Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2031/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 iyul tarixli, 2-1(103)-855/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 16 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilən sənədlərdən göründüyü kimi onun 2006-cı il 1 yanvar tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 6 mart tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona ümumi əmək stajı 27 il 03 ay 18 gün, güzəştli iş stajı 24 il 03 ay 00 gün və yaş həddinin 55 il olduğunu nəzərə almaqla 2016-cı il 15 mart tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2018-ci il 15 mart tarixdən təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmı şdır ki, iddiaçı 1961-ci il 15 mart tarixdə anadan olmuşdur. Texniki peşə məktəbində 1978-ci il 1 sentyabr tarixdən 1979-cu il 13 avqust tarixədək, yəni 11 ay 12 gün təhsil almışdır. Həqiqi hərbi xidməti 1980-ci il 8 may - 1982- ci il 9 may tarixlərdə, yəni 02 il 00 ay 01 gün olmuşdur. O, 1982-ci il 27 sentyabr tarixdən əmək fəaliyyətinə başlamış, 1990-cı il 10 avqust tarixədək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuş, 1990-cı il 1 sentyabr tarixdən 1991-ci il 5 mart tarixədək 14 saylı Texniki Peşə Məktəbində quyuların əsaslı təmiri üzrə təhsil almış, 1991-ci il 24 may tarixdən “Əzizbəyovneft” NQÇİ-də quyuların əsaslı təmiri üzrə qazmaçının 4-cü dərəcəli köməkçisi kimi işə başlamış, 1995-ci il 21 dekabr tarixli əmrə əsasən həmin tarixdən həmin idarədə quyuların əsaslı təmiri üzrə qazma çı keçirilmiş və hal-hazıradək həmin vəzifədə əmək fəaliyyətini davam etdirir. Ümumi əmək stajı 35 il, 06 ay, 00 gün təşkil edir. Bu əmək stajının 28 il, 05 ay, 03 gününü neft və qaz emalı ‘'Əzizbəyov neft istehsalat İdarəsində" quyuların əsaslı təmiri üzrə qazmaçı vəzifəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini ilə əlaqədar iddiaçı 2019-cu il 22 oktyabr tarixdə cavabdehə müraciət etmiş, ona ünvanlanmış 2019-cu il 31 oktyabr tarixli, **********0 saylı cavab məktubu ilə tələb olunan sənədlərin təqdim edilməsi tövsiyə edilmişdir. Tələb olunan sənədlər 2020-ci il 7 yanvar tarixdə onun tərəfindən təqdim edilmişdir. Cavabdeh 2020-ci il 16 yanvar tarixdə **********3 saylı cavab məktubunda 2006-cı il 1 yanvar tarixədək ümumi iş stajının 25 ildən az olduğunu səbəb g ətirərək pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassız və qanunvericiliyə ziddir. Cavabdeh “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarlarının tələblərinə riayət etməmiş, ümumi iş stajını, güzəştli iş stajını və yaş həddinin hesablanmasında yanlışlığa yol vermişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını və “Azneft” istehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən tərtib edilmiş 2019-cu il 29 noyabr t arixli arayışı təqdim etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, onun hərbi qulluqda olduğu müddəti də nəzərə alınmaqla 1980-ci il 10 may tarixdən 2006-cı il 1 yanvar tarixədək ümumi iş stajı 20 il 09 ay 06 gün olmuş, iddiaçı əmək fəaliyyətinə 1986-cı il 14 avqust tarixdən başlamışdır. Hal-hazırda qüvvədə olan qanunvericiliyə görə iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ onun ümumi stajının 25 il, güzəştli pensiya hüququ verən peşələrdə azı 12 il 6 ay işləməsi və 60 yaşı olduqda təyin edilə bilər. İddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi 2006-cı il yanvarın 1-dək onun ümumi stajı 25 ildən az olduğundan ona münasibətdə “Vətəndaşlara pensiya təminatı haqqında” Qanunu tətbiq edilə bilməz. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İ nzibati Məhkəməsinin 2020-ci il 23 noyabr tarixli, 2-1(112)3905/2020nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı 2006-cı il 1 yanvar tarixədək 24 ilə yaxın ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona güzəştli şərtlərlə pensiya təyinatının aparılması üçün kifayət deyildir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 iyul tarixli, 2-1(103)-855/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 23 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən qeyd olunmuş əsaslı və mötəbər hallara düzgün hüquqi qiymət verilməmiş, sübutların hərtərəfli və obyektiv araşdırılmamış, iş üçün əhəmiyyəti olan halların qərar çıxararkən nəzərə almamış, maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. kassasiya şikayət inə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsaslarını imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş ye rindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;...
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğ u gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətid ir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 1961-ci il 15 mart təvəllüdlü iddiaçı 1978-ci il 1 sentyabr tarixdə Lənkəran vilayəti 113 nömrəli kənd texniki peşə məktəbinə daxil olmuş və 1979-cu il 13 avqust t arixdə həmin məktəbi bitirmiş, 1980-ci il 10 may tarixdən 1982-ci il 6 may tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. O, 1982-ci il 27 sentyabr tarixdən əmək fəaliyyətinə başlamış, 1990-cı il 10 avqust tarixədək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuş, 1990-cı il 1 sentyabr tarixdən 1991-ci il 5 mart tarixədək 14 saylı Texniki Peşə Məktəbində quyuların əsaslı təmiri üzrə təhsil almış, 1991-ci il 24 may tarixdən “Əzizbəyovneft” NQÇİ-də quyuların əsaslı təmiri üzrə qazmaçının 4-cü dərəcəli köməkçisi kimi işə başlamış, 1995-ci il 21 dekabr tarixli əmrə əsasən həmin tarixdən həmin idarədə quyuların əsaslı təmiri üzrə qazmaçı keçirilmiş və hal-hazıradək həmin vəzifədə əmək fəaliyyətini davam etdirir.
22. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddi açının «Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşədə (quyuların əsaslı təmirinin qazmaçıları 2130200a-11292) güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil etsə də, ümumi iş stajının 25 ildən az (24 il 06 ay 22 gün) təşkil etdiyi müəyyən olunmuşdur.
23. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinin tələbinin iddiaçı tərəfindən ödə nilmədiyi müəyyən olunmuşdur.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 iyul tarixli, 21(103)-855/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.