Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2030/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi; işin hərtərəfli araşdırılma prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08.08.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-49 5/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının nümayəndəsinə bildirilmişdir ki, “Vətən müharibəsi” dövründə istefada olan polkovnik-leytenant İddiaçı Müdafiə Nazirliyinin tabeçiliyində olan N nömrəli hərbi hissədə xidmət keçmişdir. Bununla əlaqədar olaraq ona “Müharibə veteranı” statusu verilmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.N-ci il tarixli müvafiq əmrinə əsasən istefada olan polkovnikleytenant İddiaçı “Vətən müharibəsi” dövründə xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əl iyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli, 653 nömrəli məktubuna əsasən istefada olan polkovnik-leytenant İddiaçı verilmiş “Müharibə veteranı” statusu ləğv olunmuş və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır.
2. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin xx.xx.2022-ci il tarixli, 653 nömrəli məktubu ilə cavabdehin Kadrlar İdarəsinə bildirilmişdir ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarə rəisinin 28 sentyabr 2020-ci il tarixli 26/118 nömrəli telefonoqramasına əsasən 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən ezam olunmuş hərbi qulluqçularının adları “Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının Müharibə veteranı” və siqəsinin verilməsi üçün təqdim olunmuşdur. X6 Baş İdarəsi Hərbi Təhsil İdarəsinin Təhsil şöbəsinin rəisi-idarə rəisinin müavininin 29 noyabr N-ci il tarixli 707 nömrəli məktubuna əlavə olaraq göndərdiyi Nazirlər Kabinetinin qərarına əsasən göstərilən meyarların 1-ci, 2-ci və 3-cü bəndlərinə uyğun olmadığı üçün həmin hərbi qulluqçuların adlarının ‘Müharibə veteranı" və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi haqqında siyahıdan çıxarılması barədə müvafiq qərar qəbul edilməsi üçün göndərilir. Məktuba qoşmada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən tamamlama hərbi hissələrinə ezam olunmuş hərbi qulluqçuların adlı siyahısından görünür ki, iddiaçının adı 5-cı sırada göstərilmişdir.
3. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adl arının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubundan görünür ki, N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Əsas: Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 04 mart N-ci il tarixli 062 nömrəli əmri. 4. 4 saylı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 80 manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü müddətsiz təyin edilmişdir.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş N №-li hərbi hissə rəisinin xx.xx.2023-cü il tarixli, 14/1550 nömrəli məktubundan görünür ki, Azərbaycan R espublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən 037, 006, 1N, N və N nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər.
6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı yüksək döyüş hazırlığının, döyüş qabiliyyətinin təmin olunmasında şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəs inin komandiri tərəfindən verilmiş yanvar N-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının “Müharibə veteranı” adının ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək ona “Müharibə veteranı” adının ləğv edildiyi 2022ci ilin aprel ayından təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 iyul 1996-cı il tarixdən 25 dekabr N-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 2-ci Qarabağ Müharibəsi zamanı polkovnik-leytenant hərbi rütbəsində xidmət etdiyi Heydər Əliyev adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən döyüşlərin hərtərəfli təminatı ilə bağlı döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissədə ezamiyyətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı vuruşmuşdur. İddiaçı 25 dekabr N-ci il tarixdə “Hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən xəstəliyi ilə bağlı Ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə və fəal iştirak etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçıya əvvəlcə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi qərarı qəbul etmiş, sonra isə heç bir səbəb olmadan həmin addan məhrum etmişdir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün müraciət etmiş, lakin cavabdehin 05 iyul 2022-ci il tarixli 4/3-7792 saylı imtina məktubunda Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N-ci il tarixli müvafiq əmrinə əsa sən iddiaçının “Vətən müharibəsi” dövründə xidmət keçdiyi N nömrəli hərbi hissənin döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubuna əsasən, “Müharibə veteranı” statusunun ləğv edildiyi və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsinin dayandırıldığı bildirilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən verilmiş 9, 52, N və 69 saylı yol vərəqələrindən göründüyü kimi iddiaçı həmin hərbi hissələrdə döyüşlərin hərtərəfli təminatı ilə bağlı Heydər Əliyev adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Hərbi M əktəbindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçərkən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş gedən ərazilərdə: Ağcabədi, Beyləqan, Fizuli, Horadiz, Əhmədbəyli, Cəbrayıl və Qubadlı ərazilərində xidməti ezamiyyətlərdə olmuşdur. Həmin hərbi hissələrdə xidmət edərkən, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları almış və yerinə yetirmiş, ona təltiflər verilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adının ləğv edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunsuz hesab edilmiş, İddiaçı “Müharibə veteranı” adının ləğv edildiyi 2022-ci ilin aprel ayından təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı yüksək döyüş hazırlığının, döyüş qabiliyyətinin təmin olunmasında şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş yanvar N-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda apa rılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur. Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalın vəsiqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidenti adından Müdafiə Nazirliyi tərəfindən təltif edilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədlər məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir. Odur ki, sadalan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvv ələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən iddiaçının iddiasının təmin edilməsi üçün əsasdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-495/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı T.F.X4 adına Ali Hərbi Məktəbdən N nömrəli hərbi hissəyə ezam olunduqdan sonra hərbi hissənin maddi X3 avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir, lakin N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Həmçinin, o da müəyyən olunur ki, N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir, lakin iddiaçı həmin hərbi hissəyə ezam olunmamış, yəni həmin hərbi hissədə ümumiyyətlə olmamışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarının tamamilə ləğv edilməsini, birinci və apellyasiya instansiyası məhkəmələrində faktiki olaraq, müəyyən edilmiş hallar v ə sübutlar əsasında iddiaçı: Əbdüləzimоv Tаriyеl Fеyruz оğlunun iddialarının tamamilə təmin edilmələri ilə bağlı yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətini vermiş şəxs-Müdafiə Nazirliyinin əməkdaşı faktiki etiraf etmişdir ki, pоlkоvnik-lеytеnаnt Əbdüləzimоv Tаriyеl Fеyruz оğlu 04 oktyabr 2020-ci il tarixdən 15 oktyabr 2020-ci il tarixə kimi Cəbrayıl rayonu ərazisində (bu zaman həmin dövr ərzində inzibati işə əlavə olunmuş işğaldan azad olunmuş rayon, şəhər, qəsəbə və kəndlərin siyahısında qeyd edilir ki, Cəbrayıl şəhəri, Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri 04 oktyabr 2020-ci il tarixdə, Cəbrayıl rayonunun Şıxəli, Ağalı, sarıcalı, Mərəzə kəndləri 05 oktyabr 2020-ci il tarixdə, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 09 oktyabr 2020-ci il tarixdə və Cəbrayıl rayonunun Doşulu kəndləri 15 oktyabr 2020-ci il tarixdə işğaldan azad edilmişdir), 15 oktyabr 2020-ci il tarixdən 31 oktyabr 2020-ci il tarixə kimi Ağcabədi rayonu ərazisində (bu zaman qeyd edir ki, həmin ərazidə yerləşən Soltanlı kəndi 19 oktyabr 2020-ci il tarixdə, Minbaşlı kəndi 23 oktyabr 2020-ci il tarixdə və Xələfli kəndi 23 oktyabr 2020-ci il tarixdə işğaldan azad edilmişlər), 31 oktyabr 2020-ci il tarixdən 07 noyabr 2020-ci il tarixə kimi Ağcabədi, Fizuli, Cəbrayıl, Hadrut rayonları ərazilərində yerləşən Аzərbаyc аn Rеspublikаsının Müdаfiə Nаzirliyinin hərbi hissələrində hərbi xidmətdə olmuş (bu zaman həmin dövr ərzində inzibati işə əlavə olunmuş işğaldan azad olunmuş rayon, şəhər, qəsəbə və kəndlərin siyahısında qeyd edilir ki, Cəbrayıl rayonunun Çaprand, Haci İsaqlı, Qoşabulaq kəndləri 02 noyabr 2020-ci il tarixdə, Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri 04 noyabr 2020-ci il tarixdə, Fizuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanlılar kəndləri, Cəbrayıl rayonunun Məzrə, Yanarhac kəndləri 07 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmişdir) və döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmişdir.(İşğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərin siyahısı işin 141-151 vərəqələrindədir). 17. Аzərbаycаn Rеspublikаsının Müdа fiə Nаzirliyinin nümayəndəsi özü də etiraf edir ki, iddiaçının hərbi xidmətdə olduğu hərbi hissələr o zaman ancaq döyüş tapşırıqlarını yerinə yetirirdilər.
18. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən verilmiş 9, 52, N və 69 saylı yol vərəqələrindən(yol vərəqləri işin 108-111-ci vərəqələrindədir) görünür ki, 2-ci Qarabağ Müharibəsi zamanı polkovnik-leytenant hərbi rütbəsində Heydər Əliyev adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbində xidmət edən və qеyd оlunаn hərbi hissədə mühаribə dövründə хidmətini dаvаm еtdirən (хidməti еzаmiyyədə оlаn) İddiaçı оğlu döyüşlərin hərtərəfli təminatı ilə bağlı döyüş zonasına- Heydər Əliyev adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən Azərbaycan Respublika sının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ezam olunub, hərbi хidmət keçərkən, Azərbaycan Respublikasının ərаzi bütövlüyü uğrundа еrməni işğаlçılаrınа qаrşı döyüş gеdən ərаzilərdə: Ağcabədi, Beyləqan, Fizuli, Horadiz, Hadrut, Əhmədbəyli, Cəbrayıl və Qubadlı ərazilərində хidməti ezamiyyətdə olmuşdur. Həmin hərbi hissədə yəni o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi хidmət keçərkən, xidməti ezamiyyətdə olarkən, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi ilə müəyyən olunmuş bərabərlik hüququnu məhdudlaşdırmışdır. “(İ). Hamı qanun və məhkəmə qarşısında bərabərdir. (İİ). Kişi ilə qadının eyni hü quqları və azadlıqları vardır. (İİİ). Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. (İV). Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. (V). Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səl ahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. (Vİ). Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar”. Konstitusiyasının 26-cı maddəsi ilə müəyyən olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi təmin olunmamışdır. “ (İ). Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. (İİ). Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir”. Və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinin mülki işlər üzrə ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşıs ında bərabərliyi, həmin Məcəllənin 8.2 və 8.3-cü maddələrinin irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşma və işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz prinsiplərini kobud surətdə pozmuşdur.
20. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin 29 mart2024-cü il tarixli qərarının tamamilə ləğv edilməsini, birinci və apellyasiya instansiyası məhkəmələrində faktiki olaraq, müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçı: Əbdüləzimоv Tаriyеl Fеyruz оğlunun iddialarının tamamilə təmin edilmələri ilə bağlı yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraa tının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hü quqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas ı barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının “Müharibə veteranı” adının ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək ona “Müharibə veteranı” adının ləğv edildiyi 2022ci ilin aprel ayından təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
26. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 27 iyul 1996-cı il tarixdən 25 dekabr N-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 2-ci Qarabağ Müharibəsi zamanı polkovnik-leytenant hərbi rütbəsində xidmət etdiyi Heydər Əliyev adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən döyüşlərin hərtərəfli təminatı ilə bağlı döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissədə ezamiyyətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı vuruşmuşdur. İddiaçı 25 dekabr N-ci il tarixdə “Hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən xəstəliyi ilə bağlı Ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə və fəal iştirak etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçıya əvvəlcə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi qərarı qəbul etmiş, sonra isə heç bir səbəb olmadan həmin addan m əhrum etmişdir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün müraciət etmiş, lakin cavabdehin 05 iyul 2022-ci il tarixli 4/3-7792 saylı imtina məktubunda Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N-ci il tarixli müvafiq əmrinə əsasən iddiaçının “Vətən müharibəsi” dövründə xidmət keçdiyi N nömrəli hərbi hissənin döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubuna əsasən, “Müharibə veteranı” statusunun ləğv edildiyi və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsinin dayandırıldığı bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən verilmiş 9, 52, N və 69 sa ylı yol vərəqələrindən göründüyü kimi iddiaçı həmin hərbi hissələrdə döyüşlərin hərtərəfli təminatı ilə bağlı Heydər Əliyev adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçərkən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş gedən ərazilərdə: Ağcabədi, Beyləqan, Fizuli, Horadiz, Əhmədbəyli, Cəbrayıl və Qubadlı ərazilərində xidməti ezamiyyətlərdə olmuşdur. Həmin hərbi hissələrdə xidmət edərkən, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları almış və yerinə yetirmiş, ona təltiflər verilmişdir.
27. Lakin cavabdeh mübahisəli məsələdə fərqli mövqedən çıxış etmiş, belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstə rən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubundan görünür ki, N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Əsas: Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 04 mart N-ci il tarixli 062 nömrəli əmri.
28. X5 adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.N-ci il tarixli 22 №-li əmrindən çıxarışdan görünür ki, Baş Qərargah rəisinin müavini-Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin "Səfərbərlik zamanı yerdəyişmə Planı"na uyğun olaraq, döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifərə təyin edilən aşağıda adları çəkilən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabitləri, Azərbaycan Respublikası Müdafiə nazirinin 16 yanvar N-ci il tarixli 0101 nömrəli əmrinə əsasən əvvəlki vəzifələrinə qaytarıldıqlarına görə 23 yanvar N-ci il tarixdən, N nömrəli hərbi hissədən gəlmiş hesab edilsinlər, ərzaq təminatına daxil edilsinlər, vəzifələrinin icrasına başlasınlar:
2. Polkovnikleytenant İddiaçı, X2-X3 avtomobil xidməti rəisi-Quru qoşunları fakültəsinin maddi- texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N-ci il tarixli 0101 nömrəli əmrindən çıxarış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 144, 147, 148, 149, 150, 151, 152, 153, və 154, nömrəli təyinat v ərəqələri.
29. Eyni zamanda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 232 №-li əmrindən çıxarışdan görünür ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 07 avqust və 18 sentyabr 2020-ci il tarixli planlarına müvafiq olaraq, aşağıda adları göstərilən hərbi qulluqçular döyüş tapşırığını yerinə yetirmək üçün 29 sentyabr 2020-ci il tarixdən qeyd olunan hərbi hissələrə getmiş hesab edilsinlər, 30 sentyabr 2020ci il tarixdən Məktəbin ərzaq təminatından çıxarılsınlar və ərzaq attestatı ilə təmin edilsinlər: -N nömrəli hərbi hissəyə - 90. polkovnik-leytenant İddiaçı, Quru Qoşunları fakültəsinin maddi-texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi. Əsas: Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1182 nömrəli telefonoqramı.
30. Bununla yanaşı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli, 245 №-li əmrindən çıxarışdan görünür ki, Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xidməti yerdəyişmə planına əsasən döyüş tapşırığını yerinə yetirmək məqsədilə göndərilmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin aşağıda adları çəkilən zabitləri Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 3 oktyabr 2020-ci il tarixli 0429 nömrəli əmrinə əsasən döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin olunmuş hesab edilsinlər: 2.Polkovnik-leytenant İddiaçı, Quru Q oşunları fakültəsinin maddi-texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi - Maddi - X3 Avtomobil Xidməti Rəisi. Əsas: Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 0429 nömrəli əmrindən çıxarış (dax ol.№ 478).
31. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-25-11/2-2687/23 saylı məktubu ilə göndərilmiş N №-li hərbi hissə rəisinin xx.xx.2023-cü il tarixli 14/1550 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən 037, 006, 1N, N və N nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında işt irak etmişlər.
32. Həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı yüksək döyüş hazırlığının, döyüş qabiliyyətinin təmin olunmasında şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur.
33. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş yanvar N-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur.
34. Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalın vəsiqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin adından təltif edilmişdir.
35. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 52 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi Beyləqan rayonları) və N hərbi hissədə (Fizuli (Horadiz) - Əhmədbəyli - Cəbrayıl rayonları) olmuşdur.
36. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş N nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi Beyləqan – Fizuli (Horadiz)- Əhmədbəyli - Cəbrayıl – Qubadlı rayonları) olmuşdur.
37. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 69 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nöm rəli hərbi hissədə (Beyləqan – Fizuli (Horadiz) - Cəbrayıl - Zəngilan rayonları) olmuşdur.
38. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 9 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi Beyləqan rayonları) və N hərbi hissədə (Fizuli (Horadiz) - Əhmədbəyli - Cəbrayıl rayonları) olmuşdur.
39. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə gəldiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-495/2024 saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən qərarında göstərmişdir ki, “iddiaçı T.F.X4 adına Ali Hərbi Məktəbdən N nömrəli hərbi hissəyə ezam olunduqdan sonra hərbi hissənin maddi X3 avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir, lakin N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Həmçinin, o da müəyyən olunur ki, N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir, lakin iddiaçı həmin hərbi hissəyə ezam olunmamış, yəni həmin hərbi hissədə ümumiyyətlə olmamışdır.”
40. Halbuki yuxarıda artıq göstərildiyi kimi, iddiaçıya Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən, o cümlədən döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə xx.xx.2020-ci il tarixdə Fəxri Fərman verilmiş, bundan başqa hərbi hissə komandirinin yanvar N-ci il tarixli Fəxri Fərmanında göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrun da aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur, eyni zamanda iddiaçı hərbi xidmətdə fərqlənməyə görə Azərbaycan Respublikası Prezidentinin adından 3-cü dərəcəli medalla təltif edilmişdir.
41. Bununla yanaşı qeyd edilməlidir ki, yuxarıda artıq göstərildiyi kimi, N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli yol vərəqələrindən görünür ki, iddiaçı N və N saylı hərbi hissələrdə olmuşdur.
42. Lakin apellyasiya instansiyası məhkəməsi işdə belə fərqli sənədlər olduğu halda, bu istiqamətdə həqiqəti üzə çıxartmaq üçün tam və hərtərəfli araşdırma ümumiyyətlə aparmamış, halbuki ən azından N saylı hərbi hissəsinin, eləcə də N s aylı hərbi hissəsinin komandirlərinə sözügedən məsələ ilə bağlı sorğular göndərilməli idi, lakin apellyasiya məhkəməsi bunu etməmişdir.
43. Digər tərəfdən cavabdeh iddiaçıya “müharibə veteranı” statusunu vermiş, sonradan onu ləğv etmişdir.
44. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi həmin məsələni də araşdırmamışdır.
45. Belə ki, cavabdeh tərəfindən bu proses “İnzibati icraat haqqında” qanuna əsasən aparılıb-aparılmadığı, o cümlədən iddiaçının buna cəlb edilib-edilməməsi yoxlanılmamış, bundan başqa sözügedən məsləyə dair heç bir materiallar tələb edilib öyrənilməmişdir ki, bu da İPM-in 12, 57-ci maddələrinin pozulması anlamına gəlir.
46. Bütün yuxarıda göstərilənlər əsasən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 21(103)-495/2024 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.