Məhkəmə qərarları › İş №2-1(102)-2032/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2032/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2032/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)-1233/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 18 avqust 2020-ci il tarixli, **********3812 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə iddiaçıya məxsus obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yükləməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət e dilməsi məsələsi üzrə 18 avqust 2020-ci il tarixdən 16 sentyabr 2020ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

2. Qeyd edilən yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 18 avqust 2020-ci il tarixdə Y201466712 nömrəli yoxlama kodu lə qeydə alınmışdır. 3. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” 19 avqust 2020-ci il tarixli, DVX seriyalı, 001095 nömrəli akta əsasən operativ vergi nəzarətinin keçirilməsi zamanı Binəqədi rayonu, Binəqədi ŞTQ, 1-ci mədən, 72 N ünvanında yerləşən, iddiaçıya məxsus obyektdə (anbarda) xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə nəzarət kassa aparatlarına 617717,00 manat vurulması, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsini 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsini 58.13-cü maddəsinə əsasən 61771,70 manat məb ləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Təqdim edilmiş malların elektron qaiməfaktura və topdan satılması əsasında həyata keçirilməsi (satılması) tövsiyə olunmuşdur. Akt vergi ödəyicisi tərəfindən imzalanmamış və bir nüsxəsi qəbul edilməmişdir. 4. 19 avqust 2020-ci il tarixli, DVX seriyalı, 000241 nömrəli “Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların Siyahısı”na əsasən iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən anbarda mal və digər sərvətlər aşkar olunmamışdır.

5. Cavabdehin 8 oktyabr 2020-ci il tarixli, **********499 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3, 58.13 və 71-1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23 və 49-cu maddələri əsas tutularaq, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 61771,70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

6. İddiaçı həmin qərardan Dövlət Vergi Xidmətinə şikayət vermişdir.

7. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 6 yanvar 2021-ci il tarixli, **********202800 nömrəli qərarına əsasən cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 8 oktyabr 2020-ci il tarixli, **********499 nömrəli qərarından iddiaçı tərəfindən verilən şikayət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı 25 yanvar 2021-ci ildə iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 8 oktya br 2020-ci il tarixli, **********499 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********3812 nömrəli qərar qəbul etmişdir. Bu məqsədlə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanda yerləşən anbarda xx.xx.2020-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirmişdir. Operativ vergi nəzarəti malların elektron qaimə-faktura əsasında təqdim edilməməsi faktını iddia edərək, xx.xx.2020-ci il tarixli, DVX seriyalı, 001095 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınması na və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, həmin akt iddiaçı tərəfindən imzalanmamışdır. Göstərilən aktın icrası məqsədi ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********8499 nömrəli qərar əsasında Cəmiyyət barəsində 61.771,7 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərardan narazı qalan iddiaçı 13 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İqtis adiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət təqdim etmişdir. Dövlət Vergi Xidmətinin 6 yanvar 2021-ci il tarixli, **********202800 nömrəli qərarı ilə cavabdehin xx.xx.2020-ci il tarixli, **********8499 nömrəli qərarı dəyişiklik edilmədən qüvvədə saxlanmışdır. Şikayət instansiyası inzibati araşdırma vaxtı ilə sübutların təqdim edilməsi barədə iddiaçı ilə əlaqə saxlamış və vergi orqanının tələb etdiyi sübutlar vaxtında təqdim edilmişdir. Lakin, vergi orqanı göstərilən dəlillərin həqiqətə uyğun olmadığını sübut etməmiş və ona görə də, göstərilən sənədlər mötəbər hesab edilməlidir. Şikayət instansiyası mübahisəli inzibati aktı qəbul edərkən göstərilən sübutlara hüquqi qiymət verməmişdir. Mübahisəli inzibati aktda yalnız Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edilmi ş və həmin maddənin tələbinin pozulması barədə hər hansı sübutun mövcud olması göstərilməmişdir. Həmçinin vergi orqanın tələbi ilə malların mədaxil, satış və qalığı hərəkətini göstərən sübut vergi orqanına təqdim edilmiş və vergi orqanı həmin sübuta qiymət verməmişdir. İddiaçının yalnız bir təsərrüfat subyekti mövcuddur. Göstərilən təsərrüfat subyekti anbar kimi xx.xx.2020-ci il tarixdə vergi orqanında qeydiyyatdan keçmiş və vergi orqanı tərəfindən **********-10001 saylı kod verilmişdir. Malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməklə digər təsərrüfat subyektinə verilməsi üçün digər təsərrüfat subyekti mövcud olmalıdır. Vergi orqanı göstərilən faktı araşdırmadan həmin haldan istifadə etmişdir. Göstərilən obyektdə pərakəndə satış keçirilməsi barədə vergi or qanının razılığı mövcuddur. Belə ki, obyekt pərakəndə satış məqsədi ilə vergi orqanında qeydiyyata alınmış və həmin obyektdə qoyulmuş kassa aparatı vergi orqanında qeydiyyata alınmışdır. Mallar pərakəndə satış qaydasında təqdim edilmiş və elektron qaimə təqdim edilməsi üçün sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura təqdim edilməmiş, həmçinin vergi orqanı göstərilən halı aşkar etməmişdir. Pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qay tarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Göstərilən hal operativ vergi yoxlaması nəticəsində sübut olunmamışdır. Mübahisəli inzibati akt Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələblərinin pozulması ilə hazırlanmışdır. Belə ki, həmin maddənin tələbinə əsasən nə operativ vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, nə vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələrı, nə də vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunmamışdır.

10. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda və etiraza əlavədə göstərilmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********3812 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Mədən 1-ci 72N ünvanında yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 617717,00 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2020-ci il tarixli DVX seriyalı 001095 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etməkdən və onu imzalamaqdan imtina etmişdir. Yuxarıda göstərilən akt əsasında Baş idarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********8499 nömrəli qərarı ilə iddiaçı barəsində 61771,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Elektron qaimə-faktura verilmədən təqdim edilmiş malların ümumi dəyəri nəzarət kassa aparatına vurulmuş məbləğlər əsasında müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə iddiaçı tərəfindən pərakəndə qaydada satılmış malların dəyərinin nə dərəcədə yüksək olduğu aydın görünür. Bu isə öz növbəsində həmin malların satışının (təqdim edilməsinin) məhz alıcının (alıcıların) sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyinin göstəricisidir. İddiaçı ərizəsində bildirir ki, fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Sübutların mötəbər hesab edilməsi həmin sübutların hər hansı faktın mövcud olub-olmamasını təsdiq etdiyi mənasını daşımır. “İnzibati icraata haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Daha sonra iddiaçı, yalnız bir təsərrüfat subyektinin mövcud olmasını əsas gətirərək, cavabdeh tərəfindən qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********8499 nömrəli qərar malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməklə digər təsərrüfat subyektinə verilməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının təqdim edilməməsinə görə dey il, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə qəbul edilmişdir. İddiaçının əsas fəaliyyət növü ixtisaslaşdırılmış topdansatışdır. İnzibati araşdırma zamanı iddiaçının 2020-ci il ərzində 3.117.390,0 manat gömrük dəyəri ilə meyvə idxal etdiyi, həmin dövr ərzində elektron qaimə-faktura əsasında mal təqdim etmədiyi və mal satışının nəzarət-kassa aparatı vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Elektron qaimə-faktura verilmədən təqdim edilmiş malların ümumi dəyəri nəzarət kassa aparatına vurulmuş məbləğlər əsasında müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə iddiaçı tərəfindən pərakəndə qaydada satılmış malların dəyərinin nə dərəcədə yüksək olduğu aydın görünür. Bu isə öz növbəsində həmin malların satışının (təqdim edilməsinin) məhz alıcının (alıcıların) s ahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyinin göstəricisidir. Bundan əlavə, iddiaçı malların sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə təqdim etdiyini etiraf edir. Daha sonra, iddiaçı iddia tələbini onunla əsaslandırır ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllədə nəzərdə tutulmuş operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərə daxil deyil. Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərdən biridir. Mübahisələndirilən qərar iddiaçının bildirdiyi kimi qanunun analogiyasının tətbiq edilməsi yolu ilə deyil, məhz Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edilərək qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərar qüvvədə olan qanunvericiliyə tam uyğundur. İddiaçı qərarın qanunsuz hesab edilməsinin əsası kimi yalnız mövcud olmayan prosessual pozuntulara istinad edərək, işin mahiyyəti ilə bağlı hər hansı dəlil və sübut irəli sürmür. Bu da, öz növbəsində mübahisələndirilən qərarın tam qanuni və əsaslı olduğunu bir daha təsdiq edir.

11. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3824/2021 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisin in vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 8 oktyabr 2020-ci il tarixli, **********8499 nömrəli qərarı ləğv edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı tərəfindən nəzarət kassa aparatına xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə 61771.70 manat məbləğində mədaxil edilməsi iddiaçının pərakəndə deyil, topdan satış ticarət fəaliyyətini həyata keçirməsi demək deyildir. Çünki, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarətkassa aparatı ilə aparır, eyni zamanda “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. Yalnız müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti el ektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Bu zaman isə alıcı məhsulun son istehlakçısı hesab olunduğu üçün pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də, vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Cavabdehin iddiaçının nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük məbləğlər mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə iddiaçıya məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması dəlili əsassızdır. Çünki, vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi müəyyən edilməmişdir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkə məsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)-1233/2022 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.Ə.Baxışova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3824/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçıya məxsus həmin anbardan malların satışı operativ vergi nəzarəti anında yox, həmin vergi nəzarəti həyata keçirilənə qədər olan dövrdə təqdim edilən mallara görə ona maliyyə sanksiyası tətbiq olunmuşdur. Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü mad dələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən bir nəzarət tədbiridir. Başqa sözlə, bu nə kameral nə də səyyar vergi yoxlaması deyildir ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrü yoxlanılmış olsun. Vergi nəzarəti cari, yəni, bu tədbirin faktiki olaraq həyata keçirildiyi dövrə münasibətdə vergi ödəyicisinin fəaliyyətinə nəzarət edilməsidir. Digər tərəfdən, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş “vergi ödəyicisi haqqında məlumat (ümumi) vərəqi”nə əsasən iddiaçının əsas fəaliyyət növü “ixtisaslaşdırılmış topdansatış” fəaliyyəti ilə yanaşı, həm də “meyvə və tərəvəzlərin pərakəndə satışı” fəaliyyəti növü də vergi orqanında qeydiyyata alınmışdır. İddiaçı tərəfindən mallar ona məxsus anbarda quraşdırıla n vergi orqanında uçotda olan nəzarət-kassa aparatı vasitəsilə alıcılara təqdim edilmiş, deməli, vergi orqanı mübahisələndirilən dövrdə, yəni nəzarət tədbiri keçirilənə qədər xeyli əvvəl iddiaçının həmin kassa aparatı vasitəsilə malların pərakəndə satışını həyata keçirdiyini bilirdi və ya ən azından bilməli idi. Ümumiyyətlə, mübahisələndirilən dövrdə vergi qanunvericiliyi ilə malların bir təsərrüfat subyektindən, o cümlədən anbardan, topdansatışı ilə yanaşı pərakəndə satışını qadağanedici norma da mövcud deyil. Mübahisələndirən dövrə münasibətdə vergi qanunvericiliyi malların “topdansatış” və “pərakəndə satış” konkret həcmlərini bir-birindən fərqləndirən (ayıran) normaları da mövcud olmamışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh qeyd edir ki, xx.xx.2020-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, 1-ci Mədən, 72N ünvanında yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 74 halda (bir çek üzrə orta məbləğ 8347 manat) ümumi dəyəri 617717,00 manat olmaqla malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2020-ci il tarixli DVX seriyalı 001095 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********8499 nömrəli qərarı ilə iddiaçı barəsində 61771,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura ) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Beləliklə, iri həcmli mal partiyalarının fizi ki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatını yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmiləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Vergi orqanı tərəfindən mövcud imkanlardan istifadə edilməklə malların sahibkarlıq fəaliyyəti məqsədilə alındığı tam sübuta yetirilmişdi r. Belə ki, təqdim edilmiş malların həcmi, iddiaçının əsas fəaliyyət növünün topdansatış olması, satışın topdansatış məqsədləri üçün istifadə edilən obyektdən həyata keçirilməsi həmin əməliyyatların məhz topdansatış ticarət fəaliyyəti sahəsinə aid olduğunu göstərir. Həmçinin, inzibati araşdırma zamanı iddiaçının 2020-ci ilin ilk 8 ayı ərzində 1.814.374,96 manat gömrük dəyəri ilə mal idxal etdiyi, həmin dövr ərzində elektron qaimə-faktura əsasında mal təqdim etmədiyi və böyük həcmdə (bir çek üzrə məbləğ 4.256,0 manatdan 16.800,0 manatadək dəyişir) mal satışının nəzarət-kassa aparatı vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Əsas fəaliyyət növü topdansatış olan müəssisə tərəfindən idxal edilmiş malları topdan qaydada təqdim etməməsi mümkün deyil, qeyd edilən fakt isə məhkəmə tərəfindən araşdırılmamışdır. Digər tərəfdən, vergi ödəyicisi meyvə satışı fəaliyyəti ilə məşğuldur ki, malın növü də satışın topdan qaydada satıldığını sübut edir. Artıq satılmış malların dəyərindən də məlum olur ki, həmin həcmdə meyvələrin şəxsi istehlak məqsədilə alınması mümkünsüzdür. Digər tərəfdən qeyd olunan əməliyyatlar ümumiyyətlə Azərbaycanın mövcud iqtisadi reallığı üçün minimum istehlak səbətinə də uyğun olmayan bir iqtisadi statistikadır. Məhkəmə kollegiyası həqiqətin müəyyən olunması üçün hər hansı bir addım atmadan işin formal hallarına (pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır) əsasən iddianı qanunsuz və əsassız olaraq təmin etmişdir. Məhkəmə kollegiyası heç bir sübut təqdim etmədən cavab dehin dəlillərini əsassız saymış və heç bir əsaslandırma aparmadan formal mülahizəsinə əsasən hesab etmişdir ki, mallar son istehlak məqsədləri üçün təqdim edilmişdir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Məsuliyyətə cəlb etmə ilə bağlı yeganə müddət məhdudiyyəti Vergi Məcəlləsinin 56.1-ci maddəsində əks edilib ki, hazırki halda 3 illik müddət ötürülməmişdir. Məhkəmə tərəfindən isə bu normalar nəzərə alınmamışdır. Məhkəmənin qənaətinə görə qanun pozuntusu yalnız operativ vergi nəzarəti tədbiri zamanı baş verməli, həmin tədbirdən əvvəl baş verdiyi halda isə qanun pozuntusunu törətmiş şəxs məsuliyyətə cəlb edilməməlidir. Bu cür yanaşma ağlabatan və düzgün hesab edilə bilməz, çünki operativ vergi nəzarətinin həyata keçirildiyini bilə-bilə, vergi orqanının vəzifəli şəxsi qarşısında heç bir vergi ödəyicisi qanunvericiliyi pozmaz və bu cür yanaşma operativ vergi nəzarəti məqsədlərinə ziddir. Operativ vergi nəzarətinin məqsədlərindən biri isə artıq baş vermiş, yəni keçmişdə törədilmiş hər hansı qanun pozuntusunu aşkar edərək qanunu pozmuş vergi ödəyicisini məsuliyyətə cəlb etməkdən ibarətdir. Operativ vergi nəzarətinin keçirilməsi üçün əsasları müəyyən edən Vergi Məcəlləsinin 50.2-ci maddəsi də buna dəlalət edir. Be lə ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə operativ vergi nəzarəti həyata keçirərək həmin pozuntunun həqiqətən də baş verib-vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni, hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatının quraşdırılması onun tərəfindən topdan qaydada təqdim edilən mallara dair elektron qaiməfaktura təqdim etmək vəzifəsindən azad etmir. Digər tərəfdən, satılmış malların nəzarət kassa-aparatı vasitəsilə rəsmiləşdirilməsi həmin malların pərakəndə qaydada satılması anlamına gəlmir. Operativ ve rgi nəzarəti nəticəsində həmin malların topdan qaydada satılması sübuta yetirilmişdir. Məhkəmə tərəfindən isə yuxarıda qeyd edilən hallar nəzərə alınmamış, maddi hüquq normaları düzgün təfsir edilməmiş, məsələyə birtərəfli yanaşılaraq əsassız qərar qəbul edilmişdir, malların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir. Məhkəmə kollegiyası formal mülahizələrini əsas tutmaqla iddianı təmin etmişdir. Həmin formal mülahizələrdən biri pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləği üzrə həddinin vergi qanunvericiliyində nəzərdə tutulmamasıdır. İş üzrə həqiqətin müəyyən olunması üçün xidməti vəzifəsinə əsasən araşdırma aparmalı olan məhkəmə kollegiyası heç bir əsas tapa bilmədiyi səbəbindən formallığa üstünlük vermiş və iş üzrə həddən artıq formalizmi tətbiq edərək cavabdehin məhkəməyə çatım hüququnu pozmuşdur. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam araşdırmamışdır. İddia xx.xx.2021-ci il tarixində qaldırılmışdır. Həmin tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsi ilə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, **********202800 tarixli yuxarı inzibati orqan tərəfindən şikayətin təmin edilməməsi barədə qərar mübahisələndirilmişdir ki, həmin qərar İnzibati Prosessual Məcəllənin 32.2-ci maddəsinə əsasən mübahisə predmeti ola bilməzdi. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********8499 nömrəli qərar isə iddiaçı tərəfindən 2021-ci ilin may ayında mübahisələndirilmişdir ki, bununla da iddia müddəti ötürülmüşdür. Məhkəmə isə qeyd edilən fa ktı nəzərə almamışdır. Məhkəmə kollegiyası tərəfindən Vergi Məcəlləsinin 13.2.62, 13.2.63, 50.1.13, 50.2, 53.1, 56.1 və 58.13-cü maddələrinin, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 69.4 və 38.1-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.6 2. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;... Maddə

15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.7. vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxsləri nin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;... Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisn a olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudların dan kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.5. Çıxarılmışdır. 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada ə mək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən v ergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının arada n qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.... 50.6. Operativ vergi nəzarətinin nəticələ ri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatd axili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.... 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.... Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normaları nın və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şi kayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qər arı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunverici liyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi operativ vergi nəzarətinin nəticəsi olaraq Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiya sının tətbiq edilməsi barədə qərarın əsaslığı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğ lərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarətidir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.

30. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “opera tiv vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18 avqust 2020-ci il tarixli, **********3812 nömrəli qərar qəbul etmişdir.

31. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması ba rədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda).

32. Hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18 avqust 2020-ci il tarixli, **********3812 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir, qərarda sadəcə Vergi Məcəlləsinin 50-ci maddəsinə ümumi şəkildə istinad edilmişdir.

33. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

34. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qə rar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.

35. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə m ünasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İn zibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.

36. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 18 avqust 2020-ci il tarixli, **********3812 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icr aat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir.

37. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsi nə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir.

38. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.

39. Hazırkı iş üzrə isə, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 18 avqust 2020-ci ildən 16 sentyabr 2020-ci ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında baş tutan deyil, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək ola n əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir.

40. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərkibi hesab edir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 8 oktyabr 2020-ci il tarixli, **********499 nömrəli qərarının qəbulunun vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.

41. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq norma larını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 21(103)-1233/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar