Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2031/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi, vəkil tərəfindən imzalanmaması və vəkil orderinin əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X2 Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, və Bədəlov İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 iyul tarixli 2-1(107)304/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh rəisi X1 xx xxxxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-1078/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 iyul tarixli 21(107)-304/2020 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəki l tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. Ona məhkəmə iclasının təyin olunduğu vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. Şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxılması 2020-ci il 27 oktyabr tarixə təyin edilmiş, icraatın iştirakçılarına bu barədə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırıcı hissə: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qəra r qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya aşağıdakı səbəblərə görə mümkün sayıla bilməz. İPM-in 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktı na yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi... əlavə olunur. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. İddiaçı bu barədə xəbərdar edilməsinə baxmayaraq, ona təqdim edilmiş bildirişdə göstərilən çatışmazlıqların aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən, m əhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 iyul tarixli 21(107)-304/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov X.S.Məmmədov K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-2031/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2031/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver