Məhkəmə qərarları › İş №2-1(102)-2034/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2034/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2034/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə hüquqların qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 13.12.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “bağ sahəsinə hüquqların qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-27/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qurbanov X2 rayonu, Qum adası bağ massivi ünvanında yerləşən 25a saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 5 iyul 2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və avtomobil yolunun mü hafizə zolağında yerləşir. Bundan əlavə, bölgü sxemi təqdim olunmadığı üçün bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamış, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri, Suraxanı rayonu, “Bahar bağları” qəsəbəsi, 4-cü küçə, 25a saylı bağ sahəsinə hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, "xxxx" bağları qəsəbəsi, 4-cü küçə, 25 a saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdi. Həmin bağ sahəsi 1988-ci ildə “Qum Adası” NQÇİ "xxxx" bağçılıq yoldaşlığının qərarına əsasən ona ayrılmış, orada ev inşa etmiş və 1988-ci ildən həmin evdə yaşamaqla bütün kommunal xərclər (elektrik enerjisi, qaz və s. üzrə) onun tərəfindən ödənilmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-799/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim R.T.Kərimli) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, alınmış mütəxəssis rəyində iddiaçının iddia etdiyi torpaq sahəsinin yerinin "xxxx" bağçılıq yoldaşlığına ayrılan ərazi hüdudlarında yerləşdiyinin müəyyən olunmaması, eləcə də bağ sahəsinin Abşeron Neft OC ərazisi hü dudlarında olmasının müəyyən edilməsi bildirilmişdir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2374/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli (hakimlər A.B.Nuriyeva- sədrlik edən və məruzəçi, V.M.Ağayev və C.A.Yusifov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-347/2019 nömrəli, 6 fevral 2019-cu il tarixli (hakimlər İ.A.Dadaşov -sədrlik edən və məruzəçi, S.Ə.Hüseynova və K.N.Bədəlov) qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə yenidən baxılarkən torpaq sahəsinin "xxxx" bağçılıq yoldaşlığının “V” blokunda yerləşməklə məhz həmin bağçılığın hüdudları daxilində olduğu, iddiaçının həmin sahədən qanuni əsaslarla istifadə etdiyi, “Qum adası” NQÇİ "xxxx" bağçılıq yoldaşlığının məhkəmə iclasında iştirakını təmin etməklə iddiaçının sonradan bağçılığın üzvlüyünə qəbul edilməsinə dair araşdırma aparılmalı, əldə edilmiş və mövcud sübutlar düzgün qiymətləndirilməklə mübahisənin obyektiv və qanuni həlli təmin edilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)967/2019 nömrəli, 17 may 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)967/2019 nömrəli, 4 iyun 2019-cu il tarixli (hakimlər S.S.Seyidova- sədrlik edən və məruzəçi, İ.B.Əhmədov və V.M.Məmmədov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı d əyişdirilmədən saxlanılmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2971/2019 nömrəli, 29 noyabr 2019-cu il tarixli (hakimlər X.S.Məmmədov -sədrlik edən və məruzəçi, A.S.Hüseynov və R.S.Nəbizadə) qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 4 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi işi hərtərəfli araşdırmalı, sahənin "xxxx" bağçılıq yoldaşlı ğına ayrıldığını, iddiaçıya bununla bağlı məhz həmin bağçılıq tərəfindən sənədlər verildiyini nəzərə almaqla məsələnin dəqiq müəyyənləşdirilməsini təmin etmək üçün "xxxx" bağçılıq yoldaşlığına aid sənədləri əldə edib tədqiq etməlidir. İşin hallarının düzgün müəyyənləşdirilməsi üçün bu həm də ona görə vacibdir ki, məhkəmədə şahid qismində dindirilmiş X1 27 oktyabr 1987-ci il tarixdə 20/396 saylı Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin qərarı ilə bağçılıq təsərrüfatının yaradılması üçün Serebrovski adına NQÇİ-yə 13 ha torpaq sahəsinin ayrıldığını, bununla bağlı həmin NQÇİ nəzdində 1987-ci ildə "xxxx" bağçılıq yoldaşlığının yaradıldığını və 1988-ci ildə iddiaçıya sözügedən bağçılığın ərazisindən torpaq sahəsinin verildiyini bildirmişdir. İddiaçı vəsatət verərək bununla bağlı bu və digər məs ələlərin araşdırılmasını tələb etsə də (i.v.132), məhkəmə həmin vəsatətdən irəli gələn məsələlərin araşdırılmasını əsassız olaraq təmin etməmişdir. Halbuki, həmin vəsatətdə göstərilən sənədlərin əldə edilməklə tədqiq olunması işin hallarının tam və hərtərəfli araşdırılması üçün zəruri olmuşdur. Odur ki, təkrar apellyasiya baxışı zamanı işin hallarının tam və hərtərəfli araşdırılmasının təmin edilməsi üçün bütün zəruri addımlar atılmalı, o cümlədən vəsatətdə göstərilən sənədlər əldə edilməklə tədqiq olunmalıdır. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-27/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli (hakimlər X.A.Cəmilova- sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.P.Oruczadə) qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, “Bahar bağları” qəsəbəsi, 4-cü küçədə yerləşən 500 kv.m. sahədən ibarət olan 25a saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin qeyd etdiyi hallarla bağlı məhkəmə araşdırması aparılmış, təqdim edilmiş ekspert rəyi və verilmiş sorğulara cavab məktublarına əsasən müəyyən edilmişdir ki, iddiaçının adı bağçılıq yoldaşlıq cəmiyyətinə aid arxiv qovluğunda olan sənədlərdə, o cümlədən adlı siyahılarda (həmin qovluqda yalnız 1985-ci ilin siyahısı olmuşdur) olmasa da, iddiaçıya üzvlük bileti verilmiş və belə siyahının təqdim edilməsi məhz həmin cəmiyyətin vəzifəsi olmuş, bununla bağlı iddiaçı hər hansı öhdəlik daşımadığı üçün onun məsuliyyət yükü də iddiaçının üzərinə qoyula bilməz. Qeyd edilmiş torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi, torpaq sahəsinin təyinatının dəyişdirilməsi, onun hansısa kommunikasiya və ya avtomobil mühafizə zolağına düşməsi halı isə iş üzrə müəyyən edilmir. Həmin torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqlara aid olmasına gəldikdə isə qeyd olunur ki, "xxxx" bağçılıq-yoldaşlıq cəmiyyəti üçün torpaq sahəsi Neft Şirkətinə aid torpaqlardan ayrılmış və həmin torpaq sahəsi sənaye torpağı olsa da, yaşayış məntəqə torpaqlarına aiddir, qonşuluğunda həmin bağçılıq cəmiyyəti tərəfindən ayrı-ayrı şəxslərə ayrılmış bağ torpaq sahələrinə dair mülkiyyə t hüququ ilə bağlı çıxarışlar verilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya onun istifadəsində olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-27/2022 saylı qərarı İdarəyə daxil olduqdan sonra xx.xx.2022-ci il tarixində İdarənin mütəxəssisləri tərəfindən sözüged ən torpaq sahəsinə texniki baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən "Bahar” bağçılıq-yoldaşlığına dair bölgü sxemi olmadığından iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin 25a saylı bağ sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

21. Sözügedən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və mütəxəssis rəyi ilə eynilik təşkil edən ekspert rəyinə əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan, neft-qaz hasilatı məqsədilə Abşeron Əməliyyat Şirkətinin idarəetməsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir və sənaye təyinatlı torpaqlara aiddir.

22. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaş lara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə m übahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüqu qi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Cavabdeh tərəfindən imtinanın əsası kimi qeyd edilmişdir ki, təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və avtomobil yolunun mühafizə zolağında yerləşir. Bundan əlavə bölgü sxemi təqdim olunmadığı üçün bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır.

31. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həmin dəlillər iş materialları ilə təsdiq olunmur, belə ki, cavabdeh istinad etdiyi halı təsdiq edən hər hansı sübutu verməyib, eləcə də işdəki mütəxəssis və ekspert rəyində sahənin yaxınlığında magistral yolun aşkar olunmadığı bildirilib. Bölgü sxeminin təqdim olunmadığına dair dəlilə münasibətdə isə nəzərə alınmalıdır ki, həmin sənədi təqdim etmənin yükü iddiaçının üzərinə qoyula bilməz. Çünki sözügedən sənəd iddiaçının tərtib edib saxlamalı olduğu sənəd deyil. Digər tərəfdən, iddiaçının istifadəsində olan sahənin hər hansı başqa şəxsə məxsus olan sahə ilə üst-üstə düşdüyünə dair də işdə məlumat yoxdur, bu hal ekspert rəyi ilə də təsdiq olunmuşdur.

32. Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq təqdim edilmiş "xxxx" bağçılıq yoldaşlığına dair arxiv qovluğunda yalnız 15 dekabr 1985-ci ildə tərtib edilmiş ilkin adlı siyahı mövcuddur və həmin siyahıda iddiaçının adının olması qeyri-mümkündür, belə ki, İddiaçı 25a saylı bağ sahəsi “Qum Adası” NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığının xx.xx.1992-ci il tarixli protokoluna əsasən ayrılmış və ona xx.xx.1992-ci il tarixdə həmin bağ sahəsinə dair 107 nömrəli üzvlük bileti verilmişdir.

33. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya “Qum adası” NQÇİ-nin “Bahar bağçılıq yoldaşlığı”nın xx.xx.1992-ci il tarixli protokolu ilə ayrılmış 500 kv.m. sahədən ibarət olan 25a saylı bağ sahəsi ekspert rəyinə əsasən yaşayış məntəqələrinin hüdudları daxilində yerləşməklə sənaye təyinatlı sahə kimi qalmaqdadır, Dövlət Neft Şirkətinin daimi istifadəsində olan torpaq sahələrinə aiddir, həmin torpaq sahəs inin hər hansı hüquqi və ya fiziki şəxsə ayrılması və texniki sənəd verilməsi müəyyən olunmur, qeyd olunan torpaq sahəsi hər hansı kommunikasiya xəttinin və ya avtomobil yolunun mühafizə zolağına düşmür, başqa şəxslərə məxsus olan torpaq sahələri ilə də üst-üstə düşmür. Qeyd olunan torpaq sahəsinin qonşuluğunda olan adı çəkilən bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahələri ayrı-ayrı şəxslərin mülkiyyətində olub, həmin şəxslərin adına bu barədə müvafiq dövlət reyestrindən çıxarışlar da verilmişdir. Belə olan halda, iddiaçı ona ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə razılaşır və həmçinin nəzərə alır ki, iddia olunan bağın aid olduğu torpa q sahəsi “Qum adası” NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığı üzvlərinin, deməli həm də “Qum adası” NQÇİnin işçilərinin tələbatının ödənilməsi üçün həmin müəssisənin balansında olan torpaq sahəsindən ayrılmışdır. Başqa sözlə, bağların yerləşdiyi torpaq sahələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid olduğu halda belə, bu, vəziyyəti iddiaçının zərərinə dəyişmir.

35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-27/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar