Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2030/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1123/2023 nömrəli, 4 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək Lenin Komsomolu adına X9 təhsil almış, Azərbaycan SSR X11 Kimyası İnstitutuna girməzdən əvvəl iş təcrübəsi olmamışdır. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1984-cü il tarixdə Azərbaycan SSR X11 Kimyası İnstitutuna gənc mütəxəssis kimi 3 nömrəli laboratoriya mühəndisi vəzifəsinə işə götürülmüş, xx.xx.1985-ci il tarixdə “Bakıkimyaəczazavodu” keçirilmə il əlaqədar olaraq işdən çıxarılmışdır. xx.xx.1985-ci il tarixdə Azərbaycan SSR Elmlər Akademiyası X7n köçürülmə yolu ilə böyük kimyaçı kimi Mərkəzi Zavod laboratoriyasına işə götürülmüş, xx.xx.1986-cı il tarixdə Ampulalarda qlükoza inyeksiya məhsulun İstehsalı Sexinə texnoloq kimi keçirilmiş, xx.xx.1978-ci il tarixdə Ampul sexinin böyük həcmli ampulaların sahəsinə usta kimi keçirilmiş, xx.xx.1989-cu il tarixdə hazır dərman vasitələrinin istehsalı sexinin həblər sahəsinə usta kimi keçirilmiş, xx.xx.1991-ci il tarixdə həblər sexinin ustası olaraq hesab olunmuş, xx.xx.1992-ci il tarixdə həmin sexin rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdə həblər sexində rəis vəzifəsini icra edən təyin edilmiş, xx.xx.1997-ci il tar ixdə X5 kimyaçı keçirilmiş, xx.xx.1997-ci il tarixdə həmin laboratoriyada böyük kimyaçı vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2000-ci il tarixdə 11ci dərəcəli təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə xətt qurğularının tikintisi və təmiri sexinə 11-ci dərəcəli iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə təmir tikinti quraşdırma üzrə xidmət qrupuna 11-ci dərəcəli iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə X10 Tikintisi və Təmiri sahəsinə 11-ci dərəcəli iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə "xxxx" MMC-yə iş icraçısı işinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə işdən azad edilmiş, xx.xx.2009-cu il tarixdə X13 Şöbəsinə 13-cü dərəcə ilə rəis vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixdə 14-cü dərəcəli RMMŞ-yə rəis təyin edilmiş, xx.xx.2018-ci il tarixdə KMTQ-nin xx.xx.2018-ci il tarixli, 34 saylı əmrinə əsasən X3 Sektoruna sektor müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdən NRYTNnin xx.xx.2019-cu il tarixli, 089 saylı əmri ilə "xxxx" MMC-nin tabeli qurumu olan KMTQ-nin yeni təsdiq olunmuş strukturuna əsasən kabel magistrallarının mühafizə sektoruna 10-cu kateqoriyalı sektor müdiri təyin edilmişdir.
2. AMEA X14 tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli, 60/01-52 nömrəli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə kimi Kimya müəssisəsində işləyib. AMEA X7 “Korroziya inhibitorları” laboratoriyasında 19841985-ci illər ərzində gənc mü təxəssis kimi kimyaçı-mühəndis vəzifəsində çalışaraq, orqanizm üçün xüsusilə zərərli olan ağır əmək şəraitində tam iş günü işləmişdir. İddiaçı “Korroziya inhibitorları” laboratoriyasında işlədiyi müddətdə alkilfenolların, asetofenolların müxtəlif törəmələrini sintez etmişdir. Bu zaman o, formaldehid, xloroform, metanol müxtəlif aminlər, ammonyak, aldehidlər, krezollardan istifadə etmişdir. Laboratoriya şəraitində tərkibində kükürd və azot atomu saxlayan zəhərli birləşmələrdən istifadə etməklə müxtəlif korroziya inhibitorları sintez etmişdir. Təcrübələr zamanı brom, xlor və onun birləşmələrindən, kükürd ərintisindən, müxtəlif ketonlardan və onların törəmələrindən istifadə etmişdir. Bununla yanaşı sintez prosesində, həmçinin nitrat turşusundan, sulfat turşusundan, kalium-hidroksiddən, benz ol və fenol kimi kimyəvi maddələrdən də, istifadə olunmuşdur.
3. AMEA X14 tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 60/01- 1 nömrəli arayışın surətindən görünür ki, İddiaçı AMEA X7 “Korroziya inhibitorları” laboratoriyasında xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə 4 nömrəli laboratoriyanın mühəndisi (Siyahı № 2 bölmə 8 (kimya istehsalatı) punkt 8.1. (fəhlələr, rəhbərlər və mütəxəssislər)) vəzifəsində işləmişdir. O, 1 il 2 ay 1 gün zərərli iş stajına malikdir. Siyahı № 2, bölmə 8 (kimya istehsalatı) punkt 8.1. (fəhlələr, rəhbərlər və mütəxəssislər). Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın 23 yanvar 2007-ci il tarixində təsdiq edilməsi barədə 12 saylı Qərar. 4. "xxxx" ASC tərəfindən verilmiş 68 nömrəli, 10 dekabr 2021-ci il tarixli izahlı güzəştli arayışdan görünür ki, iddiaçı Bakı Kimya-Əczaçılıq Zavodunda aşağıdakı vəzifələrdə işləmişdir: xx.xx.1985-xx.xx.1986–cı illərdə X5 aparıcı kimyaçı (Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər) istehsalatda və sex laboratoriyalarında məşğul olan kimyaçılar); xx.xx.1986-xx.xx.1987-ci illərdə Ampullarda Qlükoza məhsulu istehsalı sexində texnoloq (Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) texnoloqlar; xx.xx.1987-xx.xx.1989-cu illərdə İri həcmli ampulalar istehsalı sahəsində usta (Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və biolo ji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) ustalar; xx.xx.1989-xx.xx.1991-ci illərdə HDV-ri istehsalı sexinin həbb istehsalı sahəsində usta ((Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) ustalar; xx.xx.1991-xx.xx.1992-ci illərdə həbb istehsalı sexində usta ((Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) ustalar; xx.xx.1992-xx.xx.1993-cü illərdə həbb istehsalı sexində rəis müavini ((Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) sex rəisləri və onların müavinləri; xx.xx.1993-xx.xx.1997-ci illərdə həbb sexində rəis (Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) sex rəisləri və onların müavinləri; xx.xx.1997- xx.xx.1997-ci il tarixlərdə X5 kimyaçı (Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) istehsalatda və sex laboratoriyalarında məşğul olan kimyaçılar; xx.xx.1997- xx.xx.1998-ci illərdə X5 aparıcı kimyaçı ((Siyahı № 2, bölmə 18 (dərmanların, tibb və bioloji preparatların və materialların istehsalı) punkt 18.8. “b” (rəhbərlər və mütəxəssislər)) istehsalatda və sex laboratoriyalarında məşğul olan kimyaçılar. İddiaçı 12 il, 10 ay, 12 gün zərərli iş stajına malikdir. Siyahı № 2, bölmə 18 (Dərmanların, tibbi və bioloji aparatların və materialların istehsalı) punkt 18.8 (b). Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın 23 yanvar 2007-ci il tarixində təsdiq edilməsi barədə 12 saylı Qərar.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05 yanvar 2022-ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, Mərkəzi Filiala təqdim edilmiş "Bakıkimyaəczasənaye” ASC-nin 10 dekabr 2021-ci il tarixli 68 nömrəli arayışında xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7 ay 15 gün ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqla rı ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan müddəti onun iş stajına daxil etmək mümkün deyil. Bu səbədən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 27 gün (xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01 mart 2022-ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, "Bakıkimyaəczasənaye” ASC-nin 10 dekabr 2021-ci il tarixli 68 nömrəl i arayışında xx.xx.1998- xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7 ay 15 gün ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrün onun iş stajına daxil edilməsi mümkün deyildir. Eyni zamanda Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Milli Elmlər X1 dair 18 yanvar 2022-ci il tarixli, 60/01-1 nömrəli arayışında xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən İnstitutun 4 nömrəli laboratoriyasında mühəndis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti müt əxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı onu işlədiyi mühəndis vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın kimya istehsalatı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarında və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) nəzərdə tutulan vəzifələrə uyğun olmadığı aşkar edilmişdir. Qeyd edilən fakt AMEA “X14” tərəfindən 22 fevral 2022-ci il tarixli akt ilə təsdiq edilmişdir. Bu səbəblərdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 27 gün (xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. 7. "Bakıkimyaəczasənaye” ASC tərəfindən verilmiş 68 nömrəli, 10 dekabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Bakı X2 Zavod Laboratoriyasına aparıcı kimyaçı vəzifəsinə qəbul edilmiş (əmr № 126-k, xx.xx.1985). xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi (öz xahişi) ilə işdən azad edilmişdir. Öz hesabına məzuniyyətlər – xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi.
8. Azərbaycan Milli Elmlər X6 İnstitutu tərəfindən verilmiş 60/01-22 nömrəli, 09 iyun 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə kimi Azərbaycan Milli Elmlər X6 İnstitutunda “Korroziya inhibitorları” laboratoriyasında kimyaçımühəndis vəzifəsində çalışaraq orqanizm üçün xüsusilə zərərli olan ağır əmək şəraitində tam iş günü işləmişdir. Onun “Korroziya inhibitorları” laboratoriyasında işlədiyi dövrdə mühəndis vəzifəsinin peşə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın bölmə 8-də (kimya istehsalatı) 8.1-ci bənddə göstərilən mütəxəssislərin peşə funksiyaları ilə eynidir. İddiaçı 1 il 2 ay 1 gün zərərli iş stajına malikdir. Siyahı № 2, Bölmə 8 (kimya istehsalatı) bənd 8.1 (fəhlələr, rəhbərlər və mütəxəssislər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli qərarı. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı 10 dekabr 2021-ci ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1961-ci ildə anadan olmuş, 6 0 yaşı tamam olduğu 10 dekabr 2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu tərəfindən 01 mart 2022-ci il tarixli cavab məktubu ilə müraciətindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə istinad edilməklə imtina edilmişdir. İmtinaya əsas kimi Azərbaycan Milli Elmlər X1 dair vermiş olduğu 18 yanvar 2022-ci il tarixli, 60/01-1 nömrəli arayışında xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində İnstitutun 4 nömrəli laboratoriyasında işlədiyi mühəndis vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göst əricilərin Siyahısı”da kimya istehsalatı bölməsində aşkar olunmamasına və bu səbəbdən də, onun güzəştli iş stajının 12 il 6 aydan az (12 il 2 ay 27 gün (xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil etməsi göstərilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassızdır. Çünki, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də, xüsusi stajı var. Belə ki, o, xx.xx.1984- cü ildən xx.xx.1985-ci ilə kimi Azərbaycan Milli Elmlər X6 İnstitutunun 4 nömrəli laboratoriyasına gənc mütəxəssis kimi mühəndis vəzifəsində və xx.xx.1985-ci ildən xx.xx.1998-ci ilə kimi Bakı Kimya Əczaçılıq Zavodunda işləmişdir.
11. Milli Elmlər X6 İnstitutunun 10 dekabr 2021-ci il tarixli 60/01-52 nömrəli arayışında göstərilir ki, İddiaçı AMEA X7 “Korroziya inhibitorları” laboratori yasında 19841985-ci illər ərzində gənc mütəxəssis kimi kimyaçı-mühəndis vəzifəsində çalışaraq, orqanizm üçün xüsusilə zərərli olan ağır əmək şəraitində tam iş günü işləmişdir. “Korroziya inhibitorları” laboratoriyasında işlədiyi müddətdə alkilfenolların, asetofenolların müxtəlif törəmələrini sintez etmişdir. Bu zaman o, formaldehid, xloroform, metanol, müxtəlif aminlər, ammonyak, aldehidlər, krezollardan istifadə etmişdir. Laboratoriya şəraitində tərkibində kükürd və azot atomu saxlayan zəhərli birləşmələrdən istifadə etməklə müxtəlif korroziya inhibitorları sintez etmişdir. Təcrübələr zamanı brom, xlor və onun birləşmələrindən, kükürd ərintisindən, müxtəlif ketonlardan və onların törəmələrindən istifadə etmişdir. Bununla yanaşı sintez prosesində, həmçinin nitrat turşusundan, sulfat turşus undan, kalium-hidroksiddən, benzol və fenol kimi zərərli kimyəvi maddələrdən də, istifadə olunmuşdur. Həmin bənddə xüsusi istehsalat və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər antikorroziya tərkiblərinin və örtük sexlərinin, bölmələrin, sahələrin işçiləri də, güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. O da, məhz antikorroziya (korroziya inhibitoru) laboratoriyasında xüsusi zərərli kimyəvi maddələrdən istifadə edərək sintez işlərində çalışmışdır. Qeyd edilən Siyahısının isə 8-ci bəndində göstərilən kimya istehsalatı əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əmək kitabçasına və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 68 nömrəli və Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ə.M.Quliyev adına X8 xx.xx.2021-ci il tarixli, 60/01-52 nömrəli arayışlarına əsasən 13 il 04 ay 28 gün güzəştli iş stajı vardır.
12. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 10 dekabr 2021-ci il tarixli 68 nömrəli arayışında onun xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində 7 ay 15 gün ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sosial sığorta stajına daxil edilmədiyindən yuxarıda qeyd edilən dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Eyni zamanda, iddiaçının iş stajına dair məlumatların yerində qarşılıqlı yoxlanılması zamanı onun işlədiyi mühəndis vəzifəsinin siyahısı”nın kimya istehsalatı bölməsinin (8) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri bəndində (8.1) nəzərdə tutulan vəzifələrə uyğun olmadığı aşkar edilmiş və 22 fevral 2022-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. 22 fevral 2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən, iddiaçının işlədiyi müddətdə 125 manat məbləğində əmək haqqına əmək şəraitinin zərərliliyinə görə əlavənin ödənilmədiyi və əlavə məzuniyyət hesablanmadığı müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 27 gün (xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7842/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olması öz təsdiqini tapmışdır. Məhkəmə eləcə də, iddiaçının ümumi iş stajına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə b ağlı qeyd edir ki, iddiaçının ümumi iş stajının 25 ildən artıq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halı işin mübahisəsiz halıdır. Sözügedən halları təkzib edəcək hər hansı bir sübut, dəlil məhkəmə araşdırması zamanı müəyyən edilməmiş və məhkəməyə təqdim edilməmişdir.
15. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən ə mək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi AMEA X15 tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tə ləbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1123/2023 nömrəli, 4 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov - sədrlik edən və məruzəçi, P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlər də çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya t əyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”: bölmə 8. 8.1-ci bəndinin 8.1.1-ci yarımbəndində 13-cü sətrində isə “antikorroziya tərkiblərinin və örtük” sexlərinin, bölmələrin, sahələrin - tam iş günü məşğul olan fəhlələri, rəhbərləri və mütəxəssisləri.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətini n verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bil ər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏ HKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfər ov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
30. Belə ki, hazırkı iş üzrə iddianın predmeti iddiaçının hüququnun yarandığı 10 dekabr 2021-ci ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
31. İlk öncə qeyd e dilməlidir ki, iddiaçının xx.xx.1984-cü il tarixli, ******* İT nömrəli əmək kitabçası üzrə xx.xx.1984-xx.xx.1985, xx.xx.1985-xx.xx.2009, 13.01,2009-cu illərdə azı 25 il ümumi sığorta stajına malik olması və həmin stajının 12 il 2 ay 27 gününü (xx.xx.1985- xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) güzəştli pensiya hüququ verən işlərdə çalışdığı, eləcə də onun 60 yaşının tamam olduğu 10 dekabr 2021-ci il tarixinə müvafiq pensiya kapitalına malik olduğu (Qanunun 9.1-ci maddəsinin həmin müddəası 29 iyun 2022-ci il tarixdən qüvvədən düşmüşdür) mübahisələndirilmir.
32. Cavabdeh tərəfindən mübahisələndirilən hallar, iddiaçının Mərkəzi filiala təqdim etdiyi Azərbaycan Milli Elmlər X6 İnstitutunun 18 yanvar 2022-ci il tarixli 60/01-1 nömrəli arayışında qeyd edilən - xx.xx.1984-xx.xx.1985-ci i llərdə İnstitutun 4 nömrəli laboratoriyasında işlədiyi “Korroziya inhibitorları” laboratoriyasında kimyaçı mühəndis kimi işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nda kimya istehsalatı (8) bölməsinin nəzərdə tutulmadığını, eyni zamanda, "xxxx" ASC-nin 10 dekabr 2021-ci il tarixli 68 nömrəli arayışında qeyd olunan dövrün xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasında (7 ay 15 gün) ödənişsiz məzuniyyət günlərinin, məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi əsas tutularaq, onun güzəştli stajına daxil edilə bilməz.
33. Mübahisə ilə bağlı işin apellyasiya məhkəməsi tərəfindən araşdı rılmış hallarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Milli Elmlər X6 İnstitutunun işə əlavə olunmuş 60/01-16 nömrəli 13 aprel 2022-ci il tarixli və 60/01-22 nömrəli 09 iyun 2022-ci il tarixli izahlı arayışlarında işəgötürən tərəfindən təsdiq edilir ki, İddiaçı xx.xx.1984-xx.xx.1985 (1 il 2 ay 1 gün) dövründə Azərbaycan Milli Elmlər X6 İnstitutunda “Korroziya inhibitorları” laboratoriyasında kimyaçı-mühəndis vəzifəsində çalışaraq orqanizm üçün xüsusilə zərərli olan ağır əmək şəraitində tam iş günü işləmiş və onun işlədiyi həmin vəzifə “Korroziya inhibitorları” laboratoriyasında işlədiyi mühəndis vəzifəsinin peşə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq u verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın bölmə 8-də (kimya istehsalatı) 8.1-ci bəndində göstərilən mütəxəssislərin peşə funksiyaları ilə eynidir.
34. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-cü il tarixinədək (1 il 2 ay 1 gün) olan dövrdə iddiaçıya zərərli işinə görə əlavə əmək haqqı və məzuniyyət verilmədiyini mübahisələndirən dəlilinə münasibət bildirilərək müəyyən edilmişdir ki, həmin əlavələrin verilməməsi iddiaçının qanunla müəyyən edilən hüququnu məhdudlaşdırılması üçün əsas ola bilməz. Ümumiyyətlə, Qanunun qeyd olunan norması ilə belə bir məhdudiyyət nəzərdə tutulmur.
35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının güzəştli stajının 12 il 6 aydan az olduğunu əsas tutularaq ona 60 yaşın dan güzəştli pensiya təyin olunmasından imtina olunması, onun əmək fəaliyyətinin göstəricilərinə və əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə zidd olmuş, bununla da iddiaçının hüquqları pozulmuşdur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş tələblərin, xüsusilə də güzəştli əmək stajının iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalm ır.
37. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1123/2023 nömrəli, 4 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.