Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2034/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərdə düzəlişin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi yyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X12 cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərdə və həmin qeydlər əsasında tərtib edilmiş sənədlərdə dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-410/2024 saylı iş üzrə 04 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 03 sentyabr 2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X13 ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 76 kv.m olan 5 otaqdan ibarət mənzili İddia çı Səməd qızına bağışlamışdır.
2. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı ÖM seriyalı, 251616 nömrəli qeydiyyat vəsiqəsi verilərək, onun Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov küçəsi, 22 saylı evin 76.0 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 40 saylı mənzilə tam payda mülkiyyət hüququ 583 saylı reyestr kitabında 57803-cü səhifədə, 30/22985 qeydə alma nömrəsi, xx.xx.2005-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-236/2017 saylı, 20 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər X17, İddiaçı və X3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, X 5 "xxxx" ASC-nin xeyrinə 142.503,46 manat əsas və 48.896, 43 manat faiz borcu olmaqla, cəmi 191.399,89 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetləri olan, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilin ilkin satış qiyməti 320.000 manat, X3 məxsus, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 70 saylı evin 108 saylı mənzilinin ilkin satış qiyməti 32.000 manat müəyyən edilməklə tutmanın həmin mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilməsi tələblərinin ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzili və Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 70 saylı evin 108 saylı mənzili satıldıqdan 1 ay sonra boşaldılması (iddiaçıya satıldığı təqdirdə), "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər İddiaçı və X3 qaytarılması qət edilmişdir. 4. “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” Müqaviləyə əsasən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzil "xxxx" ASC tərəfindən alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi ölçüsü 76.0 kv.m mənzilə dair "xxxx" ASC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.
6. Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən "xxxx" ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi ölçüsü 76.0 kv.m mənzili X1. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən üm umi ölçüsü 161.05 kv.m mənzilə dair X6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2021-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.
7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinə hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X6 adına aparılmış qeydiyyatın ləğv edilməsini və bununla bağlı reyestrdə və evin texniki pasportunda dəyişiklik edilərək X6 adına aparılmış qeydə mənzilin ümumi sahəsinin 76 kv.m göstərilməsini xahiş etmişdir.
8. Cavabdeh 27 may 2022-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü mad dələrinə uyğun olaraq məhkəmə qaydasında mübahisələndirilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 22 saylı evin 40 saylı mənzilinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X6 adına aparılmış qeyddə dəyişiklik edilərək mənzilin ümumi sahəsinin 76 kv.m göstərilməsi və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci ildə X10 rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onl ar toy günlərindən sonra həyat yoldaşının valideynlərinə məxsus olan Bakı şəhəri Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi 22 nömrəli binanın 40 saylı mənzilində birgə yaşamağa başlamışlar. O, 1983-cü ildən qeyd edilən mənzildə qeydiyyatdadır. Həyat yoldaşı Şahin Məmmədovla birgə nikahlarından dünyaya gələn övladları - xx.xx.1983-cü il təvəllüdlü X14 1983-cü ildən, xx.xx.1986-cı il təvəllüdlü X15 isə 1986-ci ildən qeyd edilən mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Gəlin gəldiyi dövrdə mənzil 3 otaq olmaqla 60 kv.m yaşayış sahəsindən ibarət idi. Qeyd edilən mənzilə dair kirayə müqaviləsi mərhum qaynanası X7 adına rəsmiləşmişdir. Sonradan keçmiş Bakı Komissarları (hazırkı Səbail) rayon İcraiyyə Komitəsinin xx.xx.1989- cu il tarixli, 31/3350 nömrəli qərarına əsasən 16 kv.m sahədən ibarət olan boş qalmış 2 (iki) otaqda mərhum qaynanası X9 verilməklə, ümumilikdə həmin qərarla 76 kv.m yaşayış sahəsi mərhum qaynanası X9 verilmişdir. Lakin, qısa müddət sonra qonşuların köçməsi nəticəsində boşalan digər sahələrdə onların istifadələrinə keçdiyinə görə mənzilin ümumi sahəsi təxminən 200 kv.m-ə yaxın olmuşdur. Qeyd edilən mənzil xx.xx.1996-cı ildə keçmiş Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mərhum qaynanası X7 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş və qaynanası X13 mənzili vəfat etmədən öncə bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. 11. xx.xx.2009-cu il tarixində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi 22 nömrəli binanın 40 saylı mənzili 76 kv.m hissəsinə mülkiyyət hüququ tanınmış, digər sahələr, o cümlədən otaqların qalan sahələri onun faktiki sahibliyində və istifadəsində qalmışdır. Hazırda Bakı şəhər Nizami Rayon Prokurorluğunun icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 179.2.2, 179.2.3 və 179.2.4- cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Türkiyə Respublikasına qaçıb gizlənmiş X17 "xxxx" ASC-dən xx.xx.2014-cü il tarixli, 09 saylı kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə qaytarmaq şərtilə 250.000 manat məbləğində pulu götürərkən etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə onu aldadaraq mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi 22 nömrəli binanın 40 saylı mənzilini (76 kv.m hissəsini) həmin müqavilənin təminatı kimi yüklü elətdirmişdir. Belə ki, aralarında olan münasibətə görə X11 inanaraq onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09 saylı kredit müqaviləsinin təminatı kimi onunla "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi 22 nömrəli binanın 40 saylı mənzili (76 kv.m hissəsi) "xxxx" ASC-ni xeyrinə yüklü edilmişdir. Ancaq qeyd etdiyi kimi X17 250.000 manat pul "xxxx" ASC-dən götürdükdən sonra hamını dələduzluq yolu ilə aldadaraq Azərbaycan Respublikasından qaçıb getmişdir.
12. Bundan sonra "xxxx" ASC ona qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)236/2017 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin olunaraq X5 "xxxx" ASC-nin xeyrinə 142.503,46 manat əsas və 48.896,43 manat faiz borcu olmaqla, cəmi 191.399,89 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması, ip oteka predmeti olan, ona məxsus, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin ilkin satış qiyməti 320.000 manat müəyyən edilməklə, tutmanın həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələbləri ödənilməsi və "xxxx" ASCnin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin ona qaytarılması qət edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-236/2017 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-9782/2017 saylı qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)- 2100/2018 qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu ndan sonra Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-236/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi icraya yönəldildikdən sonra mənzil (76 kv.m hissəsi) "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y432 saylı protokola əsasən 204.000 manata "xxxx" ASC-yə satılmış və Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin 76 kv.m sahəsi RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşmmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Qısa müddət öncə iddiaçı X12 iddiaçıya qarşı "evdən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reye stri tərəfindən X6 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin həmin şəxsin mülkiyyətində olan ümumi sahəsinin 161.05 kv.m olduğu göstərilmişdir ki, bu da, tamamən qanunsuzdur. Belə ki, o, "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanan zaman Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin 76 kv.m sahəsini yüklü etmiş və qeyd etdiyi hadisələrdən sonra RX seriyalı, ******* nömrəli çıxanşa əsasən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin yalnız 76 kv.m sahəsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Həmçinin "xxxx" ASC ona qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi üzrə 2(009)-236/2017 saylı mülki işə Bakı şəhər Səbail Rayon Məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə baxılan zaman iş üzrə təyin edilmiş ekspertiza üzrə "xxxx" MMC-nin təqdim etdiyi hesabatda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin 76 kv.m sahəsi qiymətləndirilmişdir. Həmin dövrdə evlərinə gələn əməkdaşlarda yalnız 76 kv.m sahəyə baxış keçirərək qalan sahələri qiymətləndirmədiklərini bildirdilər. Halbuki, onun yaşadığı mənzilin ümumi sahəsi 200 kv.m-ə yaxındır. Bundan başqa, Bakı şəhər 9 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə X12 arasında bağlanmış və reyestrdə 4Ə679 nömrə ilə qeydə alınmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən də, görünür ki, alıcı X2 "xxxx" ASC-dən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin 76 kv.m sahəsini 234.000 manata satın almışdır. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən X6 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin həmin şəxsin mülkiyyətində olan ümumi sahəsinin 161.05 kv.m olduğu göstərilməsi tamamən qanunsuzdur. Bununla bağlı iddiaçı cavabdehə müraciət etsə də, ərizəsinin təmin olunmasından imtina olunaraq məhkəmə qaydasında mübahisələndirməsi tövsiyyə olunmuşdur. Məhz bu səbəbdən o, hazırkı iddia ər izəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1382/2023 saylı 15 fevral 2023-cü il tarixli qərardadı ilə X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1382/2023 n ömrəli, 14 iyun 2023-cü il tarixli qərarı ilə (hakim X4) iddia tələbi təmin edilməmişdir.
16. Məhkəmə iddiaçının iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər ilə işin faktiki halları uzlaşmır. İddiaçının göstərdiyinin əksinə, ünvan 3 ünvanında yerləşən mənzilin 76.0 kv.m (yaşayış sahəsi) hissəsi deyil, mənzilin özü ipoteka predmeti olmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mənzilin hər hansı bir hissəsinin deyil, özünün tam şəkildə açıq hərracda satılması qət edilmişdir.
17. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(103)-410/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər X18 / məruzəçi/, X19 və X20) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1382/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, ünvan 4 ünvanındakı 0,04481 ha torpaq sahəsində yerləşən 5 otaqlı 161 kv.m-dən ibarət olan mənzilin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X6 adına aparılmış qeyddə dəyişiklik edilərək mənzilin ümumi sahəsinin 76 kv.m. göstərilməsi və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıx arışda və mənzilin texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Şikayətdə Mülki Məcəllənin 149-cu maddəsinə, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8, 9 və 16-cı maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsi ilə eyniyyət təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 1
6. Dövlət reyestrində dü zəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquql ar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq norm alarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətid ir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayə tdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktik i halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Kassasiya şikayətində əks edilmiş tələbdən görünür ki, iddiaçının hüquqi marağı ünvan 5 ünvanındakı 0,04481 ha torpaq sahəsində yerləşən 5 otaqlı 161 kv.m-dən ibarət olan mənzilin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X6 adına aparılmış qeyddə dəyişiklik edilərək mənzilin ümumi sahəsinin 76 kv.m. göstərilməsindən ibarətdir.
34. İddiaçının tələbini əsassız hesab edən məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün iş materiallarına, müvafiq normativ aktlara, eləcə də N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk i Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarına istinad edilməsini məqsədə müvafiq hesab edir.
35. İş materiallarına əlavə edilmiş ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində istifadədə olan 0,00481 ha torpaq sahəsində yerləşən 22 nömrəli 3 mərtəbəli binada- kv.m ümumi, 76 kv.m yaşayış sahəsindən ibarət olan 5 otaqlı 40 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
36. Həmin mənzillə bağlı tərtib edilmiş texniki pasportda da eyni parametrlər öz əksini tapmışdır. Belə ki, texniki pasportda da mənzilin 3 mərtəbəli binada olduğu, ümumi sahəs inin 161.05 kv.metr, yaşayış sahəsinin 76.0 kv.metr təşkil etdiyi, eyni zamanda mənzilin 5 otaqdan ibarət olduğu qeyd edilmişdir.
37. Beləliklə, göründüyü kimi hazırda üçüncü şəxsin adına mülkiyyət hüquqları qeydə alınmış mənzillə iddiaçının mənzili eyni mənzillər olduğundan reyestrdə hər hansı dəyişikliyin edilməsi qanuni sayıla bilməz.
38. N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir: “Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bu ndan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin e dilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur”.
39. Bundan əlavə mə hkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanuna əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
40. Hər hansı əmlak ipoteka ilə yükülü edilərkən o mülkiyyətçilərin razılığı ilə tam şəkildə ipoteka ilə yüklü edilir. Hazırkı vəziyyətdə mübahisəli mənzil yalnız iddiaçıya məxsus olmaqla onun xüsusi mülkiyyətində olduğundan həmin mənzil də ipoteka ilə tam yüklü edilmişdir. Başqa sözlə qanun daşınmaz əmlakı yüklü edərkən onun tam yüklüyünü müəyyən edir. İpoteka vahid daşınmaz əmlakın hissəvi yüklüyünü nəzərdə tutmur.
41. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən normalara istinad etməklə hesab edir ki, iddiaçının mövqeyi əsassız olmaqla qüvvədə olan qa nunvericiliyin müddəalarına ziddir.
42. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
43. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 21(103)-410/2024 saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.