Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2031/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2416/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər (02 il 02 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.
2. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək V.İ.Lenin adına Şəki İpək kombinatının toxucu istehsalatında silgici vəzifəsində işləmiş (11 ay 25 gün); xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək 67 №-li şəhər peşə texniki məktəbində 16 nömrəli q rupda avto elektrik peşəsində oxumuş (01 il 5 ay 26 gün); xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Bakı şəhər Şurasının icra komitəsinin Bakı Baş tikinti avtoekspedisiya istehsalat idarəsinin 1 nömrəli avtobazasında 3 dərəcəli, 4-cü dərəcəli avto elektrik vəzifəsində işləmiş (06 ay 19 gün); xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək Sovet ordusu sıralarında hərbi xidmət etmiş (02 il 02 gün); xx.xx.1978-ci il tarixdə “Qlavbakstroy” 1 saylı avtobazaya 4-cü dərəcəli avto elektrik vəzifəsinə işə qəbul olunmuş, 5 dərəcəli avto elektrik vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixdə 3 dərəcəli sürücü vəzifəsinə keçirilmiş, xx.xx.1984-cü il tarixdə qurumun adı PATO “Qlavbakstroy” 3 saylı avtobaza adına dəyişdirilmiş, xx.xx.2000-ci il tarixdə "xxxx" ASC adlandırılmış və xx.xx.2005-ci il tarixdə öz xahiş ilə işdən azad edilmişdir (27 il 03 ay 12 gün).
3. İddiaçı ona yaşa görə pensiyanın təyin edilməsi barədə “Dost” Mərkəzinə müraciət etmiş və mərkəz tərəfindən ərizə və ona əlavə edilmiş sənədlər cavabdeh orqana göndərilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı "DOST” mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Təqdim olunan xx.xx.1973-cü il tarixində tərtib olunmuş əmək kitabçasına, H3 № ******* saylı hərbi biletinə və texniki peşə təhsili haqqında 452 saylı attestatının surətlərinə əsasən onun ümumi sığorta stajı 1 9 il 5 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda sığorta stajına uyğun pensiya kapıtalı 14.486,95 manat olmaqla qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan başqa, xx.xx.2006-cı il tarixindən 01 07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilir ki, Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021- ci il tarixli, BA-03323-2021 saylı arayışına əsasən "xxxx" ASC-nin 1978-2005ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyindən hə min dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək dövr sığorta stajına daxil edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (65) çatması və 25 il ümumi sığorta stajının olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya 65 yaşdan, yəni 15 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödəni lməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08 iyun 2021-ci il tarixində ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyini tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyini tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzi tərəfindən ərizə və ona əlavə edilmiş sənədlər baxılması üçün Filiala göndərilmişdir. Filialın 18 avqust 2021-ci il tarixli cavab məktubu ilə ona yaşa gö rə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Filialın iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassızdır.
8. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etirazın dəlilləri imtina məktubu ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilir ki, əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində olan məlumatlar ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının” 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən i mzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Bütün bunlara əsasən iddiaçının kifayət sosial sığorta stajı mövcud olduğundan yaşa görə əmək pensiyası təyin edilməmişdir.
9. Müdafiə Fondu tərəfindən şəxsə yaşa görə pensiya təyin edilməsindən imtina vermə əsaslarından biri kimi xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi qeyd edilmişdir. Belə ki, X1 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992-2006-ci illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdır. Halbuki lazım ola n pensiya kapitalı 28800 manatdır. X3 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, şəxsin həm sosial siğorta stajı, həm də pensiya kapitalı yoxdur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2656/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Ş.A.Həsənova) iddianın təmin edilməsi, iddiaçıya 65 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddi açının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil, hərbi xidmət müddəti, əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək artıq 32 il 03 ay 24 gün sığorta stajı mövcuddur. Buna görə də iddia təmin edilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qər arın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2416/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) K assasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı imtinanın və etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sı ğortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Maddə 1.0.10. Pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulm uş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il t arixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: Maddə 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Maddə 3.2. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Maddə 3.2.1. Qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sax laya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qər arı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Nəzərə almaq lazımdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə lazımi inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə i stinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
30. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu, inzib ati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
31. Hazırkı işdə kassasiya şikayətinin dəlilləri iddiaçının sığorta stajının 25 ildən az, yəni 19 il 5 gün olması, pensiya kapitalının kifayət qədər olmaması, əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntuların aşkarlanması, birinci səhifəsində olan məlumatların ilk işəgötürənin möhürü ilə təsdiq edilməməsi, eləcə də "xxxx" ASC-nin 1978-2005-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrə aid əmək fəaliyyətinin araşdırılmasının mümkün olmaması və buna görə də pensiya hüququnun yaranmaması ilə bağlıdır.
32. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından g örünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********527900 №-li, xx.xx.2021-ci il tarixli məktubundan və ona əlavə olunmuş "xxxx" ASC-nin Nizamnaməsindən görünür ki, idarədə olan reyestrə əsasən "xxxx" ASC (VÖEN:**********) xx.xx.2001-ci ildə dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC hüquqi şəxs olub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 19 dekabr 2000-ci il tarixdə D3165 saylı Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin bazasında yaradılmışdır.
33. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış ******** **80 №-li, xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 308 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23/15 məhəllədə yerləşən İstehsalat avtonəqliyyat birliyinin bazasında "xxxx" ASC-nin yaradılması qərara alınmışdır. xx.xx.2002-ci il tarixli işçilər haqqında məlumat cədvəlində əsas iş yeri İANB-nin Baş təsərrüfatı olan İddiaçı A.-nın xx.xx.1975-ci il tarixdən sürücü olduğu göstərilmişdir.
34. Kassasiya şikayətində əmək kitabçası ilə bağlı dəlilə məhkəmə tərəfindən münasibət bildirilərək qeyd edilmişdir ki, hazırkı işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının doldurulma qaydalarına uyğun olara q onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də həmin dövr üçün əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir.
35. Beləliklə nəzərə alınmalıdır ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 25 il sığorta stajı olmalı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pens iya təminatına imkan verməlidir.
36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan mümkün iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır.
37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya əmək pensiyanın təyin olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsinın gəldiyi nəticə qanuni və əsaslıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2416/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.