Məhkəmə qərarları › İş №2-1(102)-2033/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2033/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2033/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi İddiaçı Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin pensiya hüququ 2017-ci il 01 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 21(103)-443/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.1992-ci il tarixli, 1578 ş/h saylı əmri ilə xidmətə qəbul olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.200 4-cü il tarixli, 349 saylı əmri ilə DİO sıralarından xaric olunmuşdur.

2. İddiaçının müraciətləri nəticəsində Daxili İşlər Nazirliyi tərəfindən xidmət illəri yenidən hesablanmış və onun barəsində sonuncu tərəfindən “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan” 793 saylı məlumat vərəqəsi tərtib olunmuş, bundan sonra, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsinə əsasən 20 il, 1 ay, 2 gün xidmət illərinə görə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 il ödənilməsi üçün ödənilməmiş pensiya hesablanmışdır

3. İddiaçı ərizə ilə cavabdeh ə müraciət edərək ödənilməli olan 11 il 3 aylıq əmək pensiyasının yenidən hesablanması və birdəfəlik ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh 17 may 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən İddiaçı son 3 il müddətinə hesablanmış 11185,91 manat məbləğində fərq 2018-ci ilin may ayından etibarən hissə-hissə onun pensiyasının üzərinə əlavə edilməklə ödənilməkdədir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona ödənilməli olan 11 il 3 aylıq əmək pen siyasının yenidən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə həvalə edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.1992-ci il tarixli, 1578 ş/h saylı əmri ilə xidmətə qəbul olunmuşdur. Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli 349 saylı əmri ilə DİO sıralarından xaric olunmuşdur. Onun xidmət illəri yanlış hesablandığından 2018-ci ilin may ayına qədər o, təqaüddən məhrum olmuşdur. Lakin, 2017-ci ilin dekabr ayında onun xidmət illərinin düzgün hesablanmaması barəsində X22 cənab R.Usubova ərizə ilə müraciət etmişdir. Nəticədə xidmət illərinin düzgün sayılmaması öz təsdiqini tapmış və ona 01 may 2018-ci ildən 367.10 manat təqaü d təyin edilmişdir. Toplamda onun 12 fevral 2004-cü il tarixdən, yəni DİO sıralarından xaric olunduğu müddətdən 01 may 2018-ci ilədək, yəni, ona əmək pensiyası təyin edildiyi günədək 14 il 3 ay təqaüd hesablanmalı olduğu halda ona cəmi 3 illik təqaüd hesablanmışdır. Ona ödənilməli olan 11 il 3 aylıq təqaüd saxlanılmış və ödənilməmişdir. Bununla da, onun konstitusion hüququ olan sosial təminat hüququ pozulmuşdur.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-in 793 saylı əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsindən göründüyü kimi, qeyd edilən məlumat vərəqəsi DİN-yi tərəfindən 17 aprel 2018-ci il ta rixində tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat idarəsinə təqdim edilmiş və həmin məlumat vərəqəsinə əsasən ona hərbi qulluqçu kimi yaşa görə təminat xərcinin 50.16 faizi - 367.10 manat məbləğində 30 aprel 2018-ci il tarixində əmək pensiyası hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu səbəbdən də, tərəflərindən İddiaçı son 3 il müddətinə hesablanmış 11185.91 manat məbləğində fərq 2018-ci ilin may ayından etibarən hissə-hissə onun pensiyasının üzərinə əlavə edilməklə ödənilməkdədir. Əmək pensiyalarının öd ənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxilolmalar hesabına həyata keçirilir, bu da hər ay üçün sığortaedənlər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən – “əmək pensiyası ödənişinin maliyyə mənbələri” və maddə 6.2-ci – “əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə müəyyən olunan (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər) qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Əlavə olaraq həmin Qanunun 6.3-cü maddəsində qeyd edildiyi kimi “əmək pensiyasının yığım hissəsinin ödənilməsi müvafiq vəsait olduğu halda həyata keçirilir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2709/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakim: X3) iddia təmin edilmiş, iddiaçının pensiyasının yenidən hesablanması və 11 il 3 aylıq əmək pensiyasının birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xidmət illəri 20 təqvim ilindən artıq olduğundan, beləliklə onun pensi ya hüququ xidmətdən buraxıldığı vaxt artıq yarandığından, ona təyin edilmiş əmək pensiyası, pensiya hüququnun yarandığı vaxtdan yenidən hesablanmalı və ödənilməmiş pensiya məbləği ona birdəfəlik ödənilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-155/2020 nömrəli qərarı ilə (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X9 və X4) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabde h həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2-1(102)-1195/2020 saylı qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X12, X2) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pen siya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək əmək pensiyasının hesablanaraq birdəfəlik qaydada ödənilməsini xahiş etsə də, belə xahişlə 2018-ci ildə, yəni qərardadda nəzərdə tutulan tarixdən sonra inzibati orqana müraciət etmişdir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməlidir. Odur ki, iddiaçının tələbi əsassız olduğundan təmin oluna bilməz.

16. İddiaçı və R.Axundov ayrı-ayrılıqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəməni n İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər. ç. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində icraat

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı İddiaçı və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarı ilə Ramil Axundovun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38 və 60-cı maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. d. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 5 aprel 2022-ci il tarixli, 13- 1(102)-2(k)/2022 saylı qərarı ilə İddiaçı ona ödənilməli olan 11 il 3 aylıq əmək pensiyasının yenidən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2-1(102)-1195/2020 nömrəli qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2-1(103)-155/2020 nömrəli qərarı, X1 dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2-1(102)-2010/2020 nömrəli qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli, 2-1(103)-921/2020 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Ali Məhkəmənin Plenumu qərarında göstərmişdir ki, hazırkı işlər üzrə kassasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il 8 oktyabr tarixli qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 23 sentyabr tarixli qərarında Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli qərardadının Konstitusiyaya və qanunlara uyğun olmadığı müəyyən edilməmişdir. İş materiallarında İddiaçı və X7 pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara obyektiv və üzürlü səbəblərdən müraciət etmələrini əks etdirən hər hansı sübut, izahat mövcud deyildir. Odur ki, işlərə baxan məhkəmələr tərəfindən belə halların mövcudluğu ilə bağlı hər hansı araşdırma aparılmaması məhz bu amillə izah olunmalıdır. Bununla yanaşı, yeni apellyasiya baxışı zamanı işlərə baxan məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun qərarında və Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli qərardadında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq iddiaçılar tərəfindən inzibati orqana 2017-ci ilin 1 iyul tarixinədək müraciət etməmələrinin səbəblərini aydınlaşdırmalı, iş üzrə nəticəyə gələrkən həmin səbəblərin obyektiv xarakter daşıyıbdaşımamasına (üzrlü olub-olmamasına) qiymət verməlidir. e. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 2-1(103)-443/2023 nömrəli qərarı ilə (hakimlər: X21 (sədrlik edən və məruzəçi), X13 və X8) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə sinin 18 sentyabr 2019-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə xx.xx.2018-ci il tarixdə yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmama qla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfində iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2018-ci il tarixdən pensiya təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 il ödənilməsi üçün ödənilməmiş pensiya hesablanmışdır. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış ərizədən görünür ki, iddiaçı 27 iyun 2018-ci il tarixdə qarşı qanunsuz olaraq hesablanmamış 11 illik təqaüdünün hesablanıb verilməsini xahiş etmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı 27 iyun 2018-ci il tarixdə müra ciət etmiş, cavabdeh orqan tərəfindən xx.xx.2018-ci il tarixdə cavab məktubu verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya müraciət edilən tarixdən yalnız əvvəlki 3 il üçün hesablana bilər. İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək əmək pensiyasının hesablanaraq birdəfəlik qaydada ödənilməsini xahiş etsə də, belə xahişlə 2018-ci ildə, yəni qərardadda nəzərdə tutulan tarixdən sonra inzibati orqana müraciət etmişdir. Bununla yanaşı, iddiaçı pensiyanın yenidən hesablanması üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqana müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olm ayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməlidir. Odur ki, iddiaçının tələbi əsassız olduğundan təmin oluna bilməz.

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə qərarı əsassız olduğundan, eləcə də obyektivliyi özündə əks etdirmədiyindən ləğv edilməli, iddiaçının iddia tələbi təmin edilməlidir. iddiaçı tərəfindən 2017-ci il İ iyul tarixinədək inzibati orqana dəfələrlə müraciətlər edilsə də, İnzibati orqan tərəfindən həmin müraciətlərin qeydiyyatı aparılmamış, yalnız 2020-ci ildən sonra inzibati orqanda elektron sistem quraşdırıldığından həmin müddətdən sonra edilən müraciətlər qeydə alınmışdır. Bununla belə, hazırki iş üzrə cavabdeh inzibati orqan vətəndaşın müraciətlərinin qeydə alınmamasına dair məlumatın məhkəməyə verilməsində maraqlıdır. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.1992-ci il tarixli 1578 ş/h əmri ilə xidmətə qəbul olunmuşdur. Azərbaycan Respublikası DİN-İn xx.xx.2004-cü il tarixli 349 saylı əmri ilə DİO sıralarından xaric olmuşdur. İddiaçının xidməti illərim yanlış hesablandığından 2018-ci ilin may ayına qədər o təqaüddən məhrum olmuşdur. Lakin 2017-ci ilin dekabr ayında iddiaçının xidməti illərimin düzgün hesablanmaması bar əsində X22 cənab R.Usubova ərizə ilə müraciət etdikdən sonra xidməti illərinin düzgün sayılmaması öz təsdiqini tapmış və ona 01 may 2018-ci ildən 367,10 manat təqaüd təyin edilmişdir. Toplamda mənim 12 fevral 2004-cü il tarixdən, yəni DİO sıralarından xaric olduğu müddətdən 01 may 2018-ci ilədək, yəni, iddiaçıya əmək pensiyası təyin edildiyi günədək 14 il 3 ay təqaüd hesablanmalı olduğu halda ona cəmi 3 illik təqaüd hesablanmışdır. Ona ödənilməli olan 1 il 3 aylıq təqaüd saxlanılmış və ödənilməmişdir. Bununla da iddiaçının konstitusion hüququm olan sosial təminat hüququ pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-l(102]-1195/20 saylı qərarı və həmin qərarda istinad olunan AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-cİ il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadı Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Şəxsin vəziyyətini ağırlaşdıran normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur, heç bır halda nəzərdə tutulmamışdır, vətəndaşın konstitusion hüquqlarına ziddir. Belə ki, iddiaçının əmək pensiyası hüququ xx.xx.2004-cü il tarixində yaranmış, lakin iddiaçıya əmək pensiyası xx.xx.2018-ci il tarixindən əvvəlki 3 il üçün təyin edilmişdir. İddiaçının hüququnun yarandığı tarixdən (yəni xx.xx.2004-cü il) 01.05.201 5-ci ilə kimi 11 il 3 ay müddət üçün əmək pensiyası ödənilməmiş qalmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, işə baxılarkən "Əmək pensiyaları haq qında'' Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarının; "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010cu İl tarixli Qərarının; “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 saylı Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının tələbləri pozulmuşdur. b. kassasiya şikayətinə etirazı n dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.11-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənili r.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli 3/2020 nömrəli Qərardadı Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində ba xır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilmə məsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələnd irildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiy ası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin pensiya hüququ 2017-ci il 01 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının yenidən hesabla nması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiqi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının pensiya hüququnun yaranma anı xx.xx.2004-ci ildir. O, inzibati o rqana ilk dəfə pensiya təyin edilməsi üçün 27 iyun 2018-ci il tarixdə müraciət etmişdir. İşdə müraciətin 27 iyun 2018-ci il tarixədək edilməsinin şəxsin iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair sübutlar yoxdur. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsinə əsasən 20 il, 1 ay, 2 gün xidmət illərinə görə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 il ödənilməsi üçün ödənilməmiş pensiya hesablanmışdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə pensiya hüququnun yarandığı tarixdən təyin olunmalıdır. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 okt yabr 2020-ci il tarixli qərardadına uyğun olaraq, əvvəlki müddət üçün isə alınmamış pensiya məbləği müraciət edilən tarixdən əvvəlki üç illik dövr üçün ödənilməlidir. Çünki Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli Qərardadında “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsi qərara alınmışdır.

36. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 14 iyul 2022-ci il tarixli Qərarında onu da qeyd etmişdir ki, müvafiq işlərə baxan məhkəmələr 32.1-1-ci maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın t əyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.

37. Hazırkı işdə iddiaçı pensiyanın yenidən hesablanması üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqana müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları məhkəməyə təqdi m etməmişdir.

38. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməlidir.

39. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 21(103)-443/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar