Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2034/2021 23.11.2021 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazi rliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə “fərdi yaşayış evinin yerləşdiyi faktiki tikintialtı sahənin daşınmaz əmlakın dövlət reyestrində 0,02247 ha. qeyd olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 2-1(103)-996/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsinin RX seriyalı ******* saylı 07.12.2017-ci il tarixli çıxarışına əsasən Ünvan1 ünvanda yerləşən ümumi sahəsi 198.85 kv.m olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir.
2. İnventar nömrəsi 04/8656, reyestr nömrəsi **********24-10301 olan, 04.12.2018-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, İddiaçı1 və İddiaçı2 məxsus Ünvan1 ünvanda yerləşən fərdi yaşayış evinin olduğu torpaq sahəsinin sənəd üzrə sahəsi 0.02 hektar, faktiki sahəsi 0.02247 hektar və tikintialtı sahəsi 0.02247 hektardır.
3. RX seriyalı ******* saylı 18.12.2017-ci il tarixli çıxarışa əsasən Ünvan1 ünvanda yerləşən ümumi sahəsi 198.85 kv.m olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi ½ hissəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı2 xüsusi mülkiyyətindədir. 4. 07.12.2017-ci il tarixli, reyestr nömrəsi **********24-10301 olan fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, Ünvan1 ünvanda yerləşən fərdi yaşayış evinin olduğu torpaq sahəsinin sənəd üzrə sahəsi 0.02 ha, faktiki sahə 0.02 ha və tikinti altı sahəsi 0.02 ha-dır.
5. RX Seriyalı ******* və ******* saylı 04.12.2018-ci il tarixli çıxarışlardan görünür ki, Ünvan1 ünvanda yerləşən ümumi sahəsi 183.0 kv.m olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi ½ hissə ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətindədir.
6. AN-İ seriyalı ******* saylı 14.12.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 183 kv.m fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi ½ torpaq sahəsinin paylı mülkiyyət üzrə İddiaçı1 məxsus olan ½ hissəsi 217305 manat müqabilində alıcı Bakı şəhəri Cavabdehnə satılmışdır.
7. Həmçinin, AN-İ seriyalı ******* saylı 14.12.2018-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 183 kv.m fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi ½ torpaq sahəsinin paylı mülkiyyət üzrə İddiaçı2 məxsus olan ½ hissəsi 159686 manat müqabilində alıcı Bakı şəhəri Cavabdehnə satılmışdır.
8. İddiaçıların Ünvan1 fərdi yaşayış evinin ölçülərində uyğunsuzluğun araşdırılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçılara ünvanlanmış **********61 saylı 15.05.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, daşınmaz əmlak dövlət qeydiyyatından keçmiş fərdi yaşayış evi sökülm üşdür. Həmin sökülmüş evin tikintialtı sahəsi 224.0 kv.m olsa da ilkin sənədlərə əsasən (bələdiyyə və məhkəmə qərarları) 200.0 kv.m hissəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Tikintialtı olmuş əlavə 24.7 kv.m. torpaq sahəsinə dair heç bir hüquqmüüəyyənedici sənədlər təqdim edilməmişdir.
9. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********40 saylı 09.04.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən, daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçmiş, ümumi sahəsi 198,85 kv metr olan fərdi yaşayış evi sökülmüşdür, evin faktiki tikintialtı sahəsi 224,7 kv metr olaraq texniki pasportda qeyd edilsə də, ilkin qeydiyyat zamanı təqdim edilən hüquqmüəyyənedici sənədlərə əsasən 200 kv.metr torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ünvan1 saylı fərdi yaşayış evinin yerləşdiyi faktiki tikinti altı sahəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınma z əmlakın Dövlət reyestrində 0,02247 ha. qeyd olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, həmçinin 24,7 kv.m. fərqi nəzərə alaraq ümumilikdə 12850 manat kompensasiyanın cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq iddiaçılara ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddiaçılar tələbi belə əsaslandırmışdır ki, Ünvan1 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyətçiləridirlər. Evin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında onlara məxsusdur. Mülkiyyət hüquqlarının qeydiyyatına dair onlara- İddiaçı1 verilmiş RX seriyalı ******* nömrəli çıxarışa və İddiaçı2 verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa ə sasən 0,02 ha (2 sot) torpaq sahəsi və bunun üzərində yerləşən, ümumi sahəsi 198.85 kv metrdan ibarət yaşayış sahəsi hər birinə 1/2 hissə olmaqla ümumi paylı mülkiyyətlərindədir. Hüquqları 2017-ci ilin dekabr ayında qeydiyyata alınmışdır. Evin yerləşdiyi torpaq sahəsi 18.09.2007-ci il tarixdən Azərbaycan Respublikasının keçmiş Dövlət və Xəritəçəkmə Komitəsində dövlət torpaq kadastrı kitabında 3008 nömrəsi ilə qeydiyyata alınmış, döngə nöqtələrinin koordinatları təyin edilmiş, buna dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi ******* saylı çıxarışda 0,02 ha göstərilsə də, həmin əmlaka dair AR-sı ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilən texniki pasportda onun mülkiyyətində olan 24,7 kv.m. göstərilmişdir. Yəni, ona ödənilə n kompensasiyada 24,7 kv.metr torpaq sahəsi nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun stasistik məlumatlarına əsasən halhazırda yaşadıqları zonada 1 kv.m. torpağın orta bazar qiyməti 3000-3300 manat, bir sot torpağın orta bazar qiyməti 300000-330000 manatdır. Ərizələrinə əlavə etdikləri 07.12.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan da görünür ki, mülkiyyətlərində olan daşınmaz əmlakın ümumi sahəsi 198,85 kv.m., torpaq sahəsinin ölçüsü isə 0,02 ha-dır. Lakin sonradan Yasamal rayonunda “Sovetski” adlanan ərazidə söküntü işləri aparılan zaman həmin əmlakın ölçülərinin müəyyən edilməsi üçün mütəxəssis tərəfindən ölçmə işləri aparılarkən müəyyən edildi ki, bu ölç mə düzgün aparılmamışdır. Bundan sonra, qeyd edilən ölçü fərqləri Dövlət reyestrində qeydə alınaraq ona 04.12.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və **********24-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportu verilmişdir. Surətləri hazırki ərizələrinə əlavə edilən hər iki sənədə nəzər saldıqda görünür ki, Texniki pasportda torpaq sahəsinin ölçüsü 0,02247 ha qeyd edildiyi halda, bu ölçü hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz əksini tapmamışdır.
12. Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(112)-4887/2020 saylı qərardadına əsasən iddiaçıların Cavabdehnə qarşı iddiası mümkün sayılmamışdır.
13. Məhkəmə qeyd etmişdir ki, art ıq bir dəfə iddiaçılar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia tələbi irəli sürərək onlara kompensasiya ödənilməsini məhkəmədən xahiş etmişdirlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2-1(81)-530/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı1 həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli, 2-1(103)-1285/2020 saylı qərarı ilə apellyasiya şikayəti rədd edilərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(112)-4887/2020 saylı qərarına əsasən (hakim Miminat Hacıbəyova) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisad iyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə “fərdi yaşayış evinin yerləşdiyi faktiki tikintialtı sahənin daşınmaz əmlakın dövlət reyestrində 0,02247 ha. qeyd olunması” tələbi rədd edilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, iddiaçıların mülkiyyət hüquqlarının qeyd edilməsini tələb etdiyi torpaq sahəsinə (24,7 kv.m.) dair hüquqmüəyyənedici sənədlər (məhkəmə qərarı, icra hakimiyyətinin və ya bələdiyyənin sərəncamı, qərarı və s.) mövcud deyildir, 0,02 ha. torpaq sahəsi isə daşınmaz əmlakın Dövlət reyestrində iddiaçıların adına dövlət qeydiyyatına alınmış, bu haqda iddiaçıların adına daşınmaz əmlakın Dövlət reyestrində çıxarışlar verilmişdir.
16. İddiaçılar həmin qərardan apellyasiya şikayəti vermi şdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli 21(103)-996/2021 nömrəli qərarına əsasən (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Mirzə Tağızadə və Azər Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2-1(112)-4887/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Məhkəmə qərarı iddiaçılara 15.07.2021-ci il tarixində təqdim edilmişdir.
20. İddiaçılar 13.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli 2-1(103)-996/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, göstərilən sahədə hər iki cavabdehin mülkiyyət hüquqlarını təsdiq edən çıxarış olmuş və həmin çıxarışda həm torpaq sahəsinin, həm də fərdi yaşayış evinin ölçüləri göstərilmişdir. Bu göstəricilərə baxmayaraq, inzibati orqan söküntü işləri aparılmazdan əvvəl yenidən ölçmə işləri aparan zaman fərdi yaşayış evinin çıxarış da qeyd ediləndən az olduğunu, torpaq sahəsinin isə artıq olduğunu müəyyən etmiş və bu səbəbdən də əvvəlki çıxarışı yenisi ilə əvəz etmişdir. Hazırkı mübahisə də məhz bundan sonra yaranmışdır ki, inzibati orqan öz diskresion səlahiyyətindən istifadə edərkən düzgün olmayan rəsmiləşdirmə aparmışdır. Yəni, evin sahələrini yeni çıxarışda azaltdığı halda, torpaq sahəsinin ölçülərini artırmamışdır. Məhkəmə isə göstərilənlərə qiymə verməmiş, “İnzibati icraat haqqında” Qanunun 13.1, 13.2, 13.3, 16.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.5, 16.1, 16.2-ci maddələrini işin hallarına düzgün tətbiq etməmiş, İnzibati Prosessual Məcəllənin 11.1, 12.1, 13, 14, 15.1-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı e tiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəl məsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmla kındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
26. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrin in) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd
27. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak bar əsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
28. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
29. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahi sə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
31. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, hazırkı qərarın 25-26-cı bəndlərində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin möv cudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində olan əsaslardan biri əlavə edilməlidir.
36. İddiaçılar onlara mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin yerləşdiyi faktiki tikintialtı sahənin daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatının 0,02. ha əvəzinə 0,02247 ha. olmasını həmin fərdi yaşayış evinə dair verilmiş texniki pasportdakı qeydlərlə əsaslandırırlar. Belə ki, işdə olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,02 ha, faktiki ölçüsü 0,02247 ha, tikintialtı ölçüsü isə 0,02247 ha təşkil edir.
37. İddiaçılar sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsünün texniki pasporta əsasən 0,02247 ha olmasına baxmayaraq mülkiyyət hüquqlarının qeydi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda həmin ölçünün səhvən 0,02 ha kimi göstərilməsinə istinad edərək, həmin qeydin cavabdeh tərəfindən aparılmasını tələb edirlər.
38. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmiş, lakin cavabdeh əsassız olaraq qeydiyyatdan imtina etmişdir. Məhkəmə kollegiyası iddiaçıların dəlillərini əsassız hesab edir.
39. İddiaçıların iddia tələblərinin əsası kimi istinad etdikləri fərdi yaşayış evinə dair verilmiş texniki pasportda həmin evin yerləşdiyi torpaq sah əsinin tikintialtı sahəsinin 0,02247 ha göstərilməsi torpaq sahəsinin həmin ölçü ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün əsas ola bilməz. Belə ki, texniki pasport yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması üçün hüquqmüəyyənedici sənəd olmayıb, texniki göstəriciləri özündə əks etdirən texniki sənəd hesab olunur
40. Beləliklə, iddiaçıların mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsində göstərilən əsaslar mövcud olduğundan cavabdehin imtinası qanunidir.
41. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında idd ialara aid olsa da, öhdəliyin icrası haqqında iddialar üzrə də öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçılar bunun əksini sübut edə bilməmişdir.
42. Odur ki, iddiaçıların kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli 2-1(103)-996/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli 21(103)-996/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.