Məhkəmə qərarları › İş №2-1(102)-2032/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2032/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2032/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)55/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasına əsasən onun 1973-cü ildən əmək fəaliyyəti olmuşdur. İddiaçı: - xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisad çı; - xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Aqrarsənaye Komitəsində iqtisadçı, - xx.xx.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış iqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, - xx.xx.1989-cu ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azinform Aqroprom Respublika Mərkəzinə 1-ci dərəcəli iqtisadçı vəzifələrində işləmiş; - xx.xx.1991-ci ildə Aqrarsənaye Komitəsinin Azərkimya idarəsində böyük mühasib vəzifəsinə təyin olunmuş və xx.xx.1996-cı ildə başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş; - xx.xx.1996-cı ildə Abşeron rayonu üzrə X2 Dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuş və xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək Binəqədi rayonu üzrə X3 böyük dövlət vergi müfəttişi vəzifəsində işləmiş; - xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək Nizami rayon üzrə Vergilər idarəsinin nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləmişdir.

2. İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktub ünvanlayaraq onun müraciətindən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (10 il 2 ay 9 gün) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Aqrarsənaye Komitəsində iqtisadçı, xx.xx.1988-ci ildə köçürmə yolu ilə yeni y aradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, xx.xx.1989-cu ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azinform Aqroprom Respublika Mərkəzinə 1-ci dərəcəli iqtisadi vəzifələrində, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilədək X2 böyük dövlət vergi müfəttişi vəzifəsində işlədiyi 18 ildən artıq müddəti nəzərə alaraq ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsində işin hallarına (hazırkı qərarın 1-3-cü bəndlərinə) istinad edərək dövlət qulluğunda işlədiyi müddətin 18 ildən çox olmasını bildirmiş və cavabdehin imtinasını qanunsuz hesab etmişdir.

6. Cavabdeh tərəfindən iddia tələbinə dair təqdim edilən yazılı etirazda göstərilmişdir k i, iddiaçının dövlət qulluğundakı iş stajı 15 ildən az təşkil edir. İddiaçının işlədiyi olduğu peşələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dən dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə siyahıdakı peşələrlə tam uyğunluq təşkil etmir. İddiaçı siyahının 1.5 və 1.8-ci bəndlərində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət k omitələrinin aparatında və rayon aqrar-sənaye birliklərinin aparatında olan peşələrə istinad etsə də, öz əmək fəaliyyətini həmin aparatlarda həyata keçirməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5660/2021 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Aqrarsənaye Komitəsində iqtisadçı, xx.xx.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək Aqrarsənaye Komitəsinin Azər kimya idarəsində böyük mühasib (mütəxəssis), xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək X2 böyük dövlət vergi müfəttişi vəzifələrində işlədiyi 15 ildən artıq müddəti nəzərə alaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan (Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azəraqrarsənaye məlumat və təbliğat mərkəzi işlədiyi müddətin nəzərə alınması) hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun, “Dövlət qulluğu haqqında” Qanunun, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müra ciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzi fələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na istinad edərək qeyd etmişdir ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi Azəraqrarsənaye məlumat və təbliğat mərkəzi dövlət orqanının tabeliyində olan qurum olsa da, dövlət orqanı deyil. Bu səbəbdən də bu qurumda işlədiyi dövr dövlət qulluğu sayıla bilməz. İddiaçının ərizəsində göstərdiyi digər dövrlər isə dövlət qulluğu olmaqla əmək pensiyasının təyin edilməsində nəzərə alınmalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Məhkəmə sorğusuna cavab olaraq X4 17 avqust 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1981-ci il tarixli 299 nömrəli Qərarı ilə “Azərbaycan SSR Nazirlər Soveti yanında kənd təsərrüfatının aqrokimyəvi xidmətləri üzrə X6” haqqında Əsasnamə təsdiq edilmişdir. Qeyd edilən əsasnaməyə əsasən Azərbaycan SSR X1 Xidmət İstehsalat Elm birliyi təsərrüfat hesablı qurum olduğu üçün həmin birlik dövlət orqanı hesab edilmir. Lakin sözügedən Əsasnamənin nə zaman qüvvədən düşməsini və Azərbaycan SSR Aqrar Sənaye Komitəsi Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyinin 1991-1996-cı illərdə hüquqi statusunu (dövlət büdcəsindən maliyyələşməsini, dövlət orqanı statusuna malik olmasını) müəyyən etmək mümkün olmadığı üçün iddiaçının həmin illərdə işlədiyi müddətin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə münasibət bildirilməsi imkan xaricindədir. Yuxarıda adıçəkilən Siyahının 2.11-ci bəndində (xx.xx.1991ci il tarixdən xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında mövcud olan vəzifələr İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında orqanın aparatında dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. 1991-1996-cı illərdə Aqrokimyəvi Xidmətlər üzrə Respubli ka İstehsalat Elm Birliyi Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin yanında dövlət orqanı statusuna malik qurum olduğu və Təmir tikinti idarəsi həmin birliyin aparatının strukturunda nəzərdə tutulduğu halda qeyd edilən illər dövlət qulluğu stajına daxil edilə bilər.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-55/2023 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və M.N.Tağızadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5660/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək q ərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh qeyd edir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun dövlət qulluğunda iş stajı 15 ildən az (10 il 2 ay 9 gün) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasına əsasən onun xx.xx.1989-cu il tarixdən xx.xx.1991-cil tarixədək işlədiyi “Azəraqrarsənaye” X5 dövlət qulluğu nəzərdə tutulan iş yerlərinə aid edilə bilməməsi barədə məhkəmə qərarının əsaslandırma hissəsində məhkəmənin mövqeyi tamamilə əsaslı olsa da, iddiaçının xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Təmir-tikinti idarəsində işlədiyi mühasib vəzifəsinin dövlət qulluğu stajı kimi nəzərə alınması məsələsində məhkəmənin mövqeyi əsassız olduğuna görə iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Təmir-tikinti idarəsi təsərrüfat hesablı müəssisə olduğuna görə həmin dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

15. Cavabdeh kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7, 20.1, 20.11.1 və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə istinad edərək qeyd edir ki, iddiaçının qulluq stajı 15 ildə n az (10 il 2 ay 9 gün) təşkil etdiyinə görə onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına əlavələrin təyin olunması hüququ yaranmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.... Maddə

23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya tə minatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.... 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və m əcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan R espublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada m üəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir....

19. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materia llarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələ b edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 20-ci bəndinin “a” yarımbəndin də qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

24. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarına görə, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Aqrarsənaye Komitəsində iqtisadçı, xx.xx.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, xx.xx.1989-cu ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azinform Aqroprom Respublika Mərkəzin ə 1-ci dərəcəli iqtisadi vəzifələrində, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilədək X2 böyük dövlət vergi müfəttişi vəzifəsində işlədiyi 18 ildən artıq müddətin nəzərə alınaraq ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə çıxış edir.

25. Cavabdehin imtinasının, eləcə də kassasiya şikayətinin dəlilinə əsasən iddiaçının dövlət qulluqçusu kimi stajı 15 ildən azdır (10 il 2 ay 9 gün). Lakin iş üzrə cavabdehin konkret olaraq iddiaçının işlədiyi hansı illərin dövlət qulluqçusu kimi iş stajına əlavə edilməsinə dair xüsusat göstərilməmiş, apellyasiya instansiyası məhkəməsi də işin qeyd edilən halını, yəni mübahisələndirilməyən 10 il 2 ay 9 gün dövlət qulluqçusu stajının hansı dövrü əhatə etməsini dəqiqləşdirməmişdir.

26. Belə ki, birinci instansiya məhkəməsinin təm in etdiyi, apellyasiya instansiyası məhkəməsinin də dəyişdirmədən saxladığı iddianın təmin edilən hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dövlət qulluğu stajı 16 il 4 aydan çoxdur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin illərin hansı əsasla dövlət qulluğu stajına aid edilməsini qərarında əsaslandırmamışdır.

27. Apellyasiya instansiyası məhkəməsi sorğu ilə Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət edib iddiaçının işləmiş olduğu təşkilat və müəssisələrlə bağlı müvafiq sənədləri əldə edib iş materiallarına əlavə etsə də, həmin sənədlərin məzmununa istinad etməmiş, iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğuna aid edilib-edilməsi ilə bağlı müvafiq araşdırma aparmamışdır.

28. Mübahisələndirilən məhkəmə qərarında Azərbaycan Respublikası Prezidentin in 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na istinad olunsa da, iddiaçının işlədiyi vəzifələrin həmin Siyahıya əsasən uyğunlaşdırılması müəyyən edilməmiş, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş və öz qərarını lazımı qaydada əsaslandırmamışdır.

29. Apellyasiya instansiya məh kəməsi işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğuna aid edilməsi ilə bağlı iddia tələbini araşdırarkən nəzərə alınmalı olan vəzifələrin hazırkı qərarın 19-cu bəndində qeyd edilən Siyahıya ilə uyğunluğunu müəyyən etmədən əsassız olaraq yekun nəticəyə gəlmişdir.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 58.7 və 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

31. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılma sı tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

32. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

33. İşə təkrar baxan məhkəmə iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı onun işlədiyi vəzifələrin dövlət qulluğuna aid edilibedilməməsini tam, hərtərəfli və obyektiv araşdırmalı, həmin vəzifələrin yuxarıda qeyd edilən Siyahıya uyğunluğunu müəyyən etməli, bundan sonra nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir.

34. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 21(103)-55/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar