Məhkəmə qərarları › İş №2-1(102)-2032/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2032/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2032/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: (sosial müavinətinin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı sosial müavinətinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-272/2020 nömrəli iş üzrə xx.xx.2 020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1975-ci il tarixdə Ucar rayonunun Alpi kəndində anadan olmuşdur. Cavabdeh olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı xx.xx.2016-cı il tarixdən - xx.xx.2019-cu il tarixədək olan sosial müavinətinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2019-cu il tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Cavabdehə müraciət etdikdən sonra o, xx.xx.2019-cu il tarixdən etibarən Prezident təqaüdü ilə təmin olunmuşdur. Azərbaycan Respublikası müharibə veteranlarına 2005-ci ilin avqust ayından etibarən müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət verilir. O, müharibə veteranları üçün nəzərdə tutulmuş müavinəti almaq üçün DSMF-nin Ucar rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubla bundan imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli,2-1(116)-837/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbayca n Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş və xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək ödənilməmiş müavinətin birdəfəyə ödənilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinə, Azərbaycan Respublikası “Sosial müavinətlər haqqında” Qanununun 4.0.1.6, 7.0, 9.1 və 10.3-cü maddələrinə, Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanununun 3 və 7-ci maddələrinə, “Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsaslanaraq sosial müa vinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edildiyinə və iddiaçıya xx.xx.2016-cı il tarixdən - xx.xx.2019-cu il tarixədək müavinət ödənilməliolduğuna dair nəticəyə gəlmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-272/2020 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və Rafail Əliyev) qərarı il ə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun Ucar rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-837/2020 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı xx.xx.2016-cı il tarixdən - xx.xx.2019-cu il tarixədək olan sosial müavinətinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqa üdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanın 2.1.1-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 640 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının 3-cü bəndinə, Azərbaycan Respublikası “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsaslanaraq müraciətedilməzdən əvvəlki üç il üçün ödənilmə o halda tətbiq edilə bilər ki, şəxsə veteran vəsiqəsixx xxxxx 2019-cu il tarixdən əvvəl verilsin. Belə ki, 2019-cu il 1 aprel tarixdən sonramüharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan RespublikasıPrezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündənetibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaqhüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdətutulmamışdır. 2019-cu il 01 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusualmış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsitətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli,bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıolduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiya məhkəməsinin həmin qərarı qanunsuz, ədalətsiz və əsassız olduğundan, həmçinin maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Qərarda göstərilmişdir ki, məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Lakin onun apelyasiya instansiyasındakı məhkəmə iclasından heç bir xəbəri olmamışdır və həmin məhkəmə iclası ilə bağlı ona heç bir məlumat verilməmişdir. Ona xx.xx.2019-cu il tarixdən üç il əvvələ müavinət təyin edilməli idi. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Fərmanı isə Konstitusiyan ın və yuxarıda göstərilmiş Konstitusiya Qanununun qeyd edilən normalarına görə hüququ məhdudlaşdıra bilməz. Göstərilən sosial-təminat hüququ beynəlxalq-hüquqi sənədlərdə də (“İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsi, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsi) öz əksini tapmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(107)-272/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məh kəmə iclasına gəlmədiyi üçün işə onları n iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublik ası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsinin həmin qərarı qanunsuz, ədalətsiz və əsassız olduğundan, həmçinin maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Qərarda göstərilmişdir ki, məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri b arədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Lakin onun apelyasiya instansiyasındakı məhkəmə iclasından heç bir xəbəri olmamışdır və həmin məhkəmə iclası ilə bağlı ona heç bir məlumat verilməmişdir. Ona xx.xx.2019-cu il tarixdən üç il əvvələ müavinət təyin edilməli idi. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Fərmanı isə Konstitusiyanın və yuxarıda göstərilmiş Konstitusiya Qanununun qeyd edilən normalarına görə hüququ məhdudlaşdıra bilməz. Göstərilən sosial-təminat hüququ beynəlxalq-hüquqi sənədlərdə də (“İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsi, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsi) öz əksini tapmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətin də qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına AzərbaycanRespublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 apreltarixli 641 nömrəli Fərmanın 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il 01aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alanşəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordununtərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçılarıistisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinəyetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərb aycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının 3-cü bəndinə ə sasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir. Göründüyü kimi, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranm ış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Bu baxımdan da 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. 2019-cu il 01 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiq əsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın xx.xx.2020-ci il tarixli, 21(107)-272/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar