Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2030/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar İddiaçı1 və X1 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının nümayəndəsi Namiq Nurməmmədovun və vəkili Nəvazi Əzizlinin cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələbinə dair Bakı Apely asiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1111/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və X2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki,Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov küçəsi, 6D saylı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə İddiaçı1 və İddiaçı2 adlarına paylı mülkiyyət kimi qeydə alınmışdır. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixdə iddiaçılara məktub ünvanlaya raq bildirmişdir ki, ƏMDK-nin DƏDRX-nin seriya RX, 0639204 saylı, xx.xx.2015-ci il tarixli çıxarışı əsasında ünvan 1 ünvanında ümumi sahəsi 86.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə vətəndaş İddiaçı1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının xx xxxx 2009-cu il tarixli, 845 nömrəli qanuni ilə təsdiq edilmiş mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-3797/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianıntəmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov küçəsi, 6D saylı fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair İddiaçı1 və X1 adına müvafiq texni ki rəy, istismara icazə (hazırlıq aktının qeydiyyat nömrəsi və verilmə tarixi göstərməklə), təsdiq edilmiş sxem, bildiriş və qəbul aktı da daxil olmaqla müvafiq sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.2, 14.3, 33, 68.2, 73.1-ci maddələrinə, Mülki Məcəllənin 152.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə, Mənzil Məcəlləsinin 21, 22-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia işdə olan sübutlara görə əsaslı və qanunidir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təminedilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya in stansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1111/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi eyni maddi və prosessual hüquq normalarına istinad etməklə belə hesab etmişdir ki, iddiaçının iddia tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş ü zrə qanuni və ədalətli qərar qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilməsinə istinad edərkən, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2011-ci il tarixli, 05 nömrəli sərəncamında dəyişikliklər edilməsi haqqında xx xxxx 2011-ci il tarixli, 136 saylı sərəncamını nəzərə almamışdır. Belə ki, həmin Sərəncamın 4-cü bəndində qeyd edilir ki, Sərəncamın 4-cü bəndi aşağıdakı redaksiyada oxunsun: Şəxsi mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə məxsus olan evlərin 1-ci mərtəbəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin və zirzəmilərdəki qeyri-yaşayış sahələrinin pəncərə oyuqlarının qapı və ya vitrinlə əvəz edilməsi layihələri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqdan sonra İcra Hakimiyyəti Başçısının sərəncamları əsasında həyata keçirilsin. Eyni zamanda Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Eyni zamanda həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi müvafiq ərazi də qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Həmin Məcəllənin 80.5-ci maddəsində isə barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2008-ci il tarixli, 272 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə keçirilməsi Qaydalarının 3-cü maddəsində Dövlət nəzarətinin mərhələlər üzrə həyata keçirilməsi qaydası müəyyən edilmişdir. İddiaçı qeyd edilən qanunların tələblərinə məhəl qoymadan məqsədli şəkildə özbaşına yaşayış evində konstruksiya dəyişik liyi etmiş, birinci və ikinci instansiya məhkəmələri isə bu qanunsuzluğa göz yumaraq yuxarıda göstərilən hüquq normalarını hazırkı işə tətbiq etməli olduğu halda bunu etməmişdir. Apelyasiya instansiyası məhkəməsi onun iştirakını təmin etməmiş və qəbul etdiyi qərarda onun dəlillərinə hər hansı münasibət bildirərək, hüquqi qiymət verməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq norma larının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili N.Əzizli kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kol legiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı2 da vəkili N.Əzizlinın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları dərindən, tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsin ə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən yuxarıda göstərilmiş prosessual hüquq normalarına riayət etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi xx xxxx 2020-ci il tarixli qərarında Mənzil Məcəlləsinin bir neçə, o cümlədən 21.2-ci maddəsinə istinad edib, iddiaçının iddiasının əsaslı olduğu qənaətinə gəlsə də nəzərə almamışdır ki, iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.24-cü maddəsinə riayət edilməmiş, yəni, id diaçının müvafiq ərizəsinə keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı cavabdehə təqdim edilməmiş, işdə də bu sənəd yoxdur. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.6-cı və 21.7-ci maddələrinin tələblərinin pozulduğuna da qiymət verməmişdir. Belə ki, Mənzil Məcəlləsinin 21.6-cı maddəsinə görə keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və y a) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.6, 21.7-ci maddələrində müəyyən edilmiş hər hansı hərəkətlər edilməmiş, lakin apelyasiya instansiyası məhkəməsi işin bu mühüm hallarını araşdırmamış, nəticə etibarı ilə də onlara hüquqi qiymət verməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, işin 16-cı sahifəsində olan cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxxxx 2019-ci il tarixli 77-162 saylı cavab məktubunda iddiaçının xahişinin yerinə yetirilməsi üçün bir neçə konkret şərtlər göstərilmiş, lakin iddiaçı həmin məktuba yazılanlarla bağlı cavabdehə öz münasibətini bildirməmiş, birbaşa məhkəməyə iddia vermişdir, halbuki iddiaçının bu şərtlərə riayət edilməsini təsdiq edən sənədlər iş materiallarında da mövcud deyildir və apelyasiya instansiyası məhkəməsi sözügedən məsələni araşdırmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayətinin qalan hissəsi, iş üzrə çoxlu sayda sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-1111/2020 saylı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2030/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2030/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver