Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2034/2020 25.09.2020 ALİ MƏHKƏMƏ İşin icraata qəbul edilməməsi barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev iş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 52 yaşının tamam olduğu 24.07.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2-1(112)-919/2020 nömrəli qərardadı ilə iddianın mü mkün sayılmaması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2020-ci il tarixli 21(103)-1472/20 nömrəli qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2-1(112)-919/2020 nömrəli qərardadının ləğv edilməsi, inzibati işin həmin məhkəməyə göndərilməsiqərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2020-ci il tarixli 21(103)-1472/20 nömrəli qərardadından narazı qalan cavabdeh həmin qərardaddan kasasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsində təsbit olunmuşdur ki, şikayət İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsində əsasən isə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kasasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kasasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun. Hazırkı işin hallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan şikayət verilə bilər. Apelyasiya instansiyası məhkəməsi isə sözügedən qərardadı ləğv edərəkinzibati işi həmin məhkəməyə göndərmişdir və həmin qərardaddan şikayət vermək hüququnu göstərməmişdir. Buna baxmayaraq cavabdeh kasasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsinin həmin qərardadından müəyyən olunur ki, məhkəmə birinci instansiya məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticəsini əsassız hesab etməklə iddianın mahiyyəti üzrə baxılmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə işi birinci instansiya məhkəməsinə qaytarmasına baxmayaraq qərardadın məzmunundan müəyyən olunur ki, yeni baxış zamanı mümkünlük məsələsinin həll e dilməsi üçün əlavə araşdırılmanın aparılmasına dair hər hansı göstəriş verilməmişdir. Əksinə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının hüququnun həqiqətən pozulub-pozulmadığını müəyyən edərkən yoxlamanı əsaslığın yoxlanılması qaydasında aparmış, lakin nəticədə isə iddia tələbini mümkün hesab etməmiş, bununla da qanunvericiliyinin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi işə baxmağa olduğu ilə bağlı olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbinə baxmalıdır. Belə olan halda isə həmin qərardaddan şikayət verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin 35, 83, 90 və 96-cı maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın. Ali Məhkəmənin hakimi Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-2034/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2034/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver