiş və etibarsız sayılmamışdır. Həmin hüquqmüəyyənedici sənəd (qərar) hazırda qüvvədədir və mötəbərliyinə də hər hansı şübhələr yoxdur.
18. Üçüncü şəxs X16 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv ed ilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, S.R.Səlimova və M.N.Tağızadə) 15 avqust 2024-cü il tarixli, 21(103)-2149/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Üçüncü şəxs X16 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlillə ri:
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mübahisələndirilən sərəncamlar nəticəsində qeydiyyata alınmış əmlak hazırda onun və övladı Raul Musayevin mülkiyyətindədir. Hansısa qurumların öz işini düzgün aparmaması, sərəncamları düzgün qeydiyyata almaması nəticəsində başqasının mülkiyyətində olan əmlakın mübahisələndirilməsi istər ədalət, istərsə də qanunvericilik prinsiplərinə uyğun gələ bilməz. Başqasının əmlakda faktiki yaşaması iddiaçıya əmlakla bağlı subyektiv hüquq verə bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati icraat haqqında ” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə
4. Aidiyyət 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.... Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayə t etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə
36. İnzibati icraatda iştirakçılar... 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqa n həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur.... Maddə
58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qayda sında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər....
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin veril məsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılmas ı barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkə mə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırma ları yetərli hesab olunur.
31. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın hüquqi əsasına apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxa rıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-2149/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.