Məhkəmə qərarları › İş №2-1(102)-2030/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2030/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2030/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (bağ sahəsi) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdlü: xx.xx.1948-ci il; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində iddiaçının mülkiy yət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın, plan-ölçünün və ünvan verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(103)1005/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X5 bağlar sahəsindəki 89 nömrəli kooperativin 27 nömrəli orderinə əsasən iddiaçıya sahəsi 0,12 ha olan 321L nömrəli bağ ayrılmışdır.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının H-520-112 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamından çıxarışa əsasən siyahıda 27-ci göstərilən iddiaçıya Göradil 89 nömrəli BTK nəzdində 321L nömr əli bağ ayrılmışdır.

3. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi ünvandakı 321L saylı bağ sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və ünvanın verilməsinə dair cavabdehə müraciət etmişdir.

4. Cavabdehin 6 noyabr 2019-cu il tarixli, **********04 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, bağ sahəsinin naturada yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq olması, həmçinin bağ nömrəsinin sxematik xəritədə öz əksini tapmadığından ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L ünvanda yerləşən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququn un daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, həmin sahəyə aid plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir..

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.1994-cü ildə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Göradil Bağlar sahəsindəki 89 nömrəli kooperativinin 27 nömrəli orderi əsasında 0,12 ha torpaq sahəsində olan 321L nömrəli bağ ayrılmışdır. Qeyd olunan bağ sahəsi üçün iddiaçı tərəfindən Bağlar Təsərrüfatı İdarəsinə ümumilikdə 7440 rubl ödəniş edilmişdir. xx.xx.2006-cı ildə Bakı şəh ər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 2043 nömrəli məktubu ilə həmin bağ sahəsinin hasarlanmasına icazə verilmiş və bağ sahəsi tamamilə hasara alınmışdır. İddiaçı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak qismində qeydə alınması və həmin bağ sahəsinə plan və ölçünün tərtib olunması ilə bağlı cavabdehə müraciət etmiş və qeyd olunan müraciətinə cavab olaraq xx.xx.2009-cu il tarixli, **********604 nömrəli imtina bildirişi alınmışdır. İddiaçının sözügedən bağa aid olan sənədlərindən aydın olur ki, bağ sahəsi iddiaçının faktiki qanuni istifadəsindədir və sərhədləri məlumdur. İddiaçıya ayrılmış bağ sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir, döngə nöqtələri bəllidir, hüquqların qeydə alınması üçün lazımi sənədlər mövcuddur ki, iddiaçı bu sənədlər əsasında cavabdehə müraciət etmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-417/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L ünvanda yerləşən bağ sahəsi üzərində (faktiki ölçülərə uyğun) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, həmin sahəyə aid plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə cavabdehin imtinasını əsassız hesab etmişdir, belə ki, cavabdehin imtinası nda istinad etdiyi sxematik xəritənin məhkəməyə təqdim edilməsi barədə sorğu versə də cavabdeh belə bir sxematik xəritənin onda olmamasını bildirmiş və cavabdeh tərəfindən məhkəməyə 33 nömrəli BTK-ya ayrılmış ərazidəki bağ sahələrinin sxematik xəritəsi təqdim edilməmişdir, belə olan halda cavabdehin onda mövcud olmayan sxematik xəritəyə istinadən hansısa uyğunsuzluq barədə bildirdiklərinin heç bir əsası yoxdur. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi orderlə rəsmiləşdirildiyindən və order torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün əsas olduğundan order olduğu halda onun verilməsinə əsas olan başqa sənədlərin tələb edilməsinə əsas yoxdur. Bu mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinə əsasən Ləhiş bağlar sahəsində 60 nömrəli BTK nəzdində 0,13 ha torpaq sahəsi olan 69/70 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın qeydə alınması barədə iddiası üzrə qəbul edilmiş 2-1(102)174/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarında öz əksini tapmışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 21(103)-10 05/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayəti mahiyyətcə, imtina məktu bu, etiraz ərizəsi, eləcə də apelyasiya şikayəti ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Torpaq Məcəlləsinin 67, 68-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7, 9, 11.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsin in dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən i şə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil ed ir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

23. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

24. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

25. Hazırkı işin hallarına görə 9 nömrəli BTK Bakı şəhəri, Göradil bağlar sahəsində 321L nömrəli bağ sahəsini iddiaçıya ayırmışdır və iddiaçıya bu barədə 27 nömrəli order verilmişdir. İddiaçı həmin orderi cavabdehə təqdim edərək həmin bağ sahəsi üzərin də mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, bağ sahəsinin naturada yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq olması, həmçinin bağ nömrəsinin sxematik xəritədə öz əksini tapmaması imtinanın əsası kimi göstərilmişdir.

26. Bununla bağlı qeyd edilməlidir ki, cavabdehin imtinasında istinad etdiyi sxematik xəritənin məhkəməyə təqdim edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən sorğu verilsə də, cavabdeh belə bir sxematik xəritənin onda olmamasını bildirmiş və cavabdeh tərəfindən məhkəməyə 33 nömrəli BTK-ya ayrılmış ərazidəki bağ sahələrinin sxematik xəritəsi təqdim edilməmişdir, belə olan halda məhkəmələr tərəfindən düzgün olaraq qeyd edilmişdir ki, cavabdehin onda mövcud olmayan sxematik xəritəyə is tinadən hansısa uyğunsuzluq barədə bildirdiklərinin heç bir əsası yoxdur.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki işə əlavə olunmuş ekspertizaya dair X2 xx.xx.2021-ci il tarixli, 435 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi bağlar massivində yerləşən 321 L nömrəli bağ torpaq sahəsi ilə Göradil bağ massivində yerləşən, yaşıllaşdırma və abadlaşdırma məqsədi ilə X4 icarəyə verilmiş 1200 kv.m. torpaq sahəsinin (sonradan 900 kv.m. X6 və qalan 300 kv.m. X1 adına icarə müqaviləsi bağlanmışdır) üst-üstə düşmədiyi müəyyən edilir.

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşın maz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.

29. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 21(103)-1005/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar